Məhkəmə qərarları › İş №2-1(103)-290/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “hüququmun yarandığı 03 iyun 2017-ci il tarixdən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx xxxx 1960-cı il təvəllüdlü iddiaçının 03 iyun 2017-ci il tarixdə 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin iki dəfə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina olunmuşdur. İmtina qanunsuz və əsassızdır. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı var. Belə ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi Sovet ordusunda hərbi xidmətdə olmuşdur - 02 il 05 gün; xx.xx.1981-ci ildən - 15 iyul 1982-ci il tarixə kimi Bakı şəhər 10 nömrəli Mexaniki Peşə Məktəbində oxumuşdur - 10 ay, 15 gün; xx.xx.1983cü illərdə, xx.xx.1983-xx.xx.1989-cu illərdə, xx.xx.1991-xx.xx.1993- cü illərdə, xx.xx.1993xx.xx.1995 ci illərdə, xx.xx.1997-xx.xx.2001-ci illərdə, xx.xx.2001- xx.xx.2005- ci illərdə, xx.xx.2005-xx.xx.2009-cu illərdə, xx.xx.2012-xx.xx.2014-cü illərdə müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işləmişdir. Qaynaqçı peşəsində 22 il 06 ay işləmişdir. Cavabdeh isə işlədiyi xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzinidə "xxxx" MMC-də və xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzinidə "xxxx" MMC-də işlədiyi illəri sığorta stajına daxil etmir. Göstərilən imtinanı qanunvericiliyin tələbləri baxımından qanunsuz hesab edir. Çünki "xxxx" MMC-də və xx.xx.2005-xx.xx.2009-cu illərdə "xxxx" MMC-də işlədiyi xx.xx.2001- xx.xx.2005-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ondan asılı olmayıb. Belə ki, o, nəzarət də edə bilməzdi ki, işlədiyi müəssisə məcburi dövlət sosial sığorta haqlarını ödəyir, yoxsa yox. Elə bu səbəbdən də həmin illər sığorta stajına daxil edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər həm ümumi, həm də güzəştli şərtlərlə sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır. Belə ki, Mərkəzi Filiala təqdim edilən 10 noyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində isə "xxxx" MMC-də işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrləri ümumi stajıa daxil etmək mümkün deyil. Sorğular nəticəsində Naxçıvan MR dövlət arxivinin xx.xx.2022-ci il xx.xx.2022-ci il 02/167 saylı məktubuna əsasən “iddiaçının işlədiyi "xxxx" MMC-nin sənədlərinin arxivə təhvil verilməmişdir. İddiaçı məhz xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin illərdə faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Onun ümumi iş stajı 25 ildən az (21 il 11 ay 3 gün (xx.xx.1979- xx.xx.1981-ci il (hərbi), xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2001-ci və xx.xx.2012-xx.xx.2014) güzəştli iş stajı isə 10 il 6 ay 11 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün ümumi stajı 2 il 7 aydır. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15676,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, iddiaçı və onun ümayəndəsi Vəkil isə onunla razılaşmamış və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının xx xxxx 1960-cı il tarixdə doğulduğu nəzərə alınmaqla, onun 57 yaşı 01 iyul 2017-ci il tarixədək tamamlanır. Belə olan halda onun 57 yaşdan pensiya hüququna əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan normalarına münasibətdə yoxlanılıb qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, iddiaçının, ona 57 yaşdan pensyia təyin olunması üçün həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajının mövcud olmadığı mübahisələndirilməklə, hesab edir ki, iddia əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının iş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixli ******* nömrəli hərbi bileti, xx.xx.1982-ci il tarixli 683046 nömrəli didiplomu və İT seriyalı 09959715 saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.2006-cı ilə qədər aşağıdakı işlərdə çalışmışdır : xx.xx.1979-xx.xx.1981: hərbi xidmət- 2 il 10 gün 01.09.81-xx.xx.1982: 10 nömrəli Peşə-texniki məktəbində təhsil-10 ay 9 gün xx.xx.1982- xx.xx.1983: BTTM 12 saylı TTİ, el qaynaqçısı – 1 il 3 ay 9 gün xx.xx.1983-xx.xx.1993: “Azərb.Kurort Tikinti Təmir” Təsərrüfatlararası Birliyi el.qaynaqçısı- 9 il 3 ay xx.xx.1993-. xx.xx.1995: X5 İdarəsində buruq avadanlıq təmir sexində el qaynaqçısı- 2 il 2 ay 22 gün xx.xx.1997-xx.xx.2001: TMİ “Azərneftsənayetikinti” el.qaynaqçısı- 5 il 7 ay 14 gün xx.xx.2001-xx.xx.2005: "xxxx" MMC, el qaynaqçısı – 3 il 4 ay 27 gün xx.xx.2005-xx.xx.2006 "xxxx" MMC el qaynaqçısı- 10 ay İddiaçının qeyd olunan iş stajı toplandıqda xx.xx.2006-cı il tarixinə qədər 25 il 6 ay stajı toplanır ki, həmin stajın da 22 ildən də çoxunu o, elektrik qaynaqçısı kimi işlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin: -həm 2007-ci ilə qədər qüvvədə olmuş, 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısı”nın 2 nömrəli Siyahının XXİİİ bölməsində (ümumi peşələr) 12100000—19906 kodunda; Həm də 23 yanvar 2007-ci il tarixli qərarı 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin Siyahısı” nın, qüvvədə olan X1 35-ci bölməsində - əl ilə elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” Tresti tərəfindən iddiaçıya təqdim edilmiş 14-2-15/2-M-6-42/2023-19 saylı xx.xx.2023-cü il tarixli, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli digər bir arayışında - iddiaçının elektrik qaynaqçısı kimi çalışdığı peşələrin qeyd olunan Siyahılarda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi göstərilmişdir (Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində də çoxsaylı məhkəmə qərarları ilə həmin peşədə çalışın şəxslərin iş stajı güzəştli pensiya hüququ verən staj kimi tanınmışdır). Cavabdeh apellyasiya şikayətində həmçinin, iddiaçının xx.xx.2001-xx.xx.2005 (3 il 4 ay 27 gün) "xxxx" MMC-də, xx.xx.2005-xx.xx.2006-cı illərdə (10 ay) isə "xxxx" MMC-də çalışdığı dövrü onun həmin müəssisələrin fəaliyyətinə şübhə ilə yanaşaraq, iddiaçının sığorta stajına daxil edilməsini mümkünsüz sayır. Birincisi, iş materiallarından görünür ki, iddiaçının Qartal MMC-də xx.xx.2005 xx.xx.2009-cu illərdə qaynaqçı kimi işləməsinə dair MMC-nin işə əlavə olunmuş 06/628 No-li 17 iyun 2009-cu il tarixli arayışı mövcuddur. Digər tərəfdən, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli (i.v.141) işə əlavə olunmuş məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış, xx.xx.2004-cü il tarixdə ********** nömərli VÖEN verilmişdir və hal-hazırda da aktivdir. Eyni zamanda, Bakı şəhəri X3 üzrə Baş İdarəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış başqa bir məktubunda bildirmişdir ki, iddiaçının çalışdığı "xxxx" MMC xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış xx.xx.1897-ci ildə ********* nömrəli VÖEN, xx.xx.2004-cü ildə ********** VÖEN-lə uçota alınmışdır və bu gündək fəaliyyətdədir. Ən azından, iddiaçının əmək kitabçasının müvafiq qeydləri tədqiq olunduqda, tamlığının pozulması müəyyən olunmur. Qeydlərin səlist yazılmış, işə qəbul və azad olunma tarixləri, işəgötürənin adı və əmrlər qaralama və düzəlişlər olmadan təsbit olunmuş, məsul şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının çalışdığı həmin müəssisələr fəaiyyətdə olan müəssisələr olmuşdur. Sadəcə olaraq burada cavabdeh pensiya təyinedicisi, inzibati icraat aparıb iddiaçı barəsində bütün bu məlumatların toplanmasından yayınır və məhkəmə vasitəsilə pensiya təyin etməyi üstün tutaraq, məsələnin həllinə daha rahat üsulla nail olur. Beləliklə də, iddiaçının azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli staja malik olduğu sübuta yetirilir. Belə olan halda, onun 1 iyul 2017-ci il tarixinədək 57 yaşının (xx.xx.2017) tamam olduğu nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə həmin tarixədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi qaydasını müəyyən edən 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh tərəfindən ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndrir. Ona görə də, qeyd olunanları və İPM-in 82-ci maddəsi baxımından mübahisəyə cavabdehin apellyasiya şikayəti həddində baxıldığını nəzərə alan məhkəmə kollegiyası, onun birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar