Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4247/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4247/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli qərarı “torpaq vergisi və əmlak vergisi”nə aid hissələr istisna olmaqla, qalan hissədə ləğv edilməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli qərarının qismən (əmlak vergisi üzrə 8.557,15 manat, torpaq vergisi üzrə 970,40 manat artıq hesablanmış məbləğinin azaldılması hissəsi istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarına əsasən "İddiaçı" MMC-də 2015-ci ilin noyabr ayından 2018-ci ilin iyul ayınadək hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama x xxxxxxx 2018-ci il tarixdə başlanmış və x xxxxxx 2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlamanın 7 halda müvəqqəti olaraq dayandırılması, 2 halda müddətinin uzadılması, 1 halda əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi, 1 halda isə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx xxxxxx 2020-ci il tarixli **********166320 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən iddiaçıya 2015-ci il üzrə 34.876,63 manat və 2017-ci il üzrə 124,70 manat, cəmi 35.001,33 manat mənfəət vergisi, 2015-ci il üzrə 3.479,56 manat, 2016-cı il üzrə 11.135,32 manat və 2018-ci il üzrə 1.581,37 manat, cəmi 16.196,25 manat ƏDV, 2015-ci il üzrə 3.506,93 manat, 2016-cı il üzrə 18.176,08 manat, 2017-ci il üzrə 18.994,38 manat və 2018-ci il üzrə 10.516,88 manat, cəmi 51.194,27 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı il üzrə 7.568,88 manat mənfəət vergisi, 2017-ci il üzrə 3.596,70 manat ƏDV, 2015-ci il üzrə 2.915,57 manat, 2016-cı il üzrə 2.657,99 manat, 2017-ci il üzrə 2.983.59 manat, cəmi 8.557,15 manat əmlak vergisi, 2016-cı il üzrə 290,40 manat, 2017-ci il üzrə 340 manat, 2018-ci il üzrə 340 manat, cəmi 970,40 manat torpaq vergisi hesablanmış və Vergi Məcəlləsinin 57.1, 58.1-ci maddələrinə əsasən 2017-ci il üzrə mənfəət vergisinin azaldılmasına görə 62,35 manat, 2017 – 2018-ci illər üzrə ƏDV-nin azaldılmasına görə 1.616,89 manat, 2017 – 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 14.755,63 manat, 2017 – 2018-ci illər üzrə vergi hesabatı və arayışlarının vaxtında təqdim edilməməsinə görə 240 manat, ümumilikdə 16.674,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx xxxx 2020-ci il tarixli qərar “8.557,15 manat əmlak vergisi və 970.40 manat torpaq vergisi” hissəsi istisna olmaqla qalan hissədə tamamilə əsassız və qanunsuzdur. Yoxlama zamanı vergilərin hesablanması barədə zəruri sənədlər iddiaçıdan götürülməmiş, icarə obyektinin faktiki işlək sahəsi və icarədarların dəqiq siyahısı araşdırılmamış və ekspert rəyində icarə haqlarının real məbləği müəyyən edilməmişdir. Vergi orqanı tərəfindən əlavə vergi yoxlamasının həyata keçirilməsi barədə xx xxxxxxx 2019-cıı il tarixli qərar qəbul olunmasına baxmayaraq, yoxlamanı həyata keçirən vergi orqanının hər hansı vəzifəli şəxsi yoxlama ilə bağlı "İddiaçı" ticarət mərkəzinə gəlməmiş, cəmiyyətdən hər hansı sənəd tələb edilməmiş, iddiaçıya bununla bağlı müvafiq tələbnamə verilməmiş və əlavə yoxlamanın qeydiyyatdan keçirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı təqdim edilməmişdir. Bu səbəbdən yoxlama ilə əhatə olunan hesabat dövrünə (noyabr 2015 - iyul 2018) aid icarə müqavilələri və icarə obyektləri ilə bağlı digər zəruri məlumatlar (excel faylı) iddiaçı tərəfindən elektron şəkildə cavabdeh vergi orqanına göndərilmişdir. Bundan sonra cavabdeh vergi orqanından daxil olmuş məktub nəticəsində məlum olmuşdur ki, yoxlamanın daha dolğun və obyektiv keçirilməsi, həmçinin MMC-nin müraciətində göstərilən məsələlərin aydınlaşdırılması məqsədilə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 44-cü maddələrinə əsasən xx xxxxxx 2019-cu il tarixli qərarla yeni ekspertiza təyin edilmiş və xx xxxxxx 2019-cu il tarixli "Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında" qərarla növbəti səyyar vergi yoxlamasının müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Lakin iddiaçının ekspertizanın təyin edilməsi haqqında qərardan hər hansı məlumatı olmamışdır. Halbuki, Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Ekspertiza keçirilməsi haqqında qərar və onunla tanışlıq protokolu xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi tərtib edildikdən sonrakı tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Bu isə, vergi qanunvericiliyinin kobud şəkildə pozuntusu deməkdir. Bundan başqa, səyyar vergi yoxlaması aktında qeyd olunanlara əsasən cavabdeh vergi orqanı hesab etmişdir ki, “xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektin mülkiyyətçiləri ilə cəmiyyət arasında icarə münasibətləri mövcud olmuş və Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən tərəflər arasındakı münasibətə bazar qiyməti tətbiq edilmişdir. Bununla bağlı vergi orqanına dəfələrlə izahat məktubları ilə müraciət edilsə də, yoxlamanı həyata keçirən vergi orqanı yenə də bu halları nəzərə almamışdır. Belə ki, dəfələrlə qeyd edildiyi kimi, "İddiaçı" ticarət mərkəzi vergi orqanında "İddiaçı" MMC-nin adına məhz vergi orqanının öz təklifi əsasında uçota alınmışdır. Buna sübut obyektin mülkiyyətçisi qismində vergi orqanının uçot məlumat bazasında "İddiaçı" MMC-nin qeydə alınmasıdır. Vergi orqanına verilmiş sorğu nəticəsində əldə edilmiş sənədlərdən də bəlli olur ki, uçota dair ərizədə də ticarət mərkəzinin mülkiyyətçisi kimi "İddiaçı" MMC qeyd edilmişdir. Bundan başqa, fiziki şəxslərin birgə mülkiyyətində olan ticarət mərkəzinə dair əmlak və torpaq vergisi hər zaman "İddiaçı" MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İllərlə yol verilən xətanı aradan qaldırmaq məqsədilə "İddiaçı" MMC ilə icarədarlar arasında bağlanmış müqavilələrə xitam verilmiş və həmin şəxslərlə obyektin birgə mülkiyyətçiləri (fiziki şəxslər) arasında yeni icarə müqavilələri bağlanaraq uçot məlumat bazasında dəyişiklik edilməsi məqsədilə cavabdeh vergi orqanına təqdim edilmişdir. İcarə haqqından ödəmə mənbəyində tutulan verginin hesablanmasına münasibətdə vergi orqanının yanaşmasından belə nəticə çıxır ki, obyektin mülkiyyətçiləri ödəmə mənbəyində 14% gəlir vergisi ödəməklə vergi öhdəliklərini tam şəkildə icra edə biləcəkləri halda, onlar hər hansı zərurət olmadığı halda bilərəkdən təsisçisi olduqları yeni bir hüquqi şəxs "İddiaçı" MMC-ni yaratmışlar, daha sonra mülkiyyətçiləri olduqları əmlakı öz yaratdıqları cəmiyyətə, dolayısı ilə özlərinə icarəyə vermişlər, özləri özlərinə hər kv.metrə 7 manat olmaqla aylıq icarə haqqı ödəmişlər, daha sonra isə özlərindən icarəyə götürdükləri obyekti bəzi hallarda hər kv.metrə 7 manatdan aşağı, bəzi hallarda isə 7 manatdan yuxarı məbləğdə üçüncü şəxslərə subicarəyə vermişlər. Nəticədə isə özlərinə 20 % mənfəət və 18% ƏDV üzrə əlavə vergi öhdəlikləri yaratmaq qərarına gəlmişlər. Göründüyü kimi, vergi orqanının hesablaması məntiqi və qanunvericiliyin qarşıya qoyduğu məqsədə adekvat deyil. Əksinə, yoxlama aktı daha çox "hesablama xatirinə aparılmış" hesablama təəssüratı yaradır. Vergi orqanının apardığı hesablamanı əsaslandırmaq üçün istifadə etdiyi Vergi Məcəlləsininm 14.3.2-ci maddəsinə münasibətdə isə bildirilir ki, sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə bəzən dar, bəzən genişləndirilmiş, bəzən isə hərfi mənada şərh edilir. Hazırkı yoxlmada da vergi orqanı Vergi Məcəlləsinin 14.3.2-ci maddəsini hərfi mənada şərh edərək işin faktiki hallarını araşdırmamışdır. Belə ki, Vergi Məcəlləsinin 18-ci maddəsinin hərfi mənasına əsasən hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirak payı 20%-dən çox olan şəxslə həmin hüquqi şəxs qarşılıqlı surətdə asılı olan şəxslər sayılsalar da, qanunvericinin bu normada qarşıya qoyduğu məqsəd qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən təsərrüfat əqdlərində vergidən yayınma riskini aşkara çıxarmaq və qarşısını almaqdır. Hazırkı işdə isə fiziki şəxslərin mülkiyyətində olan əmlakın vergi orqanında onlar tərəfindən təsis edilmiş hüquqi şəxsin, "İddiaçı" MMC-nin adına uçota alınması və cəmiyyət tərəfindən icarəyə verilməsi vergidən yayınma riski daşıyan hərəkət kimi qiymətləndirilə bilməz. Əksinə, bu hərəkətlə mülkiyyətçilər illərlə özləri də bilmədən özlərinə əlavə vergi öhdəliyi yükləmiş, 14% ÖMV əvəzinə, 20% mənfəət və 18% ƏDV ödəmişdir. Buna baxmayaraq vergi orqanı onları əlavə olaraq 14% ÖMV ilə də yükləməyə çalışır. Bundan başqa, yoxlamanı həyata keçirən vergi orqanı ilk öncə "xxxx" MMC ilə obyektin mülkiyyətçiləri – təsisçiləri arasında hər hansı faktiki icarə münasibətinin olmasını, əgər belə bir münasibət olubsa, həmin münasibətə bazar qiymətinin tətbiq edilməsi üçün hüquqi əsasın olub-olmamasını aydınlaşdırmalı idi. Halbuki, yoxlamanı həyata keçirən vergi orqanının tərəflər arasında icarə münasibətinin olmasına dair hər hansı sübutu olmamış, sadəcə fərziyyə əsasında belə bir nəticəyə gəlmişdir. Vergi orqanı işin faktiki halların – obyektin təsisçilər tərəfindən öz yaratdıqlara hüquqi şəxsə faktiki olaraq icarəyə verilib-verilməməsini tam və obyektiv araşdırıb sübuta yetirmədən, sadəcə fərziyyə əsasında hər hansı normal məntiqə sığmayan bir nəticəyə gəlmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə hesablanmış mənfəət vergisinə münasibətdə bildirilir ki, vergi orqanı 2015-ci il üzrə ümumi gəliri müəyyən edərkən bütün hesabat ili ərzində icarə haqqında əldə edilmiş ümumi gəliri (ekspert rəyi nəzərə alınmaqla) əsas götürdüyü halda, xərclər hissəsində cəmiyyət tərəfindən təsisçilərə ödənilmiş icarə haqqından yalnız noyabr – dekabr ayları ərzində ödənilən hissəsini əsas götürmüşdür. Halbuki, mənfəət vergisində öz əksini tapan göstəricilər hər hansı 2 ayı deyil, tam 12 aylıq dövrü əhatə etməlidir. Səyyar vergi yoxlaması aktına əsasən 2015 – 2017-ci illər üzrə ödənilmiş, ümumilikdə, 72.325 manat kommunal xərclər icarəçilər tərəfindən ödənildiyindən yoxlama zamanı nəzərə alınmamışdır. Əsas kimi isə, tərəflər arasında bağlanmış icarə müqaviləsi göstərilmişdir. Bununla bağlı bildirilir ki, enerji xərcləri yoxlama ilə əhatə olunan hesabat dövrlərində cəmiyyət tərəfindən ödənilmiş və buna dair təsdiqedici sənədlər (elektron vergi hesab-fakturalar) vergi orqanının öz uçot məlumat bazasında da mövcuddur. Bundan başqa, enerji xərclərinin icarəçilər tərəfindən ödənilməsinə dair vergi orqanında hər hansı sübut mövcud deyil. Belə olan halda, enerji xərclərinin nəzərə alınmaması yenə də vergi orqanının fərziyyəsi əsasında baş tutmuşdur. "İddiaçı" MMC ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinə bazar qiymətinin tətbiq edilməsi və 2015 – 2017-ci illər üzrə mənfəət və ƏDV-nin hesablanmasına münasibətdə isə bildirilir ki, vergi orqanına yoxlama ilə əhatə olunan dövlərdə "İddiaçı" ticarət mərkəzində icarəçi qismində fəaliyyət göstərmiş vergi ödəyiciləri, icarə haqqı məbləği, onların fəaliyyət göstərdikləri dövrlər barədə ətraflı məlumat (excel faylı) təqdim edilmiş, lakin vergi orqanı həmin icarə məbləğlərini hər hansı əsas olmadığı halda nəzərə almamış və ən əsası ticarət mərkəzində müəyyən dövr fəaliyyət göstərmiş, daha sonra icarə müqaviləsinə xitam verilmiş, lakin vergi orqanında təsərrüfat subyekti uçotdan çıxarılmamış şəxsləri də icarə haqqından mənfəət vergisi hesablanan zaman nəzərə almışdır. Halbuki, icarəyə götürülmüş təsərrüfat subyektini vergi orqanında uçota qoymaq və uçotdan çıxarmaq "İddiaçı" MMC-nin deyil, məhz həmin şəxslərin öhdəliyidir və cəmiyyət hətta bununla vergi orqanına müraciət etsə də, onun müraciəti təmin edilməyəcəkdir. Belə olan halda, yoxlama ilə əhatə olunan dövrdə ticarət mərkəzində fəaliyyət göstərməmiş və ya qismən fəaliyyət göstərmiş şəxslərə görə cəmiyyətə voxlama ilə əhatə olan bütün hesabat dövrləri üzrə vergi məbləğinin hesablanması tamamilə qanunsuz və ədalətsizdir. Bundan başqa, ekspert rəyində 2015 – 2018-ci illər üzrə icarə haqlarının məbləği illər üzrə fərqləndirilmədən eyni həcmdə müəyyən edilmişdir. Halbuki, həmin illərdə ölkənin iqtisadi durumunda ciddi dəyişikliklər getmiş və devalvasiya ilə bağlı 2015 – 2016-cı illərdə icarə haqlarında azalma getmiş, sonrakı illərdə isə bəzi vergi ödəyicilərinin icarə haqqında dəyişiklik edilmişdir. Lakin ekspert bunları nəzərə almadan müxtəlif illər üzrə icarə haqqı məbləğlərini eyni məbləğdə müəyyən etmişdir. Eyni zamanda, ekspert rəyində icarə haqqı üzrə bazar qiymətinin qaydaya əsasən müəyyən edildiyi tam qeyri-müəyyəndir. Belə ki, o, hər hansı müqayisə, təhlil aparmadan, öz mülahizəsinə uyğun bazar qiyməti müəyyənləşdirmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Buna sübut olaraq yanaşı yerləşən və eyni fəaliyyətlə məşğul olan obyektlərə fərqli bazar qiymətinin müəyyən edilməsi göstərilə bilər. Həmçinin, bəzi obyektlər üzrə icarə haqqı ekspert tərəfindən hər hansı məntiqli və hüquqi əsas olmadan 2 – 3 qat artırılmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, işin halları ilə əlaqədar bildirdi ki, Vergi orqanının xx.xx.2018-ci il tarixli **********163717 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 23.01,2020-ci il tarixli **********166320 nömrəli səyyar vergi yoxlaması aktı və xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198383 nömrəli Qərar ilə rəsmiləşdirilmişdir. Həmin qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Həmçinin nümayəndə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirdi ki, Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin subicarə fəaliyyəti kimi istifadə etdiyi sahə onun təsisçilərinə məxsus olması ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasan vergi ödəyicisinin subicarə əsasında formalaşan orta aylıq dövriyyəsinin 17776,2 manat olmasını nəzərə alaraq 1 kv.metr üzrə 7,18 manat aylıq icarə haqqının olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.6 maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə,xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında hesablanır. Vergi Məcəlləsinin 14.3.2-ci va 14.3.5-ci maddələrinə əsasən təsisçilərin vergi ödəyicisinə icarəyə verdiyi, vergi ödəyicisinin də ayrı-ayrı şəxslərə subicarəyə verdiyi həmin sahənin yoxlama ila əhatə olan dövrdə real bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********182210 nömrəli və xx.xx.2019-cu il tarixli **********193618 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərarlar qəbul olunmuş, Azərbaycan Respublikası Ticarət-Sanaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, xx.xx.2020-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən təsisçilərin vergi ödəyicisinə icarə verdiyi sahəyə 1 kv.m üçün icarə məbləği 7 manat müəyyən olunmuş, həmçinin Vergi ödəyicisi tərəfindən subicarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətlərinin (xx.xx.2015-ci tarixdən xx.xx.2018-ci il tarixədək) orta hesabla 1 kv.m üçün icarə haqqı məbləği 3,75 manatdan 66,67 manatadək müəyyən olunmuşdur (1 kv.m üçün orta subicarə məbləği 8,19 m, orta aylıq dövriyyə 20279,1 manat). Ekspert rəyinə əsasən vergi ödəyicisinin subicarə əsasında dövriyyəsi 669 212 manat müəyyən olunmuş, lakin vergi ödəyicisi tərəfindən 586 614,9 m dövriyyə göstərilmiş, nəticədə 82 597,1 man dövriyyə kənarlaşması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə kənarlaşmalar vergi ödəyicisinin özünün subicarə fəaliyyəti zamanı hesablamalı olduğu ƏDV və mənfəət vergiləri üzrə, həmçinin təsisçilərə məxsus sahənin istifadə edilməsinə görə icarə münasibətləri zamanı formalaşan ödəmə mənbəyində tutulan vergi üzrə müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 42-ci və 43cü maddələrinə əsasən) sənədlər tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 105-ci və 149-cu maddələrinə əsasən) təqdim edilmiş bəyannamələrə əsasən 2015-ci ildə gəlirinin 57071.0 manat xərclərinin 56 223.90 manat mənfəətinin 847.10 manat, hesablanmış mənfəət vergisinin (20%) 169.42 manat, 2016-cı ildə gəlirinin 144383,77 manat, xərclərinin 85 299.53 manat, mənfəətinin 59 084.24 manat, hesablanmış mənfəət vergisinin (20%) 11816.85 manat, 2017-ci ildə gəlirinin 220 350.0 manat, xərclərinin 197 860,54 manat, mənfəətinin 22 489,46 manat, hesablanmış mənfəət vergisinin (20%) 4497,89 manat olduğu göstərilmişdir. Eyni zamanda 2015, 2016,2017-ci illlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin 221.7-ci sətrlərində göstərilmiş "enerji xərcləri" 55336,00 manat, 221.8-ci sətrlərində göstərilmiş "qaz xərcləri" 5224,00 manat, 221.10-cu sətrlərində göstərilmiş "su və kanalizasiya xərcləri" 11765,00 manat(cəmi-72325,00 manat) kommunal xərclər vergi ödəyicisi ilə icarəyə götürən şəxslər arasında bağlanan icarə müqavilələrinə əsasən icarəçilər tərəfindən ödənilməsi nəzərdə tutulduğundan həmin xərclər vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi zamanı nəzərə alınmamışdır, həmçinin 2016 və 2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş 109273,09 manat xərclər (2016-cı il üzrə 221.2-ci sətrdə göstərilmiş Sosial sığorta haqları 901.50 manat, 2017-ci il üzrə 221.11-ci sətrdə göstərilmiş "rabitə xərcləri" 3493,34 manat və 221.12-ci sətrdə göstərilmiş "mühafizə xərcləri" 21600,0 manat, 221.13-cü sətrdə göstərilmiş "bank xidməti üzrə xərclər" 55750,0 manat, 221.14-cü sətrdə göstərilmiş "reklam xərcləri" 11240,0 manat, 221.15-ci sətrdə göstərilmiş "sair xərclər" 8730,0 manat, və 232-ci sətrdə göstərilmiş "digər xərclər" 7521,10 manat, 233.2-ci sətirdə "əmlak vergisi" xərcləri 37,15 manat) təsdiqini tapmadığı üçün yoxlama ilə xərclərdən silinmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli **********715200 nömrəli “İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” Vergi auditi baş idarəsinin rəyini nəzərə alaraq 2015, 2016, 2017-ci illərin əmlak vergiləri və 2016, 2017 və 2018-ci illərin torpaq vergiləri xərclərdən silinmişdir. Beləliklə, yoxlama ilə 2015-ci ildə vergi ödəyicisinin gəlirlərinin 250375,87 manat, xərclərinin isə 75145,6 manat olduğunu nəzərə alsaq,vergi ödəyicisi tərəfindən 35046,5 manat (250375,87-75145,6)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Yoxlama ilə 2016-ci ildə vergi ödəyicisinin gəlirlərinin 209496,58 manat, xərclərinin isə 188256,73 manat olduğunu nəzərə alsaq, vergi ödəyicisi tərəfindən 4247,97 manat (209496,58-188256,73)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Yoxlama ilə 2017-ci ildə vergi ödəyicisinin gəlirləri 198950,33 manat, xərclərinin isə 175837,36 manat olduğunu vergi ödəyicisi tərəfindən 4622,59 manat (198950,33- 175837,36)*20% mənfəət vergisi hesablamalı olduğu müəyyən edildi. Ümumilikdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 103-cü,104-cü,105-ci və 108-ci maddələrinə əsasən 27432,45 manat mənfəət vergisi (43916,61 manat SVY ilə hesablama, 16484,16 manat ödəyicinin bəyan etdiyi) hesablamalı olduğu müəyyən edildi. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə əlaqədar bəyan etdiyi dövriyyə 497 131,3 manat (ƏDV-siz), əvəzləşdirilən dövriyyə göstərilməmiş və 89 483,65 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən və Vergi Məcəlləsinin 14-cü və 44-cü maddələrinə əsasən Azərbaycan Respublikası Ticarət və X1 Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinin 567 128,8 manat ƏDV-siz dövriyyəsi ,102083,2 manat ƏDV müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161-ci, 166-cı və 174-cü maddələrinə əsasən nəticədə yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən 89 483,65 manat əlavə dəyər vergisinin hesablandığını nəzərə alsaq, vergi ödəyicisi tərəfindən 12 599,55 (102 083,2- 89 483,65) manat verginin azaldılması müəyyən edildi. Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisinin icarə fəaliyyəti kimi istifadə etdiyi sahə vergi ödəyicisinin təsisçilərinə məxsus olduğu və həmin sahənin vergi ödəyicisinin nizamnamə kapitalına pay qoyuluşu kimi qoyulmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdlər qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı-ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmaqla, həm icarə, həm də subicarə münasibətləri zamanı formalaşan qiymətlərin bazar dəyərinin müəyyənləşdirmək üçün ekspert dəvət olunmuş və ekspert rəyi əsasında vergilər hesablanmışdır. Vergi ödəyicisinin təsisçilərə məxsus obyekti subicarə kimi istifadə etdiyi üçün təsisçilərə ödənilmiş icarə haqlarına görə ödəmə mənbəyində vergini tutmaq və dövlət büdcəsinə ödəmək öhdəliyi yaranmışdır. Vergi ödəyicisinin 2015-ci il oktyabrnoyabr ayları üzrə icarə haqqı məbləği- 25049,50 manat (ÖMV 3506,93 manat, 2016-cıil üzrə 129829,00 manat (ÖMV 18176,08 manat), 2017- ci il üzrə 135674,00 manat (ÖMV- 18994,38 manat), 2018-ci ilin yoxlanılan dövrü üzrə 75210,5 manat (ÖMV 10516,88 manat), ümumilikdə 51194,27 manat ÖMV hesablanmışdır. Beləliklə, Mənfəət vergisi üzrə 27 432,45 manat, əlavə dəyər vergisi üzrə 12 599,55 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 51 194,27 manat əlavə hesablama aparılmışdır. Ümumilikdə 91 226,27 manat vergi, 16 674,87 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Bununla bağlı nümayəndə bildirdi ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin nümayəndə bildirdi ki, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlama zamanı’ekspertiza keçirilmişdir. Yuxarıda qeyd edilən maddəni rəhbər tutaraq vergi orqanı tərəfindən həm ekspertizanın keçirilməsi məqsədilə səyyar vergi yoxlamasının keçirilməsi müddəti dayandırılmışdır. Məhkəmə qərarında həmçinin qeyd etmişdir ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin real bazar qiymətinə uyğun olmaması nəticəsinə gəlməklə düzgün mövqedə olmamışdır. Bununla bağlı nümayəndə bildirdi ki, vergi ödəyicisinin icarə fəaliyyəti kimi istifadə etdiyi sahə vergi ödəyicisinin təsisçilərinə məxsus olduğu və həmin sahənin vergi ödəyicisinin nizamnamə kapitalına pay qoyuluşu kimi qoyulmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmaqla, həm icarə, həm də subicarə münasibətləri zamanı formalaşan qiymətlərin bazar dəyərinin müəyyənləşdirmək üçün ekspert dəvət olunmuş və ekspert rəyi əsasında vergilər hesablanmışdır. Yuxarıda qeyd edilən halların yazılı şəkildə məhkəməyə təqdim edilməsinə və məhkəmə baxışı zamanı tərəfimizdən qeyd edilməsinə baxmayaraq, həmin hallar araşdırılmamış və məhkəmə tərəfindən əsassız olaraq sözügedən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir. nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdən görünür ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********163717 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 23.01,2020-ci il tarixli **********166320 nömrəli səyyar vergi yoxlaması aktı və xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198383 nömrəli qərar ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq daşınmaz əmlakın subicarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisinin subicarə fəaliyyəti kimi istifadə etdiyi sahə onun təsisçilərinə məxsus olması ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi üçün bazar qiyməti tətbiq edilməklə təsisçilərə məxsus sahənin istifadə edilməsinə icarə münasibətləri kimi, vergi ödəyicisinin ayrı ayrı şəxslərə həmin sahələrin icarəyə verilməsi subicarə münasibətləri kimi nəzərə alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasan vergi ödəyicisinin subicarə əsasında formalaşan orta aylıq dövriyyəsinin 17776,2 manat olmasını nəzərə alaraq 1 kv.metr üzrə 7,18 manat aylıq icarə haqqının olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.6 maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə,xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında hesablanır. Vergi Məcəlləsinin 14.3.2-ci va 14.3.5-ci maddələrinə əsasən təsisçilərin vergi ödəyicisinə icarəyə verdiyi, vergi ödəyicisinin də ayrı-ayrı şəxslərə subicarəyə verdiyi həmin sahənin yoxlama ila əhatə olan dövrdə real bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********182210 nömrəli və xx.xx.2019-cu il tarixli **********193618 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərarlar qəbul olunmuş, Azərbaycan Respublikası Ticarət-Sanaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, xx.xx.2020-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən təsisçilərin vergi ödəyicisinə icarə verdiyi sahəyə 1 kv.m üçün icarə məbləği 7 manat müəyyən olunmuş, həmçinin vergi ödəyicisi tərəfindən subicarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətlərinin (xx.xx.2015-ci tarixdən xx.xx.2018-ci il tarixədək) orta hesabla 1 kv.m üçün icarə haqqı məbləği 3,75 manatdan 66,67 manatadək müəyyən olunmuşdur (1 kv.m üçün orta subicarə məbləği 8,19 m, orta aylıq dövriyyə 20279,1 manat). Ekspert rəyinə əsasən vergi ödəyicisinin subicarə əsasında dövriyyəsi 669 212 manat müəyyən olunmuş, lakin vergi ödəyicisi tərəfindən 586 614,9 m dövriyyə göstərilmiş, nəticədə 82 597,1 man dövriyyə kənarlaşması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə kənarlaşmalar vergi ödəyicisinin özünün subicarə fəaliyyəti zamanı hesablamalı olduğu ƏDV və mənfəət vergiləri üzrə, həmçinin təsisçilərə məxsus sahənin istifadə edilməsinə görə icarə münasibətləri zamanı formalaşan ödəmə mənbəyində tutulan vergi üzrə müəyyən olunmuşdur. Beləliklə, vergi yoxlaması ilə vergi ödəyəcisinə mənfəət vergisi üzrə 27 432,45 manat, əlavə dəyər vergisi üzrə 12 599,55 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 51 194,27 manat əlavə hesablama aparılmışdır. Ümumilikdə 91 226,27 manat vergi, 16 674,87 manat maliyyə sanksiyası hesablanmışdır və nəticədə vergi ödəyicisi barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” qərar qəbul etmişdir . Həmin qərarı iddiaçı mübahisələndirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********729700 nömrəli sifariş məktubu və xx xxxxxx 2019-cu il tarixli **********193618 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150, 3066-cı məhəllə ünvanında yerləşən icarəyə götürülmüş təsərrüfat subyektinin (obyektinin) x xxxxxx 2015ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövrdə icarə haqqının orta bazar qiyməti 1 kv.m üçün 7 manat müəyyənləşdirildi. Həmin dövrdə subicarəyə verilmiş obyektlərin subicarə haqlarının orta bazar qiyməti bu rəyə əlavə edilmiş cədvəldə göstərilən kimidir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi “xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə olunmuşdur: - “xxxx” MMC-yə ASC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 150, 3066-cı məhəllə ünvanında yerləşən ticarət obyektinin 2015-ci ilin noyabr ayından 2018-ci ilin iyul ayınadək olan dövrdə aylıq icarə haqqı məbləğlərinin müvafiq ərazidə yerləşən eyni əlamətlərə malik obyektlərə münasibətdə bir neçə mənbədən alınmış məlumatlar da əsas götürülərək müəyyən edilməsi. “xxxx” MMC-nin məhkəməyə təqdim edilmiş 252 saylı xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilmişdir: - İddiaçı MMC-yə məxsus ünvan 3 3066-cı məhəllə ünvanında yerləşən ticarət obyektinin hazırda 1 kv.m sahəsi üçün 1 aylıq orta icarə haqqı ayrı-ayrı illər üçün təxminən aşağıdakı kimi müəyyən edilir: 2015-ci ilin noyabr ayı üçün 5.38 manat, dekabr ayı üçün 10,86 manat, 2016-cı il üçün 10,81 manat, 2017-ci il üçün 11,70 manat, 2018-ci ilin iyul ayından 11,70 manat. İddiaçı MMC tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş, ayrıayrı vətəndaşlarla MMC arasında rəsmi bağlanmış müqavilələrdən qeyd edilən məlumatlar, yəni icarəyə verilmiş sahənin 1 kv.m-nin icarə haqqı qiyməti əvvəlki sualda qeyd edilən orta bazar qiymətləri ilə müqayisə edildikdə, müəssisə ilə müqavilə bağlamış şəxslərin sayı icarəyə verilən sahəsinin sahəsi, eləcə də 1 kv.m üçün icarə haqqı qiymətinin əmlak bazarında mövcud olan qiymətlərə uyğun olub-olamaması belə müəyyən edilir – 77 şəxsə 2015-ci ilin noyabr – dekabr aylarında rəsmi icarəyə verilmiş 1.539 kv.m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 9,89 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq, ekspertizanın müəyyən etdiyi 8,02 manata (5,38 + 10,66 = 16,04 : 2 = 8,02 manat) uyğundur. 77 şəxsə 2016-cı ildə rəsmi icarəyə verilmiş 1.459 kv.m sahənin 1 kv.m-nin orta icarə qiyməti 9,45 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq, ekspertizanın müəyyən etdiyi 10,81 manata uyğundur. 77 şəxsə 2017-ci ildə rəsmi icarəyə verilmiş 1.784 kv,m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 11,50 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq ekspertizanın müəyyən etdiyi 11,70 manat uyğundur. 77 şəxsə 2018-ci ildə rəsmi icarəyə verilmiş 1.665 kv,m sahənin 1 kv.m-nin orta icarə haqqı qiyməti 11,97 manat olmuşdur ki, bu da azad rəqabət şəraitində hazırkı əmlak bazarında mövcud olan sərbəst qiymətlərə müvafiq olaraq ekspertizanın müəyyən etdiyi 11,70 manat uyğundur. Qeyd: Təsisçi ilə digər tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqqı qiymətləri sərbəst bazar şəraitində qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Həmin qiymətlərin eyni olması vacib deyil, bu qiymətlərin məbləği arasında yuxarı və ya aşağıya doğru fərqlənmələr istisna olunmur. Qoşma: rəyə 1 vərəqdə baxılş aktı, 4 vərəqdə excel siyahıları, 4 vərəqdə Cədvəl № 1 (Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150 və ona yaxın ərazilərdə yerləşən qeyri-yaşayış sahələrinin və obyektlərin hazırkı icarə haqqı qiymətlərinə dair internet saytlarından çıxarışlar) əlavə edilir. Birinci instansiya məhkəməsi iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 təqvim günü müddəti başa çatdıqda sonra 60 iş günü artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş və yoxlamanın ümumi müddətinin 90 gündən artıq davam edə bilməməsini nəzərdə tutmuşdur; - müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. İşdə olan sənədlərlə məlum olur ki, vergi orqanı yoxlama müddətinin dayandırılması barədə xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxx 2019-cu il, x xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli qərarlarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, yoxlama müddətinin artırılması barədə qərar qəbul edilərkən bu halın da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil olunmasına zərurət var. Çünki, reyestrdə yoxlamanın müddətinin uçotu dəqiq aparılır. Eyni zərurət, vergi orqanı tərəfindən “əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özülüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 150, 3066-cı məhəllə, ünvanında yerləşən müvafiq qeyriyaşayış sahəsi vergi ödəyicisi İddiaçı MMC-nin mülkiyyətində olmadığından, habelə bu obyekt barəsində onun mülkiyyətçisi (və ya mülkiyyətçiləri) ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmadığından, qurum həmin əmlak barəsində sərəncam vermək hüququna malik sayılmır. Bu isə, belə nəticə yaradır ki, ümumiyyətlə həmin əmlakın icarəsi ilə bağlı hazırkı İddiaçı MMC-yə münasibətdə hər hansı vergi öhdəliyi də yarana bilməz. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmçinin, inzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi, ƏDV və icarə haqqından ödəmə mənbəyindən tutulan vergi İddiaçı MMC tərəfindən icarəyə verilmiş sayılan qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq eydiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə də haqlı olmamışdır. Qeyd edilmişdir ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Məhkəmə icraatı zamanı əldə edilmiş və tədqiq olunmuş digər rəy tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq eydiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə belə nəticə yaradır ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun həm mənfəət vergisi, həm ödəmə mənbəyində tutulan vergi, həm də ƏDV hesablanması əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənm müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” qərarı mübahisələndirilən hissədə qanuna ziddir. Məhkəmənin qənaətinə görə cavabdehin xx xxxx 2020-ci il tarixli **********198383 nömrəli qərarı mübahisələndirilən hissədə qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, VM-nin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergılərin hesablanması həyata keçirilə bilər. VM-nin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. VM-nin 18.2-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə. VM-nin 18-ci maddəsinin hərfi mənasına əsasən hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirak payı 20 %-dən çox olan şəxslə həmin hüquqi şəxs qarşılıqlı surətdə asılı olan şəxslər sayılsalar da, qanunvericiliyin bu normada qarşıya qoyduğu məqsəd qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən təsərrüfat əqdlərində vergidən yayınma riskini aşkara çıxarmaq və qarşısını almaqdır. Hazırkı işdə isə fiziki şəxslərin mülkiyyətində olan əmlakın vergi orqanında onlar tərəfindən təsis edilmiş hüquqi şəxsin - "İddiaçı" MMC-nin adına uçota alınması və cəmiyyət tərəfindən icarəyə verilməsi vergidən yayınma riski daşıyan hərəkət kimi qiymətləndirilə bilməz. İşdən aydın olur ki, mülkiyyətçilər özlərinə əlavə vergi öhdəliyi yükləmiş, 14% ÖMV əvəzinə, 20% mənfəət və 18% ƏDV ödəmişdir. İddiaçı MMC ilə təsisçilər arasında hər hansı icarə müqaviləsi mövcud olmamışdır. Yoxlamanı həyata keçirən vergi orqanı ilk öncə "İddiaçı" MMC ilə obyektin mülkiyyətçiləri təsisçiləri arasında hər hansı faktiki icarə münasibətinin olmasını, əgər belə bir münasibət olubsa, həmin münasibətə bazar qiymətinin tətbiq edilməsi üçün hüquqi əsasını olubolmamasını aydınlaşdırmalı idi. Halbuki, yoxlamanı həyata keçirən vergi orqanın tərəflər arasında icarə münasibətinin olmasına dair hər hansı sübutu olmamışdır. Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə hesablanmış mənfəət vergisinə münasibətdə qeyd etmək lazımdır ki, vergi orqanı 2015-ci il üzrə ümumi gəliri müəyyən edərkən bütün hesabat ili ərzində icarə haqqında əldə edilmiş ümumi gəliri (ekspert rəyi nəzərə alınmaqla) əsas götürdüyü halda, xərclər hissəsində cəmiyyət tərəfindən təsisçilərə ödənilmiş icarə haqqından yalnız noyabr-dekabr ayları ərzində ödənilən hissəsini əsas götürmüşdür. Halbuki, mənfəət vergisində öz əksini tapan göstəricilər hər hansı 2 ayı deyil, tam 12 aylıq dövrü əhatə etməlidir. Həmçinin qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktına əsasən 2015-2017-ci illər üzrə ödənilmiş ümumilikdə 72325 manat kommunal xərclər icarəçilər tərəfindən ödənildiyindən yoxlama zamanı nəzərə alınmamışdır və əsas kimi isə tərəflər arasında bağlanmış icarə müqaviləsi göstərilmişdir. "İddiaçı" MMC ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinə bazar qiymətinin tətbiq edilməsi və 2015-2017-ci illər üzrə mənfəət və ƏDV-nin hesablanmasına münasibətdə qeyd edilməlidir ki, yoxlama ilə əhatə olunan dövrdə ticarət mərkəzində fəaliyyət göstərməmiş və ya qismən fəaliyyət göstərmiş şəxslərə görə cəmiyyətə yoxlama ilə əhatə olan bütün hesabat dövrləri üzrə vergi məbləğinin hesablanması tamamilə qanunsuz və ədalətsizdir. Bundan başqa ekspert rəyində 2015-2018-ci illər üzrə icarə haqlarının məbləği illər üzrə fərgləndirilmədən eyni qiymətdə müəyyən etmişdir. Ekspert rəyində icarə haqqı üzrə bazar qiymətinin nəyə əsasən müəyyən edildiyi tam qeyri-müəyyəndir. Belə ki, o, hər hansı müqayisə, təhlil aparmadan, öz mülahizəsinə uyğun bazar qiyməti müəyyənləşdirmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, "Bu azadlıqları miilki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitııtma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentriclı Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı "İcarə haqqında" Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir." Konstitusiya Məhkəməsinin şərhindən də bəlli olur ki, icarə münasibətlərinə bazar qiymətinin tətbiq edilməsi üçün vergi orqanının vergidən yayınmanın baş verməsinə dair ciddi əsaslar mövcud olmalıdır. Hazırkı yoxlamada isə vergi orqanı bütün hesablamalarını tamamilə fərziyyə əsasında aparmış və apardığı hesablamaya əsas ola bilən hər hansı sübut, dəlil gətirə bilməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4247/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-290/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver