Məhkəmə qərarları › İş №2-1(103)-2897/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2897/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2897/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehlərə kompensasiya ödənilməklə tərəfindən fərdi yaşayış evinin boşaldılması”na dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi,ev 11 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi,ev 11 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin- 27055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulmasının nəzərə alınması, bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi,ev 11 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi,ev 11 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin- 27055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi,ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdehlər Cavabdeh3 Əbubəkir oğlu, Cavabdeh2, X2, X3 və X8 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və inzibati işin baxışa təyin olunması xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarı qəbul edildikdən sonra cavabdehlərin ünvanına göndərilmiş, lakin poçt zərfi “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə qərarı xx.xx.2019-cu ildə icraya yönəldilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Sonradan Cavabdeh3 Əbubəkir oğlu ərizə ilə məhkəməyə müraciət edərək qərarın surətinin ona təqdim olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci ildə tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh3 Əbubəkir oğlunun mobil telefonuna zəng edilərək məhkəmə qərarının gəlib götürməsi ona təklif olunsa da, sonuncu qərardan məlumatlı olduğunu bildirmiş, qərarı gəlib götürməmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 21 iyun 2019-cu il tarixli icra sənədində göstərilən tələb təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh3 xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarının ona təqdim olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qərarı ona 29 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayəti isə məhkəməyə 27 may 2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması xx.xx.2025ci il tarixə təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehə ünvanlanan məktubla Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən həmin müddətin üzürlü səbəblərdən ötürülməsi faktı varsa, bu barədə prosessual müddətin bərpasına dair ərizə vermək hüququnun olduğu izah olunmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən xx.xx.2025-ci il tarixli ərizə təqdim olunaraq bildirilmişdir ki, işə daxil edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə alınmanın təsirinə məruz qalan şəxslər qismində cavabdeh qismində təmsil olunmaqla ünvan 5 ünvanı üzrə xx.xx.2024 -cü il tarixinədək qanuni-halal evlərində yaşadıqları evə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddia tələbi üzrə məhkəmənin 3-cü baxışı iclası prosesində (xx.xx.2024-cü il tarixli) məhkəmə hakimi tərəfindən onların mülkiyyətinə dair həmin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-1565/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının mövcud olduğunu bildiyi anından rəsmi qayda da həmin inzibati məhkəmə qərarı ilə iş üzrə cavabdeh şəxslər qismində Cavabdeh3 Əbubəkir oğlu, Cavabdeh2, Məmmədova SəidəTeyfur qızı, X3 olmaqla xəbərsiz və iştirakı təmin olunmadan çıxarılmış həmin inzibati məhkəmə qərarı ilə rəsmi tanışlıq hüququnun həyata keçirilməsinin və bu məqsədlə həmin qərarın onlara rəsmi qaydada təqdim edilməsini qanunun tələbi ilə hüquqi əsaslı sayılması barədə rəsmi müraciət etmişdir. Bütün bunlara baxmayaraq işə daxil edilmiş "Sənədin alınması barədə məhkəmə qəbzi sənədi ilə rəsmi qayda da təsdiqlənir ki, həmin 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2(81)-1565/2019 saylı, xx.xx.2019 tarixli qərarını yalnız xx.xx.2025-ci il tarixdə rəsmi qaydada ala bilmişlər və yalnız bu zaman dövründə rəsmi tanışlığı həyata keçirə bilmişdir. Həmin məhkəmə qərarında da bildirilir ki, qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, həmçinin Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarını tam formada tərəflərə təqdim olunduğu gündən 30 gün müddəti ərzində İnzibati Məhkəmə vaistəsi ilə verilə bilər. Belə ki, onun həmin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından 27 may 2025-ci il tarixində təsdiqlənmiş hüquqda apellyasiya şikayəti vermişlər və bu hüquqi əsasda həmin 30 gün müddətin daxilində olmaqla verilmişdir. Bu əsasda da prosessual müddətin ötürülməsi kimi təsdiqlənməyən işə daxil edilmiş heç bir sübut mövcud deyildir. 27.03.25-ci il tarixli verilmiş apellyasiya şikayətləri həmin 30 gün müddətin başa çatmasından xeyli əvvəl verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarı icra olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1565/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra olunduğuna görə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Həmin məktuba əlavə olunan icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli, həmin əmlakın dəyərinin - 27055 manatının cavabdehlər arasında mübahisə həll olunanadək İddiaçı depozit hesabına qoyulması nəzərə alınmaqla qeyd olunan fərdi yaşayış evi boşaldılmalıdır. İcra sənədinin icrasına müvafiq qərarla başlanmış və 08 07.2019-cu il tarixli tələbin icrası ilə bağlı bildiriş borclulara göndərilmişdir. İcraat zamanı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra sənədində göstərilən tələb təmin olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması zamanı məhkəmə kollegiyasının sıfahi sorğusuna cavab olaraq İddiaçı məhkəmə kollegiyasına ünvanlanan 13 iyun 2025-ci il tarixli 5-21/2-1190/2025 saylı məktubunda qeyd olunmuşdur ki, keçmiş “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh3 və qeyriləri ilə İddiaçı arasında razılıq əldə olunmamışdır. Belə ki, qeyd olunan mənzil İddiaçı balansında olmuş və müvəqqəti olaraq (orderlə) Cavabdeh3 keçmiş həyat yoldaşı Cavabdeh1 verilmişdir. Cavabdeh1 ondan rəsmi qaydada boşandığından və mənzilə dair pay hüququ tələb etdiyindən qeyd olunan mənzilə dair vəsaitin kimə ödənilməsi müəyyən olunmadığından, onun arasında hər hansı razılıq əldə olunmadığından ödəniləcək kompensasiya məbləğinə dair Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş binada mənzil alınması planlaşdırılmış və bu barədə həmin quruma müraciət olunmuşdur. Eyni zamanda Cavabdeh3 və keçmiş həyat yoldaşının etibarnamə üzrə nümayəndəsi (atası) X4 dəfələrlə Rayon İcra Hakimiyyətinə dəvət olunmuş və İddiaçı başçısının birinci müavini Hüseyn Əfəndiyev və Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov tərəfindən qəbul edilmişdir. Qəbul zamanı ünvan 6 ünvanına dair (17 kv.m. orderə əsasən) kompensasiya məbləğinin əvəzi olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş binada 3 otaqlı mənzil verilməsi təklif olunmuşdur. Lakin Cavabdeh3 təklif olunan 1 ədəd 3 otaqlı mənzil ilə razılaşmayaraq daha çox yəni 17 kv.m mənzilin müqabilində 2 ədəd 3 otaqlı mənzil verilməsini bildirmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) X4 isə ünvan 6 ünvanına dair (17 kv.m. orderə əsasən) kompensasiya məbləği üzrə qızı Cavabdeh1 payının verilməsini tələb etmişdir. Həmçinin bildiririk ki, qeyd olunan mənzil 29 mart 2024-cü il tarixdə sökülərkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarında qeyd olunmuş məbləğ depozit hesabına qoyulmuş və qeyd olunan qərardan cavabdehlər Cavabdeh2, Cavabdeh3 xəbərləri olmasına baxmayaraq apellyasiya şikayəti verməmişdirlər. Hesab edirik ki, apellyasiya şikayəti vermə müddətini ötürmüşdürlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinin bəzi hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 07 noyabr 2025-ci ildə Mərkəzi Parkın üçüncü hissəsinin açılışını etmişdir. X7 tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır. Sonda əlavə olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti müddətinin bərpa edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bundan başqa iş materiallarından (i.v.51) görünür ki, Cavabdeh3 ilk dəfə xx.xx.2024cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinin qərarının surətinin ona təqdim olunması üçün müraciət etmişdir. Lakin cavabdeh qərarı təxminən 1 ildən sonra gəlib məhkəmədən əldə etmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, Cavabdeh3 2- 1(81)-1565/2019 saylı 03 may 2019-cu tarixli məhkəmə qərarını 29 aprel 2025-ci il tarixdə qəbzə imza etməklə götürsə də, həmin qərarın mövcudluğundan o və ailə üzvləri daha öncə, yəni məhkəmə qərarının icrası zamanı (2021-ci il tarixdə), ən geci isə mənzilləri xx.xx.2024-cü ildə sökülüb, yerində park salınarkən məlumatlı olmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Cavabdehlər Cavabdeh3 Əbubəkir oğlu və Cavabdeh2 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu tarixli məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə versələr də, həmin ərizədə müddətin məhz üzrlü səbəblərdən ötürülməsini əsaslandıra bilməmişlər və bu barədə müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdehlərin mübahisələndirdiyi 03 may 2019-cu il tarixli məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, əksinə məhkəmə qərarı barədə cavabdehlərin məlumatlı olduqlarına baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyinin cavabdehlərin özü tərəfindən də təsdiq olunduğunu, bunda cavabdehlərin təqsirinin üzürlü səbəblərdən olmasına dair sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. O ki qaldı apellyasiya şikayətinin və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizənin Cavabdeh3 və Cavabdeh2 başqa, həm də Səidə Məmmədova, Əsmər Məmmədova və Əli Məmmədov tərəfindən imzalanmasına, Kollegiya bu barədə qeyd edir ki, həmin şəxslər hazırki iş üzrə prosessual tərəf statusunda olmadıqları üçün onların qəbul edilmiş məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdehlər Cavabdeh3 Əbubəkir oğlu və Cavabdeh2, həmçinin iş üzrə cəlb edilməyən X2, X3 və X8 tərəfindən verilmiş “prosessual müddətin bərpası” barədə ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1565/2019 saylı 03 may 2019-cu il tarixli qərarından cavabdehlər Cavabdeh3 Əbubəkir oğlu və Cavabdeh2, həmçinin iş üzrə cəlb edilməyən X2, X3 və X8 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar