Məhkəmə qərarları › İş №2-1(103)-2887/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2887/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2887/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “cavabdehin X4 torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin X4 torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamı ilə X4 Dövlətin müstəsna səlahiyyətində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neftqaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Ali Məhkəmənin 2-l(102)-1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X1 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti özünün səlahiyyətində olmayan, ona ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşən və sənaye təyinatlı torpaq sahələri kateqoriyasına aid olmaqla Qanunla Saziş ərazisinin hüdudlarına daxil edilərək Şirkətin müstəsna istifadəsinə verilmiş torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa ayırmaqla, həmçinin Azərbaycan Respublikası torpaq qanunvericiliyinin müddəalarını pozmuşdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sözügedən Sərəncamı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (xx.xx.1991-xx.xx.2001 müddətdə qüvvədə olmuş) 22-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə daxil edilmişdir. Göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş M.Ə.Ramazanzadəyə Xocəsən qəsəbəsi ərazisində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Sözügedən Saziş, iddiaçının özünün iddia ərizəsində göstərdiyi kimi xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş, Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Qanunun 5-ci bəndində bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanılmış hər hansı Saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrin ləğv edilməsi göstərilmişdir. Rayon İcra Hakimiyyətinin qəbul etdiyi Sərəncam isə göründüyü kimi “Saziş, kontrakt və ya bu cür başqa sənəd” kateqoriyasına aid deyildir. X9 qədər yaranan hüquq və vəzifələrin ləğv olunması nəzərdə tutulmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Ramazanzadəyə torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-cİ il tarixli sərəncamında yuxarıda sadalanan halların heç biri mövcud deyildir. Qeyd olunanlara əsasən sözügedən sərəncamın etibarsız sayılmasına heç bir əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan üçüncü şəxs X5 apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci intansiya məhkəməsinin qərardadının nəticə hissəsi onları qane etsə də, həmin qərardadın əsaslandırılma hissəsi ilə razı deyillər. Verdikləri apelyasiya şikayəti də məhz həmin qərardadın əsaslandırma hissəsi ilə əlaqədardır. Qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətinin təmin edilib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının onların ziyanına olmasına baxmayaraq, heç bir şikayətləri olmadığını bildirdi, hazırkı apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. Halbuki, işdən müəyyən olunur ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin X4 torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi isə iddianı mümkün hesab etməyərək, faktiki olaraq üçüncü şəxs X3 xeyrinə qərar qəbul etmişdir. Üçüncü şəxs M.Ə.Ramazanzadə isə həmin qərardadın nəticə hissəsi ilə razı olmasına baxmayaraq, həmin qərardadın əsaslandırma hissəsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir ki, bu da qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “cavabdehin X4 torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs M.Ə.Ramazanzadə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “cavabdehin X4 torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar