Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2893/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya borcunun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2302/2024 saylı 01 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vergi orqanlarının əməkdaşı kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən aparılmış pensiyanın yenidən hesablanması zamanı iddiaçıya hesablanmış ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiya borcunun olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 xx.xx.1952- ci ildə doğulmuşdur. İddiaçı uzun müddət dövlət qulluğunda əmək fəaliyyəti ilə məşğul olmuş və ona DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən vergi orqanlarının əməkdaşı kimi xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iyun ayında aparılmış araşdırma zamanı iddiaçının pensiya məbləğində əhəmiyyətli dərəcədə azalma baş vermişdir. Bununla bağlı olaraq cavabdeh orqan tərəfindən iddiaçıya inzibati icraat qaydasında mərkəzi filiala dəvət məktubu göndərilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki. iddiaçıya ilkin pensiya təyinatı zamanı ödənilməli olan məbləğ düzgün hesablanmamış və buna görə də ümumilikdə iddiaçıya pensiya ödənilən dövrlər üzrə 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi aşkar edilmişdir. İddiaçının pensiya məbləğinin azaldılmasında ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə cavabdeh orqan iddiaçıya məxsus pensiya işində hər hansı bir nöqsana yol verildiyini iddia edirsə, bu zaman "İnzibati icraat haqqında“ AR Qanununun müvafiq maddələrinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərar qəbul etməli maraqlı şəxs kimi iddiaçını həmin icraata cəlb etməli və iddiaçıdan müvaliq izahatın alınmasını təşkil etməli və yekunda inzibati icraatın sonlandırılması ilə əlaqədar inzibati akt formasında qərar qəbul etməli idi. Həmçinin qəbul edilmiş qərar barəsində iddiaçı məlumatlandırılmalı idi. Lakin bütün sadalanan bu prosedur qaydaların heç birinə cavabdeh orqan tərəfindən riayət edilməmişdir. Buna görə də iddiaçının pensiya məbləğinin hansı əsaslarla azaldılması barədə iddiaçı məlumata malik deyil. Göründüyü kimi, inzibati orqanın bu hərəkəti qanuni olmamışdır. Eyni zamanda aparılmış icraat nəticəsində iddiaçıdan artıq ödənilmiş məbləğin müəyyən edilərək həmin pul məbləğinin ondan tələb edilməsi özü-özlüyündə əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2302/2024 saylı 01 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın yenidən hesablanması ilə İddiaçı hesablanmış ümumilikdə 13.243,28 manat artıq ödənilmiş pensiya borcunun olmamasının müəyyən edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 887,12 manat olmaqla orta aylıq əmək haqqı 1265,37 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 11 ay 11 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1265,37 manat) 80 faizi-1012,30 manat məbləğində hesablanıb. İddiaçının 16 il 11 ay 11 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55,75 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 975,83 manat olmaqla orta aylıq əmək haqqı 1385,08 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1265,37 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqının (1385,08 manat) arasındakı fərq məbləğinin (119,71 manat) 55,75 faizi-66,74 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (1012,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1079,04 manat məbləğində hesablanıb. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019- cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavə 29,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1459,46 manat olmaqla orta aylıq əmək haqqı 2037,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1385,08 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (2037,71 manat) arasındakı fərq məbləğinin (652,63 manat) 55,75 faizi-363,84 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1079,04 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1442,88 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 27,50 faizi miqdarında əlavə 140,25 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1459,46 manat olmaqla orta aylıq əmək haqqı 2148,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2037,71 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2148,71 manat) arasındakı fərq məbləğinin (111,00 manat) 55,75 faizi-61,88 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (1442,88 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1504,76 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 46744,64 manat ödənilməli olduğu halda, 57410,03 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 10665,39 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1898,56 manat məbləğində hesablanmalı olduğu halda, 2331,74 manat müəyyən edilməklə xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 2165,90 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1805,71 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2217,70 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 411,99 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13243,28 (10665,39+2165,90+411,99) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iddiaçının pensiyasının qanunvericiliyə uyğunlaşdırılmasına dair nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 5 iyun 2023-cü il tarixində məktub göndərilməklə 9 iyun 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “pensiyaçıların həssas qrup olmasını nəzərə alaraq, hər ay üzrə ödənilən pensiyadan hansısa tutulmanın aparılması ehtimalının mövcudluğunun iddiaçının hüquqlarının pozulması qənaətinə gəlməsinə kifayət etməsini” hesab edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 9 dekabr 2016-cı il tarixdən vergi orqanının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarla iddiaçının pensiyası yenidən hesablanmış, onun pensiyası 2331,74 manatdan 1898,56 manata endirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki, iddiaçıya ilkin pensiya təyinatı zamanı ödənilməli olan məbləğ düzgün hesablanmamış və buna görə də ümumilikdə iddiaçıya pensiya ödənilən dövrlər üzrə 13243,28 manat artıq pul vəsaitinin ödənilməsi aşkar edilmişdir. Bundan sonra iddiaçı ondan xx.xx.2023-cü il tarixli məktubla tələb olunan artıq ödəməni qaytarmağa borclu olmadığını hesab edərək ümumiyyətlə həmin borcun olmadığının müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun əvvəllər təyin edilmiş əmək pensiyasının məbləğinin 2331,74 manatdan 1898,56 manata endirilməsi barədə cavabdeh qurumun qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarı mübahisələndirmədən onun həmin qərar əsasında hesablanmış 13243,28 manat artıq pul vəsaiti miqdarında borcunun olmadığının müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Belə ki, işdən də görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən əvvəlcə onun ziyanına əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş inzibati aktın ləğvini tələb etsə də, sonradan tələbini dəqiqləşdirərək, yalnız ondan tələb olunan 13243,28 manat borcunun olmadığının müəyyən edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili hazırki vəziyyətdə yenə də iddiaçının ziyanına qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarı mübahisələndirmək arzularının olmadığını bildirmiş, həmin inzibati aktın qanuni olduğunu bildirərək iddiaçıdan tələb olunan 13243,28 manat borcun olmadığının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının ondan məktubla tələb olunan 13243,28 manat borcunun hesablanması üçün əsas olan cavabdeh qurumun xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarı hal-hazırda da qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmiş və geri çağırılmamışdır. Həmin qərar inzibati akt olaraq qüvvədə olduğu halda onun qəbul edilməsi ilə hesablanan yeni pensiya məbləği- 1898,56 manat pensiya ilə razılaşan iddiaçı ötən dövr üzrə ondan tələb olunan 13243,28 manat pul vəsaitini ödəməyə borclu olmadığını hesab edir və bu səbəbdən də həmin borcunun olmadığının məhkəmə tərəfindən müəyyən edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması cavabdeh qurumun qanunla nəzərdə tutulan səlahiyyətinə aid edilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə artıq ödənilmiş pul vəsaitinin geri tələb olunmasında əgər könüllü olaraq ödənişdən pensiyaçı imtina edərsə, bu zaman cavabdeh quruma ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququ da verilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili iddiaçının pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10645/2023 saylı qərarla razı olub, yalnız həmin qərar əsasında hesablanmış yeni pensiyaya görə ötən dövr üzrə hesablanmış 13243,28 manat artıq ödəmənin ondan gələcəkdə tələb olunmasının qarşısını almaq məqsədilə hazırki iddianı preventiv iddia olaraq qaldırdığını bildirmişdir. İnzibati Prosessual Məcəllənin 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia çox vaxt inzibati orqanın gələcək fəaliyyətinə qarşı yönəlir. Yəni, iddiaçı inzibati orqanın əlverişsiz inzibati aktın qəbuluna yönələn fəaliyyətinə qarşı öncədən tədbir görməyə başlayır. Hazırki işdə isə iddiaçının xeyrinə olmayan inzibati akt artıq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir və məhz həmin inzibati akta əsasən iddiaçının pensiyası 2331,74 manatdan 1898,56 manata endirilmiş, ötən dövr üzrə iddiaçıdan tələb olunan 13243,28 manat artıq ödəmə də həmin inzibati akta əsasən hesablanmışdır. Buna baxmayaraq iddiaçı həmin inzibati aktı mübahisələndirmədən, yəni onunla razılaşaraq ondan məktubla tələb olunan 13243,28 manat artıq ödəmənin məhkəmə qaydasında tələb olunmasının qarşısını almaq məqsədilə ümumiyyətlə ötən dövr üzrə həmin məbləğdə artıq ödəmənin olmadığının, yəni cavabdeh quruma həmin məbləğdə borcunun olmadığının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının iddiası qanunda nəzərdə tutulan “preventiv iddia” deyildir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hazırki işdə iddiaçının xeyrinə olmayan inzibati akt artıq qəbul edilmişdir və iddiaçı onunla razılaşmışdır. Belə olan halda həmin inzibati aktın icrası qaydasında ötən dövr üzrə artıq ödəmə kimi hesablanmış 13243,28 manat borcun tələb edilməsi ilə bağlı cavabdeh qurumun qanunla müəyyən edilmiş hüququməhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Odur ki, hazırki vəziyyətdə iddiaçının hazırki iddiası qeyri-mümkündür. Buna baxmayaraq sadalanan məsələlər nəzərə alınmadan birinci instansiya məhkəməsi tərəfindən işə verilmiş tələbə görə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir ki, bu da düzgün olmamışdır. Belə ki, məhkəmə iddia tələbini mahiyyəti üzrə araşdırmamışdan əvvəl həmin tələbin ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verib-vermədiyini tam yoxlamalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2302/2024 saylı 01 may 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2302/2024 saylı 01 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2893/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2893/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver