Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2895/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2024 saylı 17 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1980-xx.xx.1980-ci illərdə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidmət və təmiri ilə məşğul olan təmirçi çilingər, xx.xx.1982-ci il tarixdən-xx.xx.1983-cü il tarixədək X6 köməkçisi, xx.xx.1984-ci il tarixdən-xx.xx.1991-ci il tarixədək X10, xx.xx.1992-ci il tarixdənxx.xx.1997-ci il il tarixədək X10, xx.xx.1996-cı ildə S.A.Kaspial Holdinq KSM 2-ci dərəcəli ştat işçisi kimi işə qəbul edilib, xx.xx.2001-ci il tarixdə Şelflayihətikinti əməliyyat bazasının port meydançasına briqadirin asistenti vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə sahə/ liman briqadirinin asistenti gecə növbəsinin supervayzoru vəzifəsinə keçirilmiş, xx.xx.2007ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-yə Avtokar sürücüsü vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş, xx.xx.2009-cu il tarixdə “X2” MMC-yə avtokar sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2012-ci il tarixdə Hallibortun Avrasiya Limited şirkətinə Quyu işləri üzrə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə fəhlə işinə keçirilmiş və hal-hazırda da işləyir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı həqiqətən X11nda əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1.Təmirçi Çilingər (texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan) xx.xx.1980-xx.xx.1980-ci il (xx.xx.1980-ci il tarixli 15 К saylı əmr). 2.X6 Köməkçisi - 4.08.1982 - xx.xx.1983-cü il ( xx.xx.1983-cü il tarixli 44 К saylı əmr). 3. X10 - xx.xx.1984 xx.xx.1991-ci il (1.10.1984-cü il tarixli 162 к saylı əmr). 4. X10 - 1.06.1992 - 8.01.1997-ci il (1,06.1992-ci il tarixli 30 К saylı əmr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının 14. Tikinti materialları istehsalı” bölməsinin, 14.1.Sement istehsalı” maddəsinin a) fəhlələr bəndinin “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər”, “fırlanan sobaların maşinistlərinin (yandırıcılarının) köməkçiləri” və “fırlanan sobaların maşinistləri (yandırıcılan)" peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 12 il 7 ay 4 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X11 20 aprel 2012-ci il tarixdən "xxxx" ASC-yə çevrilmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-63951/2023 saylı məktubu ilə bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdilən 2 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1982xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində dublyor maşinist vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi dublyor maşinist vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan fırlanan sobaların maşinistləri (yandırıcıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli stajı 12 il 6 aydan az (11 il 9 ay 26 gün (xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1984-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş (fərq) məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 60 yaşının tamam olduğundan xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 22 oktyabr 1979cu il tarixdən başlamış, X11nda xx.xx.1980-xx.xx.1980-ci illərdə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidmət və təmiri ilə məşğul olan təmirçi çilingər vəzifəsində, xx.xx.1982xx.xx.1983-cü illərdə X6 köməkçisi vəzifəsində, xx.xx.1984-xx.xx.1991-ci illərdə X10 vəzifəsində, xx.xx.1992-xx.xx.1997-ci illərdə X10 vəzifəsində işləmişdir. Güzəştli stajının ümumi müddəti 12 il 7 ay 4 gün təşkil edir. X11 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-yə çevrilmişdir. Holcim (Azərbaycan) ASC-nin verdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən də güzəştli staj müddəti 12 il 7 ay 4 gün təşkil edir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi 02 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cu il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrlər ərzində dublyor maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin dublyor maşinist vəzifəsi iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda istinad olunan, yuxarıda qeyd olunan fırlanan sobaların maşinistləri (yandırıcıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 26 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2024 saylı 17 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, cavabdeh orqan tərəfindən İddiaçı güzəştli iş stajının olub-olmaması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14) sement istehsalı bəndində (14.1) fırlanan sobaların maşinistləri (yandırıcıları) vəzifəsi nəzərdə tutulub. İddiaçının cavabdeh orqana təqdim etdiyi 02 noyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cu il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrlər ərzində dublyor maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin dublyor maşinist vəzifəsi iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda istinad olunan, yuxarıda qeyd olunan fırlanan sobaların maşinistləri (yandırıcıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə yazaraq digər məhkəmə iclasında olduğundan hazırki iclasa gecikəcəyini və işə fasilə verilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İş materialları ilə iddiaçının imtina məktubunu nə vaxt alması müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu- xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2021-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi iş stajının iş materiallarında olan əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cu il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrlər ərzində işlədiyi dublyor maşinist vəzifəsi iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda istinad olunan, fırlanan sobaların maşinistləri (yandırıcıları) vəzifəsinə uyğun deyil və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmış və həmin məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məktubu ilə bildirilmişdi ki, “xx.xx.1961-ci il təvəllüdlü Məmmədov X1 zavodunda əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1.Təmirçi Çilingər (texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan) - xx.xx.1979-xx.xx.1980-ci il (xx.xx.1979-cu il tarixli 166 К saylı əmr). 2. X6 Köməkçisi - xx.xx.1982 - xx.xx.1984-cü il ( 5.08.1982-ci il tarixli 103 К sayh əmr). 3. X10 - xx.xx.1984 -xx.xx.1991-ci il (1.10.1984-cü il tarixli 162 к saylı əmr). 4. X10 - xx.xx.1992 - xx.xx.1997-ci il (1.06.1992-ci il tarixli 30 К saylı əmr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına uyğun 1 və 2 saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: 1.Təmirçi Çilingər (texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan) - kod 2180100а-18559, 2.X6 Köməkçisi - kod 1140100а-16860, 3.X10 - kod 1140100a-13914. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının 14.Tikinti materialları istehsalı” bölməsinin, 14.1.Sement istehsalı” maddəsinin a)fəhlələr bəndinin "texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər”, “fırlanan sobaların maşinistlərinin (yandırıcılarının) köməkçiləri” və “fırlanan sobaların maşinistləri (yandırıcıları)” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Təmirçi Çilingər (texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan) əmək funksiyaları: Növbə ərzində fəaliyyət göstərən reduktorların, nasosların, toz sovuranların, elektrik süzgəclərinin texniki sazlığını, onların müntəzəm işləməsini həyata keçirir. Gündəlik təmir və yağlama işlərini yerinə yetirir. Şlam nasosların işinə müntəzəm olaraq nəzarət edir və əvəzlənməsini təmin edir. Dağılmış şlamın təmizlənməsini yerinə yetirir. Fəaliyyət göstərən avadanlıqların texniki sazlığını, onların optimal rejimlə işləməsini və bunun nəticəsində avadanlıqlardan istifadə etmə əmsalının yüksəlməsini həyata keçirir. Fəaliyyət göstərən avadanlıqların texniki sazlığını, onların optimal rejimlə işləməsini təmin edir, ehtiyat hissələrin alınması və onların yağlanmasını həyata keçirir. Lazım olduqda bütün şöbələrdə təmir işlərini həyata keçirir. X6 Köməkçisi və X6 əmək funksiyaları: Materialın sobaya, elevator vasitəsi ilə verilməsini. Siklonlardan materalın ötürmə nexanizmlərinin sabit işləməsini tənzimləyir. Soba, istilik dəyişdiricisi, soyuducu, klinker nəqledicisi, bunkerlərin, klapanların və şsiberlərin sabiit işləməsini təmin edir. Sobanın iş rejimini nəzarət ölçü cihazlarının göstəricilərinə əsasən normal səviyyədə tənzimləyir, sexdə işləyən avadanlıqların xırda təmir işlərinin aparılmasına köməklik edir. Materialın sobaya giriş sahələrini növbə ərzində soba operatoruna məlumat verdikdən sonra təmizləyir. Təmizik başa çatdıqdan sonra görülən iş barəsində soba operatoruna məlumat verir. İş prosesində texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət edir. Yastıqların yağlanmasına və yağlama zamanı qoruyucu qurğunun yararlı olmasına nəzarət edir. Avadanlıqların texnoloji iş ardıcıllıqlarını bilməlidir. Xammal və klinker siloslarının boşluqlarına nəzarət (iplə ölçmək). Lazım olan yerlərdən nümunələrin vaxtında götürülməsi. İstilikdəyişdirici və süzgəclərdə miqalkaların və konveyerlərin içləməsinə nəzarət edir. Sobanın girişində və çıxışında bərkimiş materialın növbə ərzində yoxlanması və təmizlənməsi. Təmizləmə işləri başladıqda və işin sonunda soba operatoru və növbə rəisinə məlumat verilir. Təmizlik işləri aparan zaman xüsusi geyimdən istifadə olunmalıdır. Güzəştli stajın müddəti 14 il 3 ay 2 gündür. Bundan başqa işdə olan (i.v. 57) "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sovet dönəmində hər hansı işçi işə qəbul edilən zaman əvvəl onun qəbul edilən ixtisas üzrə təcrübəsinin olub-olmamasına baxılırdı. Əgər işçi qəbul edilən vəzifədə (ixtisasda) əvvəl çalışmayıbsa, onda l, həmin ixtisas üzrə təcrübəli bir işçiyə təhkim olunurdu və o, həmin vəzifə (ixtisas) üzrə Dublyor adlandırılırlı (məsələn: Maşinist köməkçisi dublyoru, maşinist dublyoru və s.) Dublyor təhkim olunmuş işçi ilə eyni işi görür, eyni vəzifə öhdəliklərini yerinə yetirirdilər və zərərli faktorlarla eyni dərəcədə qarşılaşırdılar. Müəyyən dövr keçdikdən sonra (vəzifənin məsuliyyət dərəcəsindən asılı olaraq adətən 1 aydan 12 aya kimi) Dublyor imtahan verərək (əgər imtahanın nəticəsi müsbət olurdusa) vəzifəsini təsdiq etmiş olurdu və o, müstəqil işləməyə başlayırdı. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.1980xx.xx.1980 (3 ay 5 gün) dövrdə avadanlıqların təmiri üzrə çilingər, xx.xx.1982-xx.xx.1983 (8 ay 24 gün), xx.xx.1984-xx.xx.1991 (7 il 28 gün) və xx.xx.1992-xx.xx.1997 (4 il 7 ay 7 gün) dövrdə X10 vəzifəsində işləmiş, bu dövr ümumilikdə 12 il 8 ay 4 gün təşkil edir və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına uyğun 1 və 2 saylı siyahıya əsasən “X6 köməkçisi” - 1140100а-16860koduna və X10 1140100a-13914 koduna uyğun gəlir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materialları istehsalı” bölməsinin (14), sement istehsalı bəndinin (14.1) a) fəhlələr bəndinin "texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər”, “fırlanan sobaların maşinistlərinin (yandırıcılarının) köməkçiləri” və “fırlanan sobaların maşinistləri (yandırıcıları)” peşələri vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olduğundan, iddiaçı qanunla tələb olunan üçüncü şərti də ödəmiş sayılır. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiası təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-1164/2024 saylı 17 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1164/2024 saylı 17 aprel 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-2895/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2895/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver