Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2897/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyi qarşı “qəsəbə nümayəndəliyinin arayışının qanunsuz hesab edilərək ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2075/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna Qəsəbəsi üzrə Nümayəndəliyi qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılması və ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1974-cü ildə Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvanında atasına məxsus evdə yaşamış, ailə həyatı qurduqdan sonra həmin evdən ayrılmışdır. Lakin xx.xx.2022-ci il tarixinə kimi həmin evdə qeydiyyatda olmuşdur. X1 iddia ərizəsi əsasında Xəzər rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xəbəri olmadan, həmin evdən qeydiyyatdan çıxarılmışdır. Vəkil sorğusu əsasında əldə edilmiş notariat işinə əsasən Ağababa Rəhimov xx.xx.2021-ci il tarixdə 25 saylı Notariat Ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ədliyyə Nazirliyinin 3-16-5/2-R-34/2-6/26 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dariəsi üzrə nümayəndəliyi Ağababa Rəhimova xx.xx.2014-cü il tarixli arayış vermiş və həmin arayış vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 25 saylı Notariat ofisinə təqdim edilmişdir. Onun həmin arayışdan məlumatı olmamış, heç bir məlumat verilməmişdir. 2014-cü ildə arayışı alan Ağababa Rəhimov 7 il sonra, yəni, etibarlılıq müddəti bitdikdən sonra, 25 saylı Notariusda istifadə etmişdir. Onun sağ olmasına və yaşamasına baxmayaraq, sözügedən Notarius 2024-cü il tarixli arayışı əsas kimi götürərək bilərəkdən vərəsəlik dairəsini gizlətməyə nail olmuş, beləliklə də 25 saylı notarius da onun mülkiyyət hüquqlarını pozmuşdur..” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasıını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı onun adının notarisa verilmiş 7 saylı forma üzrə arayışa əlavə edilməsi barədə müraciət etmiş, həmin müraciətinə cavab olaraq ona göndərilmiş 5-12-5/2-318/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli, 3640 nömrəli 7 saylı Forma üzrə verilmiş arayışda İddiaçı adının göstərilməməsinin səbəbi 7 saylı Forma arayışını yazılma nümunəsinə əsasən (vəfat edən zaman onun aşağıda göstərilən ailə üzvləri olmuşdur) nənəsi X14 vəfat etdiyi tarixdə, yəni, xx.xx.1966-cı il tarixdə onun ailə üzvü olmamasıdır. Belə ki, iddiaçı xx.xx.1974-cü ildə doğulduğu halda, xx.xx.1966-cı il tarixdə vəfat etmiş mərhum nənəsinin ailə üzvü ola bilməzdi. Həmçinin, iddiaçı Ağababa Rəhimovun cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə xx.xx.2022-ci il tarixində Xəzər rayon Məhkəməsi tərəfindən X2 və onun övladı xx.xx.2005-ci il təvəllüdlü X7 ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədə, həmçinin, iddiaçının və övladı X7 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır bəndi də qeyd olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2075/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir (Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərardad maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi və ya yanlış anlaşılması ilə qəbuledildiyindən əsassız və qanunsuzdur. Dəqiqləşmiş iddia ərizəsində tələbi məhkəmənin yanlış olaraq yazdığı kimi, “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışının ləğv edilməsi və iddiaçının adının qeyd olunduğu yeni forma 7 arayışının verilməsi” barədə yox, “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılması və ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədədir. Məhkəmənin yol verdiyi prosessual pozuntu həm də onunla bağlıdır ki, məhkəmə iddia tələbimə dair hazırlıq iclası keçirmiş, daha sonra 2 dəfə baxış iclası keçirmiş, iddia tələbimin dəqiqləşdirilməsinə dair ərizəm məhkəmənin qərardadı ilə icraata götürülmüş, işə mahiyyəti üzrə baxılmış, sonda isə məhkəmə yanlış olaraq əvvəlki, yəni xx.xx.2024-cü il tarixli e-2-1(112)-2075 nömrəli qərardaddan əvvəlki iddia növünə əsaslanaraq, iddiamı mümkün saymamışdır. İddia ərizəsində Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələn subyektiv hüquqlarımın pozulmasını əsaslandırmasına baxmayaraq, məhkəmə iddiamımümkün saymamışdır.Yəni bu da növbəti pozuntudur. Bakı İnzibati Məhkəməsi sözegedən qərardadında yanlış olaraq, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 13-cü bəndinə istinad etmiş və özünün yanlış iddia tələbi baxımından məsələyə yanaşmış və yanlış nəticəyə gəlmişdir. Hətta məhkəmənin gəldiyi yanlış nəticə baxımından məsələyə hüquqi qiymət versək, qeyd etməlidir ki, hər bir halda Buzovna qəsəbə nümayəndəliyinin forma 7 arayışımənim hüquqi statusunu dəyişdirmiş və onu əmlak hüququmdan məhrum etmiş və ya hüququmu məhdudlaşdırmışdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş iddia müddəti çərçivəsində cavabdehlik özdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılaraq ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, “iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2014-cü il tarixli arayış subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqanının arayışının ləğv edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarının 36-37-ci vərəqlərindən görünür ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri 25 saylı Notariat Ofisinin X/O 1115/23 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona təqdiim olunmuş mübahisələndirilən xx.xx.2014-cü il tarixli arayışda aşağıdakılar qeyd olunmuşdur: “Verilir 7 saylı Döalət NotariatKontoruna ondan ötrü ki, həqiqətən mərhum X17 ölən günə qədər R.Axundov küç., döngə 10 ev 6 (əvvəlki ev No236) yaşamışdır. Vəfat edən zaman onun aşağıda göstərilən ailə üzvləri olmuşdur: 1.X10; 2. X8; 3. X5; 4.X3... ” Arayışın qeyd olunan mətnindən göründüyü kimi, xx.xx.1966-cı il tarixd vəfat etmiş X14 ölən günə qədər yaşadığı ünvan və vəfat edən zaman mövcud olmuş ailə üzvləri barədə məlumat qeyd edilmişdir. İddiaçının isə işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinə əsasən isə müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdə doğuliuşudur. Belə olan halda, qeyd olunan arayışdıa onun adının təsbit olunması mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən hər hansı bir şəxs yaşadığı ünvan, ailə üzvləri, işləməsi, oxuması (və sair) haqqında verilmiş arayış inzibati akt kimi qiymətləndirilə bilməz. Çünki bu qəbildən olan arayışlar rəsmi şəkildə qeydə alınmış məlumatları və hadisələri olduğu kimi, faktiki vəziyyətində mövcudluğunu özündə əks etdirməklə, müəyyən faktlərın təsdiqi məqsədilə, yalnız sübut qismində istifadə olunmaları mümkündür. Başqa sözlə, onlar inzibati akt parametrlərinə uyğun gəlmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinin tələbinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə də, qeyd olunanlar baxımından iddiaçı tərəfindən irəli sürülmüş “Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.2014 tarixli arayışının qanunsuz sayılması və ləğv edilməsi barədə hazırkı iddia tələbi, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qəbul edir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadı nəticə etibarı ilə düz olduğu təqdirdə, həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, əsassız və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2075/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2075/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2897/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2897/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver