Məhkəmə qərarları › İş №2-1(103)-2896/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2896/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2896/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2- 1(112)-8963/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya kapitalının fərdi hesabın sığorta hissəsi olan məbləğinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 887,06 manat olmaqla yenidən hesablanmasını və 2022-ci il iyun ayından pensiya məbləğindən qanunsuz tutulmuş məbləğin tam geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2022 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyınin tabeliyində Dövlət Sosial Müdafıə X4 Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun, iyul ayları üzrə tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-761/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-47582/2023 saylı qərarı ləğv edilməklə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktublarla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

7. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarının düzgün icrasının təmin edilməsi barədə tədbir görülməsini xahiş etmişdir.

8. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, azaldılmış pensiyanın bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunması və birdəfəyə ödənilməsini, toplanan pensiya sığorta kapitalı əsasında pensiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qanunvericiliyin tələblərinə uyğun qərardad çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Qanunun 32.1- 1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğini ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini, eyni zamanda qanunvericiliyin tələblərinə, uyğun qərar qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2-1(112)-8963/2023 nömrəli qərarı qanuni qüvvəsini aldığından sonra qərarın icrası məqsədi ilə cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanaraq 1996,86 manat müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ödənilməli olan 10456,70 manat borc məbləğinin (372,92 manat maddi yardımla birgə) olduğu göstərilmişdir. Həmin 10456,70 manat borc məbləğinin 372,92 manatı məhkəmə qərarının qüvvəyə mindiyi mart 2024-cü il tarixdə ödənilmiş, qalan 10083,78 manat məbləğ (10456,70-372,92) “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına, yəni 22 aya (may 2022—fevral 2024) bölünməklə 1 aya 458,25 manat (10083,78 manat: 22ay) xx.xx.2024—xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulduğu halda, faktiki 53 aya (xx.xx.2024—31.07. 2028) bölünərək 1 aya 190,26 manat (10083,78 manat: 53ay) hesablanmışdır. Eyni zamanda cavabdeh tərəfindən yenidən hesablanan 1996,86 manat pensiya məbləği cəmi 1(bir) ay ödənilmiş, daha sonra cavabdeh “yenidən inzibati icraat aparılması” adı altında məhkəmə qərarı ilə üzərinə qoyulan öhdəliyin icrasını dayandırmış, pensiya məbləğini 1996,86 manatdan 378,51 manat azaldılaraq 1618,35 manat (1996,86—378,51) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən xəbərdar olunmasına baxmayaraq məhkəmə qərarı icra edilməmişdir. Bununla belə, XŞT üzrə MF tərəfindən rəsmi qaydada dəfələrlə etiraf məktubları ilə xx.xx.2020-ci il tarixə topladığı sığorta pensiya kapitalına görə əlavənin məbləği 760,98 manat təsdiqlənməsi, habelə xx.xx.2024-cü il tarixdən əmək pensiyasının 1996,86 manat müəyyən edilməsi, pensiyanın aşağıdakı qaydada yenidən hesablanmasına əsas verir. XŞT üzrə MF tərəfindən xx.xx.2024-cü il tarixə əmək pensiyasının 1996,86 manat müəyyən edilməsi, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 30 iyun 2020-ci il tarixə 1423,27 manat (1996,86- 201,12(11,2% azalma = 1795,74- (14,7% azalma)=1565,60-10,0% azalma=1423,27) təşkil edəcəkdir ki, həmin tarixə topladığı 760,98 manat sığorta pensiya kapitalını (əmək pensiyasına əlavəni) əlavə etməklə pensiya məbləği 2184,25 manat (1423,27+760,98) hesablanmalı, eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi 2402,67 manat (x10%=218,42), həmçinin indeksləşdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixdən pensiya 2755,86 manat (x14,7%=353,19) və xx.xx.2024-cü il tarixə indeksləşdirmə ilə pensiyanın məbləği 3064,52 manat (x11,2%=308,66) məbləğində təşkil edəcəkdir.

11. Cavabdeh ərizəyə etiraz təqdim etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)-8963/2023 nömrəli qərardadı ilə vəsatət təmin olunmamışdır.

13. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

14. Apellyasiya şikayəti ərizəyə uyğun olaraq əsaslandırılmışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ:

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərarda qeyd olunmuşdur ki, hazırkı pensiya məbləği - 1112 manat, 94 qəpik. Vəzifə maaşı - 730 manat, rütbəyə görə əlavə - 42 manat, qulluq stajına görə - 8,92 faiz, 65,12 manat, mükafatlar - 4553,8 faiz, 554,05 manat. Təminat xərcliyi cəmi 1391 manat, 17 qəpik, yenidən hesablanmış pensiya məbləği 1112 manat, 94 qəpik, SH=413,74, QƏ=699,20 təşkil edir.

21. İddiaçı cavabdehin pensiyanın qeyd edilən qaydada hesablanması ilə razılaşmamış və təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını, bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamaqla yenidən hesablanmasını, eləcə də artıq ödənilmiş vəsait kimi hesablandığı və müvafiq aylar üzrə tutduğu vəsaitin geri qaytarılmasını mübahisələndirmişdir.

22. Məhkəmə cavabdehin pensiya təyin edildiyi gündən 6 il işlədikdən sonra toplanmış pensiya kapitalının yenidən hesablanması düzgün aparılmadığı qənaətinə gələrək, iddiaçıya pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun, iyul ayları üzrə tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Daha sonra apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxalanılmışdır.

23. Göründüyü kimi, məhkəmə iddiaçının tələbi çərçivəsində araşdırma aparmış və tələbə uyğun olaraq qərar qəbul edilmişdir.

24. Cavabdeh inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar olaraq yenidən inzibati icraat aparmış və aşağıdakı qərarı qəbul etmişdir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 2463/2024 saylı qərarı ilə yenidən hesablanmış pensiya məbləği 1996 manat, 86 qəpik. Yenidən hesablanmanın səbəbi: 2-1(103)-761/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 3879/2024 saylı qərarı ilə yenidən hesablanmış pensiya məbləği 1618 manat, 35 qəpik. Yenidən hesablanmanın səbəbi: 2-1(103)-761/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı.

27. Hazırda iddiaçı yuxarıda qeyd edilən cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarları ilə ona hesablanmış pensiya məbləği və həmin pensiya məbləğinin hesablanması qaydalarını mübahisələndirir.

28. Məhkəmə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı verdiyi ərizələrdə göstərdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, məhkəmə cavabdeh inzibati orqan tərəfindən Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablamasına münasibət bildirmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qanunverici göstərilən maddədə (37.3.1-ci maddə) pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarının əsaslandırmasını iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması təşkil etmişdir.

29. Məhkəmə qərarının icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının pensiyası əvvəlki kimi hesablanmaqla və yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiya məbləği xx.xx.2024-cü il tarixli qərarla 1561,46 manatdan 1996,86 manat artırılmış, iddiaçıya ödənilməli olan 10456,70 manat fərq məbləği hesablanmışdır. Pensiya təyinatı alt sistemi çıxarışlarından görünür ki, iddiaçıya ödənilməli olan 10456,70 manat əksik məbləğ və 372,92 manat olan maddi yardım 2024-cü ilin mart ayında ödənilmiş, qalan hissə 10083,78 manat hissə 2024-cü ilin mart ayından etibarən hər ay 190.26 manat olmaqla cari pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir.

30. İddiaçı barəsində yenidən inzibati icraat zamanı xx.xx.2024-cü il tarixli 3-17-1/3- 7- 3879/2024 saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla iddiaçının əmək haqqı barədə məlumatlar və DSMF-nin rayon şöbəsinin hesablama qaydasının yanlış olduğu nəzərə alınaraq pensiyası yenidən hesablanmış və bu zaman onun cari pensiyası 1618,35 manat azaldılmışdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş yenidən hesablanma barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-3879/2024 saylı qərarı yeni inzibati icraat nəticəsində qəbul edilən inzibati akt olmaqla, müstəqil məhkəmə mübahisəsi predmetidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023cü il tarixli qərarı ilə əhatə olunmur. İddiaçının hazırkı halda tələb etdiyi pensiyanın yenidən hesablanma qaydası ilə bağlı tələbləri və cavabdehin pensiyanın yenidən hesablama qaydası qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında yoxlanılmamış, hüquqi qiymət verilməmişdir.

32. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

33. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi borclunun cərimə edilməməsinə dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)-8963/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar