Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2891/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-198/2024 saylı, 24 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “Filial”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra Milli Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı və Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 saylı Qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-198/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı və “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 saylı qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “X6nın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143229 nömrəli qərarına əsasən noyabr 2017 – oktyabr 2020 dövr əhatə edilməklə vergi ödəyicisində növbədənkənar X6 təyin edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 7 193 298,13 manat (mənfəət vergisi 2 095 491,4 manat, ƏDV 5 097 806,73 manat) azaldıldığı, 371 128,80 manat (mənfəət vergisi) artıq hesablandığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisi üzrə ümumilikdə 6 822 169,33 manat vergi, 3 596 761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 nömrəli Qərara əsasən 2020-ci ilin hesabat dövrü üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 198157,15 manat, iddiaçının təqdim etdiyi bəyannamə üzrə vergi 11 214,82 manat müəyyən edilmişdir ki, nəticədə həmin hesabat dövrü üzrə 186 942,33 manat mənfəət vergisi hesablanmışdır.Hesab edirik ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən növbədənkənar X6nın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli **********143229 saylı qərarı qəbul edərkən növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərmədiyini bildirmişdir. Bildirilmişdir ki, X6nın keçirilməsi vergi orqanının diskresion səlahiyyətinə aiddir. İnzibati İcraat haqqında qanunun 2.0.7.-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Vergi orqanın “X6nın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143229 nömrəli qərarında həm qərarın məqsədi, həm də əsası açıq şəkildə qeyd edilmişdir. Belə ki, qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilərək vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar X6nın təyin edildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən etməsi növbədənkənar X6nın keçirilməsi üçün əsasdır. Göründüyü kimi, vergi orqanı inzibati aktda yoxlamanın məqsədi və əsaslarını dəqiq və aydın göstərmişdir. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara gəldikdə isə, həmin məlumatlar müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdəki uyğunsuzluqlar olmuşdur. Belə ki, 2017-ci il üzrə müəssisə tərəfindən il ərzində ümumi dəyəri 587000,0 manat olan əsas vəsaitin idxal edilməsinə və 77000,0 manat dəyərində əsas vəsaitin e-qaimə ilə alınmasına baxmayaraq, mənfəət vergisinin 1№-li əlavəsində dövr ərzində daxil olunmuş əsas vəsaitlərin dəyəri 26950,0 manat göstərilmişdir. 12 aylıq ƏDV hesabatlarında 8830840,0 manat dövriyyə göstərilməsinə baxmayaraq, mənfəət vegrisi hesabatında 9059170,0 manat dövriyyə göstərilmişdir ki, bu da 228330,0 manat kənarlaşmanın yaranmasına səbəb olub. Mənfəət vergisində xərcə silinən malın dəyəri 457160,0 manat, 1№-li əlavədə isə ümumilikdə 894350,0 manat malmaterial silgisi aparılmışdır. 9059170,0 manat dövriyyə qarşılığında balansda 17016300,0 manat debitor borcu tanınmışdır. Aradakı ******* manat debitor borcun açıqlaması verilməmişdir. 2018-ci il üzrə müəssisənin illik gəlirinin olmadığı göstərilmiş, bununla yanaşı məzənnə fərqindən 21579820 manat zərər göstərilmişdir. Qeyd edilən dövrdə devalvasiya olmamışdır. Dövrün əvvəlinə pul vəsaiti 5861320,0 manat, sair kreditorlar isə 45344720,0 manat olmuşdur. Göstərilmiş 21579820,0 manat məzənnə fərqindən yaranmış zərərin aydınlaşdırılması zərurəti yaranmışdır. Vergiyə cəlb olunan və ya azad olan dövriyyəsi olmadığı göstərilmiş, lakin balansda 19266820,0 manat debitor borcu tanınmışdır. İl ərzində müəssisənin gəliri olmadığı göstəriliş, lakin 7793640,0 manat gəlirdən çıxılan xərc kimi tanınmışdır. 2018-ci ildə təqdim edilmiş bəyənnamənin 1 №-li əlavəsində mal təqdim etməsinin olmadığı göstərilmiş, lakin 5346270,0 manat xərc bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər kimi hesablanmışdır. Qeyd edilən dövrdə 72432950,0 manat debitor borcu, 35828850,0 manat kreditor borcu bağlanmış, ümumilikdə 17138870,0 manat pul vəsaitləri daxil olmuşdur. Debitor borcun qalan hissəsinin araşdırılması zərurəti yaranmışdır. Dövr ərzində 12817000,0 manat alınmış avans qeyd olunmuş, lakin ƏDV hesabatlarında alınmış avansa ƏDV hesablanmamışdır. Dövr ərzində müəssisənin gəlirinin, gəlirdən çıxılmayan xərcinin olmadığı göstərilmiş, lakin balansda 2634840,0 manat ehtiyyat silinmişdir. Göründüyü kimi, vergi orqanının müəssisədə növbədənkənar X6nın keçirilməsi üçün kifayət qədər əsası olmuşdur. Həmçinin bildirilmişdir ki, Vergi Məcəlləsinin 70.3- cü maddəsinə əsasən öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gələn və vergi hesablanılan şəxsin hamı üçün aydın şəkildə göstərildiyi vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri etibarsız və prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh X6 aktının tərtibi müddətinin uzadılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarları reyestrə daxil etməməklə Əsasnamənin 3.4.16-cı bəndinin tələblərinə riayət etməmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Vergi orqanın xx.xx.2020-ci il tarixli qərarıyla İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialında təyin edilmiş növbədənkənar X6 Reyestrdə KY201549355 yoxlama kodu ilə qeydə alınmışdır (əlavə edilir). Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın reyestrə daxil edilməməsinə gəldikdə isə, qeyd edilməlidir ki, bu qərar yeni yoxlama barədə deyil, Reyestrdə qeydə alınmış yoxlamanın davamıdır. Odur ki, həmin qərarın, eləcə də aktın tərtibi müddətinin uzadılması barədə qərarın Reyestrdə qeydə alınması Əsasnamədə nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçının iddiası əsassızdır. Məhkəmə qərarında həmçinin cavabdeh X6nı qanunla müəyyən edilmiş müddətə riayət etmədən həyata keçirildiyi bildirilmişdir. Bununla bağlı bildirilmişdir ki, yoxlama dövründə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən X6 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X6nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamsının keçirilmə müddətinin 30 gün olduğu qeyd edilsə də, Məcəllənin 38.4-cü maddəsində X6nın iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirildiyi göstərilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, 3 dekabr 2021-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddəsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilmişdir. Bu da vergi orqanının yoxlamanının müddətini iş günü ilə müəyyən etməsinin doğru olduğunu bir daha təsdiq edir. Əlavə olaraq bildiririk ki, yoxlama Vergi Məcəlləsinin 38.2-ci, 39.4-39.6-cı, 49.1-ci maddələri ilə müəyyən edilmiş müddətlərə riayət edilməklə aparılmışdır. Odur ki, iddiaçının vergi orqanı tərəfindən yoxlama müddətlərinin pozulması iddiası əsassızdır. Bundan başqa məhkəmə mahiyyəti üzrə filial tərəfindən "xxxx" QSC-ə 2019-2021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığını, avans məbləğlərinin görülmüş işlərlə tam əvəzləşmə statusunda olmadığını, ADY QSC tərəfindən işlər qüsursuz təhvil alınması 2021-ci ildə tamamlandığı, Baş ofisdən daxil olan pul vəsaitlərini kreditor borc kimi uçota alındığı, köçürülmüş pul vəsaitlərinə görə vergilərin artıq ödənildiyini bildirmişdir. Qeyd edilənlərlə bağlı bildiririk ki, iddiaçı vergi ödəyicisi barədə yayındırılmış xüsusilə külli miqdar təşkil edən 6 822 169,33 manat məbləğində vergilərin dövlət büdcəsinə yayındırılması faktı üzrə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9031nömrəli ekspert rəyi verilmişdir. Qeyd edilən ekspert rəyi ilə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri öz təsdiqini tapmışdır. Qeyd edilən ekspert rəyi məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən heç bir əsas gətirmədən ekspert rəyininin sübut kimi qiymətləndirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən yenidən ekspert rəyinin alınması üçün müraciət edilmiş, lakin vergi ödəyicisi tərəfindən ekspertə müvafiq sənədlər təqdim edilmədiyi üçün rəy verməkdən imtina edildi. Halbuki məhkəmə tərəfindən mühasibatlıq məsələsi ilə bağlı təqdim edilən ekspert rəyini nəzərə almadan sonradan vergi ödəyicisinin özü tərəfindən təqdim edilən audit rəyini sübut kimi qəbul etmiş, həmçinin audit rəyində göstərilənləri qərarın çıxarılması üçün əsaslı hesab etmişdir. Bundan başqa bildirilmişdir ki, müəssisənin baş ofisi tərəfindən 2018-ci ildə 751 459.38 manat, 2019- cu ildə 9 975 935.35 manat və 2020-ci ildə 934 711,66 manat olmaqla ümumilikdə 11 662 106,21 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X13" MMC-ə ödənilmişdir. "X13" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş bəyannamələrin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 159-cu maddəsinə asasan 11 662 106,21 manat gəlir məbləğinə 2 099 179,12 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, Baş ofis tərəfindən filiala ödənilmiş məbləğ "xxxx" QSC-yə təhvil verilmiş xidmətin dəyəri kimi ƏDV-yə və mənfəət vergisinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV məqsədləri üçün vergitutma obyektidir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Bununla bağlı bildirmək istərdik ki, iddiaçı tərəfindən 2014-cü ildən 2018-ci ilə kimi dövrlər üzrə göstərilmiş iş və xidmətlərə görə təhvil təslim aktları bağlanılmış və həmin dövrlərdə subpodratçı qismində cəlb edilmiş “X11” MMC tərəfindən bütün iş və xidmətlərin qüsursuz təqdim etdiklərini həmin aktlarla təsdiq edilmişdir. Həmçinin bildiririk ki, iddiaçı tərəf qüsurlu işlər üzrə əvvəlki dövrlərin işlərinin yenidən görülməsini bildirməklə, əldə edilən gəlirlərin əvvəlki dövrlərdə göstərildiyini bildirsə də, bununla bağlı hansı qüsurlu işlərin nədən ibarət olması, hansı dövrdə göstərilmiş işlərin qüsurlu olmasını, bununla bağlı əvvəlki dövrdə göstərən şəxsin hər hansı münasibətini və əvvəlki dövrdə bütün işlərin qüsursuz olması ilə əlaqədar təhvil təslim aktı ilə qəbul edilən işlərə münasibət bildirməmiş və göstərilənlərlə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. “X11” MMC tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 693860 və xx.xx.2016cı il tarixli HK seriyalı 469990 nömrəli vergi hesab fakturalarına görə göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və vergi məbləği) xx.xx.2017-ci il tarixədək tam ödənilmişdir. Lakin buna baxmayaraq filial tərəfindən əvəzləşmələr səhv olaraq 2018-ci ilin dekabr ayında aparılmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən 2018-ci ilin dekabr ayında 1 840 034,23 manat ƏDV əvəzləşməsi ləğv olunmuşdur. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır. Bununla yanaşı iddiaçı Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzləşdirilən ƏDV-ni dəqiqləşdirdiyini bildirsə də, qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 163-cü maddəsinin əlamətləri mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 163-cü maddəsi aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; əməliyyatın xarakteri dəyişdikdə; qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. İddiaçı qeyd edilən hallardan əməliyyatın xarakterinin dəyişdiyini iddia etsə də, “X11” MMC-nin əvəzinə “X14” MMC- nin cəlb edilməsini əməliyyaın xarakterində dəyişiklik baş vermiş kimi qiymətləndirmək olmaz. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı hər hansı dövriyyə dəqiqləşdirməsi aparmamış, 2017-ci ilin oktyabr ayı üzrə aparmalı olduğu əvəzləşdirməni 2018-ci ilin dekabr ayında aparmışdır. 2019-cu ilin fevral ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsində dəqiqləşmə üzrə azaldılan ƏDV-nin məbləği 1 158 342.32 manat artıq göstərilmişdir. Təqdim olunmuş məlumatlara əsasən "xxxx" QSC ilə imzalanmış müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və həmin tarixə "xxxx" MMC-nin "xxxx" QSC-yə qarşı avans üzrə kreditor borcu 10 981 600,00 manat (ƏDV-siz məbləğ 9 306 440,67 + ƏDV 1 675 159,32) göstərilmişdir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, avansın faktiki məbləği 3 388 022,55 (ƏDVsiz məbləğ 2 871 205,55 + ƏDV 516 817) manat təşkil etmişdir. Beləliklə, filial tərəfindən avans məbləğinin 7 593 577,44 manat artıq göstərilməsi nəticəsində dəqiqləşmə üzrə azaldılan dövriyyə 6 434 235,12 manat, dəqiqləşmə üzrə azaldılan ƏDV 1 158 342,32 manat artıq göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən 2019-ci ilin fevral ayında 1 158 342,32 manat (1 675 159,32 – 516 817) dəqiqləşmə üzrə azaldılan ƏDV ləğv olunmuşdur. Bundan başqa, "xxxx" MMC-nə malların dəyəri (1046.78 manat) xx.xx.2018-ci il tarixdə ödənilməsinə baxmayaraq ƏDV məbləği (188.42 manat) xx.xx.2018-ci il tarixdə, yəni 4 gün gec, "xxxx" MMC-nə xidmətin dəyəri (200.00 manat) xx.xx.2020-ci il tarixdə ödənilməsinə baxmayaraq ƏDV məbləği (36.00 manat) xx.xx.2020ci il tarixdə, yəni 4 gün gec ödənildiyi müəyyən edilmişdir. Bundan başqa bildiririk ki, 2017ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 2 286 944,96 manat mənfəət vergisi göstərilmişdir. X6 zamanı vergi ödəyicisi tərəfindən xarici valyutanın manata nisbətən 1 855 644,00 manat mənfi məzənnə fərqinin nəzərə alınmaması ilə əlaqədar 2017-ci il üzrə mənfəət vergisinin 371 128,80 manat artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin 2018-ci ilin mənfəət vergisi üzrə vergi ödəyicisinə 2 095 491,40 manat əlavə vergi hesablanmışdır. Əlavə vergi məbləğinin hesablanmasına səbəb Vergi Məcəlləsinin 104.1, 69.2 və 108-ci maddələrinə əsasən müəssisə tərəfindən 751 459,38 manat gəlirin və 12 173 358,53 manat xarici valyutanın manata nisbətən yaranan müsbət məzənnə fərqinin bəyannamədə göstərilməməsi, 21 579 819,39 manat xarici valyutanın manata nisbətən yaranan mənfi məzənnə fərqinin və 5 346 278,41 manat bilavəstə mallann təqdim olunması ilə bağlı sair xərclərin bəyannamədə artıq göstərilməsi olmuşdur.Belə ki, müəssisənin Baş Ofisi tərəfindən 2018- cu ildə 751 459,38 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X13" MMC-ə ödənilmişdir. "X13" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Bundan əlavə xx.xx.2018-ci il tarixli müqaviləyə asasan cəmiyyət "xxxx" QSC-yə olan debitor borclarım 15 028 177,16 manat azaltmış, bunun qarşılığında isə BT İsveç müəssisəsinə olan 9 036 874,54 manat kreditor borcu müəsisəyə bağışlanmışdır. Eyni zamanda müqavilə çərçivəsində "xxxx" QSC-yə 2016-cı ildə 645 024,21 manat zərərlə satılan əsas vəsaitlər geri qaytarıldığı üçün qeyd edilən məbləğ müəsissənin gəlirlərinə əlavə edilmişdir. Yuxarıda qeyd edilən əməliyyatların məntiqi nəticəsi kimi müəsissə 5 346 278,41 manat (9 036 874,54 + 645 024,21 – 15 028 177,16) zərər yaratmışdır. Ancaq yoxlama ilə BT isveç tərəfindən bağışlanan kreditor borc məbləği ilə "xxxx" QSC-yə bağışlanan debitor borcların məbləği qarşılıqlı sürətdə əvəzləşdirilməsi qəbul edilmiş, arada yaranan 5 346 278,41 manat isə zərərdən çıxarılmışdır. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəsilinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Eyni zamanda 2018-ci il mənfəət vergisi bəyannaməsində cəmiyyət məzənnə fərqindən 21 579 819,39 manat zərər bəyan etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, qeyd edilən rəqəm "xxxx" QSC-yə olan 34 390 820,68 manat zərər və müxtəlif kontragentlərdən yaranan müsbət məzənnə fərqinin nəticəsindən formalaşmışdır. Cəmiyyət "xxxx" QSC ilə 2013-cü ildən əməkdaşlığa başlamış, qeyd edilən dövrdən etibarən xarici valyutada alınmış avans məbləğləri ilə görülmüş işlərin dəyərinin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı müqavilədə və digər əqdlərdə hər hansı qeyd aparılmamış və eyni zamanda bu əvəzləşdirmələrin hər hansı məntiqi ardıcıllığı izlənilməmişdir. Bu səbəbdən cəmiyyətin "xxxx" QSC ilə olan bütün əməliyyatları 2013-cü ildən etibarən təhlil edilmiş alınmış avanslarla görülmüş işlərin dəyəri əməliyyatın baş verdiyi tarixdə əvəzləşdirilmiş və nəticə olaraq 2018-ci il üzrə xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən məzənnə fərqinin yaranmaması müəyyən edilmişdir. Eyni zamanda digər kontragentlər üzrə 2018-ci il üzrə xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən 12 173 358,53 manat müsbət məzənnə fərqinin yarandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Bundan başqa müəssisə tərəfindən 2019cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 108 524,60 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266 067,83 manat, ümumi gəlir 374 592,43 manat, ümumi xərclər 10 770 749,84 manat olmaqla zərərin məbləği 10 396 157,41 manat müəyyən edilmişdir. X6 ilə müəyyən edilmişdir ki, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 10 084 459,95 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266 067,83 manat, ümumi gəlir 10 350 527,78 manat, ümumi xərclər 11 188 849,52 manat, balans zərəri 838 321,74 manat müəyyən edilmişdir. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinə əsasən müəssisə tərəfindən 9 975 935,35 manat gəlirin bəyannamədə göstərilməməsi və xərclərin 418 099,68 manat az göstərilməsi olmuşdur. Belə ki, müəssisənin Baş Ofisi tərəfindən 2019-cu ildə 9 975 935,35 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X13" MMC-ə ödənilmişdir. "X13" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Əlavə olaraq bildiririk ki, məhkəmə qərarında istinad edilən əsaslar üzrə məhkəmə prosesi zamanı hər hansı araşdırma aparılmamış, vergi ödəyicisi tərəfindən sənədlər xarici dildə təqdim edilmiş və məhkəmə tərəfindən həmin sənədlərin araşdırılması üçün tərcüməsi tələb edilməmişdir. İddiaçı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 198/2024 nömrəli, 24 may 2024- cü il tarixli Qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, birinci instansiya məhkəməsinə vergi orqanı tərəfindən təqdim edilən cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9031 saylı ekspert rəyinin hansı iş materialları əsasında qəbul edildiyi şübhə yaradır. O, qeyd etmişdir ki, həmin cinayət işi materiallarında yalnız vergi orqanının təqdim etdiyi sənədlər olmuş və ekspert həmin sənədlər əsasında vergi orqanının X6 aktında qeyd olunanları birəbir kopya edərək oraya qeyd etmişdir. Həmin ekspertizanın keçirilməsi barədə vergi ödəyicisinin xəbəri olmamış, vergi ödəyicisi ekspert rəyinin düzgün formada qəbul edilməsi üçün əsas olacaq öz sübutlarını cinayət işi materiallarına əlavə edə bilməmişdir. Həmçinin, rəyə nəzər yetirsək “istintaqla sübuta yetirildiyi halda” şərti ilə qeyd olunmuşdur ki, bu da həmin rəyin müstəqil olaraq əsaslı hesab olunmasını istisna edir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Bakı İnzibati Məhkəməsi inzibati işi üzrə bütün materialları (hər iki tərəfin təqdim etdikləri bütün sübutları) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmişdir. İddiaçı tərəfindən yoxlama dövrünə dair bütün uçot sənədləri disk formatında ekspertizaya təqdim olunsa da, rəy verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi imtina məktubunda sadalanan sənədlərin iş materialına əlavə olunmuş diskdə mövcud olduğu müəyyən edilmişdir. Bununla belə, iddiaçı tərəfindən müvafiq yoxlama dövrünün əməliyyatlarına dair AR Auditorlar Palatası tərəfindən icazə verilmiş auditor tərəfindən audit rəyi alınmış və yoxlama dövrü üzrə uçot məlumatlarının düzgünlüyü audit rəyi ilə təsdiq olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin hər biri azərbaycan dilinə tərcümə edilmiş qaydada Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş, məhkəmə proseslərində hər bir təqdim edilən sənəd tərəflərə izah edilmiş, təqdim edilən sənədlərlə bağlı məhkəmə və cavadeh tərəfindən verilən suallara iddiaçı tərəfindən yazılı və şifahi qaydada əsaslandırmalarla cavab verilmişdir. O, eyni zamanda qeyd etmişdir ki, məhkəməyə təqdim edilən sənədlərin hər biri X6 zamanı da Vergi orqanına təqdim edilmiş, vergi orqanı tərəfindən sənədlərin tərcümə olunması ilə əlaqədar tərcüməçi tələb olunmamış və həmin sənədlər əsasında X6 Aktı qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsində də cavabdeh heç vaxt nə yazılı qaydada, nə də şifahi qaydada iddiaçı tərəfindən təqdim edilən sənədlərin tərcüməsini mübahisələndirməmiş, təqdim edilən sənədləri mübahisə predmetinin əsaslı sənədlərindən biri kimi qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin də bütün təqdim edilən sübutlara, sübutların düzgün araşdırılmasının verdiyi qiymət əsaslı və qanuni olmuşdur. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2013-cü il tarixdə (VÖEN) ********** №-li dövlətqeydiyyatı ilə hüquqi şəxs (filial) qismində dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin qanuni təmsilçisi Mikheeva Elena, hüquqi ünvanı isə ünvan 1allarında olan, Milli Gəlirlər Baş İdarəsinin **********143542 saylı xx.xx.2021-ci il tarixli X6 aktı ilə xx.xx.2020-ci il tarixli **********143229 saylı qərara əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Filialı üzrə - sadələşdirilmiş vergi - 4-cü Rüb 2017 - 3-cü Rüb 2020; Əlavə dəyər vergisi Noyabr 2017-Oktyabr 2020; Mənfəət vergisi 2017-ci il-2019-cu il; Əmlak vergisi 2017-ci il-2019-cu il; Aksiz vergisi Noyabr 2017- Oktyabr 2020; Mədən vergisi Noyabr 2017-Oktyabr 2020; Torpaq vergisi -2018-ci il -2020- ci il; Ödəmə mənbəyindən tutulan vergi 2017-ci il- 2019-cu il üzrə tədiyyə və dövrlərdəVergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə nöbədənkənar X6 aparılmışdır. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq aşağıdakılar təklif olunmuşdur: VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinin hesabatda göstərilməli olan məbləğində nisbətən 5097806.73 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 2548903,36 manat maliyyə sanksiyası tətbiq edilməsi; VM-nin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2095491.40 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 1047745.70 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Artıq hesablanmış 371128.80 manat mənfəət vergisi nəzərə alınmalıdır. VM-nin 58.6-cı maddəsinə əsasən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 226.58 manat (o cümlədən 2017-ci ildə 2.16 manat, 2018-ci ildə 188.42 manat və 2020-ci ildə 36.00 manat) ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 113.29 manat maliyyə sanksiyası tərtbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan, Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 №-li qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə cəmiyyətə 7193298,13 manat əlavə vergi hesablanmış və məsuliyyətə cəlb edilməsi (3596761,28 manat maliyyə sanksiyası) qərara alınmışdır. İş materiallarında olan, Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, icbari cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********179100 №-li tələbnamə ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********152393 saylı qərar əsasında ( a) əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları 6822169,33 manat; b) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə 3596761,28 manat maliyyə sanksiyası; c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə 0.00 manat faiz olmaqla) büdcəyə ödənilməliolan 10418.930,61 manat vəsaitin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan, Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********187400 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 2020-ci il mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə sonuncu tərəfindən hesablanmış vergi və ya sığorta haqqı üzrə 11.214,82 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 198.157,15 manat; Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 186.942,33 manat borc hesablanmışdır. Eyni zamanda bu qərara əsasən **********274700, 20220202 saylı qərarlar ləğv edilmişdir. İş materiallarından göründüyü kimi, X6 Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanmışdır. Lakin xx.xx.2020-ci il tarixli **********143229 saylı “X6nın keçirilməsi haqqında” Qərarda cavabdeh yoxlamanın keçirilməsinin əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Qeyd olunan növdə yoxlamaların keçirilməsi ilə bağlı kassasiya instansiyası xx.xx.2024-cü il tarixli 2-1(102)- 751/2024 nömrəli Qərarında qeyd etmişdir ki: “Bu dəlillə bağlı məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi X6nın iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, X6nın keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq X6 aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, X6nın keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5ci maddəsi). Növbədənkənar X6nın həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar X6nın həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar X6nın həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar X6nın həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresionsəlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar X6nın həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar X6nın həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar X6nın keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi X6na dair aktda bildirdikləri növbədənkənar X6nın həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Beləliklə, növbədənkənar X6nın keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da ləğv edilməlidir”. Həmçinin, Məhkəmə kollegiyası bildirir ki, X6 gedişatında yoxlama müddətinin uzadılmasına bərabər tutulan xx.xx.2021-ci il tarixli **********149338 nömrəli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi Qərarı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Kassasiya instansiyasının qeyd olunan pozuntuya münasibətdə formalaşmış vahid təcrübəsi xx.xx.2024-cü il tarixli 2-1(102)-1197/2024 nömrəli Qərardadda aşağıdakı məzmunda əks olunmuşdur: “Hazırkı mübahisə üzrə də apellyasiya instansiyası məhkəməsi tərəfindən “Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığına dair” imperativ müddəanın tətbiq edildiyi, buradan, vergi ödəyicisi barəsində qəbul edilmiş qərarın “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz olduğunun təsbit edildiyi, bununla bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğu (2-1(102)-810/2023, 2-1(102)- 827/2023, 2- 1(102)-1090/2023, 2-1(102)-1741/2023, 2-1(102)-1174/2023, 2-1(102)- 2063/2023 №-li işlər üzrə qərarlar), eləcə də həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildiyi, həmçinin təcrübənin cavabdeh vergi orqanı üçün əlçatan və bəlli olduğu, bu iş üzrə kassasiya şikayətinin həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verildiyi nəzərə alındıqda, şikayət əsaslandırılmamış hesab edilməli, şikayət üzrə kassasiya mümkünsüz sayılmalı, şikayətin qəbulundan imtina edilməlidir.” Göründüyü kimi, qeyd olunan pozuntu halını kassasiya instansiyası hətta kassasiya şikayətinin qəbulundan imtina olunması kimi qiymətləndirmişdir. Bundan başqa, X6 aktının 1.1-ci bəndinə əsasən yoxlamanın xx.xx.2020-ci il tarixdə başlanıldığı, xx.xx.2021-ci il tarixdə başa çatdırıldığı müəyyən olunur. Bu müddət ərzində yoxlama iki dəfə hər biri 30 iş günü olmaqla uzadılmış, bir dəfə aktın tərtibi müddəti 30 iş günü müddətinə uzadılmış, sonuncu halda isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarla yoxlamanın keçirilməsi müddəti 30 iş günü həyata keçirilmişdir. Ümumilikdə yoxlama 285 gün ərzində (xx.xx.2020 -xx.xx.2021) aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlama keçirilən zaman qüvvədə olan redaksiyasına görə, X6 30 gün ərzində keçirilə bilər. Müstəsna hallarda həmin müddət 90 günə qədər artırıla bilər. Göründüyü kimi, cavabdeh 90 gün ərzində aparılmalı olduğu yoxlamanı iş günləri ilə nəzərə almaqla Vergi Məcəlləsinin 38.2- ci maddəsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən edilmiş dəyişikliklə Məcəllənin 38.2ci maddəsində “iş günləri” ifadəsi əlavə olunmuşdur. Bununla da bir daha təsdiq olunur ki, cavabdeh yoxlamanın həyata keçirildiyi dövrdə yoxlamamüddəti təqvim günləri ilə nəzərə alınmalı idi. Qeyd olunan kobud prosessual pozuntular nəticəsində artıq inzibati aktın formalhüquqi baxımdan qüsurlu olduğu müəyyən edilir. Məhkəmə kollegiyası mübahisənin mahiyyətinə dair isə aşağıdakıları bildirir. 2017-ci il mənfəət vergisi üzrə: İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 2017-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsində iddiaçının 2017-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 9059178.92 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.23 AZN, ümumi gəliri ********.15 AZN, ümumi xərcləri 7656428.27 AZN, vergiyə cəlb olunan mənfəəti ********.78 AZN, mənfəət vergisi 2286944.96 AZN göstərilmişdir. Lakin X6 aktına əsasən iddiaçının 2017-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 9059178.92 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.23 AZN, xarici valyutaların manatanisbətən mənfi məzənnə fərqi 1855644.00 AZN, ümumi gəliri ********.15 AZN, ümumi xərcləri 7656 428.27 AZN, vergiyə cəlb olunan mənfəəti 9579080.78 AZN, mənfəət vergisi 1915816.15 AZN hesablanmışdır. Məhkəmə araşdırması zamanı 2017-ci il mənfəət vergisi üzrə sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə avans qismində ödənilmiş pul vəsaitləri 2017-ci ildə görülmüş işlərlə tam əvəzləşmiş statusunda olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 2013-cü il tarixli ilkin müqavilənin 78-ci səhifəsində olan 13.2-ci maddəsində zəruri şərt qismində göstərilmişdir ki, Filial avans məbləğində bankdan qarantiya almaq öhdəliyi götürür və həmin qarantiya yalnız avans məbləği tam əvəzləşdirildikdə bağlana bilər. Həmin qarantiya üzrə avans məbləğinin tam əvəzləşdirilməsi dedikdə, əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirilməsi başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirməmişdir və "xxxx" QSC-nin qarantiya üzrə avans məbləğinin əvəzləşdirilməsi ilə bağlı razılığı olmadan avansı əvəzləşdirə bilməzdi. İddiaçıda da qeyd olunan hallar olduğu üçün qarantiyada nəzərdə tutulan avans məbləğini əvəzləşdirə bilməmiş, ona görə də gəliri almaq hüququ əldə edə bilməmişdir. Həmçinin iş materiallarında olan 2013-cü il tarixli Bank Qarantiyasına (4 il müddətinə) əsasən müəyyən olunur ki, avans məbləği olaraq ödənilmiş 68 milyon ABŞ dolları Bank tərəfindən Qarantiya olunmuşdur. X7 sənədində qeydedilmişdir ki, bu Qarantiyanın maksimum məbləği aralıq hesabatlarında və ya bizə təqdim olunacaq ödəniş tapşırığının surətlərində göstərildiyi kimi, yəni podratçı tərəfindən əvəzləşdirilən avans ödənişinin məbləği qədər tədricən azaldılır. 2013-cü il tarixli Bank Qarantiyasının davamı olaraq uzadılan 2017-ci və 2018-ci il tarixli Bank Qarantiyalarına əsasən müəyyən olunur ki, avans olaraq ödənilmiş məbləğə nisbətdə ********.91 ABŞ dolları Bank tərəfindən Qarantiya olunmuşdur. Beləliklə, rəsmi sənədlərlə sübut olunur ki, ödənilmiş ümumi avans məbləğinin yalnız 22 faizi iddiaçı tərəfindən işlərlə əvəzləşdirilmişdir. Məhkəmə həmçinin Qarantiyanın müddətinin ikinci dəfə uzadılması barədə məktuba əsasən qeyd edir ki, "xxxx" QSC tərəfindən Filiala göndərilən 17 oktyabr 2018 tarixli (uzadılma barədə) məktubda müqavilədən irəli gələn müəyyən öhdəliklər tərəflər arasında tam razılaşdırılmadığından avans qarantiyasının müddətinin uzadılmasımüəyyən olunmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, əgər 2018-ci ildə avansın qarantiyasının müddəti uzadılırsa, demək ki, həqiqətən də, 2018-ci il tarixinə iddiaçının avans məbləğinin qalmışdır və həmin qalıq avans məbləği 2017-ci ildə görülmüş işlə (xidmətlə) tam şəkildə əvəzləşdirilə bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən, Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 488.1.2-ci maddəsinə əsasən qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqda qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə xitam verilir. Həmçinin iş materiallarından göründüyü kimi, 2013-cü il tarixli ilkin müqavilənin 56- ci səhifəsində olan PC 13.3.2-ci maddəsində zəruri şərt qismində göstərilmişdir ki, Müqavilənin icrasının təminatını əks etdirən Bank Qarantiyası olmalıdır (Bank Guarantee- Performance Security). 6 sentyabr 2013-cü il tarixli, 111İLG********** saylı Beynəlxalq Bank tərəfindən Qarantiya verilən İcranın Qarantiyası (Performance Guarantee) Müqaviləsinə nəzər yetirərkən müəyyən olunur ki, 2013-cü il tarixli ilkin müqavilə üzrə işlərin icrası qüsursuz təhvil alınmadan müqavilə icra edilmiş sayılmır. Bu baxımdan, AR Mülki Məcəlləsinin 774-cü maddəsində qeyd edilmişdir ki, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Həmin Məcəllənin 763-cü maddəsində göstərilmişdir ki, Podrat Müqaviləsi üzrəəgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi iləya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. İş materillarında olan sənədlərdən göründüyü kimi, 2018-ci il tarixli ilkin Müqaviləyə edilən Əlavə ilə nəzərdə tutulmuş işlərin qüsursuz təhvil alınması ilə bağlı "xxxx" QSC-nin həmin işlər üzrə səlahiyyətli nümayəndəsi JV-TPF X2 Antonio Lopez-in ADY QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan aydın olur ki, 1-ci seksiya üzrə işlər xx.xx.2020-ci il tarixdə və 2-ci seksiya üzrə işlər isə xx.xx.2021-ci il tarixdə qüsursuz təhvil alınmış və X10(X1) verilmişdir. Həmçinin iş materillarına əsasən müəyyən olunur ki, 2013-cü il tarixli Müqavilə ilə nəzərdə tutulmuş 1-ci və 2-ci seksiya üzrə işlərin qüsursuz təhvil alınması 2021-ci ildə tamamlanmışdır. AR Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 583.2-ci maddəsində qeyd edilmişdir ki, əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır. Həmin Məcəllənin 589.3-cü maddəsinə görə əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, "xxxx" QSC-nin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri aralığında imzalanmış təhvil-təslim aktları ilə 2018-ci il tarixli ilkin Müqaviləyə edilən Əlavə ilə görülmüş işlər üzrə sınaqların aparılması, istismarı ve qismən istismara verilməsi həyata keçirilmiş və qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya üzrə) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir. Bundan əlavə, iş materiallarına əsasən "xxxx" QSC tərəfindən "xxxx" MMC- yə 1 iyun 2018-ci il tarixdə göndərilmiş məktubla "xxxx" MMC-nin "xxxx" QSC ilə 6 sentyabr 2013-cü il tarixli imzaladığı müqaviləyə xitam verilmədiyi müəyyən edilmişdir. İş materillarında olan "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 1 iyun 2018-ci il tarixində ünvanlanan 288-S nömrəli məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə "xxxx" QSC tərəfindən xitam verilir, bütün seksiyalar üzrə işlər müqaviləyə uyğun olaraq tam icra edilməyi və qüsurlar olduğu üçün işlərin davam etdirilməsi istənilmir, eyni zamanda müqavilə üzrə ödənilmiş avans məbləğinin qalıq hissəsi geri qaytarılmalıdır. Lakin "xxxx" QSC-nin ünvanladığı 01 iyun 2018-ci il tarixlimüqaviləyə xitam edilməsi ilə bağlı məktubuna cavab olaraq 07 iyun 2018-ci il tarixdə"xxxx" tərəfindən müqaviləyə xitam edilməsinə imtina cavabı göndərilmiş və əməkdaşlığın davam etdirilməsi təklif edilmişdir. Bundan sonra "xxxx" QSC-nin 31 iyul 2018-ci il tarixli cavab məktubu ilə əməkdaşlığın davam etdirilməsinin razılaşdırıldığı, 29 avqust 2018-ci il tarixində isə tərəflər arasında Memorandumun imzalandığı müəyyən edilir. Memorandumun 4-cü bəndinin 1-ci altbəndinə əsasən, Filial geriyə qalan, yəni qüsurlu yerinə yetirilmiş işləri gələcəkdə heç bir kompensasiya almadan yerinə yetirməyi öhdəliyinə götürmüşdür. Xüsusilə qeyd edilməlidir ki, 14 dekabr 2018-ci il tarixində bağlanılan və AZRTTFP- G2 seriyalı 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan sazişin 2-ci səhifəsinin 1-ci bəndində tərəflərin “İlkin müqavilə əlavə sazişlə tənzimlənən müddəalarla qüvvədə qalacaqdır”şərti ilə razılaşdığı müəyyən edilmişdir. Məhkəmənin iş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı 2017-ci il üzrə 1855 644,00 AZN mənfi məzənnə fərqininin yaranması barədə cədvəl tərtib etsə də, bu cədvəl yalnız "xxxx" QSC ilə iddiaçı arasında olan əməliyyatları əhatə edir. Vergi orqanı X6 aktında həmin il üzrə iddiaçının hesabladığı müsbət məzənnə fərqini iddiaçının uçot sənədlərində olduğu kimi, yəni ********.23 AZN qəbul etmişdir. Cavabdeh 2017-ci ildə yaranmış iddiaçının bəyan etdiyi ********.23 AZN müsbət məzənnə fərqini qəbul etsə də, digər kontragentlərlə aparılmış əməliyyatların nəticəsində yaranmış mənfi məzənnə fərqini əsassız şəkildə qəbul etməmiş, qəbul etməməsi ilə bağlıiş materiallarına əsaslandırılmış sübutları iş materiallarına əlavə etməmişdir. Xüsusilə qeyd edilməlidir ki, "xxxx" QSC və iddiaçı arasında olan əməliyyatlar üzrə 5695387,69 manat məbləğində müsbət, 7978898,39 manat məbləğində isə mənfi məzənnə yaranmışdır. Qəbul olunan ********.23 AZN müsbət məzənnə fərqinin özü də "xxxx" QSC və digər kontragentlərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış, ********.71 AZN müsbət, 17537149,48 manat mənfi məzənnə fərqinin müqayisəsinin yekununda formalaşmışdır. Cavabdeh müsbət məzənnə fərqini iddiaçının digər kontragentləri ilə yaranmış göstərici ilə, mənfi məzənnəni isə yalnız “ADY QSC” ilə aparılan əməliyyatlar nəticəsində 1855644,00 manat olaraq müəyyən etmişdir. Bu əsaslarla vergi orqanının 1855644,00 manat məbləğində mənfi məzənnə fərqini hesablamasının əsasları müəyyən olunmur. Bundan əlavə, iş materiallarına əlavə olunan rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə 1 iyun 2018-ci il tarixli məktubla xitam verilməmiş və qalıq avans məbləği 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavənin müddəalarında öz əksini tapmışdır. Müvafiq müddəa öz əksini ilkin müqaviləyə əlavənin 12-ci bəndində də əks etdirir. Həmin bənddə göstərilmişdir ki, “Tərəflər, Azaldılmadan əvvəl Sazişin Dəyərinin və bütün avans ödənişlərinin Sifarişçi tərəfindən Podratçıya tamamilə ödənildiyini, Podratçı tərəfindən isə Sifarişçidən alınan hər hansı bir avans ödəməsi üçün heç bir ödəmə etməyəcəyini (14 milyon ABŞ dolları istisna olmaqla) razılaşdırırlar”. İş materiallarında olan rəsmi sənədlərə nəzər yetirən zaman iddiaçı tərəfindən həmin öhdəliklərə əsasən ödənilmiş avans məbləğindən 14000000 dollar pul məbləğinin "xxxx" QSC-yə geri qaytardığı müəyyən olunmuşdur. Həmçinin, iş materiallarında olan iddiaçının "xxxx" QSC-yə göndərdiyi sorğuya cavab olaraq təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunan hallar məhkəmə tərəfindən nəzərdən keçirilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, “2018-ci il 14 dekabr tarixli ilkin Muqaviləyə edilən Əlavəyə əsasən tərəflər arasında əvəzləşdirilməmiş avans məbləği qarşılığında İ Hissə və ll Hissədə görülən işlər üzrə sınaqların aparılması, istismarı və tam istismara verilməsi razılaşdırılmış və həmin Əlavəyə əsasən tərəflər avans qaydasında verilmiş pul vəsaitlərinin tam əvəzləşdirilməsini həyata keçirmişlər.” Xüsusilə vurğulanmalıdır ki, həmin məktubda qeyd olunanlardan da aydın olur ki, ödənilmiş avans məbləğlərinin tam əvəzləşdirilməsi 2018-ci il tarixində ilkin Müqaviləyə Əlavə ilə baş vermişdir. 2018-ci il üzrə mənfəət vergisi: İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsinə əsasən Filialın 2018-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 0.00 АZN, xarici valyutaların manata nisbətən müsbətvə mənfi mənfi məzənnə fərqləri arasında yekun fərq kimi mənfi məzənnə fərqi ********.39 AZN, ümumi xərclər 7793639.32 AZN, zərər ********.71 AZN göstərilmişdir. Lakin cavabdehin tərtib etdiyi X6 aktına əsasən Filialın 2018-ciil üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 751 459.38 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.53 AZN, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 0.00 AZN, ümumi gəlir ********.53 AZN, ümumi xərclər 2447360.91 AZN, vergiyə cəlb olunan mənfəət ********.00 AZN, mənfəət vergisi 2095491.40 AZN hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının 2018-ci il üzrə mənfəət vergisi üzrə iş materiallarına əlavə edilən sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, Baş ofis (1520 Siqnal MMC) tərəfindən Filiala 3 il üzrə (2018, 2019 və 2020-ci illərdə) ödənilən pul vəsaitləri kreditor borc kimi uçota alınmışdır. Qeyd olunan hal iş materiallarında olan 31 dekabr 2020-ci il tarixli üzləşmə aktında və 1C: mühasibat proqramından çıxarışda özəksini tapmışdır ki, həmin sənədlərə əsasən Filialın baş ofisi qarşısında ********.35 AZN borcu mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan sənədlərlə Filial tərəfindən "xxxx" QSC-yə 2019- 2021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığı müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 2018-ci ildə "xxxx" QSC işlərin təhvil alınması zamanı sifarişçi olaraq müəyyən qüsurlar aşkar etmiş və qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlanmışdır. Baş ofis tərəfindən 2018, 2019 və 2020-ci illərdə Filiala ümumilikdə 11662106,21 AZN pul vəsaitinin köçürülməsi də həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə həyata keçirilmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, Filiala avans qismində ödənilmiş pul vəsaitlərinin tam qaydada əvəzləşdirilməsi 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavəyə əsasən həyata keçirilmişdir. Avans qismində alınmış pul vəsaitlərinin əvəzləşdirilmiş hissəsinin (27,894,386.01 AZN) mənfəət vergisi ödənilmişdir, lakin iddiaçı tərəfindən yalnız işlərin layihələndirilməsi, təchizatı və quraşdırılması həyata keçirilmişdir, görülmüş işlər isə böyük ölçüdə qüsurlu görülmüşdür. Xüsusilə vurğulanmalıdır ki, 14 dekabr 2018-ci il tarixli əlavəyədək əvəzləşdirilməmiş avans məbləğləri qarşılığında isə 1-ci və 2-ci seksiya üzrə işlərin sınaqların aparılması, istismarı ve tam istismara verilməsi razılaşdırılmışdır. Vergi orqanı tərəfindən yeni əməliyyat kimi qəbul edilən və subpodratçı "xxxx" MMCtərəfindən görülmüş ********.21 AZN ( 2018-ci ildə 751459.38 AZN, 2019-cu ildə 9975935.35 AZN, 2020-ci ildə 934 711.66 AZN) dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilmiş və əlavə ödəniş kimi edilmiş ödənişlərə daxildir və 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavə ilə əvəzləşdirilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən hesablanmış 12 173 358,53 AZN müsbət məzənnə fərqi “X12” MMC ilə Filial arasında xx.xx.2014-cü il tarixli konsorsium müqaviləsi üzrə aparılan əməliyyatlardan yaranmışdır. Belə ki, “X12” MMC tərəfindən Filiala təqdim olunan xx.xx.2014-cü il tarixli TSR0001 seriyalı hesabfakturadan görünür ki, Filial “X12” MMC-nin hesabına ƏDV daxil olmaqla 20 060 000,00 ABŞ dolları dəyərində avans köçürmüşdür. “X12” MMC tərəfindən isə Filial üçün 39181106,62 ABŞ dolları dəyərində işlər görülmüşdür. Lakin "xxxx" QSC ilə aparılan əməliyyatlarda olduğu kimi qabaqcadan ödənilmiş avans məbləğinin müəyyən hissəsinin əvəzləşdirilməsi dayandırılmışdır. Belə ki, Filial görülmüş işlərin əvəzində “X12” MMCnin hesabına 19112325,58 ABŞ dolları avansdan kənar ödənişlər etmiş və görülmüş işlərin yalnız 6 203 663,08 ABŞ dolları hissəsi avansla əvəzləşdirilmişdir. Göründüyü kimi, 39 181 106.62 ABŞ dollarıdəyərində işlərin qarşılığında Filial sadəcə ********.66 ABŞ dolları (avans+avansdankənar) ödənişlər etmişdir. Nəticədə 2018-ci ilin 14 dekabr tarixində “X12” MMC-nin avans üzrə kreditor borcu ********.57 ABŞ dolları, işlər üzrə Filialın kreditor borcu isə ********.46 ABŞ dolları təşkil etmişdir. Geriyə qalan avansla işlərin əvəzləşdirilməsi nəticəsində Filial ilə "xxxx" Rabitə MMC arasında olan əməliyyatlardan ********.53 AZN müsbət məzənnə fərqi yaranmışdır və vergi orqanı bu məzənnə fərqini olduğu kimi qəbul etmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan xx.xx.2018-cü il tarixli müqaviləni eyni yoxlama çərçivəsində məzənnə fərqinin hesablanması üçün Konsorsiumun üzvü olan X12 MMC-dən işlərin təhvil alınmasını 2018ci ilə aid etdiyi halda "xxxx" QSC-yə təhvil verilməsini isə 2017-cü ilə aid edir. Nəticə etibarilə, bunun baş verməsi isə qeyri-mümkündür. Çünki işlər birinci növbədə iddiaçı tərəfindən “X12 MMC”-dən təhvil alınmalı, daha sonra isə "xxxx" QSC-yə təhvil verilməli idi. Belə olduğu təqdirdə əməliyyatların 2018-cü ildə baş verdiyi öz təsdiqini tapır. Həmçinin, müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Filialın gördüyü işlər "xxxx" QSC tərəfindən təhvil alınmadığı üçün iddiaçı debitor borclarını 15028177,16 manat (ƏDV xaric) məbləğində azaltmış, qarşılığı olaraq BT İsveç müəssisəsinə olan 9036874,54 manat kreditor borcu ona bağışlanmışdır. Həmin müqaviləyə əsasən “X12” MMC-nin avans üzrə Filiala olan kreditor borcu ilə Filialın işlər üzrə “X12” MMC-yə olan kreditor borcu arasında olan fərq 14927.51 AZN təşkil etmiş, həmin fərq üzrə olan kreditor borcu “X12”MMC tərəfindən Filiala bağışlanmışdır. Eyni zamanda, "xxxx" QSC-yə 2016-cı ildə satılan 645024,21 manat dəyərində əsas vəsaitlərin geri qaytarılması nəzərə alınmaqla 2018-ci il üzrə sair xərclərdə 5346278,41 manat məbləğ əks etdirilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, Filial ilə “X11” MMC arasında da bağlanmış müqaviləyə əsasən pul vəsaitləri avans qismində Filial tərəfindən işin əvvəlində ödənilmişdir. "xxxx" QSC ilə aparılan əməliyyatlarda olduğu kimi, burada da avans məbləği işlər görüldükcə bağlanılmamış və 2018-ci ildə bağlanmış 14 dekabr əlavələrinə görə “X11” MMC-nin konsorsiumdan çıxması nəticəsində əvəzləşdirilmişdir. Nəticədə isə iddiaçının ********.53 AZN müsbət məzənnə fərqi yaranmışdır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, 2018-ci il dövrü üzrə34,803,665.83 manat məbləğində mənfi məzənnə fərqinin yaranma səbəbi 14 dekabr2018-ci ildə bağlanmış əlavə sazişlər olmuşdur və bu əlavələr nəticəsində iddiaçının öz üzərinə müvafiq öhdəliklər götürdüyü müəyyən edilir. Belə ki, həmin öhdəliklərə əsasən iddiaçı qalıq avans məbləğindən ********.00 dollar pul vəsaitini "xxxx" QSC-yə geri qaytarmalı olmuşdur. Belə ki, 6 fevral 2019-cu il tarixində "xxxx" QSC tərəfindən "xxxx" MMC- yə SM-30 nömrəli məktub göndərildiyi və həmin məktubda 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası məqsədilə bu müqavilə qüvvəyə mindiyi tarixdən 56 gün ərzində qalıq avans məbləğindən ********.00 dollar pul vəsaiti 1520 Signal” MMC tərəfindən "xxxx" QSC-yə ödənilməli olması qeyd edilmişdir. Həmin öhdəliyinin icrasının 6 fevral 2019-cu il tarixli "xxxx" ASC-nin bank çıxarışında əks olunduğu və həmin ödənişin təyinatı kimi 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrasının göstərildiyi müəyyən edilmişdir. Məhkəmə vurğulayır ki, qeyd olunanlar avansın əvəzləşdirilməsinin cavabdehin yoxlama aktında istinad etdiyi vaxtda həyata keçirilmədiyini təsdiq edir. Həmçinin, müəyyən olunur ki, geriyə qalmış avans məbləğlərindən 14 dekabr 2018-ci ildə bağlanmış əlavəyə əsasən əməliyyatlar aparılmışdır və bu əməliyyatları məntiqi nəticəsi kimi 2018ciil üzrə müsbət və mənfi məzənnə fərqləri arasında yekun fərq kimi 21579819,39 manat mənfi məzənnə fərqi olmuşdur ki, bu da yekun zərəri formalaşdırmışdır. AR Vergi Məcəlləsinin 69.2-ci maddəsində qeyd edilmişdir ki, xarici valyuta iləaparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditorborcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyiməzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Bununla da, məhkəmə tərəfindən müəyyən olunur ki, vergi ödəyicisi uçotunu hesablama metodu ilə apardığı üçün ADY QSC-yə qaytarılan vəsait məhz 2018-ci ilin uçot məlumatlarında əks olunmuşdur ki, bu da Vergi Məcəlləsinin 134-136-cı maddələrinin tələblərinə uyğundur. 2019-ci il üzrə mənfəət vergisi: İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2019-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsinə əsasən Filialın 2019-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 108524.60 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266067.83 AZN, ümumi gəlir 374592.43 AZN, ümumi xərclər ********.85 AZN, zərər ********.42 AZN göstərilmişdir. Lakin cavabdehin X6 aktına əsasən iddiaçı 2019-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir ********.95 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 255067.83 AZN, ümumi gəlir ********.78 AZN, ümumi xərclər ********.52 AZN, zərər 838321.74 AZN hesablanmışdır. İş materiallarında olan iddiaçının 2019-cu il üzrə mənfəət vergisi göstəricilərinəəsasən müəyyən olunur ki, tərəflər arasında bağlanılan 6 sentyabr 2013-cü il Müqavilənin əlavəsi olaraq bağlanılan 14 dekabr 2018-ci il tarixli müqavilənin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə ********.21 AZN pul vəsaiti köçürmüşdür. Yəni, köçürülmüş pul vəsaitlərinin 2013-cü ildən başlayaraq göstərilmiş xidmətlər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olduğu müəyyən edilir. AR Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyimənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Buradan müəyyən olunur ki, vergi orqanı həm görülmüş işlər (xidmətlər) üzrə ödənilmiş vergitutma obyektinə, həm də kreditor borc statusunda olan məbləğlə yenidən vergi məbləği hesablamışdır. Bildirilir ki, 14 dekabr 2018-ci il tarixli Müqaviləyə Əlavəyədək əvəzləşdirilməmiş avans məbləğləri qarşılığında 1-ci və 2-ci seksiya üzrə işlərin sınaqların aparılması, istismarı ve tam istismara verilməsi razılaşdırılmışdır. Vergi orqanı tərəfindən yeni əməliyyat kimi qəbul edilən və subpodratçı "xxxx" MMC tərəfindən görülmüş 11 662 106.21 AZN ( 2018ci ildə 751 459.38 AZN, 2019-cu ildə 9 975 935.35 AZN, 2020-ci ildə 934 711.66 AZN) dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilən və əlavə edilmiş ödənişlərinə daxildir və 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavə ilə əvəzləşdirilmişdir. Qeyd olunanların xülasəsi olaraq məhkəmə tərəfindən müəyyən olunur ki, qüsurları aradan qaldırılan işlər ilkin müqavilə və ona əlavə çərçivəsində görülmüşdür. Həmçinin, iddiaçının hər ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində göstərdiyi kreditor borclar cavabdeh tərəfindən də təsdiq olunmuşdur. Belə ki, cavabdehin etiraza əlavə etdiyi 2017-ci, 2018-ci, 2019-cu illərin mənfəət vergisi bəyannaməsinin Əlavəsinin 2.2.1-ci sətirində əks olunan kreditor borcları cavabdehin olduğu kimi qəbul etdiyi müəyyən edilir. Bununla da, cavabdehin vəsaitin əvəzsiz köçürülməsi barədə yanaşması yalnız ehtimala əsaslanır və qeyd olunanlara dairhər hansı sübut iş materialında mövcud deyil. ƏDV üzrə: İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 2018, 2019 və 2020-ci illərdə ümumilikdə köçürülən 11662106,21 AZN pul vəsaiti həm də ƏDV- yə cəlb edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, yoxlanılan dövrdə (noyabr/2017 - oktyabr/2020) "xxxx" MMC-nin AR Filialı tərəfindən "xxxx" QSC-yə 2019-2021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığı müəyyən edilmişdir. Belə ki, 2014-2017-ci illərdə təhvil verilən işlər üzrə "xxxx" QSC iddiaçıya (təhviltəslim aktları iş materiallarına əlavə olunmuşdur) tərəflər arasında bağlanılan 2013-cü il müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti (avans və digər ödənişlər) ödəmişdir. İddiaçı da həmin pul vəsaitlərini vergi öhdəlikləri yerinə yetirildikdən sonra baş ofisə köçürmüşdür. Lakin "xxxx" QSC tərəfindən işlərin təhvil alınması zamanı qüsurların aşkar edildiyi və müvafiq razılaşmalara əsasən qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlandığı müəyyən olunmuşdur. Həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə 11662106,21 AZN pul vəsaiti köçürmüşdür. X8 Service MMC tərəfindən görülmüş ********.21 AZN dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilən və əlavə edilmiş ödənişlərə daxil olduğu və bu işlərə görə ƏDV əvvəlki illər ərzində bir dəfə tutulduğu, cavabdehin bu halı yeni əməliyyat kimi qəbul edərək yenidən ƏDV-yə cəlb etdiyi müəyyən olunur. Halbuki, köçürülmüş pul vəsaitlərinin göstərilmiş xidmətlər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olmuşdur. 2019-2021-ci illər ərzində təhvil verilən işlərin də 2014- 2017-ci illər ərzində görülməli işlərin sona çatdırılması və qüsurların aradan qaldırılması ilə əlaqədar olduğu müəyyən edilir. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsi qeyd edir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bununla da, cavabdeh tərəfindən görülmüş xidmətlər üzrə ödənilmiş vergitutma obyektinə yenidən vergi hesablana bilməz. xx.xx.2023-cü il tarixində "xxxx" QSC tərəfindən təqdim olunan məktubda nəzər yetirəndə də aydın olur ki, “Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri arasında imzalanmış təhvil-təslim aktları ilə görülmüş işlər üzrə sınağların aparılması istismarı və qismən istismara verilməsi həyata keçirilmiş və qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya üzrə) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə 2018-ci ilin yanvar-dekabr aylarında ƏDV-nin əvəzləşdirilməsinin Filial tərəfindən düzgün həyata keçirildiyi müəyyən edilir. Belə ki, Filial ilə “X11” MMC arasında bağlanmış müqaviləyə əsasən, vəsait ilkin olaraq Filial tərəfindən “X11” MMC-yə avans kimi ödənilib. Burada avans məbləği iş zamanı bağlanmayıb və 14 dekabr 2018-ci il tarixli əlavə müqavilə ilə əlaqədar “X11” MMC-nin konsorsiumdan çıxması nəticəsində əvəzləşdirilmişdir. Nəticədə 12173358,53 AZN məbləğində mənfəət üzrə müsbət məzənnə fərqi yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisininxarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Eyni zamanda, AR Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı kimi müəyyənləşdirilir. Qeyd olunan normaların tələblərinə əsasən vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda etməlidir və qanunvericilin bu tələbinə uyğun olaraq, iddiaçı 2018-ci ilin dekabr ayında əvəzləşdirməni qanunvericiliyə uyğun olaraq həyata keçirmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin AR Filialının "xxxx" QSC-yə avans üzrə kreditor borcu 10 981 600.00AZN olmuşdur. Belə ki, avans üzrə 10 981 600.00 AZN kreditor borcunun yaranmasəbəbinin 14 dekabr 2018-ci ildə bağlanmış əlavə sazişlər olduğu, bu əlavələr nəticəsindəiddiaçının öz üzərinə müvafiq öhdəliklər götürdüyü müəyyən edilmişdir. Həmin öhdəliklərəəsasən iddiaçı qalıq avans məbləğindən 14 000 000.00 dollar pul vəsaitini "xxxx" QSC-yə geri qaytarmalı olmuşdur. 6 fevral 2019-cu il tarixində "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə SM-30 nömrəli məktub göndərilmişvə həmin məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsiolaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndininicrası məqsədilə bu müqavilə qüvvəyə mindiyi tarixdən 56 gün ərzində qalıq avansməbləğindən 14 000 000.00 dollar pul vəsaiti iddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilməlidir. Həmin öhdəliyinin icrasının6 fevral 2019-cu il tarixli"xxxx" ASC-nin bank çıxarışında əks olunduğu və həmin ödənişin təyinatı kimi 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası göstərildiyi müəyyən edilmişdir. Bununla da, geriyə qalmış avans məbləğlərindən 14 dekabr 2018-ci ildə bağlanmış əlavəyə əsasən əməliyyatların düzgün aparıldığı və 2019-cü ilin fevral ayı üzrə əvəzləşdirilməli ƏDV məbləğinin 1 675 835.47 AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinə vergi orqanı tərəfindən təqdim edilən cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9031 saylı ekspert rəyinin hansı iş materialları əsasında qəbul edildiyi aydın deyildir. Belə ki, həmin cinayət işi materiallarında yalnız vergi orqanının təqdim etdiyi sənədlər olmuş və ekspert həmin sənədlər əsasında vergi orqanının X6 aktında qeyd olunanları köçürmüşdür. Bundan əlavə həmin rəy “istintaqla sübuta yetirilərsə” şərti ilə şərtləndirilmişdir ki, bununla da onun ayrıca hər hansı sübuti əhəmiyyəti yoxdur. Həmçinin, həmin rəydə iddiaçının maliyyə əməliyyatlarına ümumiyyətlə qiymət verilməmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Bakı İnzibati Məhkəməsi inzibati işi üzrə bütün materialları (hər iki tərəfin təqdim etdikləri bütün sübutları) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmişdir. İddiaçı tərəfindən yoxlama dövrünə dair uçot sənədləri disk formatında ekspertizaya təqdim olunsa da, rəy verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi imtina məktubunda sadalanan sənədlərin iş materialına əlavə olunmuş diskdə mövcud olduğu müəyyən edilmişdir. Bununla belə, iddiaçı tərəfindən müvafiq yoxlama dövrünün əməliyyatlarına dair AR Auditorlar Palatası tərəfindən icazə verilmiş auditor tərəfindən audit rəyi alınmış və yoxlama dövrü üzrə uçot məlumatlarının düzgünlüyü audit rəyi ilə təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin hər biri Azərbaycan dilinə tərcümə edilmiş qaydada Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Həmçinin, cavabdehin X6nı tərcüməçi dəvət etmədən (Aktın 1.9.6-cı məndi) həyata keçirməsi iddiaçı tərəfindən sənədlərin tərcümə olunmuş qaydada yoxlamaya da təqdim edildiyini təsdiq edir. Məhkəmə həmçinin bildirir ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə həyata keçirilən **********187400 saylı xx.xx.2022-ci il tarixli “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” qərar X6nda əks olunan yanaşmanın davamı olaraq 2020-ci ilin mənfəət vergisi üzrə aparılmışdır. CavabdehinX6 üzrə hesablamasının əsasları qanunvericiliyə uyğun olmadığından və kameral qaydada aparılmış hesablama onunla bağlı olduğundan, həmin hesablamaya ayrıca münasibət bildirilməsi zərurəti aradan qalxır. Məhkəmə hesab edir ki, həmin qərar da əsassızdır. Beləliklə, Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı Qərarın və Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” **********187400 saylı xx.xx.2022-ci il tarixli “qərar ləğv edilməli olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları. 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi . ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 38. X6. X6, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X6 növbəti və növbədənkənar ola bilər. Növbəti X6 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X6 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X6 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X6nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən X6nın nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, X6 zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § X6 ilə əlaqədar vergiorqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. ... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edənhallar. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; ... Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X6nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdiistehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 69.2 Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yoxlamaların qanuniliyi. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); 6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilibkeçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. İPM: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası.. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-198/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2891/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2891/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver