Məhkəmə qərarları › İş №2-1(103)-2890/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2890/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2890/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23-cü maddəsinin, pozulmuş maddi təminat hüququnun almadığı müddətə təmin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mühafizə Alayında, Pentensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəində, eyni ilə 7 saylı cəzaçəkmə müəssisəsində müxtəlif vəzifələrdə orta rəis heyətində xidmət edərək 2017-ci il tarixdə yaş həddinə görə təqaüdə çıxmışdır. Xidmət etdiyi müddətdə 2006-cı ildən başlayaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanunun 23-cü maddəsində qeyd olunan: Ədliyyə orqanları əməkdaşlarının xidmət etdiyi dövrdə sosial müdafiə hüququnun təmin edilməsi hər il üçün birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı sözügedən qanunun xidmətdə olduğu müddətdə 2012-ci və 2016-cı illərdə təsiri dairəsində ona müavinət ödənilsə də xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, yəni təqaüdə çıxdığı müddətə qədər Qanunun 23-cü maddəsinin tələbi 2006-cı ildən başlayaraq 2012 və 2016-cı illəri çıxmaq şərti ilə müxtəlif bəhanələr ilə ədliyyə orqanının əməkdaşı kimi onun barəsində təsdiq edilməmişdir. Ədliyyə Naziri Pentensiar Xidməti hərbiləşdirilmiş mühafizə alayında xidmət etdiyi üçün Azərbaycan Respublikası daxili hərbi xidmət nizamnaməsinin müddəalarının tələblərinə əsasən birbaşa rəis heyətinə hərbi nizamnamə əsasında tabe olmuşdur. Həmin dövrdə hər hansı bir maddi təminatın pul müavinətinin alınması üçün raportla və yaxud rəsmi müraciəti ilə müavinət almaq tələbi tabeli rəhbərliyin şifahi göstərişinə əsasən yazmaq imkan xaricində olub. Yəni hərbi qulluqçu kimi tabe olduğu üçün rəhbərliyin əmrini qəbul etməmək, göstərişə zidd raport yazmaq, müraciət etmək, maddi pul tələb etmək cinayət məsuliyyəti yaradılmasına əsas olduğu üçün rəhbərliyin (komandanlığın) şifahi göstərişindən kənara çıxmamaq şərti ilə ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilməmişdir. Bu barədə qeyd etdiklərinə zidd olaraq pentensiar xidmətə müraciət etsə də, müraciətimə cavab olaraq xx.xx.2022-ci il tarixdə 17/7-19431 saylı ona göndərilən məktubda bildirilmişdir ki, vaxtında qeyd edilən məsələlər ilə bağlı müraciət etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “2006-2010-cu illərdə xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17/7- 19431 saylı məktubda bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar Xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Penitensiar Xidmətdə qulluqda olduğu müddət ərzində 2012 və 2016-cı illərdə müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinət hesablanaraq hesabına ödənilmişdir. Digər illərdə isə xəstəlik ilə bağlı rəsmi olaraq müraciəti olmadığından müavinət almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli ərnri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunmağı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilər. - 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşının 2016-cı ilin xəstəlik üçün müavinət cədvəlindən görünür ki, İddiaçı (qeydiyyat nömrəsi **********0104) 1434,00 manat müavinət təyin edilmişdir. - ********** saylı xx.xx.2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 713,00 manat pul məbləği ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi müalicə qeyd edilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-17/3/2-10681/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı arxiv şəxsi işinin təsdiq olunmuş surəti təqdim edilmişdir. - İddiaçı dair təltiflər və mükafatların (ordenlər, medallar, qiymətli hədiyyələr, fəxri fərmanlar, təşəkkürlər və s.) təsdiq olunmuş siyahısından görünür ki, xx.xx.2013-cü il tarixdə 28 may Respublika günü münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibəti ilə təşəkkürnamə ilə təltif edilmişdir. xx.xx.2013-cü il tarixdə ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. xx.xx.2013-cü il tarixdə Həmrəylik günü münasibəti ilə pul mükafatı ilə təltif edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş arayışa əsasən Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı həqiqətən 1962-ci ildə Bərdə rayonunda olmuş, 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək RF DİN-nin Kostrama lll-nin tərbiyə əmək müəssisəsində nəzarətçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək RF DİN-nin Ufa xüsusi orta milis məktəbinin müdavimi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində tərbiyəçi, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kostrama lllnin tərbiyə əmək müəssisəsində əməliyyat müvəkkili, xx.xx.1988-ci il tarixdən xx.xx.1992- ci il tarixədək Kostrama lll-nin tərbiyə əmək müəssisəsində rejim və mühafizə şöbəsinin inspektoru, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 2-ci əməliyyat şöbəsinin əməliyyat növbətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ƏN MQİBİ-nin 6500 saylı h/h-nin 7-ci bölüyünün komandir müavini, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 6500 saylı h/h üzrə növbətçi, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 6500 saylı h/hnin 3-cü taborunun komandirinin şəxsi heyət üzrə müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 6500 saylı h/h-nin 14-cü bölüyünün komandir müavini, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 6500 saylı h/h-nin 6-cı bölüyünün komandiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 6500 saylı h/h-nin 9-cu bölüyünün komandiri, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Mühafizə alayının 3-cü atıcı bölüyünün komandiri, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Penitensiar xidmətin sərəncamında, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 6 saylı MTCM-nin böyük inspektoru (rəisin növbətçi köməkçisi), xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7 saylı CM-nin rejim-nəzarət şöbəsinin böyük inspektoru vəzifələrində işləmişdir. xx.xx.2017-ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə ədliyyə mayoru xüsusi rütbəsində olarkən pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 34 il 06 ay 17 gün, güzəştli hesablama ilə 41 il 08 ay 26 gün təşkil etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq İddiaçı qulluq müddətində xüsusi rütbəli əməkdaş hesab edilmişdir. Həmçinin qulluq müddətində 2012 və 2016-cı illərdə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında “Azərbaycan Respublikasının Qanunundan: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarından: 1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun,olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra - müavinət) verilməsi qaydalarını müəyyən edir. 1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir. 1.3. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. 1.4. Müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir. 1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər. 1.6. Bu Qaydalarda nəzərdə tutulan məqsədlər üçün verilən müavinət ədliyyə orqanlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilir. 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. 2.3. Müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. 2.4. Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır. 2.5. Komissiyalar öz qərarların səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər. 2.6. Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır. 2.7. Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. 2.8. İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir. 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı 2011-2017-ci illər ərzində ədliyyə orqanlarında işləmiş, cavabdeh tərəfindən iddiaçıya işlədiyi 2012 və 2016-cı illərdə hər il bir dəfə müalicə olunması üçün pul müavinətinin verilməsi üçün müraciət etmiş və həmin müavinətin ona verilmişdir. Məhkəmə kollegiyası iddiaçının 2011, 2013, 2014, 2015, 2017-ci illərdə müalicə olunması üçün pul müavinətinin verilməsi barədə cavabdehə müraciət etməsi müəyyən edilmir. Belə ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etməməklə bərabər, belə bir sübut məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Həmçinin iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının sonradan fərqli çıxış edərək, xəstəlik üçün müavinət almaq barədə raportla müraciət etsə də raportuna baxılmaması barədə dəlilini mötəbər hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar