Məhkəmə qərarları › İş №2-1(103)-290/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4139/2019 saylı qərarından cavabdehin vəkili və nümayəndəsi D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4139/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdehin vəkili və nümayəndəsi D.Qurbanova apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçıya 1994-cü ildən 2014-cü ilə, yəni keçmiş Sovet Ordusunda xidmət keçdiyinə görə hesablanmamış qalıq pulların birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmət zamanı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmış və xx xxx 1994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında həkim komissiyası tərəfindən onun xəstəliyi şəhadətləndirilmişdir. O vaxtdan da TSEK 2-ci qrup müharibə əlili statusu verilmişdir. Hal-hazırda İİ qrup müharibə əlilidir, eyni zamanda “Prezident təqaüdçüsü”dür. 1994-cü ildən ona İİ qrup müharibə əlilliyinə görə 174 manat pensiya təyin edilmişdir. O, keçmiş Sovet Ordusunda xidmət keçdiyinə görə iddiaçıya pensiya ikiqat hesablanmalı idi. Yalnız müxtəlf instansiyalara müraciətdən sonra 2017-ci ildə onun pensiyası qanunla müəyyən olunmuş qaydada 375 manat təyin olunmuşdur və ona son 3 ilin qalıq pulunu ödəmişlər. Ona əlilliyə görə pensiya 1994-cü ildən təyin olunmuşdur və keçmiş Sovet Ordusunda xidmət keçdiyinə görə 1994cü ildə 2015-ci ilə qədər qalan qalıq pullar ödənilməlidir. Bununla bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 saylı məktubla imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının 1994-cü il tarixdən 2014-cü il tarixədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixində cavabdehə hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin olunması ilə bağlı müraciət etmişdir. Həmin tarixədək İddiaçı ümumi əsaslarla əlilliyə görə pensiya almışdır. Müraciətindən sonra İddiaçıya xx.xx.2017ci il tarixli, MN-09400 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixində təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləği bu Qanunun 32.1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən işdə iştirak edən işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin ******* nömrəli vəsiqəsinə əsasən İddiaçı İİ qrup Qarabağ əlilidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı zona TSEK-in 886520 nömrəli xx.xx.2005-ci il tarixli TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz İİ qrup əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, MN-09400 nömrəli "məlumat vərəqəsi”nə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2017-ci il tarixində təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir ki, İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx xxxxxx 2017-ci il tarixli 14/6527 nömrəli məktubunda əmək pensiyanının xx xxxxxxx 2017-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş x xxxxxx 2017-ci il tarixli MN 09400 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx xxxxxx 2017-ci il tarixində təminat xərcliyinin (439,00 manat) 80 faizi-351,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən əmək pensiya üzrə keçmiş müddət üçün hesablanmış 6015,88 manat məbləğində fərq xx xxxxxx 2017-ci il tarixində müvafiq kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2014-cü il tarixdən hesablanaraq ödənilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanununun 12.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Beləliklə məhkəmənin qənaətinə görə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2006cı il tarixdən ödənilməli olduğu halda, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etməklə iddiaçının əmək pensiyasının xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı keçmiş müddət üçün hesablanması qanunvericiliyə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin vəkili və nümayəndəsi D.Qurbanovanın apellyasiya şikayətində göstərilən iddiaçıya yenidən pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin müddəaların tətbiq edilməsi dəlillərini qəbul etmir. Belə ki, işdə olan pensiyaçı İddiaçı 17/4970 saylı uçot vərəqəsində olan xx.xx.1994cü il tarixli, 6739 xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonunda gedən hərbi döyüşlər zamanı hər iki ayağlarının aşağı ətrafları İİİ-İV dərəcədə dondurulmuşdur. Uçot vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı zona TSEK-in 886520 nömrəli xx.xx.2005-ci il tarixli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli müayinə aktına əsasən müddətsiz İİ qrup əlillik təyin edilmiş və əlilliyin səbəbi dəyişdirilərək Azərbaycan Respublikası ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarını tətbiq edərək, iddiaçının pensiyası hüququnun yarandığı gündən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyaraq haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş 32.1-ci maddəsinin müddəalarına görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin vəkili və nümayəndəsi D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4139/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar