Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-29/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X11 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və maraqlı şəxs X4 iştirakları ilə, İddiaçı hüquqi varisi X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət olan 1426 “d” saylı bağ sahəsinə onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, X3 və İstisamarı Birliyinin xx.xx.2004-cü il tarixli, 14351 saylı müqaviləsi ilə Sabunçu rayonu, Ləhic ərazisində 0,10 ha torpaq sahəsindən ibarət olan 1426 “d” saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bağ sahəsini daş hasara almışdır, dəmir darvaza qoyub, orada ev tikib ailəsi ilə birlikdə uzun illərdir ki, yaşayır. Hal-hazırda torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla əlaqədar olaraq müvafiq sənədləri toplayıb cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq ona imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, 14351 saylı müqavilənin nüsxəsi arxivdə mövcud deyil, həmin 14351 saylı müqavilə nömrəsi ilə digər şəxsin adına Göradil bağ massivində yerləşən bağ sahəsi möcuddur. Bundan başqa bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. O, bununla razı deyil, hal - hazırda istifadə etdiyi bağ sahəsi 1426 D-dir. Həmin bağ sahəsi də Göradildə deyil Maştağa qəsəbəsində yerləşir. Ona qanuni əsaslarla bağ sahəsi verilmişdir, bağın müqaviləsinin nömrəsinin səhv olması və bağın müqaviləsinin arxivdə olmaması onun yox, cavabdehin inzibati orqanın günahıdır. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və istismarı Birliyinin 14351 saylı xx.xx.2004- cü il tarixli müqaviləsi ilə ona yəni, İddiaçı ayrılmış Bakı şəhər Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən faktiki sahəsi 0,0974 ha olan 1426 “d” nömrəli bağ (torpaq) sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X3 və istismarı Birliyi tərəfindən verilmiş 14351 saylı müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin, Goradil bağ massivində yerləşən 14351 nömrəli bağa dair digər şəxsin adına müqavilə mövcuddur. Bundan başqa, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********12 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və istismarı Birliyinin 14351 saylı xx.xx.2004-cü il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən faktiki sahəsi 0,0974 ha olan torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X3 və istismarı Birliyi tərəfindən verilmiş 14351 saylı müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin, Goradil bağ massivində yerləşən 14351 nömrəli bağa dair digər şəxsin adına müqavilə mövcuddur. Bundan başqa, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Əlavə olaraq ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır və bağ sahəsinin bir hissəsi X4 mülkiyyətində olan qonşu özəl sahə ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********12 saylı cavab məktubu ünvanlanmışdır. Bağ sahəsinin bir hissəsi X4 mülkiyyətində olan qonşu özəl sahə ilə üst-üstə düşdüyü üçün X6 müvafiq iş üzrə məhkəmə icraatına cəlb edilməlidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə X12 İddiaçı prosessual hüquq varisi kimi tanınmış, İddiaçı prosessual hüquq varisi X12 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən maraqlı şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyinin “Ləhic ərazisindəki 1426 d” nömrəli bağın istifadəyə verilməsi haqqında” 14351 №-li xx.xx.2004-cü il tarixli müqaviləsinin surətindən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhic ərazisində 0,10 ha torpaq sahəsi olan 1426 “d” №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - cavabdeh tərəfindən verilmiş: **********61 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0.12 hektar torpaq sahəsi olan 962 saylı bağ sahəsi üzərində olan tikili ilə icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə Səriyyə Mütəllib qızı arasında xx.xx.1990-cı il tarixli 14351 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 27.6 kv. m. olan 962 saylı bağ evi xx.xx.2021-ci il tarixdə Səriyyə Mütəllim qızının adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evi Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş 2V-160 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021 -ci il tarixdə X1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - **********44 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daş hasar ilə hasarlanmışdır. Faktiki sahəsi 0.0974 ha təşkil edir. Həmçinin sözügedən ərazinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə əks olunmamışdır. İdarənin arxivində İddiaçı adına Ləhiş bağ massivində 1426 D saylı bağ sahəsinin ayrılmasına dair sənəd, həmçinin 14351 saylı müqavilə aşkar edilməmişdir. məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Ləhic bağ massivində yerləşən 1426 “d” saylı bağ sahəsinin faktiki sahəsi 0.0974 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A1 mərtəbəli bağ evi, 1 talvar və 2 tövlə var. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. - **********91 №-li xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daş hasar ilə hasarlanmışdır. Faktiki sahəsi 0.0974 ha təşkil edir. Həmçinin sözügedən ərazinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə əks olunmamışdır. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Bu səbəbdən sözügedən ərazinin dəqiq hansı bağ sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********12 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massində yerləşən 1426 “D” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. X3 və istismarı Birliyi tərəfindən verilmiş 14351 saylı müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin, Goradil bağ massivində yerləşən 14351 nömrəli bağa dair digər şəxsin adına müqavilə mövcuddur. Bundan başqa, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçıya Ləhic ərazisində bağ torpaq sahəsinin ayrılmasına dair müqavilənin nömrəsi ilə eyni olan digər şəxsin adına Görədil ərazisində bağ torpaq sahəsinin ayrılmasına dair 14351 nömrəli müqavilənin mövcudluğu hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən də müəyyən olunur ki, Görədil ərazisində bağ torpaq sahəsinin ayrılmasına dair 14351 nömrəli müqavilə ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 962 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə digər bir fiziki şəxsin adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, mübahisəli bağ sahəsinə heç bir aidiyyatı yoxdur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan müəyyən edilir ki, mərhum iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və istismarı Birliyinin 14351 saylı xx.xx.2004- cü il tarixli müqaviləsi ilə ona ayrılmış Bakı şəhər Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən faktiki sahəsi 0,0974 ha olan 1426 “d” nömrəli bağ (torpaq) sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, şikayətin dəlili kimi göstərilmiş olan – “bağ sahəsinin bir hissəsinin X4 mülkiyyətində olan qonşu özəl sahə ilə üst-üstə düşməsi” ilə bağlı işin hazırkı apellyasiya icraatı zamanı araşdırma aparılmışdır. Belə ki, F. Rzaquliyev maraqlı şəxs qismində məhkəmə icraatına cəlb olunaraq, məhkəmə iclaslarında iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs verdiyi izahatında qeyd etmişdir ki, “ həmin torpaq sahəsi iddiaçıya məxsus deyi. Əksinə iddiaçı onun daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla məxsus olan torpaq sahəsinin 4 və 6 sotunu ayrı-ayrılıqda Cəbiyev Şahmar və Əzizov Siyasət adlı şəxslərə satmış, bu barədə Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. İddia edilən torpaq sahəsi ilə bağlı müqavilə nömrəsi təkrarlanır. İlkin olaraq Səriyyə Mütəlib qızının adına Goradil ərazisində müqavilə olub, daha sonra özəlləşdirilib” İşin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, “ iddia tələbi təmin edilsin, İddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsində cavabdehlər X9 və X10 tərəfindən bağ sahəsinin daxilinə müşar daşı çəkilən hasar, qeyri-qanuni 2 ədəd tikili və talvar cavabdehlərin hesabına sökülsün, Cavabdehlər X9 və X10 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsindən çıxarılaraq bağ sahəsi iddiaçının qanuni istifadəsinə qaytarılsın.” Həmçinin qətnamədə göstərilmişdir ki, “iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 1425a saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdən X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023cü il tarixli 10/3741 nömrəli ekspert rəyindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin sərhədləri plan və ölçüdə olan koordinatlara əsasən naturada tərəflərə GPS aparatı ilə göstərildi. X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin daxilinə müşar daşı ilə hasarlar çəkilərək qeyri-qanuni 2 ədəd tikili və talvar inşa edilərək, müdaxilə olunmuşdur. X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1425a saylı bağ sahəsinin bütün ərazisi daxilinə cavabdehlər tərəfindən mişar daşı ilə hasarlar çəkilərək bölünmüş və qeyriqanuni 2 ədəd tikili, talvar inşa edilərək müdaxilə olunmuşdur.” Həmçinin iş materiallarında olan cavabdeh tərəfindən verilmiş **********44 №-li xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daş hasar ilə hasarlanmışdır. Faktiki sahəsi 0.0974 ha təşkil edir. Həmçinin sözügedən ərazinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə əks olunmamışdır. İdarənin arxivində İddiaçı adına Ləhiş bağ massivində 1426 D saylı bağ sahəsinin ayrılmasına dair sənəd, həmçinin 14351 saylı müqavilə aşkar edilməmişdir. Məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Ləhic bağ massivində yerləşən 1426 “d” saylı bağ sahəsinin faktiki sahəsi 0.0974 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A1 mərtəbəli bağ evi, 1 talvar və 2 tövlə var. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya ayrıldığı qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət olan 1426 “d” saylı bağ sahəsinin sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İnzibati iş xx.xx.2024-cü il və xx.xx.2024-cü il (təkrarən) tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilsə də, iddiaçı (hüquq varisi) tərəfdən mütəxəssis rəyinin verilməsi ilə bağlı nəzərdə tutulmuş 235 (iki yüz otuz beş) manat xidmət haqqı ödənilmədiyindən, ekspertin müvafiq vəsatəti təmin edilməmiş, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin:
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli məqsədi ilə əhəmiyyət kəsb edən ekspert rəyinin təqdim edilməsi iddiaçı (hüquqi varis) tərəfin müvafiq xidmət haqqını ödəməməsi səbəbindən mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etsə də, onun nümayəndəsi və vəkili qismində Nümayəndə2 çıxış etmiş və nümayəndə kimi hazırkı iş üzrə Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilmişdir. Bir sözlə, hazırkı işin gedişatı barədə məlumatlı olmuşdur. Həmçinin iddiaçının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin surəti və digər sənədlər isə yalnız xx.xx.2025-ci il tarixdə (yəni iddiaçının vəfatından 7-8 ay sonra) məhkəməyə təqdim edilmişdir. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından da görünür ki, mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühəndis texniki ekspertizasının aparılması üçün qəbul olunmuş qərardadın icrası, iddiaçının nümayəndəsinin və ya hüquqi varisinin bu istiqamətdə müvafiq maraq və səy nümayəş etdirmədiyi üzündən, mümkünsüz olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, qanunvericiliyin tələbləri araşdırıldıqda müəyyən olunur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlıdır Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, məhkəmə kollegiyası ilkin məhkəmə cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini ( torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşməsi) əsaslı hesab edir və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı hüquqi varisi X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və istismarı Birliyinin 14351 saylı xx.xx.2004- cü il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış Bakı şəhər Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən faktiki sahəsi 0,0974 ha olan 1426 “d” nömrəli bağ (torpaq) sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.