Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-29/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (3- cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)- 449/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 7ndə fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsinə görə bazar qiymətinə əsasən 519600 (beş yüz on doqquz min altı yüz) manat kompensasiya məbləğinin tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006cı il tarixli, 425 saylı və 30 dekabr 2006-cı il tarixli, 426 saylı qərarı ilə onun ünvan 7ndə fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Bundan sonra o, həbs olunduğu üçün bələdiyyədən aldığı hər iki torpaq sahəsində heç bir tikinti-quraşdırma işlərini apara bilməmişdir. Həbsdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, torpağında Binəqədi rayon Polis İdarəsi və Binəqədi Rayon Məhkəməsinin binaları tikilmişdir. Bu faktı Bələdiyyə tərəfindən verilən və təsdiq edilən 27 aprel 2015-ci il tarixli akt da, təsdiq edir. Belə ki, həmin aktın məzmunundan bəlli olur ki, “Binəqədi bələdiyyəsinin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və qeyd olunan rayonun Polis İdarəsinin inzibati binaları, magistral yolu çəkilməsi tikildiyinə görə həmin torpaq sahələri onlar tərəfindən tutulmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq orqanlara müraciət etsə də, heç bir nəticə olmadığı üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. İddia tələbinin hüquqi əsası kimi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına istinad edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-449/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-449/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında onun iddia tələbini əsaslandıran bütün sübutlar mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən bütün bu sübutların sadalanmasına baxmayaraq sübutlara hüquqi qiymət verilməmiş, bununla da hüquqları kobud surətdə pozulmuşdur. İddiaçıya Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 425 saylı və 30 dekabr 2006-cı il tarixli, 426 saylı qərarı ilə onun ünvan 7ndə fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Bundan sonra o, həbs olunduğu üçün bələdiyyədən aldığı hər iki torpaq sahəsində heç bir tikintiquraşdırma işlərini apara bilməmişdir. Həbsdən qayıtdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, torpağında Binəqədi rayon Polis İdarəsi və Binəqədi Rayon Məhkəməsinin binaları tikilmişdir. Bu faktı Bələdiyyə tərəfindən verilən və təsdiq edilən 27 aprel 2015-ci il tarixli akt da, təsdiq edir. Bundan əlavə, işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, ünvan 7ndə yerləşən torpaq sahələrinin bazar dəyəri haqqında qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, X.Dairəvi küçəsində yerləşən 600 kv.m və 328 kv.m torpaq sahəsinin cəmi 928 kv.m torpaq sahəsinin 12 noyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyəri: 519600 (beş yüz on doqquz min altı yüz) manat təşkil edir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidməti tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, DX-03/0103-1204 nömrəli məktubdan görünür ki, “Binəqədi rayon Polis İdarəsinin, Binəqədi rayon Yol Polis İdarəsinin və Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi” layihələri üzrə tikinti altına düşən torpaq sahələrinə görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiyanın ödənilməsi məqsədilə X8 Xidmətinə heç bir sənəd təqdim olunmamışdır. İnzibati orqanin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyətindən məhrum olunmuş və bununla bağlı ona 519.600 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərar ləğv edilməli, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 425 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, 7-ci mkr, X.Dairəvi küçəsində 328 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarına əsasən ünvan 7ndə 328 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı (hər kv.m üçün 20.800 manat ödəmək şərti ilə) mülkiyyətinə ayrılmışdır. 579 nömrəli, 30 dekabr 2006-cı il tarixli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 7ndə yerləşən 328 kv.m torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmış ünvan 7ndə 328 kv.m torpaq sahəsinin alğı-satqısına dair iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında akt tərtib edilmişdir. Situasiya planının surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin (328 kv.m) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 426 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, 7-ci mkr, X.Dairəvi küçəsində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarına əsasən ünvan 7ndə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı (hər kv.m üçün YAM ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) mülkiyyətinə ayrılmışdır. 580 nömrəli, 30 dekabr 2006-cı il tarixli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 7ndə yerləşən 600 kv.m torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmış ünvan 7ndə 600 kv.m torpaq sahəsinin alğı-satqısına dair iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında akt tərtib edilmişdir. Situasiya planının surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin (600 kv.m) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli “Mülkiyyətə ayrılmış torpaq sahəsinin mövcud vəziyyətinə dair” Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Binəqədi bələdiyyəsinin Mülkiyyətin idarə edilməsi şöbəsinin müdiri Anar Hacıyev, mühəndis Fikrət Qulamov və ərizəçi İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X9 aktı tərtib edərək bildirmişlər ki, İddiaçı 16 aprel 2015-ci il tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək göstərmişdir ki, Binəqədi bələdiyyəsinin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarları ilə ünvan 7ndə fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və qeyd olunan rayonun Polis İdarəsinin inzibati binaları tikildiyindən həmin torpaq sahələri onlar tərəfindən tutulmuşdur. Ərizə əsasında bələdiyyə qulluqçuları və səlahiyyətli nümayəndənin iştirakı ilə torpaq sahəsində keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, Binəqədi bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və Polis İdarəsinin inzibati binası inşa edilmiş, digər torpaq sahəsindən isə magistral yolun çəkilməsi həyata keçirilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış BRB/Ə-21 nömrəli, 30 aprel 2015-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsində dövlət ehtiyacları məqsədilə inzibati binaların tikintisi ilə əlaqədar alındığından ərazidən əvəzli torpaq sahəsinin ayrılmasına dair ərizəsinə bələdiyyədə baxılaraq, bildirilmişdir ki, bələdiyyə qulluqçularının və nümayəndəsinin işirakı ilə ərazidə keçirilən baxış zamanı məlum olmuşdur ki, bələdiyyənin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarları ilə ünvan 7ndə fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və rayonun Polis İdarəsinin inzibati binaları tikilmişdir. Bu baxımdan bələdiyyə tərəfindən mülkiyyətinə ayrılmış torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından, xahiş olunmuşdur ki, müvafiq kompensasiya və ya həmin ölçüdə əvəzli torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətli icra qurumlarına müraciət edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/09- 09-30-09-20/Ə-240 nömrəli, 10 iyul 2015-ci il tarixli məktbun surətindən görünür ki, iddiaçının mübahisəli torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və Binəqədi rayon Polis İdarəsinin inzibati binalarının tikilməsi ilə əlaqədar maraqlarına toxunduğunu nəzərə alaraq, inzibati binaların tikintisi məqsədilə həmin torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədlərlə bağlı ona məlumat verilməsinə köməklik göstərilməsi barədə Bakı şəhər İcra Hakimiyyətindən xx.xx.2015-ci il tarixli, Ə-260 saylı məktubla Binəqədi rayon İcra Hakimiyyədinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrorayonun cənub-şərq hissəsində olan “Müşfiq” metrostansiyasının şimal hissəsində, Binəqədi Rayon Polis və X12 yeni inzibati binalarının tikintisinin layihələndirilməsi üçün 0.7 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 498 saylı sərəncamı ilə DİN-in və Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının tikintisinin layihələndirilməsi üçün 0.5 ha torpaq sahəsi (eyni ünvanda) Bakı şəhər icra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 240 saylı sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin daimi istifadələrinə verilmişdir. İstifadəsinə verilmiş torpaq sahəsinin əvəzləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli, 709-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən həmin tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, başqa yerdə torpaq sahəsinin ayrılması məqsədilə müvafiq bələdiyyəyə müraciət edə bilər. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən iddiaçıya ünvanlanmış D-37- 113 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ona ayrılmış torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisəli məsələnin həlli ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin müddəalarına əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq rayon İcra Hakimiyyəti orqanı, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanları nəzərə alaraq, qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən, aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mkr, X.Dairəvi küçəsində yerləşən torpaq sahələrinin bazar dəyəri haqqında qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, X.Dairəvi küçəsində yerləşən 600 kv.m və 328 kv.m torpaq sahəsinin cəmi 928 kv.m torpaq sahəsinin 12 noyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyəri: 519600 (beş yüz on doqquz min altı yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X8 Xidməti tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, DX-03/0103- 1204 nömrəli məktubdan görünür ki, “Binəqədi rayon Polis İdarəsinin, Binəqədi rayon Yol Polis İdarəsinin və Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi” layihələri üzrə tikinti altına düşən torpaq sahələrinə görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiyanın ödənilməsi məqsədilə X8 Xidmətinə heç bir sənəd təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-3366/17 nömrəli, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Baçısının xx.xx.2010-cu il tarixli, 498 nömrəli və xx.xx.2009-cu il tarixli 240 nömrəli sərəncamları ilə daimi istifadəyə verilmiş torpaq sahələrinin dövlət mülkiyyətində olub-olmaması barədə məhkəmə sorğusuna cavab olarq bildirilmişdir ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə verilməsində səlahiyyətlidir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının qanuni əsaslarla ayrıldığını iddia etdiyi torpaq sahələrinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının razılığının alınması və s.) ayrılması işin materialları ilə müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, ünvan 7ndə fərdi yaşayış evinin tikintisi üçün 328 kv.m. və 600 kv.m bələdiyyəyə məxsus torpaq sahəsinin alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, İddiaçı mülkiyyətinə ayrılması barədə Binəqədi Bələdiyyəsinin 425 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” və 426 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarları qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən qüvvədədir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Binəqədi Bələdiyyəsinin qərarları ilə ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətində olan torpaq olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı torpaq sahələrinin kateqoriyasının (dövlət, bələdiyyə) müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, iş üzrə rəyin alınması mümkün olmamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1.xüsusi mülkiyyətdə olan torpaqlar; 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1.alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. AİHM qərarlarında qeyd edir ki, Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X1rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X4rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin bununla belə, iddiaçıya aid olan həmin torpaq sahələri Binəqədi Bələdiyyəsinin 425 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” və 426 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarları əsasında ayrılmışdır, odur ki, iddiaçının maddi marağı onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya əsasən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının Binəqədi Rayon Məhkəməsinə yeni inzibati binasının tikintisi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə torpaq sahəsinin daimi istifadəsinə verilməsi haqqında xx.xx.2009-cu il tarixli, 240 nömrəli sərəncamında göstərilmişdir:
1. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 12/278 saylı və Bakı Metropoliteninin xx.xx.2009-cu il tarixli, 40N-10/3-359 saylı razılıq məktubları nəzərə alınaraq, Binəqədi rayonu, 7-ci mikrorayonun çənub-şərq hissəsində tikilməkdə olan “Müşfiq” metrostansiyasının şimal hissəsində Binəqədi Rayon Məhkəməsinə yeni inzibati binasının tikintisinin layihələndirilməsi üçün 0,5 ha torpaq sahəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin daimi istifadəsinə verilsin. 1.1. Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 7-ci mikrorayonun şimal hissəsində Binəqədi Rayon Məhkəməsinə yeni məhkəmə binasının tikintisinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 310 saylı sərəncamı ləğv edilsin.
2. Sifarişçiyə tapşırılsın: 2.1. Tikilməsi nəzərdə tutulan yeni inzibati binanın layihəsi Bakı Metropoliteni ilə razılaşdırıldıqdan sonra, Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməlidir. 2.2. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan diqər şərtləri yerinə yetirsin. 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 3.Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
4. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinə təqdim edilsin.
5. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66 və 67-ci maddələrinə uyğun olaraq, sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı almalıdır.
6. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir.
7. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın.
8. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Kollegiya qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Binəqədi Rayon Məhkəməsinə yeni inzibati binasının tikintisi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə torpaq sahəsinin daimi istifadəsinə verilməsi haqqında xx.xx.2009-cu il tarixli, 240 nömrəli sərəncamından göründüyü kimi Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 12/278 saylı və Bakı Metropoliteninin xx.xx.2009-cu il tarixli, 40N- 10/3-359 saylı razılıq məktubları nəzərə alınaraq, Binəqədi rayonu, 7-ci mikrorayonun çənub-şərq hissəsində tikilməkdə olan “Müşfiq” metrostansiyasının şimal hissəsində Binəqədi Rayon Məhkəməsinə yeni inzibati binasının tikintisinin layihələndirilməsi üçün 0,5 ha torpaq sahəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin daimi istifadəsinə verilmişdir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 06 oktyabr 2022-ci il tarixli **********70 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadstr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 3000.0 kv.m sahənin 2406.0 kv.m hissəsi **********21 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür (Binəqədi rayon məhkəməsinin binası). Yerdə qalan sahə isə Binəqədi rayon polis idarəsinin müəyyən hissəsində yerləşir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli cavab məktubundan da görünür ki, vahid elektron kadstr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 3000.0 kv.m sahənin 2406.0 kv.m hissəsi **********21 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür (Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin binası). Yerdə qalan sahə isə (Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyi, Binəqədi rayon polis idarəsinin müəyyən bir hissəsində yerləşir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli, 1(101)-289/2011 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 24 mart 2010-cu il tarixdən hesab edilmişdir. İddiaçı məhkəmə qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən dəymiş ziyanın əvəzini tələb etmək imkanından məhrum olmuşdur. Hazırda, iddiaçı ona məxsus əmlakdan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası nəticəsində məhrum olmuşdur ki, bununla da iddiaçıya ziyan dəymiş və sonuncu da haqlı olaraq ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehdən kompensasiya tələb edir. Eyni zamanda, iddiaçı bildirmişdir ki, ona analoji torpaq sahəsi təklif olunsa da, nəticədə hər hansı razılığa gəlmək mümkün olmamışdır. Cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçıya vurulmuş ziyana görə cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Cavabdeh inzibati orqan tərəfindən kompensasiya ilə bağlı hər hansı konkret məbləğ təklif olunmamışdır. Bununla yanaşı, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında kompensasiyanın ödənilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Ağlabatan və ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi məqsədi ilə apellyasiya baxışı zamanı ünvan 7 ünvanında və ona yaxın ətrafda yerləşən yaşayış və torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinə sorğu ünvanlanmışdır. ünvan 8uş alqı-satqı müqavilələrindən görünür ki, həmin müqavilələr fərdi yaşayış evləri, mənzillərin satılması ilə bağlı olmuş, həmin müqavilərə əsasən torpaq sahəsinin hər kvadrat metrinə görə bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, kompensasiya məbləğinin müəyyən edilməsi üçün dəfələrlə notariat idarəsinə sorğular ünvanlansa da, həmin ərazidə yerləşən torpaq sahələri ilə bağlı ödənilmiş kompensasiya məbləği barədə hər hansı məlumat daxil olmamışdır. Apellyasiya baxışı zaman ünvanlanmış sorğuya Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 05 yanvar 2023-cü il tarixli 02/09-11-30/56 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, X.Dairəvi küçəsində yerləşən torpaq sahələrindən köçürülmələr 15 il bundan əvvəl "xxxx" QSC tərəfindən həyata keçirilmişdir. Köçürülmə barədə Binəqədi Rayon İcra Hakimiyyətində məlumat olmadığından bununla bağlı aidiyyəti üzrə "xxxx" QSC-yə müraciət olunması xahiş olunur. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya "xxxx" QSC-nin 24 fevral 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Metropoliteninin 11 növbəsinin Şimal sahəsinə aid “Dərnəgül” elektrik deposunun tikintisi üçün torpaq sahəsi ünvan 12 ünvanında, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 20/943 nömrəli Qərarı ilə ayrılmışdır. Tikinti işlərinə 1987-ci ilin sonlarından başlanmış, depoya qədər hər birinin uzunluğu 1000 metrdən çox olan 2 ədəd paralel tunellərin tikintisi başa çatdırılmış, depo ərazisinin hasarlanmasına başlanılmışdır. Lakin, təxminən 90-cı illərin ortalarından, məlum səbəblərdən tikinti işləri dayandırılmış, yalnız 2006-cı ildən qismən, 2010-cu ildən isə işlərin tam bərpası mümkün olmuşdur. Ötən illər ərzində depo ərazisinin bir hissəsində qaçqınlar və məcburi köçkünlər məskunlaşmış, digər hissəsində Binəqədi və Rəsulzadə Bələdiyyələrinin sərəncamı ilə torpaq sahələri ayrılmış və yerli sakinlər tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir. Elektrik deposunun tikintisi üçün ayrılmış torpaq sahəsi inzibati ərazi vahidi olaraq Binəqədi rayonunda yerləşdiyindən, layihə altına düşərək köçürülməyə məruz qalan yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin inventarizasiyası Binəqədi rayon İcra Hakimiyyətinin və Bakı metropoliteni nümayəndələrinin birgə iştirakı ilə aparılmış, inventarizasiyanın nəticəsi olaraq ərazidə yerləşən tikililər və torpaq sahələri siyahıya alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 313 saylı Sərəncamına uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamları ilə təsdiq edilərək rəsmiləşdirilmişdir (Torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bir sərəncam məktuba əlavə olunur). Bundan sonra, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “Dərnəgül” elektrik deposunun ərazisində layihə altına düşən tikili və torpaq sahələrinə görə müstəqil qiymətləndirici təşkilat tərəfindən hesablanmış ( torpaq sahəsinin hər 1m2nə görə 240,0 manat) kompensasiya məbləğləri Bakı Metropoliteni tərəfindən vətəndaşların bankda açılmış tranzit hesablarına köçürülmüşdür. Eyni zamanda, tərtib və təsdiq olunmuş siyahılarda İddiaçı adına hər hansı torpaq sahəsinin olması müəyyən edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 313 saylı Bakı Metropoliteninin yeni metro stansiyasının və elektrik depolarının inşaası ilə əlaqədar olaraq, yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi barədə Sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1408 saylı sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X7”nə və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq, 2015-ci ilədək tikintisinin başa çatdırılması nəzərdə tutulan Bakı Metropoliteninin Binəqədi rayonu ərazisində “Dərnəgül elektrik Depo”sunun, Xoca-Həsən-Lökbatan yolunun şərq hissəsində “Xoca-Həsən” elektrik deposunun və Nəsimi rayonu, C.Səlimov küçəsi 1065-ci məhəllədə metropolitenin yeni “B-3” stansiyasının tikintisi altına düşən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Həmin Sərəncama əsasən qərara alınmışdır ki, Bakı Metropoliteninin Binəqədi rayonu ərazisində “Dərnəgül” elektrik Deposunun, Xoca-Həsən-Lökbatan yolunun şərq hissəsində “Xoca-Həsən” elektrik deposunun tikintisi ilə bağlı ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin Bakı Metropoliteni ilə birlikdə həyata keçirilməsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qeyd olunan ərazidə vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsait Bakı Metropoliteni tərəfindən ödənildikdən sonra onların köçürülməsi işlərinə köməklik göstərilməsini təmin etsinlər. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 17 may 2013-cü il tarixli Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 257 saylı Sərəncamına əlavə edilməsi haqqında sərəncamı ilə Binəqədi rayon, 7-ci mikrorayon 3126/27-ci məhəllədə Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar tikinti altına düşən sahədə yerləşən 5 nəfər vətəndaşın istifadəsində olan torpaq sahəsinin təqdim olunmuş siyahıya, cizgilərə və digər mövcud sənədlərə əsaslanmaqla rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC-nin Bakı Metropoliteninə ünvanlanmış 04 iyun 2013-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, bağlanmış 24 may 2013-cü il tarixli, 111-1 saylı və 27 may 2013-cü il tarixli, 111-3 saylı müqavilələrə əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3126/277 məhəllə ünvanında Dərnəgül Depo tikintisi sahəsinə düşən, 5 (beş) fiziki şəxsə məxsus həyətyanı torpaq sahəsinin qiymətləndirilməsini həyata keçirmişdir və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa (20 aprel 2010) müvafiq olaraq hesablanmış bazar dəyərinə Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əməl edərək hesablanmış bazar dəyərinə 20% əlavə haqq ödənilməklə hesablanmış kompensasiya məbləği: 672000,0 manat məbləğini təşkil edir. Bakı Metropoliteninin Şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikinti sahəsinə düşən tikililər və torpaq sahələri haqqında məlumatdan görünür ki, müstəqil qiymətləndirici təşkilat tərəfindən (torpaq sahəsinin hər 1m2-nə görə 240,0 manat) kompensasiya məbləğləri hesablanmış 5 nəfər vətəndaşa məxsus torpaq sahələri M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərarları ilə ayrılmışdır. Hazırkı işdə də kompensasiya məbləğinin ödənilməsi tələb olunan torpaq sahələri də Binəqədi Bələdiyyəsinin müvafiq qərarları ilə iddiaçının istifadəsinə ayrılmışdır. Həmin məktubdan göründüyü kimi “Dərnəgül” elektrik deposunun ərazisində layihə altına düşən tikili və torpaq sahələrinə görə müstəqil qiymətləndirici təşkilat tərəfindən torpaq sahəsinin 1 kv.m-ə görə 240 manat kompensasiya məbləği hesablanmışdır. Kollegiya analoji məsələ ilə bağlı Bakı Metropoliteni tərəfindən vətəndaşlara ödənilmiş kompenasiya məbləğini əsas götürərək Binəqədi rayonu, X.Dairəvi küçəsi ərazisində yerləşən torpaq sahəsinin 1 kv.m-ə görə dəyərinin 240 manat müəyyən olunmasını ədalətli və ağlabatan hesab edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mkr, X.Dairəvi küçəsində yerləşən torpaq sahələrinin bazar dəyəri haqqında qiymətləndirmə hesabatı ilə bağlı kollegiya qeyd edir ki, həmin hesabat kompensasiya məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, ekspert tərəfindən torpaq sahəsi üçün 519600 (beş yüz on doqquz min altı yüz) manat bazar dəyərinin hansı sənədlər əsasında müəyyənləşdirilməsi iş materialları ilə müəyyən edilmir. Odur ki, kollegiya hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, X.Dairəvi küçəsində yerləşən 328 kv.m və 600 kv.m, cəmi 928 kv.m torpaq sahələrinə görə 222.720 manat (928X240) məbləğində kompensasiya verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-449/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən 222.720 (iki yüz iyirmi iki min yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Nəticə hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-449/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən 222.720 (iki yüz iyirmi iki min yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Mirzə Tağızadə