Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2899/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi tələbinə dair" inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11737/2023 nömrəli və “Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının "İddiaçı "əmək pensiyasının təyin edilməsi haqqında" qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11738/2023 nörməli qərarlarının ləğv olunması və əmək pensiyasının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...iddiaçıya 15 il bundan əvvəl, yəni 2008-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ona ödənilə əmək pensiyası dayandırılmış, pensiya sənədlərində cavabdehin hansı sənədlərə istinad edərək onun əmək pensiyasını dayandırdığı məlum deyil. Həmçinin, cavabdeh tərəfindən göndərilmiş məktubda onun 1970-ci ildən 1986-cı il tarixədək olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajına heç bir münasibət bildirilməmişdir. Halbuki, həmin müəssisələrdə çalışdığı vəzifələr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr siyahısına daxildir. Lakin, nədənsə cavabdeh həmin müəssisələrdəki stajla bağlı məktubunda heç bir məlumat göstərməmişdir. Ümumi stajı 35 il 5 ay 20 gün, təşkil edir. xx.xx.1970-ci ildən xx.xx.1986- cı il tarixədək olan stajı 13 il 7 ay 7 gün təşkil edir. Bununla yanaşı, xx.xx.1971-ci ildən 16.01,1974-cü ilədək hərbi xidmətdə olmuş və həmin müddətlə birlikdə ümumi stajı 37 il 8 ay 16 gün təşkil edir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aşdırma zamanı, iddiaçının pensiya işinə dair sənədlərdə xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Müdafiə Sənayesi Nazirliyi “Üfüq” istehsalat Birliyinin “Radioquraşdırma” zavodunda 11 №li sexdə yüksək gərginlik yarımstansiyaların avadanlıqlarının xidməti ürzə elektik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən sənədlərdə güzəştli arayış və ya hər hansı qeyd yoxdur. Həmin dövrün iddiaçının güzəştli iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa, xx.xx.1994-xx.xx.1997-ci ilər ərzində iddiaçı "xxxx" MMC-də elektrik aparatlarına sazlayıcı və elektrik montajçı və xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müəssisədə əmək fəaliyyəti öz təsdiqini tapsa da, göstərilən vəzifələrin AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt “Carlsberg Azerbaijan“ MMC tərəfindən birgə Aktla təsdiq edilib. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2008-ci il tarixindən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilib...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-11737/2023 nömrəli və “Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının "İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 11738/2023 nörməli qərarları ləğv edilmiş və ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda aşağıdakılar qeyd olunmuşdur: “...Birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır.Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. İddiaçıya xx.xx.2008-ci il tarixindən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Belə ki, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 30 may 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş, xx.xx.2023-cü il tarixində iddiaçının mülahizələri dinlənilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin iddiaçı barəsində xx.xx.2023-cü ildə əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması və əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdeh tərəfindən sonradan aparılmış araşdırma apararaq iddiaçının xx.xx.1994- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi elektrik aparatlarına sazlayıcı və elektrik montajçı və xx.xx.1997xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə işlədiyi elektrik vəzifələrinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmadığı əsas gətirərək “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 11737/2023 nömrəli və “Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-11738/2023 nörməli qərarlar qəbul edərək onun pensiydan məhrum etmişdir. İddiaçının hazırkı tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin həmin əlverişsiz inzibati aktlarının ləğv edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqılıdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Konkret halda isə Qanunun qeyd olunan tələblərinə müvafiq olan halların yarandığı öz təsdiqini tapmır. Belə ki, birinci iki halın mövcud olmadığı, işin mübahisəsiz halıdır. Mübahisələndirilən üçüncü halın da mövcudluğu öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkməsinin sorğularına cavab olaraq iddiaçının işlədiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1516 nömrəli arayışında göstərilir: - “İddiaçı xx.xx.1994 - xx.xx.1997-ci il tarixlərdə müəssisədə çalışdığı "elektrik avadanlıqlarına sazlayıcı və elektrik montajçı", vəzifəsi və xx.xx.1997 - xx.xx.2008-ci illərdə çalışdığı elektrik vəzifəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, proseslərin, vəzifələrin və sairə göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarın 33-cü bölməsində - “Ümumi peşələr” nəzərdə tutulmuş - "qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorlan" - 23200000 -19859- vəzifəsinə uyğun gəlir.” AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının arayışda adıçəkilən 33-cü bölməsinin 23200000—19859 kodundan həqiqətən də görünür ki, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin quraşdırılması üzrə “elektrik”montyorları güzəştli şərtlərlə əmək pensiyası hüququ verən göstərici kimi nəzərdə tutulmuşdur. Eyni göstərici Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci (Ümumi peşələr) bölməsinin 66-cı sətrində də nəzərədə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının xeyrinə olan hallar nəzərə alınmır. Halbuki, İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh həmçinin, nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda iddiaçının etimad göstərdiyi qərara əsasən ona illər boyu hər ay ödənilən pensiyanın aşkar ahıl dövründə cavabdeh tərəfindən dayandırılması və əmək pensiyasının təyin edilməsi haqqında qərarın da ləğv olunması əsassız olmuş, onun qanunla qorrunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinin tələbinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq cavabdehin mübahisələndirilən qərarlarının ləğv edilməsi işin hallarına və maddi hüquq normalrına uyğun nəticədir. İPM-in 70.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1769/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1769/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2899/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2899/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver