Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2899/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, X8 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin **********142723 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə noyabr 2017- oktyabr 2020 səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci ildən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. xx.xx.2022ci il tarixdə **********143024 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bu akt hesabatlara uyğun deyildir. Belə ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X18” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqı ilə məşğuldur. Azərbaycan Resublikasında ixraca məhsul verməmişdir. Bunu əsas götürülməsi qeyri-qanunidir. Bundan əlavə vergi orqanı qeyd edib ki, elektron qaimə-fakturaların əvəzləşdirilməsi təkrar baş vermişdir. Lakin bu hal vergi ödəyicisi tərəfindən qəbul edilmir. Pandemiyanın bu ərəfəsində bu növdə əlavə vergi hesablanması və Qərar qəbul edilmədən sanksiya tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********142723 saylı qəranna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçındə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2017, 2018, 2019) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama VM-nin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə müəssisənin qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN:**********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən İddiaçı (VÖEN: **********) və “ТОО “КасХим" (VÖEN: **********02), "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR.,14/6, (Rusiya Federasiyası), X15 Müəsisəsi (İran İslam Respublikası), "X16" S.R.O, "X20" MMC və "xxxx" Ltd (Vircin Adaları) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə İddiaçınə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2017-ci il üzrə ümumi gəliri 26.409.009,67 manat, xərcləri 25.874.387,24 manat olmaqla mənfəət vergisi 106.924,49 manat, 2018-ci il üzrə ümumi gəlir 31.175.979,40 manat, xərclər 33.616.087,88 manat olmaqla 2.440.108,48 manat zərər və 2019-cu il üzrə ümumi gəlir 50.694.691,17 manat, xərclər 52.962.639,29 manat olmaqla 2.267.948,12 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəlirləri 35.027.967,58 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 1.830.716,07 manat, 2018-ci il ümumi gəlirləri 40.990.476,15 manat, həmin gəlirdən mənfəət vergisi 1.474.877,65 manat və 2019-cu il üzrə ümumi gəlirlər 64.335.317,66 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 2.274.535,67 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 5.473.204,9 manat mənfəət vergisi hesablanmışdır. ƏDV üzrə: Yoxlama ilə təqdim olunmuş bəyannamənin düzgünlüyü yoxlanarkən aşağıdakı kənarlaşmalar müəyyən olundu. 2019-cu ilin aprel ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HW seriyalı 763216 nömrəli elektron qaiməfaktura 2019-cu ilin fevral ayında əvəzləşdirildiyindən və xx.xx.2019-cu il tarixli **********2735 nömrəli YGB aprel ayında əvəzləşdirildiyindən əlavə olaraq 2355,72 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci ilin sentyabr ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HP seriyalı 366949 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 15742,16 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 7872,88 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci il oktyabr ayı əvəzləşdirilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAÖ seriyalı 276313 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 994,14 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 497,07 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, müəssisə ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatların 2017ci ildə 3.157.896,08 manat, 2018-ci il üzrə 9.814.496,75 manat, 2019-cu il üzrə 13.640.626,49 manat və 2020-ci il üzrə 16.085.185,52 manat az göstərdiyi müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarının ləğv edilməsi, iş üzrə 150 (bir yüz əlli) manat məhkəmə ekspertizası xərcinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142723 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən "X10 və Ticarət LTD" MMM-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi faktiki olaraq əmtəələrin qablaşdırılması üçün plastik məmulatların yəni plastik kisə, çanta, qutu, yeşik, qutu, yeşik, çamadan, böyük balon və butulkaların istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-220/2024 nömrəli qərarı məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə cavabdeh tərəfindən qərar elektron məhkəmə sistemindən götürülmüş və həmin tarixdə də qeydiyyata alınmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2017, 2018, 2019) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama VM-nin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə müəssisənin qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan RUSİYA FEDERASİYASİNİN "X18" MMC-nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ Nümayəndəliyinin (VÖEN:**********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən İddiaçı (VÖEN: **********) və “ТОО «КасХим” (VÖEN: **********02), "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR., 14/6, (Rusiya Federasiyası), X15 Müəssisəsi (İran İslam Respublikası), "X16" S.R.O, "X20" Mmc Və "xxxx" Ltd (Vircin Adaları) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********143024 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154501 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar və həmin qərar ilə hesablanmış 5.487.708,08 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 2.747.012,44 manat maliyyə sanksiyası məbləğinin, cəmi 8.234.720,37 manatın dövlət büdcəsinə ödənilməsi üçün vergi ödəyicisinə “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə göndərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6 cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirirlər ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154501 nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/8829 nömrəli rəydə yoxlama ilə mənfəət vergisinin və ƏDV-nin düzgünlüyünün müəyyən olunmamasına dair gəldiyi nəticə əsassız olmuşdur. Ekspert aydınlaşdırılmalı olan halları araşdırmamış və suallara mahiyyəti üzrə cavab verməmişdir. Göründüyü kimi ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Məhkəmə qərardadında göstərilən suallara əsaslandırılmamış və qeyri-müəyyən cavablar verməklə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyinə dair mülahizə və vergilərin hesablanması üçün əsas olmuş sübutlar məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. "X10 və Ticarət LTD" MMM-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154501 nömrəli qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixli qərar ilə 5.487.708,21 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli **********189364 nömrəli qərarı ilə "X10 və Ticarət LTD" MMM-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. (yoxlama ilə əhatə olunan vergi dövrü (dekabr 2017- noyabr 2024), o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2017-oktyabr 2020). Səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi üçün "X10 və Ticarət LTD" MMM-yə xx.xx.2024-cü il tarixli **********189399 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə göndərilmişdir. "X10 və Ticarət LTD" MMM tərəfindən aparılan əməliyyatların xarakterini, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə aparılan istintaq hərəkətləri zamanı əvvəlki yoxlanılan vergi dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmiş, əvvəlki yoxlanılan vergi dövrü də yenidən yoxlanılacaq və nəticəsi üzrə müvafiq qərar qəbul ediləcəkdir. Qeyd olunan halların inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, eyni zamanda mübahisələndirilən qərar ilə hesablama aparılan vergi dövrünün yenidən yoxlanıldığına və nəticəsi üzrə yeni qərar qəbul ediləcəyinə görə hazırkı mübahisə üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyrimümkündür. Bununla əlaqədar cavabdeh tərəfindən “İnzibati iş üzrə icraatın dayandırılması barədə” vəsatət məhkəməyə təqdim edilmişdir. Vəsatətin təmin olunmasının mübahisələndirilən qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin əhatə etdiyi vergi dövrünün təkrar yoxlanılması ilə bağlı zəruri olması araşdırması zamanı məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq, məhkəmə qeyd olunan məsələləri nəzərə almamış və vəsatət təmin edilməmişdir. Eyni zamanda, vəsatətin təmin edilməməsinin səbəbləri qərarda əsaslandırılmamışdır. Bununla da, İPM-nin 11.2-ci və 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********143024 nömrəli səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman "X10 və Ticarət LTD" MMM-də yoxlanılan dövr üzrə vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması sübuta yetirilmiş, vergi ödəyicisinin məsuliyyət məsələsinə baxılmasının nəticəsi ilə bağlı inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da mübahisələndirilən qərarla vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki: - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********142723 nömrəli qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2017-oktyabr 2020 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. - KY201545410 nömrəli, xx.xx.2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2020-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmişdir. xx.xx.2022-ci il tarixli, **********143024 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli, **********142723 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X11 tərəfindən İddiaçı (VÖEN **********) üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: -1.1. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. -1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq sair plastik məmulatların istehsalı ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi mallar idxal etmiş və idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur. Yoxlama müddətində ödəyici "Kasxim" X4 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN **********), Vircin adalarında təsis edilmiş "Polymer Trade LTD" şirkətinin və Gürcüstan Respublikasında təsis edilmiş “X21” şirkətlərinin mallarını öz adından idxal və ixrac etmişdir. - 1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. - 1.9.3. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. - 1.9.4. xx.xx.2021-ci il tarixli **********147279, xx.xx.2021-ci il tarixli **********147714 nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********147714 nömrəli Ekspertizanın təyin edilməsi haqqında Qərarına əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların maya dəyərinin müəyyən edilməsi məqsədilə “X19” MMC-nin əməkdaşı Emin İlyas ekspert kimi dəvət olunmuşdur. Ekspert yoxlamaya xx.xx.2021-ci il tarixli rəyin təqdim edilməsinin mümkün olmaması barədə məktub təqdim etmişdir. -1.11. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu Hesablama metoduna əsasən aparılmışdır. - 2.1. Mənfəət Vergisi- Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi İdxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2017, 2018, 2019) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama VM-nin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə müəssisənin qarşılıqlı surətdə asılı olan digər qeyrirezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasindaki Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Cavabdeh inzibati orqanın mövqeyinə görə Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən İddiaçı (VÖEN: **********) və “ТОО «КасХим” (VÖEN: **********02), "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR., 14/6, (Rusiya Federasiyası), X17 Müəssisəsi (İran İslam Respublikası), "X16" S.R.O, "X20" MMC və "xxxx" Ltd (Vircin Adaları) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə İddiaçınə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2017-ci il üzrə ümumi gəliri 26.409.009,67 manat, xərcləri 25.874.387,24 manat olmaqla mənfəət vergisi 106.924,49 manat, 2018-ci il üzrə ümumi gəlir 31.175.979,40 manat, xərclər 33.616.087,88 manat olmaqla 2.440.108,48 manat zərər və 2019-cu il üzrə ümumi gəlir 50.694.691,17 manat, xərclər 52.962.639,29 manat olmaqla 2.267.948,12 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəlirləri 35.027.967,58 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 1.830.716,07 manat, 2018-ci il ümumi gəlirləri 40.990.476,15 manat, həmin gəlirdən mənfəət vergisi 1.474.877,65 manat və 2019-cu il üzrə ümumi gəlirlər 64.335.317,66 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 2.274.535,67 manat müəyyən edildi. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 5.473.204,9 manat mənfəət vergisi hesablandı. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 5.473.204,9 manat mənfəət vergisi məbləğinin 50% miqdarında, yəni 2.736.602,46 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisinin tədiyyəçisi olmuşdur. xx.xx.2004-cü il tarixli **********50 nömrəli qeydiyyat bildirişi ilə Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına əlavə dəyər vergisinin bəyannamələri aylıq təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) Azərbaycan Respublikası ərazisində baş vermiş, ixrac əməliyyatları olmuşdur. Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi bəyannaməsi vergi orqanına vaxtında təqdim olunmuşdur. Təqdim olunmuş bəyannamənin düzgünlüyü yoxlanarkən aşağıdakı kənarlaşmalar müəyyən olundu. 2019-cu ilin aprel ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HW seriyalı 763216 nömrəli elektron qaimə-faktura 2019-cu ilin fevral ayında əvəzləşdirildiyindən və xx.xx.2019-cu il tarixli **********2735 nömrəli YGB aprel ayında əvəzləşdirildiyindən əlavə olaraq 2355,72 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci ilin sentyabr ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HP seriyalı 366949 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 15742,16 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 7872,88 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci il oktyabr ayı əvəzləşdirilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAQ seriyalı 276313 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 994,14 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 497,07 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, müəssisə ƏDVnə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatların 2017-ci ildə 3.157.896,08 manat, 2018-ci il üzrə 9.814.496,75 manat, 2019-cu il üzrə 13.640.626,49 manat və 2020-ci üzrə 16.085.185,52 manat az göstərdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini rəhbər tutaraq, iddiaçının cəmi büdcəyə çatası vergilərin və icbari ödənişlərin 5.494.024,29 manat azaldılmasını və 6316,08 manat artıq hesablanması müəyyən edərək, iddiaçıya 5.488.924,65 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabında göstərilməli məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 2.747.012,16 manat, maliyyə sanksiyası tətbiq etmişdir. **********380500 nömrəli tələbnaməyə əsasən cavabdeh iddiaçıdan 5.487.708,21 manat əlavə hesablanmış vergi və 2.747.012,16 manat maliyyə sanksiyası olmaqla, cəmi 8.234.720,37 manat məbləğin 5 gün müddətində büdcəyə ödənilməsini tələb etmişdir. Hazırda iddiaçı tərəfindən «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarı mübahisələndirilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən “X10 və Ticarət LTD’’ X5 (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, **********143024 №-li Səyyar vergi yoxlaması Aktı ilə İddiaçınə hesablanmış vergilərin, maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1 və 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3-cü maddəsinə əsasən vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, **********0011400 nömrəli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 48.1-ci bəndinə əsasən səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 39-cu maddəsinə müvafiq olaraq aparılır. Səyyar vergi yoxlamasının nəticələri vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “Səyyar vergi yoxlaması aktı” (Əlavə 24) ilə rəsmiləşdirilir. “Qaydalar”da “Səyyar vergi yoxlaması Aktı”nın forması da təsdiq edilmişdir. Qeyd olunan akt formasının 2.5-ci “Xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları:” bəndində vergi ödəyicilərinin idxal və ixrac olunan mallarının adı və miqdarı qeyd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən “X10 və Ticarət LTD’’ X5 (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, **********143024 №-li Səyyar vergi yoxlaması Aktında qeyd edilir ki, iddiaçıya əlavə vergi hesablanarkən Rusiya Federasiyasının "X18" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülmüşdür. Aktın 2.4-cü “Xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları:” bəndində idxal və ixrac olunan mallarının adı, miqdarı və məbləği qeyd olunmuşdur. Aktdan görünür ki, iddiaçı tərəfindən 159.269.450,13 manat məbləğində mal idxal olunmuş, 117.498.583,9 manat məbləğində mal ixrac edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, "X10 və Ticarət LTD" MMM-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixli qərar ilə 5.487.708,21 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********189364 nömrəli qərarı ilə "X10 və Ticarət LTD" MMM-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. (yoxlama ilə əhatə olunan vergi dövrü (dekabr 2017- noyabr 2024), o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2017-oktyabr 2020). Səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi üçün "X10 və Ticarət LTD" MMM-yə xx.xx.2024-cü il tarixli, **********189399 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə göndərilmişdir. "X10 və Ticarət LTD" MMM tərəfindən aparılan əməliyyatların xarakterini, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə aparılan istintaq hərəkətləri zamanı əvvəlki yoxlanılan vergi dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmiş, əvvəlki yoxlanılan vergi dövrü də yenidən yoxlanılacaq və nəticəsi üzrə müvafiq qərar qəbul edilməli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanı tərəfindən iddiaçı ilə bağlı səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi barədə, həmçinin vergi qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilmiş, nəticəsi ilə bağlı hazırkı halda mübahisələndirilən qərar qəbul edilmişdir. Hazırkı işin halları ilə xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmiş, iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2899/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2899/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver