Məhkəmə qərarları › İş №2-1(103)-2888/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2888/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2888/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-N(N03)-2888/N23 (Açar sözlər: “əmrin ləğvi, məharət dərəcəsinin bərpa edilərək yeni məlumat vərəqinin göndərilməsi”) Bakı şəhəri N7 oktyabr N23-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi və iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N992/N23 saylı, xx.xx.N23-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə N7 oktyabr N23-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.N983-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İsmd-32 məhəllə, N9, N ünvanında qeydiyyatdadır.

2. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N2N-ci il tarixli, 3N nömrəli Əmrinə əsasən mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi müalicəyə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına 30 noyabr N2N-ci il tarixdən getmiş hesab edilsin. Hərbi qulluqçular 0N dekabr N2N-ci il tarixdən qazan təminatından çıxarılıb ərzaq attestatı ilə təmin edilsin.

3. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N2N-ci il tarixli, N nömrəli “N22-ci ilin qış tədris dövründə Qoşun xidmətinin təşkili haqqında” Əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin nizamanamələrinin, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavinə Azərbaycan Ordusunun Baş qərargh rəsisinin və N nömrəli hərbi hissə komandirinin əmrlərinin tələblərinə müvafiq olaraq hərbi hissədə döyüş hazırlığının, gündəlik həyat və fəaliyyət şəratinin təmin edilməsi, möhkəm hərbi intizamının saxlanılması, daxili və qaravul xidmətinin tələblərə uyğun təşkil edilməsi məqsədilə 7-ci əlavəyə uyğun olaraq hərbi hissə xidmətləri üzrə daxili yoxlama komissiyası siyahıya olaraq təyin edilməsi əmr edilmişdir.

4. xx.xx.N2N-ci il tarixli Maddi vəsaitlərin və əmlakların alınması, verilməsi, sayılması, qeydiyyatının aparılması və vəziyyətinin yoxlanılması üçün daxili yoxlama komissiyasının tərkibi 7 nömrəli əlavədən çıxarış: Əşya xidməti üzrə Komissiyanın sədri Şəxsi heyətin uçotu bölməsi rəisi mayor İddiaçı

5. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 39 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi müalicədən Silahlı Qüvvələrin Baş Klinik Hospitalından xx.xx.N22-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsin. Hərbi qulluqçular 07 fevral N22-ci il tarixdən qazan təminatına qoyulsunlar.

6. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 43 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N2N-ci ilin növbəti məzuniyyətinə Bakı şəhərində keçirməklə N (iyirmi) təqvim günü müddətinə N0 fevral N22-ci il tarixdən getmiş hesab edilsin. Hərbi qulluqçu İddiaçı NN fevral N22ci il tarixdən qazan təminatından çıxarılıb ərzaq attestatı ilə təmin edilsin.

7. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 65 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N2N-ci ilin növbəti məzuniyyətindən 02 mart N22-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsin. xx.xx.N22-ci il tarixli 52N nömrəli məzuniyyət bileti əsasından hərbi qulluqçu 03 mart N22-ci il tarixdən qazan təminatına qoyulsun.

8. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 78 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N22-ci ilin növbəti məzuniyyətinə Bakı şəhərində keçirməklə N0 (on) təqvim günü müddətinə N5 mart N22-ci tarixdən getmiş hesab edilsin. Hərbi qulluqçu İddiaçı N6 mart N22-ci il tarixdən qazan təminatından çıxarılıb ərzaq attestatı ilə təmin edilsin.

9. XN0 - Maddi-Texniki Təminat Baş İdarəsi Rəisinin N nömrəli hərbi hissənin tabeliyində olan birləşmə və hərbi hissələrin yoxlanılması zamanı aşkarlanmış nöqsanlar və təqsirkar şəxslərin cəzalandırılması haqqında 2N mart N22-ci il 40 nömrəli Əmrdən çıxarışının 5-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 04 aprel NN4-cü il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat”, N9 aprel NN4-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara və xidməti düzgün təşkil etmədiklərinə görə “Şiddətli töhmət” elan edilsin: 5.4. mayor İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi. Əmrin 6.N-ci bəndinə əsasən bu əmrin 5-ci bəndində qeyd edilmiş hərbi qulluqçuların malik olduqları məharət dərəcəsinin Azərbaycan Respublikası müdafiə nazirinin 2N may NN6-cı il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin tələblərinə əsasən endirilməsi (mərhum edilməsi) üçün müvafiq tədbirlər görülsün.

10. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 88 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N22-ci ilin növbəti məzuniyyətindən 25 mart N22-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsin. xx.xx.N22-ci il tarixli 869 nömrəli məzuniyyət bileti əsasında hərbi qulluqçu 26 mart N22-ci il tarixdən qazan təminatına qoyulsun.

11. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, 92 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi müalicəyə Müdafiə Nazirinin Baş Klinik Hospitalına 29 mart N22-ci il tarixdən getmiş hesab edilsin.

12. 2-ci XN2 birinci müavini-qərargah rəisinin N4 aprel N22-ci il tarixli, N nömrəli “XN0- Maddi-Texniki Təminat Baş İdarə rəisinin, XN0-X8 əmrləri və Azərbaycan Respublikası Müdafiə nazirinin 2N may NN6-cı il tarixli 02 nömrəli qərarının tələblərinin yerinə yetirilməsi haqqında” əmrin N.N-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 2N may NN6-cı il tarixli 02 nömrəli qərarının 37.N.4-cü bəndinin tələblərinə əsasən malik olduğu 2-ci məharət dərəcəsi 3cü məharət dərəcəsinə endirilsin: -mayor İddiaçı - N6N-ci motoatıcı briqadanın şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi.

13. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, N27 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi müalicədən Müdafiə Nazirinin Baş Klinik Hospitalından xx.xx.N22-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsin. Hərbi qulluçular 02 may N22-ci il tarixdən qazan təminatına qoyulsunlar.

14. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, N28 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N22-ci ilin növbəti məzuniyyətinə Bakı şəhərində keçirməklə N5 (on beş) təqvim günü müddətinə 02 may N22-ci tarixdən getmiş hesab edilsin. Hərbi qulluqçu İddiaçı 03 may N22-ci il tarixdən qazan təminatından çıxarılıb ərzaq attestatı ilə təmin edilsin.

15. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, N44 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin rəisi N22-ci ilin növbəti məzuniyyətindən N7 may N22-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsin. xx.xx.N22-ci il tarixli N357 nömrəli məzuniyyət bileti əsasında hərbi qulluqçu N8 may N22-ci il tarixdən qazan təminatına qoyulsun.

16. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, N48 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı, şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi XN0- X4 2N aprel N22-ci il tarixli 047 nömrəli əmri ilə, N nömrəli hərbi əməliyyat və döyüş hazırlığı şöbəsinin (Q3) döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N may N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısında və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün (Laçın rayonu) N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Mayor İddiaçı N22-ci ildə xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin N9 oktyabr NN7-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul təminatını tam həcmdə almağa layiqdir. Mayor İddiaçı N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. N22-ci ilin növbəti məzuniyyətindən 25 (iyirmi beş) gün istifadə edilib, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

17. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli, N64 nömrəli Əmrinin surətindən görünür ki, mayor İddiaçı Müdafiə nazirinin birinci müavini Silahlı qüvvələrin Baş Qərargah rəisinin xx.xx.NN-ci il tarixli 0234 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsinə təyin edilmiş (Ağstafa rayonu) N nömrəli hərbi hissədən gəlmiş hesab edilsin, 08 iyun N22-ci il tarixdən həri hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatalar daxil edilsin, vəzifəsinin qəbuluna və icrasına başlasın. Vəzifə maaşı ştata əsasən təyin edilsin.

18. 2N9 nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 3 nömrəli əmrdən çıxarışa əsasən Mayor İddiaçı, N nömrəli hərbi hissənin idarəetmə heyətinin əməliyyat və döyüş hazırlığı şöbəsinin (Q3) döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 avqust N22-ci il tarixli 0650 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə) və N64-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N22-ci ilin növbəti məzuniyyəti (45 təqvim günü) verilməklə, 03 oktyabr N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin N9 oktyabr NN7-ci il tarixli 22 nömrəli qərarı ilə N22-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. Mayor İddiaçı N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. N22-ci ilin məzuniyyət pulu ödənilib. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N22-ci il tarixli 0650 nömrəli əmrindən çıxarış.

19. İddiaçı mayor rütbəsində, N nömrəli hərbi hissənin idarəetmə heyətinin əməliyyat və döyüş hazırlığı şöbəsinin (Q3) döyüşü idarəetmə bölməsinin zabiti kəşfiyyat üzrə Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 avqust N22-ci il tarixli 0650 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xidmət etdiyi dövrdə N nömrəli hərbi hissənin motoatıcı briqadanın şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində olarkən malik olduğu 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmiş, hərbi xidmətdən ehtiyata buxarılarkən hərbi hissənin tərtib etdiyi pul attestatında onun 2-ci məharət dərəcəsinə görə vəzifə maaşına N5 % əlavə hesablanmamışdır.

20. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun ehtiyata buraxıldıqdan sonra pensiya təminatı üçün vəzifə maaşına N5% əlavə qeyd edilməklə yeni məlumat vərəqinin tərtib edilərək pensiya təyin edən orqana göndərilməsidir.

21. Qeyd edilən hüquqi marağına xidmət edən hazırkı iş üzrə mübahisələndirilən iddia aşağıdakı tələblərdən ibarətdir: - XN0-Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 2N mart N22-ci il tarixli əmrinin iddiaçıya "şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində ləğv edilməsi; -2-ci XNN N nömrəli N4 aprel N22-ci il tarixli əmrinin iddiaçının "2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi; -2-ci məharət dərəcəsinin bərpa edilərək vəzifə maaşına müvafiq əlavənin nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq sosial müdafiə orqanına göndərilməsi.

22. İddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin uçot bölməsinin rəisi vəzifəsində xidmətdə olarkən ona XN0 - MaddiTexniki Təminat Baş İdarəsi Rəisinin 2N mart N22ci il tarixli 40 nömrəli Əmri ilə “Şiddətli töhmət” elan edilmişdir. Qeyd edilən əmr əsasında 2-ci XN2 birinci müavini-qərargah rəisinin N4 aprel N22-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37-ci bəndinin tələbləri əsas götürülərək iddiaçının malik olduğu 2-ci məharət dərəcəsi bir pillə aşağı endirilmişdir.

23. İddiaçıya şiddətli töhmət cəzasının verilməsi onun N nömrəli hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının fəaliyyətinin yoxlaması zamanı aşkar edilmiş nöqsanlar olmuşdur. Belə ki, iddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində xidmət etməklə yanaşı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2N- ci il tarixli N nömrəli əmri ilə hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının sədri təyin edilmiş, N4 mart N22-ci il tarixdən N8 mart N22-ci il tarixədək olan müddət ərzində Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsi tərəfindən N nömrəli hərbi hissədə əşya xidməti üzrə kompleks yoxlama keçirilmiş, əşya xidməti üzrə yoxlama zamanı komissiyanın fəaliyyətində nöqsan və çatışmazlıqlar aşkar edilmiş və iddiaçı əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri olduğu üçün aşkar edilmiş nöqsanlara görə ona Azərbaycan Respublikası müdafiə nazirinin 04 aprel NN4- cü il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat”, N9 aprel NN4-cü il il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara və xidməti düzgün təşkil etmədiyinə görə “Şiddətli töhmət” intizam cəzası verilmişdir.

24. İddiaçı xx.xx.N2N-ci ildən xx.xx.N2N-ci ilədək “partlayış travması (xx.xx.NN) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası və asteno-nevrotik təzahürlər. Kompensasiya ilə başa çatan mülayim dərəcədə ifadə olunmuş nevrotik pozuntu. Hepatosteatoz, Funskional dispepsiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. -xx.xx.N22-ci ildən xx.xx.N22-ci il tarixədək SN sanator X3 “qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Vegeto damar çatmamzlıq. Asteno-depressiv vəziyyət. Boyun ostexandrozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. - xx.xx.N22-ci il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalından müalicədən gəlmiş, xx.xx.N22-ci il tarixdən N (iyirmi) təqvim günü müddətində 02 mart N22-ci il tarixədək növbəti məzuniyyətdə olmuşdur. -xx.xx.N22-ci il tarixdən N0 (on) təqvim günü müddətində 25 mart N22-ci il tarixədək növbəti məzuniyyətdə olmuşdur. -xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Müdafiə Nazirinin Baş Klinik Hospitalında müalicədə olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək XN0 - Maddi-texniki təminat Baş İdarəsi rəisinin 40 nömrəli 2N mart N22-ci il tarixli əmrinin (ona “şiddətli töhmət” verilməsi hissəsində) və həmin əmrin tələblərinin yerinə yetirilməsi haqqında 2-ci XNN (malik olduğu 2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi hissəsində) əmrin ləğv edilməsi, qeyd edilən əmrlərə əsasən 3-cü məharət (ixtisas) dərəcəsinədək endirilən 2-ci məharət (ixtisas) dərəcəsinin bərpa edilməsinə dair öhdəliklərinin cavabdeh - Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N06-cı il tarixdən AR Silahlı Qüəvvələrində həqiqi hərbi xidmətdədir, Vətən Müharibəsi iştirakçısıdır. Döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi Xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Bundan başqa, Müdafiə naziri tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Azərbaycan Ordusunun N00 illiyi (N9N8-NN8) yubiley”, “Azərbaycan Ordusunun 95 illiyi (N9N8-NN3) yubiley”, “Azərbaycan Ordusunun 90 illiyi (N9N8-N08) yubiley” medallarına layiq görülmüşdür. xx.xx.N22-ci il tarixdən N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsinin döyüşü idarəetmə bölməsinin zabiti (kəşfiyyat üzrə) vəzifəsində xidmət edir. O, xx.xx.N2N-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində olan N nömrəli hərbi hissədə Şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində, “mayor” hərbi rütbəsində xidmət edərkən XN0 - Madditexniki Təminat Baş İdarəsi rəisi tərəfindən 40 nömrəli 2N mart N22-ci il tarixli əmri ilə ona “şiddətli töhmət” intizam cəzası verilmişdir. Həmin əmri, ona aid hissəsində, aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edir: N.Azərbaycan Respublikası 23 sentyabr N994-cü il tarixli 885 №-li Qanunu ilə təsdiq edilmiş “İntizam Nizamnaməsi”nin 98-ci maddəsinə əsasən verilmiş intizam cəzaları zabitlərə - şəxsən, yazılı göstərişlə və baş zabitlərin iştirak etdikləri müşavirədə elan edilməlidir, N05-ci maddəsinə əsasən hər bir hərbi qulluqçu öz xidmət vərəqəsi ilə altı ayda bir dəfə tanış olmalı və bu barədə imza etməlidir. Mübahisələndirdiyi hər iki əmr (inzibati aktlar) barəsində ona heç bir məlumat verilməmişdir. O, bu əmrlə yalnız 2N iyul N22-ci il tarixdə xidməti vərəqəsi ilə tanış olarkən xəbərdar olmuşdur. O, İntizam Nizamnaməsinin tələblərinə əsasən xidməti vərəqəsi ilə müvafiq olaraq xx.xx.N2N-ci il və sonuncu dəfə xx.xx.N22-ci ildə tanış olmuşdur. 2.Mübahisələndirdiyi əmrdə ona “şiddətli töhmət" intizam cəzasının veriməsinin səbəbi aşağıdakı məzmunda göstərilmişdir: “AR Müdafiə nazirinin xx.xx.NN4-cü il tarixli N nömrəli Qərarı ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrdə qoşun təsərrüfatının aparılması haqqında” Təlimatı, xx.xx.NN4-cü il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrində silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamə”si ilə müəyyən edilmiş vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və xidməti düzgün təşkil etmədiyinə görə”. Lakin bildirmişdir ki, o, N nömrəli hərbi hissədə “Şəxsi heyətin uçotu bölməsi”nin rəisi vəzifəsində olmuşdur. Onun funksional vəzifə borclarına aid olmayan, cavabdehlik daşımadığı sahədə aşkar olunmuş nöqsanlara görə onun cəzalandırmağı əsassız olmuşdur. 3. Qeyd etdiyi cəza ona Hərbi hissənin Əşya xidməti üzrə daxili yoxlama komissiyanın sədri olduğu üçün və yoxlama zamanı əşya xidməti üzrə nöqsanların aşkar edilməsi səbəbindən verilmişdir. Bilidirmişdir ki, N nömrəli hərbi hissə komandirinin “N22-ci ilin qış tədris dövründə Qoşun xidmətinin təşkili” haqqında N nömrəli xx.xx.N2N-ci il tarixli əmri ilə o, Əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilmişdir, lakin bu əmrdən məlumatsız olmuşdur. Həmin əmri və əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilməsi haqqında məlumatı ona heç kim çatdırmamış, əşya xidməti üzrə aparılmış yoxlamadan əvvəl, yoxlama zamanı və əmr verilərkən o xəstəlikləri ilə əlaqədar davamlı olaraq müalicə müəssisələrində stasionar müalicədə və məzuniyyətdə olmuşdur. Bu faktları iddia ərizəsinə əlavə etdiyi “əmrlə tanış olanların siyahısı və imzalanması vərəqəsi”ndə təsdiqini tapır. Həmin siyahıda, digər üzvlərdən fərqli olaraq, əmrin ona çatıdırılması barədə qeyd və imza yoxdur. 4. Döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə yaralandığına görə səhhətində yaranmış problemlərlə əlaqədar dəfələrlə aşağıdakıda göstərilən tarixlərdə müalicə müəssisələrində uzunmüddətli stasionar müalicədə və məzuniyyətdə olmuşdur və xidməti vəzifəsinin icrasından azad edilmişdir: xx.xx.N2N- xx.xx.N2N-ci il, xx.xx.N2Nxx.xx.N2N-ci il, xx.xx.N22-xx.xx.N22-ci il və xx.xx.N22- xx.xx.N22-ci il tarixlərdə SQ Baş Klinik Hospitalda; xx.xx.N22-xx.xx.N22-ci il tarixlərdə Sanator X3; xx.xx.N22-ci il Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (ərizəyə əlavə etdiyi 8638 nömrəli xəstəlik haqqında şəhadətnamə və h/h komandirinin əmrlərindən çıxarışlarla təsdiq edilir). xx.xx.N22- xx.xx.N22-ci il, xx.xx.N22-xx.xx.N22-ci il, xx.xx.N22-xx.xx.N22-ci il tarixlərdə isə məzuniyyətdə olduğundan xidməti vəzifələrin icrasından azad olunmuşdur. Müalicənin sonunda Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.N22-ci il tarixli Qərarı ilə ondan “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvü dissosiativ pozuntu, postkomossion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması (xx.xx.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edin posttravmatik ensefalopatiya şəklində nəticəsi, barotravma (xx.xx.NN) nəticəsində ikitərəfli xroniki nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliklər müəyyən edilmiş və “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyindən SQ-dən xəstəliyə görə ehtiyata buraxılmağı məqsədi ilə sənədləri Müdafiə Nazirliyinə göndərilmişdir, hazırda məzuniyyətdədir. Hərbi hissənin Əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri təyin edilməyi haqqında əmrdən məlumatsız olmuşdur, bundan başqa, o, N22-ci ildə davamlı olaraq müalicədə və məzuniyyətdə olduğu üçün xidməti vəzifələrinin icrasından azad edilmişdir. Stasionar müalicədə və məzuniyyətdə olduğundan N nömrəli hərbi hissənin komandiri tərəfindən onun üzərinə qoyulan əşya xidməti üzrə daxili yoxlama komissiyasına sədrlik (rəhbərlik) etmək vəzifəni icra etmək iqtidarında olmamışdır. Bu səbəbdən həmin sahədə aşkar edilmiş nöqsanlara görə cavabdehlik danışmağı əsassızdır. Onun ştat üzrə olduğu “Şəxsi heyətin uçotu bölməsi”nin rəisi vəzifəsinin funksional vəzifə borclarında əşya xidmətinə nəzarət, qoşun təsərrüfatının aparmaq, silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotunu aparmaq, yaxud uçotuna nəzarət etmək göstərilməmiş və tutduğu vəzifəyə sadaladığı vəzifələrin icrası aid deyildir. Bununla da, cavabdehlik daşımadığı sahədə aşkar olunmuş nöqsanlara görə komandanlıq tərəfindən onun intizam məsuliyyətinə cəlb edilməsi, cəzalandırılması əsassız olmuşdur. O dəfələrlə Dövlət təltifləri ilə mükafatlandırılmış, Vətən müharibəsi iştirakçısı olmuş, hərbi hissə komandanlığı tərəfindən daimi müsbət xasiyyətləndirilmişdir. Bildirmişdir ki, onun xəstəlikləri ciddi olmuş, MN Mərkəzi Hərbi Həkim komissiyanın qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Yəni komissiyanın arayışından göründüyü kimi, onun səhhətində olan problemlər ciddi olmuş, diaqnozda qeyd olunan “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvü dissosiativ pozuntu, postkomossion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması (xx.xx.NN) nəticəsində keşirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edin posttravmatik ensefalopatiya şəklində nəticəsi, barotravma (xx.xx.NN) nəticəsində ikitərəfli xroniki nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” xəstəliklərlə hərbi hissə komandiri tərəfindən onun öz vəzifə borclarından əlavə hər hansı bir işlərə, vəzifələrin icrasına cəlb edilməsi əsassız idi. Mən həmin dövrdə müalicə müəssisələrində və məzuniyyətdə olduğundam qeyd etdiyi əmrlə tanış olmamış, məlumatsız olmuşdur ki, əşya xidməti üzrə daxili yoxlama komissiyanın sədri təyin edilib. Qeyd etdiyi xəstəliklərin mövcüd olması səbəbindən onun daşıdığı vəzifədən kənar hər hansı bir vəzifələrin icrasına cəlb edilməsi ümumiyyətlə doğru deyildir. Digər iddia tələbinin predmeti isə 2-ci Ordu Korpusun komandiri tərəfindən XN0 - Maddi-texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli xx.xx.N22-ci il tarixli əmrinin tələblərinin yerinə yetirilməsi haqqında əmridir. Həmin əmrlə 2-ci Ordu Korpusun komandiri MN-in müavini - MTTBİ rəsinin 40 nömrəli xx.xx.N22-ci il tarixli əmrinin və Müdafiə nazirinin xx.xx.NN6-cı il tarixli 02 nömrəli Qərarının 37.N.4-cü bəndinin tələblərinə əsasən malik olduğu 2-ci məharət (ixtisas) dərəcəsi 3-cü məharət (ixtisas) dərəcəsinə endirilmişdir. Ona “şiddətli töhmət” intizam cəzası əsassız və səbəbsiz verildiyindən həmin intizam cəzasının hüquqi nəticəsi olaraq malik olduğu 2-ci məharət (ixtisas) dərəcəm də əsassız və qanunsuz olaraq 3-cü məharət dərəcəsinə endirilmişdir. Bu səbəbdən 2-ci XNN müvafiq əmri (2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi hissəsində) ləğv edilməli və 2-ci məharət dərəcəm bərpa edilməlidir.

27. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- NN352/N22 nömrəli, N9 avqust N22-ci tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən, N4 mart N22-ci il tarixdən N8 mart N22-ci tarixədək olan müddət ərzində Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən N nömrəli hərbi hissədə əşya xidməti üzrə kompleks yoxlama keçirilmiş, mayor-M.Allahverdiyev hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının sədri təyin edildiyi üçün yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə Müdafiə nazirinin – müavini - Maddi- Texniki Təminat Baş İdarə rəisinin xx.xx.N22-ci il tarixli 40 nömrəli cəzalandırılma əmri ilə sonuncuya “Şiddətli töhmət” intizam cəzası elan edilmiş, mayor İddiaçı XN0 - Maddi-Texniki Təminat Baş İdarə rəisi tərəfində “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırıldığına görə N nömrəli hərbi hissə komandiri–xx.xx.N22-ci il tarixli N nömrəli əmri ilə sonuncunun 2-ci məharət dərəcəsini 3-cü məharət dərəcəsinə endirmişdir. Mayor İddiaçı 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli N nömrəli əmri xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli NN4 nömrəli nizami hissə üzrə əmri ilə sonuncuya elan edilmiş, lakin mayor İddiaçı bu barədə xx.xx.N22-ci il tarixədək şikayəti daxil olmamışdır. İnzibati Prosessual məcəllənin 24.N-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət pozuntusu proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.3cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallarda şamil olunur. Yuxarıda qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi barədə inzibati orqanın aktı barədə xx.xx.N22-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsini xahiş olunur. Bundan əlavə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel NN4-cü il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimafın N2.N0-cu yarımbəndinə əsasən təsərrüfat fəaliyyətinin yoxlanması və maddi vəsaitlərin inventarizasiyasının keçirilməsi üçün hissə (birlik) komandirinin əmri ilə xidmətlər üzrə bir il müddətinə daxili yoxlama komissiyaları təyin edilir. Həmin Təlimatın N2.NN-ci yarımbəndinə əsasən daxili yoxlama komissiyasının sədri zabitlərdən, üzvləri isə zabit, gizir (miçman), çavuşlardan və həmçinin, qoşun (gəmi) təsərrüfatın aparılması və təşkilini bilən fəhlə və qulluqçulardan təyin edilir. Təyin edilmiş daxili yoxlama komissiyalarının sədr və üzvlərinin yoxlanılan xidmətlərlə heç bir xidməti əlaqələri olmamalıdır. Həmin Təlimatın N2.2N-ci yarımbəndinə əsasən komissiyanın sədri və üzvləri hərbi hissənin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş nöqsanların, əskik və çatışmazlıqların gizlədilməsinə, inventarizasiyasının, yoxlama və təftişin düzgün aparılmasına və həmçinin aktda faktiki işlərin düzgün araşdırılmamasına görə cinayət və intizam məsuliyyəti daşıyır. Həmin Təlimatın N2.24-cü yarımbəndinə əsasən hərbi hissələrdə (birliklərdə) sənədli təftişin aparılmasına daxili yoxlama komissiyası mütləq cəlb edilməlidir. Sənədli təftiş hərbi hissə (birlik) komandanlığını əvvəlcədən xəbərdar edilmədən aparılmır. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində xidmətdə olarkən, N4 mart N22-ci il tarixdən N8 mart N22-ci il tarixədək olan müddət ərzində Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən N nömrəli hərbi hissədə əşya xidməti üzrə kompleks yoxlama keçirilmişdir. Yoxlama zamanı mayor İddiaçı şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində xidmət etsə də N nömrəli hərbi hissə komandirinin xx.xx.N2N-ci il tarixli N nömrəli əmri ilə hərbi hissədə əşya xidməti üzrə yaradılmış daxili yoxlama komissiyasının sədri təyin edilmişdir. Mayor İddiaçı əşya xidməti üzrə daxili yoxlama komissiyasının sədri olduğu üçün əşya xidməti üzrə yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə XN0 - Maddi-Texniki Təminat Baş İdarə rəisinin xx.xx.N22-ci il tarixli 40 nömrəli cəzalandırılma əmri ilə sonuncuya “Şiddətli töhmət” intizam cəzası elan edilmişdir. Mayor İddiaçı XN0 - Maddi-Texniki Təminat Baş İdarə rəisi tərəfində “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırıldığına görə N nömrəli hərbi hissə komandiri Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NN6-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.N.4-cü yarımbəndini rəhbər tutaraq xx.xx.N22-ci il tarixli N nömrəli əmri ilə mayor İddiaçı 2-ci məharət dərəcəsini 3-cü məharət dərəcəsinə endirmişdir. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi vəzifəsində xidmətdə olarkən N9-xx.xx.N22-ci il tarixlərdə XN4 Heyət İdarəsinin nümayəndələri tərəfindən N nömrəli hərbi hissədə hərbi qulluqçuların uçotunun aparılmasının vəziyyəti yoxlanılmış, yoxlama zamanı çoxlu sayda nöqsanlar aşkar edildiyinə görə XN0 - X8 xx.xx.N22-ci il tarixli N nömrəli yoxlamanın nəticələri və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında əmri ilə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi mayor İddiaçı “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzası ilə cəzalandırılmışdır. XN0 - X8 xx.xx.N22-ci il tarixli N nömrəli cəzalandırılma əmrindən çıxarış xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş və mayor İddiaçı xidməti vərəqəsinə yazılaraq elan edilmişdir.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NN6-cı il tarixli 02 nömrəli qərarı ilə əsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.N-ci bəndinin tələblərinə əsasən aşağıdakı hallarda hərbi qulluqçunun məharət dərəcəsi bir pillə aşağı endirilir: 37.N.N.Hərbi qulluqçunun təqsiri səbəbindən silah və hərbi texnikanın istismar (təmir) qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş . verdikdə, həmçinin dövlətə maddi ziyan vurulduqda; 37.N.2.Atışlar, döyüş atışları və döyüş atışlı taktiki təlimlər zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulduqda; 37.N.3.Hərbi intizam qaydaları kobud şəkildə pozulduqda; 37.N.4.Azərbaycan Respublikası Müdafiə naziri və onun müavinləri tərəfində hərbi qulluqçuya “Şiddətli töhmət” elan edildikdə; 37.N.5.Bu Əsasnamənin 33 və 34-cü bəndlərində nəzərdə tutulan hallarda məharət dərəcəsi təsdiq edilmədikdə. Həmçinin həmin Əsasnamənin 37.2.7-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Müdafiə naziri və onun müavinləri tərəfində hərbi qulluqçuya “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə. Bundan başqa Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməlidir. Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə -Azərbaycan Respublikası Silahlı XN müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin N-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: -Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; -hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel NN-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 7.3cü yarımbəndinə əsasən hərbi qulluqçu ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin dövlət əmlakını qorumalıdır. Həmin Qaydalarının N0.N-ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır, o hərbi xidmət dövründə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında, daxili yoxlama komissiyasının sədri olaraq ona tapşırılmış işin səmərəli və keyfiyyətli yerinə yetirilməsində, hərbi qulluqçuların uçotunun təşkilində və aparılmasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Müdafiə nazirinin müavinləri tərəfindən “Şiddətli töhmət” və “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzaları elan edildiyinə görə onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “əmrin ləğvi və məharət dərəcəsinin bərpa edilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N2.N-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdiyi sübutlar və işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin qəbul edilməsini zəruri edən faktiki şərtləri mövcudluğu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 35.3-cü və 47.2-ci maddələrini əsas tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

28. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N992/N23 nömrəli, xx.xx.N23-cü il tarixli qərarı ilə iddia tələbi XN0 - Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 2N mart N22-ci il tarixli əmrinin ("şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində), həmin əmrin tələblərinin yerinə yetirilməsi haqqında 2-ci XNN (N nömrəli hərbi hissə komandirinin) N nömrəli N4 aprel N22-ci il tarixli əmrin ("2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi hissəsində) ləğv edilməsi və iddiaçının malik olduğu 2-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya məbləğinə əlavə edilməsi üçün yenidən hesablanma apararaq yeni məzmunda olan məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir.

29. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N992/N23 saylı, xx.xx.N23-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, XN0 - Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin 40 nömrəli 2N mart N22-ci il tarixli əmri İddiaçı "şiddətli töhmət” elan edilməsi hissəsində ləğv edilməsi, 2-ci XNN N4 aprel N22-ci il tarixli, N nömrəli əmri İddiaçı malik olduğu "2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi” hissəsində ləğv edilməsi, İddiaçı 2-ci məharət dərəcəsi bərpa edilərək vəzifə maaşına N5% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə cavabdehin 40 nömrəli 2N mart N22-ci il tarixli və N nömrəli N4 aprel N22-ci il tarixli əmrlərin (iddiaçıya aid hissədə) ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. 2ci məharət dərəcəsinin bərpa edilərək vəzifə maaşına əlavənin nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq sosial müdafiə orqanına göndərilməsi barədə tələb isə 32.N-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən əmrlərin nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur.

31. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N2N-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissə xidmətləri üzrə daxili yoxlama komissiyası təşkil edilmiş və həmin əmrlə şəxsi heyətin uçotu bölməsi rəisi mayor İddiaçı əşya xidməti üzrə Komissiyanın sədri təyin edilmişdir. Qeyd edilən əmrlə “tanış olma vərəqəsi”ndə əmrlə tanış olan və imza edən komissiya üzvləri siyahısında iddiaçının imzasının olduğu müəyyən olunmur. Başqa sözlə iddiaçının əsas vəzifəsindən əlavə yoxlama komissiyasının sədri təyin edilməsi ilə bağlı sözügedən əmrlə tanış edilməsi, iddiaçının həmin əmrdən irəli gələn vəzifələrə cəlb edilməsi, bu barədə təlimatlandırılması sübut olunmur.

32. Bundan başqa Xəstəlik haqqında şəhadətnamələrdən görünür ki, iddiaçı xx.xx.NN-ci il tarixindən Azərbaycan Respubliaksının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim klinik təzahürlərdə olan nəticəsi partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno nevrotik təzahürlər, Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit ağıreşitmə, hər iki qulaqda pıçıltı nitqinin 4 metr məsafədən eşitməsi” xəsarətini almışdır.

33. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.NN- ci ildən partlayış travması ilə əlaqəli səhhətində problemlərin yarandığı, davamlı olaraq müvafiq stasionar müalicələrə göndərildiyi halda hərbi hissə rəhbərliyinin onun əsas vəzifəsindən əlavə həm də əşya xidməti yoxlama komissiyasının sədri kimi məsul vəzifəyə təyin etməsi iddiaçının icra edə biləcəyi adekvat vəzifə olmamışdır.

34. Nəzərə alınmalıdır ki, iddiaçı N22-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq stasioar müalicələrlə yanaşı eyni zamanda növbəti əmək məzuniyyətlərində olmuşdur. Belə ki, iddiaçı yoxlama komissiyasının sədri təyin edildiyi xx.xx.N2N-ci il tarixdən rəhbər təyin edildiyi komissiyanın fəaliyyətinin yoxlanılması nəticəsi olan xx.xx.N22-ci il tarixli əmr qəbul edilənədək qısa müddətlərdə-xx.xx.N22-ci ildən xx.xx.N22-ci ilədək, xx.xx.N22-ci ildən xx.xx.N22-ci ilədək hərbi hissədə olmuşdur. Qeyd olunan müddətlərdə komissiya fəaliyyətinin təşkil edilməsi, müvafiq yoxlamanın aparılmasına rəhbərliyin edilməsi və s. kimi təşkilati-yoxlama tədbirlərin görülməsi, bununla da həmin komissiya sədri vəzifəsini realizə edə bilməsi istər iddiaçının iddiaçının hərbi hissədə olduğu müddətin qısalığı, istərsə də səhhətindəki problemlər baxımından ağlabatan və mümkün görünmür. Beləliklə, işin qeyd edilən halları iddiaçının hərbi hissədə olduğu qısa müddətdə səhhətində olan problemlərə görə onun real olaraq hər hansı vəzifəni icra edə bilmək imkanında olmadığı qənaətinə gəlməyə əsas verir.

35. Qeyd etmək lazımdır ki, iddiaçı nəinki icra edə bilmək iqtidarında olmadığı vəzifə üzrə intizam cəzasına cəlb edilmiş, eyni zamanda xx.xx.N22-ci il tarixli “Şiddətli töhmət” intizam cəzası, eləcə də həmin cəzadan irəli gələn məharət dərəcəsinin endirilməsi barədə xx.xx.N23-cü il tarixli əmr iddiaçının hərbi xidmət başında olmadığı vaxtda verilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı xx.xx.N22-ci il tarixdən 25 mart N22-ci il tarixədək növbəti əmək məzuniyyətdə, xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək isə Müdafiə Nazirinin Baş Klinik Hospitalında müalicədə olmuşdur.

36. Dolayısı ilə iddiaçı hərbi xidmətdə olmadığı, məzuniyyətdə və xəstəliyinə görə müalicədə olduğu vaxtda ona şiddətli töhmət cəzasının verilməsi və 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi barədə prosessual tələblərin pozulması ilə müşaiyət olunan əliverizşsiz inzibati aktlar qəbul edilmişdir.

37. Beləliklə, iddiaçı mübahisələndirilən 40 nömrəli 2N mart N22-ci il tarixli əmri ona "şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində, eləcə də N nömrəli N4 aprel N22- ci il tarixli əmri onun "2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi” hissələrində ləğv edilməsini, malik olduğu 2-ci məharət dərəcəsinin bərpa edilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

38. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 fevral N994-cü il tarixli 67 nömrəli Qərarının N-ci, 2-ci, 3-cü, 3.3.-cü, 37-ci, 37.N-ci, 37.N.4-cü, 37.2.7-ci bəndlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN6-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə xx.xx.N22-ci il tarixli 02 nömrəli Qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel NN4-cü il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimatının N2.N0-cu, N2.NN-ci yarımbəndinə, N2.N5-ci, N2.N5.N.-ci,N2.N-ci, N2.2N-ci, N2.24-cü bəndinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust N07-ci il tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın N-ci bəndinə, 2-ci, 3-cü bəndinə, 5-ci bəndinə, 6-cı bəndinə, 7-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul NN-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin N.N-ci bəndinə əsasən qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

39. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N992/N23 saylı, xx.xx.N23-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiaları tam əsassızdır, o hərbi xidmət dövründə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmiş vəzifə borclarının icrasında, daxili yoxlama komissiyasinin sədri olaraq ona tapşırılmış işin səmərəli və keyfiyyətli yerinə yetirilməsində, hərbi qulluqçuların uçotunun təşkilində və aparılmasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavinləri tərəfindən "Şiddətli töhmət" və “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq" intizam cəzaları elan edildiyinə görə onun 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı "əmrin ləğvi və məharət dərəcəsinin bərpa edilməsi" barədə onun arzuladıği inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Bundan əlavə N4 aprel N22-ci il tarixli əmrin N9 aprel N22-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olduğu, hərbi hissə komandirinin N aprel N22-ci il tarixli əmri ilə elan edilməsi baredə əmr verildiyi, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi kapitan X5 bu barədə 2N-22 aprel N22-ci il tarixlərdə mayor İddiaçı rəisi olaraq məlumat verməsini öz izahatında təsdiq etmişdir. Həmçinin mayor İddiaçı məlumatı olduğu təyin olunmuş müddətdə şikayət etməmişdir. Azərbaycan Respublikası İPM-nin N2.N-ci maddəsinə əsasən məhkəmə prosesi zamani iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdiyi sübutlar ve işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmalıdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı (vəkili ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də buna zərurət olmamışdır) və həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

43. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 fevral N994-cü il tarixli 67 nömrəli Qərarının - N-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: - 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – N5 faiz miqdarında; - N-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; - - 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər.

44. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN6-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin: - N-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. - 2-ci bəndinə görə Şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: - -3-cü məharət dərəcəsi - -2-ci məharət dərəcəsi - -N-ci məharət dərəcəsi - usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) – - 3-cü bəndinə əsasən məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: - 3.3. 2-ci məharət dərəcəsi Müdafiə Nazirliyinin baş idarə, müstəqil idarə rəisləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, birlik komandirləri (onların bilavasitə tabeliyində olan hərbi hissə. Müəssisə və təşkilatların hərbi qulluqçularına). - 37-ci bəndinə görə müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: - 37.N Bir pillə aşağı endilir: - 37.N.4 Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” elan edildikdə. - -37.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə naziri və onun müavinləri tərəfində hərbi qulluqçuya “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə.

45. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN6-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə xx.xx.N22-ci il tarixli 02 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası müdafiə naziri və ya onun müavinləri tərəfindən şiddətli töhmət intizam cəzasının verilməsi ilə əlaqədar məharət dərəcəsi aşağı endirilmiş hərbi qulluqçuların əvvəllər malik olduqları məharət dərəcələri həmin intizam cəzası Azəraycan Respublikası Silahlı X2 uyğun olaraq götürüldükdə bərpa edilir.

46. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 aprel NN4-cü il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimatın - N2.N0-cu bəndinə əsasən təsərrüfat fəaliyyətinin yoxlanması və maddi vəsaitlərin inventarizasiyasının keçirilməsi üçün hissə (birlik) komandirinin əmri ilə xidmətlər üzrə bir il müddətinə daxili yoxlama komissiyaları təyin edilir. - N2.NN-ci yarımbəndinə əsasən daxili yoxlama komissiyasının sədri zabitlərdən, üzvləri isə zabit, gizir (miçman), çavuşlardan və həmçinin, qoşun (gəmi) təsərrüfatın aparılması və təşkilini bilən fəhlə və qulluqçulardan təyin edilir. Təyin edilmiş daxili yoxlama komissiyalarının sədr və üzvlərinin yoxlanılan xidmətlərlə heç bir xidməti əlaqələri olmamalıdır. - N2.N5-ci bəndinə əsasən hərbi hissəlrdə (birliklərdə) daxili yxlama komissiyaları maddi vəsaitlərin inventarizasiyasına nəzarətin forması kimi aşağıda göstərilən müddətlərdə aparır: - N2.N5.N. bütün növ maddi vəsaitləri, yanacaq sürtgü materiallarını, xüsusi mayeləri və kazarma yaşayış fondu istisn olmaqla N yanvar tarixinə olan vəziyyət üçün ildə N dəfə. - N2.N-ci bəndinə əsasən hərbi hissələrin təəsürrüfat fəaliyyətinin plan üzrə yoxlanması daxili yoxlama komissiyası tərəfindən bütün xidmətlər üzrə ildə N dəfə 0N iyul tarixinə olan vəziyyət üçün aparılır. - N2.2N-ci bəndinə əsasən komissiyanın sədri və üzvləri hərbi hissənin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş nöqsanların, əskik və çatışmazlıqların gizlədilməsinə, inventarizasiyasının, yoxlama və təftişin düzgün aparılmasına və həmçinin aktda faktiki işlərin düzgün araşdırılmamasına görə cinayət və intizam məsuliyyəti daşıyır. - N2.24-cü bəndinə əsasən hərbi hissələrdə (birliklərdə) sənədli təftişin aparılmasına daxili yoxlama komissiyası mütləq cəlb edilməlidir. Sənədli təftiş hərbi hissə (birlik) komandanlığını əvvəlcədən xəbərdar edilmədən aparılmır.

47. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust N07-ci il tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın N-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və N.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - -2-ci bəndinə əsasən Bu Qaydaların N-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (N nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə N5 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən N0 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. - 5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. - 6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. - 7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.

49. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul NN-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin N.N-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və Nci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - Maddə 68.N. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. - Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. - Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - Maddə 87.7.N. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; - Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. - Maddə 94.N Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

52. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

54. Hazırkı iddia tələbi üzrə cavabdehin 40 nömrəli 2N mart N22-ci il tarixli və N nömrəli N4 aprel N22-ci il tarixli əmrlərin (iddiaçıya aid hissədə) ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. 2-ci məharət dərəcəsinin bərpa edilərək vəzifə maaşına əlavənin nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq sosial müdafiə orqanına göndərilməsi barədə tələb isə 32.N-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən əmrlərin nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur.

55. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

56. İşin hallarından göründüyü kimi, N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N2N-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissə xidmətləri üzrə daxili yoxlama komissiyası təşkil edilmiş və həmin əmrlə şəxsi heyətin uçotu bölməsi rəisi mayor İddiaçı əşya xidməti üzrə Komissiyanın sədri təyin edilmişdir. Qeyd edilən əmrlə “tanış olma vərəqəsi”ndə əmrlə tanış olan və imza edən komissiya üzvləri siyahısında iddiaçının imzasının olduğu müəyyən olunmur. Başqa sözlə iddiaçının əsas vəzifəsindən əlavə yoxlama komissiyasının sədri təyin edilməsi ilə bağlı sözügedən əmrlə tanış edilməsi, iddiaçının həmin əmrdən irəli gələn vəzifələrə cəlb edilməsi, bu barədə təlimatlandırılması sübut olunmur.

57. Xəstəlik haqqında şəhadətnamələrdən görünür ki, iddiaçı xx.xx.NN-ci il tarixindən Azərbaycan Respubliaksının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim klinik təzahürlərdə olan nəticəsi partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno nevrotik təzahürlər, Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit ağıreşitmə, hər iki qulaqda pıçıltı nitqinin 4 metr məsafədən eşitməsi” xəsarətini almışdır.

58. İddiaçı sonralar xx.xx.N2N-ci ildən etibarən müxtəlif tarixlərdə baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası və asteno-nevrotik təzahürlər. Kompensasiya ilə başa çatan mülayim dərəcədə ifadə olunmuş nevrotik pozuntu. Hepatosteatoz, Funskional dispepsiya “qapalı kəllə beyin travmasının qalıq əlamətləri., eləcə də baş beyin silkələnməsindən sonrakı vəziyyət. Vegeto damar çatmamzlıq. Asteno-depressiv vəziyyət. Boyun ostexandrozu” diaqnozları ilə stasionar müalicələrdə, eləcə də sanator kurort müalicələrində olmuşdur. İddiaçının səhhətində yaranan problemlər onun qeyri-adi davranışlara yol verməsi həm də hərbi hissədə komissiya üzvlərinin xx.xx.N22-ci il tarixdə tərtib etdikləri və hərbi hissənin möhürü ilə təsdiq etdikləri aktda da qeyd edilmişdir.

59. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.NN-ci ildən partlayış travması ilə əlaqəli səhhətində problemlərin yarandığı, davamlı olaraq müvafiq stasionar müalicələrə göndərildiyi halda hərbi hissə rəhbərliyinin onun əsas vəzifəsindən əlavə həm də əşya xidməti yoxlama komissiyasının sədri kimi məsul vəzifəyə təyin etməsi iddiaçının icra edə biləcəyi adekvat vəzifə olmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslı və məntiqlidir.Belə ki, “Azərbaycan Respublikası Silahı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında” Təlimatın tələblərinə əsasən daxili yoxlama komissiyaları hərbi hissənin təsərrüfat fəaliyyətinin yoxlanması və maddi vəsaitlərin inventarizasiyasının keçirilməsi üçün təşkil edilir. Daxili yoxlama komissiyaları bütün növ maddi vəsaitləri bütün xidmətlər üzrə ildə N dəfə 0N iyul tarixinə olan vəziyyət üçün yoxlamasını aparır.

60. Məhkəmə Kollegiyası hesab edir ki, nəzərə alınmalıdır ki, iddiaçı N22-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq stasioar müalicələrlə yanaşı eyni zamanda növbəti əmək məzuniyyətlərində olmuşdur. Belə ki, iddiaçı yoxlama komissiyasının sədri təyin edildiyi xx.xx.N2N-ci il tarixdən rəhbər təyin edildiyi komissiyanın fəaliyyətinin yoxlanılması nəticəsi olan xx.xx.N22-ci il tarixli əmr qəbul edilənədək qısa müddətlərdə-xx.xx.N22-ci ildən xx.xx.N22-ci ilədək, xx.xx.N22-ci ildən xx.xx.N22-ci ilədək hərbi hissədə olmuşdur. Qeyd olunan müddətlərdə komissiya fəaliyyətinin təşkil edilməsi, müvafiq yoxlamanın aparılmasına rəhbərliyin edilməsi və s. kimi təşkilatiyoxlama tədbirlərin görülməsi, bununla da həmin komissiya sədri vəzifəsini realizə edə bilməsi istər iddiaçının iddiaçının hərbi hissədə olduğu müddətin qısalığı, istərsə də səhhətindəki problemlər baxımından ağlabatan və mümkün görünmür. Beləliklə, işin qeyd edilən halları iddiaçının hərbi hissədə olduğu qısa müddətdə səhhətində olan problemlərə görə onun real olaraq hər hansı vəzifəni icra edə bilmək imkanında olmadığı qənaətinə gəlməyə əsas verir.

61. Qeyd etmək lazımdır ki, iddiaçı nəinki icra edə bilmək iqtidarında olmadığı vəzifə üzrə intizam cəzasına cəlb edilmiş, eyni zamanda xx.xx.N22-ci il tarixli “Şiddətli töhmət” intizam cəzası, eləcə də həmin cəzadan irəli gələn məharət dərəcəsinin endirilməsi barədə xx.xx.N23-cü il tarixli əmr iddiaçının hərbi xidmət başında olmadığı vaxtda verilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı xx.xx.N22-ci il tarixdən 25 mart N22-ci il tarixədək növbəti əmək məzuniyyətdə, xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək isə Müdafiə Nazirinin Baş Klinik Hospitalında müalicədə olmuşdur.

62. Dolayısı ilə iddiaçı hərbi xidmətdə olmadığı, məzuniyyətdə və xəstəliyinə görə müalicədə olduğu vaxtda ona şiddətli töhmət cəzasının verilməsi və 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi barədə prosessual tələblərin pozulması ilə müşaiyət olunan əliverizşsiz inzibati aktlar qəbul edilmişdir.

63. Tətbiq edilən normalardan çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən 40 nömrəli 2N mart N22-ci il tarixli əmri ona "şiddətli töhmət” intizam cəzası verilməsi hissəsində, eləcə də N nömrəli N4 aprel N22- ci il tarixli əmri onun "2-ci məharət (ixtisas) dərəcəsinin 3-cü məharət (ixtisas) dərəcəsinə endirilməsi” hissələrində ləğv edilməsini, malik olduğu 2-ci məharət dərəcəsinin bərpa edilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

64. Məhkəmə eyni zamanda cavabdehin iddiaya etirazda istinad etdiyi N9-xx.xx.N22- ci il tarixlərdə XN4 Heyət İdarəsinin nümayəndələri tərəfindən N nömrəli hərbi hissədə hərbi qulluqçuların uçotunun aparılmasının vəziyyəti yoxlanılması zamanı çoxlu sayda nöqsanlar aşkar edildiyinə görə XN0 - X8 xx.xx.N22-ci il tarixli N nömrəli yoxlamanın nəticələri və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında əmri ilə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (QN) rəisi mayor İddiaçı “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzası ilə cəzalandırıldığı, bununla da iddiaçının 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsinin qanunvericiliyin tələblərinə uyğun olduğu barədə dəlili ilə razılaşmır.

65. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndinin tələbinə əsasən 2-ci məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə əsaslardan biri də hərbi qulluqçuya onun “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsidir. Hazırkı iş üzrə iddiaçı barəsində NN nömrəli hərbi hissənin N nömrəli xx.xx.N22-ci il tarixli “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş olsa belə iddiaçının malik olduğu 2-ci məharət dərəcəsi həmin əmr əsasında deyil, xx.xx.N22-ci il tarixli 40 nömrəli əmrlə “Şiddətli töhmət” elan edilmə əsasında aşağı endirilmişdir və bu halda əvvəlki məharət dərəcəsinin bərpası da məhz xx.xx.N22-ci il tarixli əmrin ləğvi ilə mümkündür. Başqa sözlə, nə qədər ki, iddiaçının məharət dərəcəsinin aşağ endirilməsi xx.xx.N22-ci il tarixli N nömrəli əmr əsasında baş verməmişdir, bu halda həmin əmrin hazırkı məhkəmə icraatında qiymət verilməsinə, həmin əmrə istinadən iddiaçının məharət dərəcəsinin endirilməsi və bərpası ilə bağlı məsələyə münasibət bildirilməsinə də zərurət yoxdur.

66. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

67. Cavabdehin apellyasiya şikayətinin mübahisələndirilən əmrlər barədə şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi kapitan X5 2N-22 aprel N22-ci il tarixlərdə mayor İddiaçı rəisi olaraq məlumat verməsini öz izahatı ilə təsdiq etməsi dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə təqdim edilən “xidməti vərəqə ilə tanışlıq haqqında qeydlər” kitabından çıxarışda görünür ki, İddiaçı xidməti vərəqə ilə sonuncu dəfə xx.xx.N2N və xx.xx.N22-ci il tarixlərdə tanış olmuşdur. Mübahisələndirilən əmrlərin 2N mart N22-ci il və N4 aprel N22-ci il tarixli olduqlarından həmin əmrlərlə iddiaçının sonuncu dəfə ən tezi xx.xx.N22-ci il tarixdə tanış olduğu müəyyən olunur.N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisinin köməkçisinin yazılı izahatına gəlincə məhkəmə qeyd edir ki, hərbi hissədə olmayan (iddiaçı stasionar müalicədə olmuşdur) hərbi qulluqçuya köməkçisi olsa belə mobil telefonla məlumat verməsi qanunvericiliyin tələbinə uyğun olaraq hərbi quluqçuya əmrin “elan edilmə”sini ifadə etmir. Eyni zamanda xidmətdə olan hərbi qulluqçunun hazırda hərbi hissə komandirinə keçmiş rəisinə mübahisələndirilən əmr barədə məlumat verməsi kimi izahatı mahiyyət etibarı ilə obyektiv hesab edilə bilməz.

68. Beləliklə, hazırkı halda cavababdeh iddiaçının mübahisələndirdiyi əmrlərdən daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin əmrlərin təqdim və ya elan edilməsinin sübut olunmadığını nəzərə alaraq Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir.

69. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı sayılmır, odur ki, təmin edilməməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.N-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.N.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N992/N23 saylı, xx.xx.N23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar