Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2896/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X2 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli, **********00071 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti təyin edilmişdir.
2. Cavabdeh tərəfindən tərtib edilmiş 000156 №li, xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlarından malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu mnaddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən xx.xx.2022-ci ildə "xxxx" MMC-yə (bundan sonra – iddiaçı) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) anbarında malların nəzarət-kassa aparatı vasitəsilə satıldığı müəyyən edilmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim etdiyinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malları təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verdiyinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 29401,02 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
4. NKA-dan çıxarılmış hesabata əsasən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat anbarında pərakəndə satış dövriyyəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə qədər 294010,2 manat təşkil etmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********985300 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan verdiyi inzibati şikayət təmin edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, DVX №000156 nömrəli aktın, həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli qərarın və “Şikayətin təmin olunmaması haqqında" Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********985300 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 29.401,02 manat məbləğində cərimənin hesablanması üçün əsas olmuş xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0071 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında **********-18001 kodla anbar kimi xx.xx.2019cu ildə qeydiyyata alınmış obyektdə nəzarət tədbiri həyata keçirilmişdir.Operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023- cü il tarixli, DVX №000156 nömrəli akt və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən, iddiaçı barəsində 29401.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Həmin qərardan Dövlət Vergi Xidmətinə iddiaçı tərəfindən şikayət verilsə də Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixdə tarixli, **********985300 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarı ləğv olunmalıdır.Belə ki, qərarda qeyd olunan obyekt xx.xx.2019-cu ildə vergi orqanında anbar kimi qeydiyyata alınmış və pərakəndə satış həyata keçirilməsi üçün X6 ilə təmin olunmuşdur. Aparılan OVN zamanı qanunvericiliyin heç bir tələbi pozulmadan vergi öhdəliyinə tam əməl edilməklə obyektdə edilən satışlar pərakəndə satışa uyğun olaraq NKA-na (vergi orqanına inteqrasiya olunmuş) vurularaq əhaliyə təqdim edilmişdir, vergidən yayınma halları olmamış, yaranmış öhdəlik tam vaxtında dövlət büdcəsinə ödənilmişdir.Lakin vergi orqanı OVN qərarına əsasən obyektdə aparılan satışın NKA ilə yox, elektron qaimə ilə aparılmalı olmasını əsas gətirərək satışın ümumi həcminə 10 % məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Maliyyə sanksiyasının yazılmasına səbəb kimi 2021-ci ilin sonunda Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş dəyişiklik əsas göstərilmişdir.Vergi orqanı tərəfindən aparılan OVN zamanı iddiaçıya məlum olmuşdur ki, Vergi Məcəlləsinə xx.xx.2021-ci ildə dəyişiklik olmuş və xx.xx.2022-ci ildən həmin dəyişiklik qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 58.13cü maddəsinə “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə” sözləri əlavə olunmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 24.1.3-cü maddəsinin tələbinə əməl etməklə iddiaçıya vergi orqanı tərəfindən vaxtında məlumat verilsəydi, iddiaçı da NKA-nı vergi orqanına geri qaytarar, anbardan pərakəndə satışı dayandırar və ya başqa qanuni tədbirlər görərdi. Vergi Məcəlləsinin 58.13-cü maddəsində sadalanan əməllərə görə, malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yəni bu maddənin heç bir hissəsində təqvim ili ərzində keçmiş 1 (bir) təqvim ilinin dövriyyəsinə maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı heç bir göstəriş yoxdur. Lakin hazırkı iş üzrə qanunsuz olaraq qəsdən 1 təqvim ilini cavabdeh gözləmiş və bütöv 1 təqvim ilinin dövriyyəsinin 10% həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0071 nömrəli qərarda yoxianılacaq dövr kimi xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı qeyd edilməmişdir. Həmin qərarda OVN-nin xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə keçirilməsi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, həmin müddət üçün aparılan pərakəndə satış nəzərə alınmalı idi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********0071 nömrəli qərarı əsasında Cəmiyyətin ünvan 3 ünvanda yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə - faktura təqdim edilməli olduğu halda, elektron qaimə - faktura təqdim etmədən 294.010,16 manat dəyərində malların nəzarət-kassa aparatı vasitəsi ilə satıldığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 5.1-ci bəndinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilərək, xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000156 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Cəmiyyətin 294.010,16 manat məbləğində malları elektron qaimə-faktura vermədən təqdim etdiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim edilmiş kassa çekləri üzrə 294.010,16 manat (ƏDV daxil) məbləğində malların nəzarət-kassa aparatına mədaxil olunaraq satıldığı, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (xx.xx.2022-ci il tarixli, 640,0 manatlıq 1884 nömrəli çek üzrə vahidin qiyməti 11,43 2 manat olmaqla 56 ədəd "X7 Yeşil", xx.xx.2022-ci il tarixli, 502,9 manatlıq 1057 nömrəli çek üzrə vahidinin qiyməti 11.43 manat olmaqla 44 ədəd "X7 Yeşil”, xx.xx.2022-ci il tarixli 351,8 manatlıq 1893 nömrəli çek üzrə vahidinin qiyməti 7.33 manat olmaqla 48 ədəd “X7 Yeşil’, 26 07.2022-ci il tarixli, 593,7 manatlıq 1879 nömrəli çek üzrə vahidinin qiyməti 7,33 manat olmaqla 81 ədəd "X7 Yeşil", xx.xx.2022-ci il tarixil 527,7 manatlıq 1854 nömrəli çek üzrə vahidinin qiyməti 7.33 manat olmaqla 72 ədəd “X7 Yeşil", xx.xx.2022-ci il tarixli 623,0 manatlıq 1796 nömrəli çek üzrə vahidinin qiyməti 7,33 manat olmaqla 85 ədəd "X7 Yeşil") fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları aşkar olunmuşdur.Həmçinin, 01,01.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 294.010,16 manat dəyərində satılmış mallardan 273.150,56 manat dəyərində malların 1472 sayda nəzarətkassa aparatı çekləri ilə 6 sayda fiziki şəxsə təqdim edildiyi və həmin nəzarət- kassa aparatı çekləri ilə 4167,37 manat əlavə dəyər vergisinin geri qaytarıldığı, həmin əməliyyatlardan 1130 sayda nəzarətkassa aparatı çeki üzrə 230.999,78 manat dəyərində alışların Cəmiyyətin əmək müqaviləsi üzrə işçisi olan X4 tərəfindən həyata keçirildiyi və nəticədə Cəmiyyətin əmək müqaviləsi üzrə işçisi tərəfindən 3524.25 manat dəyərində əlavə dəyər vergisinin geri qaytarıldığı müəyyən edilmişdir.Tərtib edilmiş akt Baş İdarənin xx.xx.2023- cü il tarixli, **********246700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 16:01-də oxunmuşdur.Tərtib edilmiş akt əsasında hal-hazırda mübahisələndirilən qərarla Cəmiyyət barəsində 20401,02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Həmin qərar dövlət qeydiyyatı haqqında sənədlərdə sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan yeri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 00:15-də oxunmuşdur. Cavabdehin qərarından narazı qalan iddiaçının **********957200 nömrəli inzibati şikayətinə əsasən "İnzibati qaydada verilmiş şikayətin təmin olunmaması" haqqında DVX-nin xx.xx.2023-cü il tarixli qərarı qəbul olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-1129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarından görünür ki, malları təqdim edən şəxs təqvim ili ərzində qanun pozuntusuna birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.Qanunverici burada maliyyə sanksiyasının həcmini müəyyən edən zaman vergi ödəyicisinin müəyyən dövr ərzində dövriyyəsinin faizinin deyil, operativ vergi nəzarətinin aparıldığı konkret tarixdə təqdim edilən malların satış qiymətinin faizini birmənalı şəkildə nəzərdə tutmuşdur.
13. Lakin vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq birinci dəfə təqdim etdiyi malların satış qiymətini deyil, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində NKA tətbiq etməklə satdığı malların ümumi həcmini əsas götürmüşdür, yəni Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olaraq maliyyə sanksiyasını müəyyən etmişdir ki, bununla eyni zamanda Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinin tələblərini (vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar) və 3.8-ci maddəsinin tələblərini (Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz) pozmuşdur.
14. Məhkəmə hesab etmişdir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya 29401,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını ilk öncə onunla əsaslandırmişdır ki, VM-nirı 58.13-cü maddəsi maliyyə sanksiyasını müəyyən edərkən, vergi ödəyicisinin müəyyən dövr ərzində dövriyyəsinin faizinin deyil, operativ vergi nəzarətinin aparıldığı konkret tarixə təqdim edilən malların satış qiymətinin faizini birmənalı şəkildə nəzərdə tutur. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergh nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Hesab edirik ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək normativ hüquqi aktın tətbiqində səhvə yol vermiş, qanunu səhv təfsir etmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilə bilər. Məhkəmənin mövqeyi əsas götürüldükdə, vergi ödəyicisi tərəfindən malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı yalnız operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilməlidir ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olsun. Başqa sözlə, məhkəmənin qənaətinə görə qanun pozuntusu yalnız operativ vergi nəzarəti tədbiri zamanı baş verməli, həmin tədbirdən əvvəl baş verdiyi halda isə qanun pozuntusunu törətmiş şəxs məsuliyyətə cəlb edilməməlidir. Bu cür yanaşma ağlabatan və düzgün hesab edilə bilməz, çünki operativ vergi nəzarətinin həyata keçirildiyini bilə-bilə, vergi orqanının vəzifəli şəxsi qarşısında heç bir vergi ödəyicisi qanunvericiliyi pozmaz və bu cür yanaşma operativ vergi nəzarəti məqsədlərinə ziddir. Operativ vergi nəzarətinin məqsədlərindən biri isə artıq baş vermiş, yəni keçmişdə törədilmiş hər hansı qanun pozuntusunu aşkar edərək qanunu pozmuş vergi ödəyicisini məsuliyyətə cəlb etməkdən ibarətdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsin də buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin mənsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bundan əlavə, elektron qaimə faktura olmadan malların təqdim edilməsi üzrə operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı tərəfindən təqdim edilmiş malların (operativ vergi nəzarətindən əvvəl təqdim edilmiş malların) qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin olub-olmamasını yoxlanılır. Digər tərəfdən, operativ vergi nəzarətinin ayrı-ayrı növləri üzrə məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci iltarixli, **********192100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaların”-da (bundan sonra - “Qaydalar”) əks edilmişdir. Həmin Qaydaların 14.2-ci bəndinə əsasən nəzarətə başlayarkən birinci növbədə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən təsərrüfat subyektindəki (subyektlərindəki) malların və pul vəsaitinin vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanılıb-saxlanılmaması, malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilib-edilməməsi barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada iltizam alınır. Təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində (subyektlərində) saxlanılmasına hüquqi əsas verən təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) tələb edilməlidir. Həmin Qaydaların14.5-ci bəndinə əsasən malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarında nəzərdə tutulmuş müddətdə davam edə bilər. Qaydaların 14.8-ci bəndinə əsasən siyahı tərtib edildikdən sonra malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-fakturanın, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsinə əsasən aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-faktıyasının, mallar təqdim edilərkən elektron qaimə- fakturaların tərtib edilməsi, məsələlərinin mövcudluğu araşdırılır. Qaydaların və Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, malların elektron qaimə-faktura əsasında təqdim edilməsi, malların anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsi nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən, cari vəziyyət yoxlanılır, yəni, vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaimə-faktura əsasında təqdim edilib- edilməməsi, həmin malların təqdim edilməsinin faktiki olaraq harada (anabr, topdan satış fəaliyyəti üçün nəzərdə tutulmuş təsərrüfat subyekti və s.) müəyyən etməkdir. Hazırki halda da, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən ümumilkdə 294.010,16 manat dəyərində malların satışına dair elektron qaimə-faktura olmadığı, həmin malların pərakəndə qaydada X6 yasitəsilə rəsmiləşdirildiyi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyektinin mövcud olduğu, həmin təsərrüfat subyektinin topdan satış fəaliyyəti məqsədləri üçün istifadə edilən anbar olduğu müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilnhədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə isə qeyd edilən normanı nəzərə almamış, bu istiqamətdə, yəni malların anbardan pərakəndə qaydada satılması məsələsini ümumiyyətlə araşdırmamış, buna hər hansı münasibət bildirməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 53.1 -ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Normadan göründüyü kimi, qanun pozuntusu faktının nə zaman (operativ vergi nəzarəti zamanı ya ondan əvvəl) baş verməsi əhəmiyyətli deyil. Həmçinin, Vergi Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məsuliyyətə cəlb etmə ilə bağlı yeganə müddət məhdudiyyəti qeyd edilən normada əks edilib ki, hazırki halda 3 illik müddət ötürülməmişdir. Məhkəmə tərəfindən isə bu normalar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”-nın 5.1 -ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İşin hallarından göründüyü kimi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. Bir daha bildiririk ki, maliyyə sanksiyasının tətbiq edilməsinə əsas vergi ödəyicisi tərəfindən malların anbardan pərakəndə qaydada satılması faktı olmuşdur ki, hazırki halda malların hansı məqsədlər üçün satılması əhəmiyyətsizdir. Vergi orqanı tərəfindən isə malların pərakəndə qaydada anbardan satılması fäktı sübuta yetirilmiş, vergi ödəyicisinin təsərrüfat subyektinin topdan satış məqsədləri üçün istifadə edildiyinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qeyd edilən halları, nəzərə almamışdır. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur.
Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək.
Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1.vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar;
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş və iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti təyin edilmiş və operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci ildə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) anbarında malların nəzarətkassa aparatı vasitəsilə satıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə operativ vergi nəzarəti barədə akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 29401,02 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
33. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini təmin edilmiş və məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələblərini pozaraq birinci dəfə təqdim etdiyi malların satış qiymətini deyil, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində NKA tətbiq etməklə satdığı malların ümumi həcmini əsas götürmüşdür, yəni Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olaraq maliyyə sanksiyasını müəyyən etmişdir ki, bununla eyni zamanda Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinin tələblərini (vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar) və 3.8-ci maddəsinin tələblərini (Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz) pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş 29401,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
35. Belə ki, cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarı Vergi Məcəlləsinin 31.0.1-ci və 31.0.2-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24.2 və 24.3-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.
36. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar : kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər iki yoxlamanın və vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
37. Kassasiya instansiya məhkəməsinin hazırkı oxşar mübahisələr üzrə formalaşdırdığı mövqeyi odur ki əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin əlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati 2-1(102)-1072/2024; 2-1(102)- 550/2023; 2-1(102)-1790/2022 və s. Qərarları) Belə ki, qeyd edilən qərarlarda kassasiya instansiya məhkəməsinin mövqeyi eyni olmuşdur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Lakin cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad etməmiş və iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
39. Beləki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq faliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinin əsasən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
41. Göründüyü kimi, operativ vergi nəzarəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, bu nə kameral nə də səyyar vergi yoxlaması deyildir ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanılmış olsun. Vergi nəzarəti cari, yəni, bu tədbirin faktiki olaraq həyata keçirildiyi dövrə münasibətdə vergi ödəyicisinin fəaliyyətinə nəzarət edilməsidir.
42. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
43. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə keçirilməsi qeyd olunmasına baxmayaraq, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2022-ci il tarixdən əvvəlki dövrdə (bir neçə ayda) olan əməliyyatlar əsasında İddiaçı MMC-yə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakterinə uyğun deyildir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir.
45. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmasına baxmayaraq, cavabdeh iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış və xx.xx.2023-cü il tarixli DVX seriyalı 000156 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2023-cü il tarixli inzibati akt qəbul olunmuşdur ki, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
46. Azərbaycan Respublikası Vergi Məccələsinin 31.0.1-ci maddəsinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək və 31.0.2ci maddəsinə əsasən vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələrinə aid edilmişdir.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
48. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, qərarda qeyd olunan obyekt xx.xx.2019-cu ildə vergi orqanında anbar kimi qeydiyyata alınmış və pərakəndə satış həyata keçirilməsi üçün X6 ilə təmin olunmuşdur. Aparılan OVN zamanı qanunvericiliyin heç bir tələbi pozulmadan vergi öhdəliyinə tam əməl edilməklə obyektdə edilən satışlar pərakəndə satışa uyğun olaraq NKA-na (vergi orqanına inteqrasiya olunmuş) vurularaq əhaliyə təqdim edilmişdir, vergidən yayınma halları olmamış, yaranmış öhdəlik tam vaxtında dövlət büdcəsinə ödənilmişdir.Lakin vergi orqanı OVN qərarına əsasən obyektdə aparılan satışın NKA ilə yox, elektron qaimə ilə aparılmalı olmasını əsas gətirərək satışın ümumi həcminə 10 % məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Maliyyə sanksiyasının yazılmasına səbəb kimi 2021-ci ilin sonunda Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş dəyişiklik əsas göstərilmişdir.
49. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı malları elektron qaimə-faktura verilmədən təqdim etdiyini inkar etmir. İddiaçı tərəfindən malların alıcıya satışının (təqdim edilməsinin) Vergi Məcəlləsində müəyyən edilmiş qaydada nəzarət-kassa aparatının çekini təqdim etməklə həyata keçirdiyi mübahisəsizdir. Lakin o, bəyan edir ki, cavabdehin "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0071 nömrəli qərarda yoxianılacaq dövr xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə keçirilməsi qeyd olunmasına baxmayaraq həmin müddət aralığında aparılan pərakəndə satış nəzərə alınmalı idi. Digər tərəfdən, İddiaçı tərəfindən mallar ona məxsus anbarda quraşdırılan vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edilmiş, deməli, vergi orqanı mübahisələndirilən dövrdə, yəni nəzarət tədbiri keçirilənə qədər xeyli əvvəl iddiaçının həmin kassa aparatı vasitəsilə malların pərakəndə satışını həyata keçirdiyini bilirdi və ya ən azından bilməli idi.
50. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Vergi orqanı tərəfindən malların pərakəndə qaydada anbardan satılması faktı sübuta yetirilmiş, vergi ödəyicisinin təsərrüfat subyektinin topdan satış məqsədləri üçün istifadə etdiyinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır” ”dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən kassasiya instansiya məhkəməsinin hazırkı oxşar mübahisələr üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər vergi orqanı vergi ödəyicisi tərəfindən X6 vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia edirsə, bu halı sübut etmək vergi orqanının üzərindədir. Vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir.
51. Beləliklə, vergi orqanı mübahisələndirilən qərar ilə iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
52. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
53. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
54. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.