Məhkəmə qərarları › İş №2-1(103)-2889/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2889/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2889/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2719/2017 saylı 08 may 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “xx.xx.2009- cu il tarixdən 55 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi və ərizəçi Fondun Xətai rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.2009-cu il tarixdən 55 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21,06.2017-ci il tarixli 2-1 (82)- 2719/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-1989/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (102)- 247/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-247/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 29, mənzil 31-də rəsmi qeydiyyatda olan İddiaçı adından yazılmış xx.xx.2017-ci il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra- Fond) Bakı şəhəri Xətai rayon şöbəsində üzərinə daxilolma ştampı vurulmaqla eyni tarixdə qeydiyyatdan keçirilmişdir. Qeyd olunan ərizə əlyazma qaydasında yazılmış və mövzusu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 9.8- ci maddəsinə əsasən 55 yaşdan əməkhaqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını hesablayıb yenidən təyin edəsiniz” xahiş etməsi olmuşdur. Eyni zamanda, İddiaçı adından rekvizitləri doldurulmuş və kimliyi bilinməyən şəxs tərəfindən dərkənar qoyulmuş digər xx.xx.2017-ci il tarixli ərizə blankına (1 nömrəli əlavə) 1 aydan bir qədər çox fərqlə “1760” N°-si və “xx.xx.2017”-ci il tarixi qoyulmuş “Daxil oldu” ştampı vurulmuşdur. Şöbənin pensiya təyin edən komissiyasının qərarı blankında (8 nömrəli əlavə) isə tarix və nömrə qoyulmadan, səlahiyyətli şəxslərin imzası və şöbənin möhürü ilə təsdiq edilmədən “tələb olunan sığorta stajı olmadığı üçün rədd edilir” yazısı qeyd olunmaqla vətəndaşın müraciətinə imtina olunmuşdur. Vətəndaşın şöbəyə müraciət tarixi onu göstərir ki, o, həmin dövrdə qanunvericiliklə müəyyən olunmuş 63 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin bu işdə maraqlı olan şəxslərin köməyi və istiqaməti ilə vətəndaşın adından yuxarıda qeyd olunan digər xarakterli ərizələr yazılaraq qeydiyyatdan keçirilmişdir. Eyni zamanda, vətəndaşın xx.xx.2017-ci il tarixli birinci ərizəsinə cavab olaraq şöbə tərəfindən vətəndaşa ünvanlanmış xx.xx.2017-ci il tarixli 19/4038-01 N-li məktubunda onun ərizəsində qeyd olunanlar əsasında əmək pensiyasının təyin edilməsinin və hesablanmasının Qanuna 2010- cu ilin 1 yanvarından edilmiş dəyişikliklərə uyğun mümkün olmadığı bildirilmişdir. Pensiya işində olan məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona xx.xx.2009-cu il tarixdən 55 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaşın adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etməklə qeydiyyatdan keçirilmiş müvafiq iddia ərizəsində İddiaçı qeyd etdiyi pensiya alması faktı məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddia ərizəsində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 55 yaşdan və 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Halbuki, məhkəmə baxışı keçirilərkən hələ vətəndaşa heç bir növ əmək pensiyası aparılmamışdı. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Pensiya işinə tikilmiş və seriya nömrəsi ******* olan əmək kitabçasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks qazma işləri tresti tərəfindən təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1977xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Qaradağneft Neft və Qazçıxarma idarəsinin Prokat-təmir sexində elektrik avadanlıqlarına və elektrik təchizatına xidmət üzrə elektrik montyoru, mühəndis-elektrik, elektrik avadanlıqlarına xidmət üzrə böyük usta, elektrolaboratoriya müdiri, köçürmə yolu ilə xx.xx.1988-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Qum adası” X11 İdarəsinin Prokat-təmir qrupunda baş energetik, qazma avadanlıqlarının təmiri sexində mexanik, xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Dövlət Neft Şirkətinin Kompleks qazma işləri trestinin Loqistika bölümünün elektrik avadanlıqlarına xidmət sexində sex rəisi vəzifələrində işləmişdir. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı hərbi xidmətdə olmamış, təhsil aldığı dövrdə hərbi hazırlıq kursu keçmişdir. Diplomun surətinə əsasən xx.xx.1972-xx.xx.1977-ci tarixləri arasındakı dövr ərzində Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil almışdır. Məhkəmə qərarlarından göründüyü kimi, xx.xx.1977-ci il tarixdən sonrakı bütün işlədiyi müddət nəzərə almaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarda xüsusi vurğulanan onun dəniz şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 N-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsində isə 2 N-li Siyahıda qeyd olunmuş “Kod- 20101000-Açıqda dağ- mədən işləri və yer səthində işlər” bölməsinin “Kod-2010100belektrik mexanikləri” vəzifəsini əsas göstərməklə şöbənin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da əvvəlki instansiyaların qəbul etdiyi qərarları əsas götürərək şöbənin kassasiya şikayətini təmin etməmişdir. Göstərilənləri qeyd edərək bildiririk ki, vətəndaşın işlədiyi istehsalat ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınaraq qəbul edilmiş istehsalata (Açıqda dağmədən işləri və yer səthində işlər) uyğun deyildir. Həmçinin, əmək kitabçasının surətinə əsasən vətəndaş energetika sahəsində “elektrik mexaniki” vəzifəsində 1988-1989-cu illərdə 4 ay, 2009-cu ildə 2 ay işləmişdir. Şöbə tərəfindən də vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Ali Məhkəmədə də proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra şöbəyə daxil olmuş məhkəmə qərarları və digər sənədlərə, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks qazma işləri trestinin təsdiq və təqdim etdiyi 2004-2005-ci illər üzrə xx.xx.2018-ci il tarixli əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2018-ci il tarixli 1760 N-li qərarı əsasında xx.xx.2009-cu il tarixindən 55 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 28 il 3 ay sosial sığorta stajı, həmçinin 01 yanvar 2006-ci il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və əyani təhsil dövrü nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2009-cu il tarixindən 584,34 manat, xx.xx.2018-ci il tarixli sərəncamla azaldılaraq 516,75 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2018-ci il tarixindən 779,50 manat müəyyən edilmiş və xx.xx.2018-ci il tarixindən ödənişinə başlanılmışdır. Vətəndaşın adından yazılması ehtimalı olunan və vətəndaş tərəfindən deyil, kənar şəxs tərəfindən imzalanan (vətəndaşın izahatında çəkilmiş imzadan tam fərqlidir) ərizəni xx.xx.2018-ci li tarixdə şöbədə qeydiyyatdan keçirməklə Qanunun 37- ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında vətəndaşın pensiyası xx.xx.2018-ci il tarixdən 597,19 manat məbləğində artırılaraq 1376,69 manata çatdırılaraq ödənişi aparılmışdır. Şöbənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə vətəndaşın xx.xx.2019-cu ildən işdən azad olunması nəzərə alınaraq pensiyası 3 il geridən – xx.xx.2016-cı il tarixdən yenidən hesablanmış, müvafiq dövrlər üzrə indeksləşdirmələr nəzərə alınmaqla xx.xx.2019-cu ildən 1734,03 manata çatdırılmış və ödənilmişdir. xx.xx.2009-ci ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə 70280,15 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 4000,0 və 5000,0 manatı müvafiq olaraq 2018-ci ilin mart və aprel aylarında, xx.xx.2018-xx.xx.2019-cu il aralığı üzrə 20 ay ərzində müxtəlif iri məbləğlərlə cəmi 26216,99 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış və vətəndaşın plastik kart hesabına köçürülmüş fərq məbləğinin 35063,16 manat qalıq hissəsi şəxsiyyət vəsiqəsi ilə nağd qaydada bankdan alınmışdır. Ödənişin başlanıldığı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 30144,57 manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı güzəştli şərtlərlə deyil, yaşa görə əmək pensiyası almaq hüququ qanunvericiliklə xx.xx.2017-ci il tarixdən yaranır. Həmin tarixdən (məhkəmə qərarları nəzərə alınmadan) vətəndaşın aylıq pensiya məbləği 33 il 1 ay sosial sığorta stajına uyğun hesablanmış sığorta hissəsi (84,70 manat), xx.xx.2006- xx.xx.2017-ci il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı (126,37 manat) və baza hissəsi ilə birlikdə (110,0 manat) cəmi 321,07 manat, sonrakı indeksləşdirmələr nəzərə alınmaqla xx.xx.2018-ci ildən 339,37 manat, xx.xx.2019-cu ildən 349,55 manat, pensiya təyin olunduqdan sonrakı dövr üzrə, yəni işdən azad olunduğu xx.xx.2019-cu il tarixədək qazanılan sığorta hissəsi üzrə toplanmış pensiya kapitalı əsasında hesablanmış 61,39 manat məbləğ həmin tarixdən aylıq pensiyanın üzərinə əlavə edilməklə 410,94 manat, xx.xx.2020-ci ildən 479,15 manat, (indeksləşdirmə artımı ilə) təşkil etməlidir. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə cəmi ödənilməli məbləğ 11452,22 manat təşkil edəcək. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz. Araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində məhkəmə qərarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 100424,72 manat (70280,15+30144,57) yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 11452,22 manat müəyyən edilmiş, əsassız ödənilmiş məbləğ 88972,50 manat (100424,72-11452,22) təşkil etmişdir. Beləliklə, Fondun Xətai rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 88972,50 manat təşkil etmişdir. Bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 iyun 2021-ci il tarixli 02/2-89c-20/906 nömrəli məktubda araşdırma nəticəsində toplanmış material Baş İdarənin İstintaq idarəsində Fondun Abşeron rayon şöbəsinin vəzifəli şəxsləri barəsində istintaq olunan cinayət işinə əlavə edildiyi bildirilib (surəti əlavə olunur). Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Xətai rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1 (82)-2719/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2719/2017 saylı 08 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadıın ləğv edilməsi və ərizənin təmin olunması xahiş olunmuşdur. Apellyasiya şikayəti ərizələrin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarından görünür ki: -İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-2719/2017 saylı, 21 iyun 2017-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1989/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təminedilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 247/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1989/17 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmaması” barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)- 2719/2017 saylı, 21 iyun 2017-cı il tarixli qərarı xx.xx.2018-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Xətai rayon şöbəsi tərəfindən qərar icra edilmişdir. Cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya xx.xx.2018-ci il tarixindən etibarən pensiya ödənişinə başladığını bildirmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni 6 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və “yeni açılmış hallarla” bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2719/2017 saylı 08 may 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2719/2017 saylı 08 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar