Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X22 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3632/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, **********664500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində Kürsəngi və X14 daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X30 Sazişinin (bundan sonra “HPBS”) 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 19 noyabr 2021-ci il tarixində təqdim edilərək 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 3481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021- ci il tarixinədək yığılmış neftqaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X34-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X12 X39 X23 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi hesablanmışdır. MGBİ qərarına cavab olaraq, HPBS-nin tələblərinə uyğun olmayaraq onun 15.9-cu maddəsi əsas göstərilməklə X34-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X12 X39 X23 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınaraq Vergi Orqanı tərəfindən Filiala hesablanmış 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi ilə bağlı 27 mart 2023-cü il tarixdə Filial tərəfindən Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinə (bundan sonra “İŞBBİ”) **********722600 nömrəli etiraz məktubu təqdim edilmişdir. İŞBBİ tərəfindən inzibati şikayətin icra müddəti artırılmış və bu barədə Filiala 27 aprel 2023-cü il tarixli **********335600 nömrəli və 30 may 2023-cü il tarixli **********820500 nömrəli məktublarla məlumat verilmişdir. Bununla yanaşı, 9 iyun 2023-cü il tarixdə müvafiq olaraq İŞBBİ nümayəndələri ilə görüş keçirilmiş və görüş zamanı yuxarıda qeyd olunan etiraz məktubunda öz əksini tapmış faktlar şifahi şəkildə İŞBBİ nümayəndələrinin diqqətinə bir daha çatdırılmışdır. Lakin İŞBBİ tərəfindən Filialın yazılı və şifahi etirazları ilə bağlı tutarlı heç bir şərh verilməmişdir. Bundan əlavə, MGBİ-nin qərarına əsasən, Filiala hesablanmış İştirak payının X12 X39 X16 etirazla bağlı qeyd olunan məqamlar MGBİ tərəfindən heç bir əsaslı arqument və münasibət bildirilmədən tətbiq edilmişdir. 27 mart 2023-cü il tarixində Filial tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə İŞBBİ-yə ünvanlanmış inzibati şikayətə münasibətdə Dövlət Vergi Xidməti “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli, **********719100 nömrəli qərar qəbul etmişdir. 24 iyul 2023-cü il tarixində, Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat (bundan sonra – Apellyasiya Şurası) Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli, **********719100 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara dair şikayət təqdim edilmişdir. Apellyasiya Şurasının 58 nömrəli Qərarı 10 oktyabr 2023-cü il tarixində iddiaçı tərəfindən birbaşa İqtisadiyyat Nazirliyindən imza edilməklə təhvil alınmışdır. Apellyasiya Şurası iddiaçının inzibati şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq 8 sentyabr 2023-cü il tarixində qərar qəbul edildiyindən və 10 oktyabr 2023-cü il tarixində Filial tərəfindən İqtisadiyyat Nazirliyindən təhvil alındığından qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. VM-nin 37.2-ci maddəsinin müddəalarına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsinin Vergi Orqanına təqdim edildiyi vaxtdan 60 iş günü müddətində və digər bəyannamələr üçün isə 30 iş günü müddətində keçirilir və eyni zamanda həmin maddəyə əsasən bu müddət başa çatdıqdan sonra nəzərdə tutulmuş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, 15 mart 2022-ci il tarixində Şirkət tərəfindən təqdim olunmuş X21 ilə X31 bəyannaməsinə MGBİ tərəfindən 28 fevral 2023-cü il tarixində əlavə vergi hesablanması ilə bağlı göndərilmiş Milli Gəlirlər Baş İdarəsi Qərarı, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tututulmuş maksimum 60 iş günü müddətini ötürərək, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması, vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. Yuxanda qeyd olunan arqumentə cavab olaraq, İŞBBİ tərəfindən Qərarda HPBS-nin 15.3-cü maddəsinə istinad edilərək, Vergi Orqanının hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malik olduğunu, yoxlama bitdikdən sonra Vergi Orqanının təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edə və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verə bilməsi barədə qeyd olunmuşdur. Həmçinin, HPBS-nin 15.3-cü maddəsinin (d)(i) bölməsinə istinad edilərək təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi qeyd edilmişdir. Tərəflərindən İŞBBl-nin yuxarıda qeyd olunan arqumentinə cavab olaraq bildirildi ki, HPBS-nin 15.3 (d) (i) maddəsində qeyd olunan təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması Azərbaycan Respublikasının “Vergi Məcəlləsinin (bundan sonra, “VM”) 85.4- maddəsində qeyd olunan Vergi Orqanları “Vergiyə cəlb edilən hesabat dövrü qurtardardıqdan sonra 36 ay ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq və verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olması ilə analoji olaraq müqayisə edilə bilər. Heç bir halda bu vaxt müddəti yoxlamanın özünün müddəti kimi deyil, əksinə vergi yoxlaması zamanı nəzərdən keçirilə bilən müddət kimi nəzərə alınmalıdır, yəni VM və HPBS çərçivəsində vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 36 və 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. HPBS-də bununla bağlı heç bir tənzimləmə nəzərdə tutulmadığı üçün VM-nə istinad edirlər. Baxmayaraq ki, HPBS-də vergi qoyulması 15-ci maddə altında nəzərdə tutulur, “Mənfəət vergisi” və “X21 ilə X31” HPBS-də tamamilə müxtəlif iki vergi növü olmaqla, müvafiq iki fərqli hesabatlar şəkildə Vergi Orqanlarına təqdim edilməlidir. Belə ki, X21 ilə X31nin hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.9-cu maddəsi çərçivəsində ətraflı şəkildə qeyd edilir, halbuki mənfəət vergisinin hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.2-ci və 15.3-cü maddələrində nəzərdə tutulur. Buna görə də, filial tərəfindən təqdim edilən X21 ilə bağlı mənfəət vergi bəyannaməsinin vergi orqanları tərəfindən müvafiq bəyannamənin təqdim edilməsindən sonrakı 60 aylıq dövrü əhatə edən dövr ərzində kameral vergi yoxlamasının aparılmasını düzgün hesab etmirlər. Qərarda da qeyd olunduğu kimi, HPBSdə 60 aylıq dövr yalnız mənfəət vergisi üçün nəzərdə tutulmuş və bu dövrə X21 ilə X31nin əhatə olunduğu 15.9-cu maddə heç bir halda istinad etmir. Nəticə etibarilə, X21 ilə X31nin təqdim edilməsindən sonra növbəti 60 ay müddətində istənilən vaxt Filial tərəfindən bəyannamədə əks olunan məlumatlarının vergi orqanları tərəfindən kameral vergi yoxlamasına cəlb edilməsi qanuna müvafiq deyildir. MGBİ qərarda qeyd olunan əlavə vergi hesablamasına əsas verən səbəbə əsasən, vergi orqanlarının mövqeyi bundan ibarətdir ki, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X34-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X12 X39 X23 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmamalıdır. Qeyd olunan arqumentə cavab olaraq tərəflərindən bildirilmişdir ki, vergi orqanının yuxarıda qeyd olunan mövqeyi HPBS-nin şərtləri ilə uyğunsuzluq təşkil edir və tərəflərindən təqdim olunan HPBS-də iştirak payının X12 X39 X23 bəyannaməsinin HPBS-nin şərtlərinə tam uyğun olduğunu göstərmək üçün vergi orqanları tərəfindən qaldırılan məsələ ilə bağlı təhlil və arqumentlərini ətraflı şəkildə aşağıda təqdim edirlər. İlk öncə, HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X12 X39 X23 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Belə ki, 15.9-cu Maddə hər hansı X25 payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən X39 X23nin hesablanması qaydasını dəqiq müəyyən edir. 15.9-cu maddəyə əsasən, hər hansı X25 payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsi ilə bağlı X12 X39 X23 X20. 15.9-cu Maddənin (a) (iii) bölməsində təsvir olunduğu kimi, xalis gəlir, ümumi gəlirlə aşağıdakılardan ibarət olan vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: - hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X6 X26 hissəsi; - Hüquq və öhdəliklərin bu cür verilməsi ilə əlaqədar çəkilən məsrəflər. HPBS-də olan iştirak payının X12 X39 gəlirdən mənfəətin hesablanması metodologiyasında qeyri-müəyyənlik olmadığından (maddədə aydın şəkildə göstərildiyi kimi), vergi çıxılmalarının ətraflı təhlili ilə davam edirlər. HPBS-nin 1-ci Əlavəsində müəyyən edilir ki, HPBS-də istifadə olunan böyük hərflə yazılmış sözlər və ifadələr HPBS-də onlara verilmiş mənalara malik olmalıdır. Bu cür sözlər və fadələr birmənalı olaraq HPBS-nin tələblərinə uyğun olaraq şərh edilməlidir. X1 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, X5 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. X3 sadalanlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə NeftX13 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X7 lazımi şəkildə köçürülmüş məbləğlər. “Kumulyativ Neft-Qaz Məsrəfləri" ifadəsində istifadə edilən “kumulyativ" termini HPBS-də ayrıca müəyyən edilməsə də, Neft-Qaz Məsrəflərinin müəyyən müddət ərzində tədricən artdığını göstərmək üçün istifadə edilən maliyyə termini olduğu üçün o, heç bir qeyri-müəyyənliyə səbəb olmamalıdır. HPBS-ə əsasən “Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft - X18 lazımi şəkildə köçürülmüş” dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlı təhlili üçün mühasibat uçotunun beynəlxalq Neft-qaz sənayesində qəbul olunmuş prinsiplərini müəyyən edən HPBS-nin 3-cü əlavəsi istinadı olmalıdır. Xüsusilə, HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını X7 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı var. Məsrəflərin Ödənilməsi daha geniş termin kimi təsvir edilməklə, özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər - bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva edir. Nəticə etibarilə, Ödənilmiş Məsrəflər daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəfləri iştirak payının X12 X39 X23 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və məsrəflərin ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, iştirak payının Daimi ötürülməsi zamanı bu cür xərclərin vergi çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmalan özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X12 X39 X23 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə edilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilməlidir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X12 X39 X23 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Filial (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2021-ci ilin xüsusi vergi rejimli müəssisələrin mənfəət vergisi bəyannaməsinə kameral qaydada hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırılma zamanı xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Saziş” üzrə Filiala (VÖEN: **********) məxsus iştirak payın (25%) xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. Filial tərəfindən xx.xx.2021- ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq mənfəət vergisi bəyannaməsi üzrə Xüsusi Məqsədli Hesabat təqdim edilərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus iştirak payının təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Baş İdarə tərəfindən aparılan araşdırılma zamanı Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neftqaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini nəzərə alaraq, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisinin azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmaması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********809100 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə X31 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********664500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********198200 nömrəli podratçı tərəf üzrə xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində X1 əvəzinin ödənilməsi barədə məlumatların təqdim edilməsi haqqında məktubla müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********358600 nömrəli məktubla xx.xx.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən Filialın Sazişdəki iştirak payının (25%) “GL İnvestment" MMC-yə satmağa razılaşmış, tərəflər razılaşıb və etiraf edirlər ki, xx.xx.2021-ci i tarixindən qüvvəyə minən Tamamlanma tarixində bütün qanuni hüquq və öhdəliklər İddiaçı şirkətindən "GL İnvestment” MMC-yə keçməli olduğu bildirilmişdir. X21 ilə X31 bəyannaməsi xx.xx.2022-cl il tarixində təqdim edilməsinə baxmayaraq KVY qərarı 60 iş günü müddətini ötürməklə çıxarılmışdır. Bununla bağlı bir daha qeyd olunur ki, vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Sazişinə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı ödənilmiş məsrəflərin HPBS-də iştirak payının X12 X39 gəlirlərdən mənfəət vergisi hesablanması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Sazişin 15.9 (a) bəndinə əsasən iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ X6 X26 hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tedbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda sazişin 15.9 (a) (İİ) bəndinə əsasən qalıq dəyər Sazişə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. Beləliklə, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Sazişin 15.3 (d)(i) maddəsində təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməli, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilməli, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməməli, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3632/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 dekabr 2021-ci il tarixində iddiaçı “Foçnmeyt Əsets Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim olunmuş X21 ilə bağlı X15 münasibətdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul edilmiş 28 fevral 2023-cü il tarixli **********664500 nömrəli qərar ilə, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddəti ötürülmüş, beləliklə, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəmə öz qərarında bildirmişdir ki, HPBS qəbul edildiyi dövrdə VM qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X11 haqqında” 1996-cı il 24 dekabr tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də HPBS-də kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilmişdir. Bundan başqa, məhkəmə VM-in 85.4-cü maddəsinə istinad edərək bildirir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edirlər ki, VM-in 85.4-cü maddəsi vergi yoxlamasının əhatə edə biləcəyi (3 il) və yoxlama nəticəsində hesablanmış əlavə məbləğlərin tutula biləcəyi maksimum müddəti (5 il) müəyyən edir və yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddət barədə tənzimləmə nəzərdə tutmur. Göründüyü kimi, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, kameral vergi yoxlamasının keçirilməsi üçün VM-in 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü ilə vergi yoxlamasının əhatə edə biləcəyi dövrü (3 il) qarışdırmış və nəticədə öz qərarını düzgün qaydada əsaslandırmamışdır. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. Digər tərəfdən, VM-in 2.7-ci maddəsinə əsasən, VM qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X30 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda VM və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Göründüyü kimi, HPBS-nin VM-ə münasibətdə üstün hüquqi qüvvəsi yalnız onlar arasında ziddiyyət olduğu halda tətbiq edilir. VM-in yuxarıda qeyd etdikləri 85.4-cü maddəsinə analogiya olaraq, HPBS-nin 15.3 (d) (i) maddəsində təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması dedikdə vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, burada qeyd olunan müddət yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddəti nəzərdə tutmur və bu cür tənzimlənmə, HPBS-də, ümumiyyətlə, yer almamışdır. Beləliklə, hazırda mübahisə edilən məsələdə HPBS və VM arasında ziddiyyət mövcud deyildir. Odur ki, müvafiq məsələnin tənzimlənməsi ilə bağlı VM-in müvafiq maddələrinə istinad edilməlidir. Belə ki, vergi yoxlamalarının keçirilmə müddəti kameral və səyyar vergi yoxlamalarına münasibətdə müvafiq olaraq VM-in 37 və 38-ci maddələri ilə müəyyən edilir. VM-in 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən VM-in 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Göründüyü kimi, mənfəət vergisinə münasibətdə kameral vergi yoxlamasının keçirildiyi (davam etdiyi) müddət VM ilə 60 iş günü olaraq müəyyən edilmişdir. Yuxarıda da qeyd etdikləri kimi, sözügedən mübahisədə VM-in 85.4-cü maddəsinə istinad edilməsi tamamilə əsassızdır. Məhkəmə mübahisənin həlli üçün tətbiq olunan maddi hüquq norması kimi VM-in kameral vergi yoxlamasının keçirilmə müddətini müəyyən edən 37.2-ci maddəsini tətbiq etməli idi. Həmçinin, məhkəmənin öz qərarında qeyd etdiyi "maddi hüquq normalarını düzgün tətbiq etdiyindən, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz” (səh. 17) yanaşması isə qanunun və vergi ödəyicisinin hüquqlarının kobud surətdə pozulmasıdır. Belə ki, məhkəmə qanunverici orqanın VM-də təsbit etdiyi müddətlərin sadəcə olaraq formal tələb olduğu, vergi orqanının istədiyi zaman onları pozmaqla qərarlar çıxarmaq və vergi ödəyiciləri üçün öhdəliklər yaratmaq hüququna sahib olduğu qənaətinə gəlmişdir. Halbuki, həmin müddətlərin ötürülməsi vergi orqanının yoxlama keçirmək və məsuliyyətə cəlb etmək hüququna xitam verməklə yanaşı, vergi ödəyicisinin də müvafiq vəzifələrinə xitam verir. Başqa sözlə, VM-də müəyyən edilmiş müddətlər hər hansısa “formal” tələb yox, öz hüquqi təbiətinə görə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021 -ci il tarixili qərarında anlayışını verdiyi kimi kəsici müddətə bərabərdir. Belə ki, kəsici müddət dedikdə, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, vergi orqanı qanunun müəyyən etdiyi müddət ərzində - yəni 60 iş günü ərzində hərəkətsiz qalmaqla yoxlama keçirmək hüququnu itirmişdir. Beləliklə, vergi orqanları öz funksiyasını icra edərkən məhkəmənin qeyd etdiyi kimi nəinki hansısa “formal tələbləri” pozmuş, eləcə də VM-də nəzərdə tutulan və onun yoxlama keçirmək hüququna xitam verən müddəti ötürməklə, birbaşa maddi hüquq normalarının tələblərini pozaraq vergi ödəyicisi üçün qanunsuz olaraq arzuolunmaz əlavə öhdəliklərin yaranmasına səbəb olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə HPBS- nin iştirakçıları üzrə əvvəlki dövrlərdə vergi orqanı tərəfindən keçirilən yoxlamalar zamanı VM-in müvafiq maddələrinə istinad edilməsi ilə bağlı çıxarışlar (xx.xx.2014-cü il tarixli **********784408 nömrəli Qərar) təqdim edilmişdir. Halbuki, məhkəmə öz qərarında onlara münasibət bildirməmişdir. Əvvəlki dövrlərə aid təqdim edilmiş qərardan da görünür ki, vergi orqanı ödəyicidə həyata keçirdiyi vergi yoxlaması zamanı VM-in 23 və 38-ci maddələrinə istinad edərək yoxlama müddətini 30 iş günü uzatmışdır. Əgər vergi orqanın hazırda iddia etdiyi kimi 60 ay ərzində yoxlamanı keçirmək hüququ var idisə, hansı səbəbdən 60 iş günündən sonra yoxlamanın müddətini uzatmağa ehtiyac duyurdu?! Həmin aktlardan da göründüyü kimi, vergi orqanı özü də indiyə kimi keçirilən yoxlamalarda VM-də yoxlama müddətlərini tənzimləyən müvafiq maddələrə istinad etməklə yoxlamalarını həmin müddətlər əsasında həyata keçirmişdir. Hazırkı halda isə VM-in tələblərini pozmaqla yoxlamaların aparılması qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həm də inzibati orqanın müvafiq inzibati praktiya da zidd olaraq davranmağının sübutudur. Odur ki, hesab edirlər ki, məhkəmə sözügedən mübahisənin həlli üçün VM-in 85.4-cü maddəsinə istinad etməklə maddi hüquq normasını səhv tətbiq etmiş, eləcə də vergi yoxlamalarının keçirilməsi üçün VM-də müəyyən edilmiş müddətlərin tələblərinə riayət edilməməsini sadəcə olaraq formal pozuntu hesab etmişdir. Halbuki, həmin müddətlərin ötürülməsi vergi orqanlarının yoxlama keçirmək hüququnun, vergi ödəyicisinin isə müqabil vəzifəsinin xitamı üçün əsasdır. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, beləliklə, bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia tələbini təmin etməmək barədə qərar qəbul edərkən HPBS-nin 13.3 və 15.2 (o) maddələrinə, eləcə də iş materiallarına istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, HPBS yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxı İmalar kimi nəzərə tutulmasını müəyyən etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixindən (başlanğıc) 19.11 2021-ci il tarixinədək olan bütün, yəni həm ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə bu qərara gəlməklə bir sıra maddi hüquq normalarının tələblərini pozmuş, HPBS-nin müddəalarını düzgün tətbiq etməmişdir. Bildirirlər ki, məhkəmə HPBS-nin müddəalarını tətbiq edərkən aşağıdakıları araşdırmalı və tətbiq etməli idi: İlkin olaraq vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS- də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmaları özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X12 X39 X23 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X12 X39 X23 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Məhkəmə 2 fərqli vergi növünü və 2 fərqli vergi tutma bazasını qarışdırmaqla kobud səhvə yol vermişdir. Belə ki, HPBS-ə əsasən Podratçının Mənfəət vergisi (15.2-ci maddə) və X21 ilə X31 (15.9-cu maddə) iki ayrı vergi olmaqla, hər birinin hesablanma metodu və bazası öz maddələrində konkret olaraq ayrıca göstərilmişdir. Məhkəmə öz qərarında X21 ilə X19 və ondan çıxılmaların hesablanmasını yalnış olaraq 15.2-ci maddəyə əsasən əsaslandırmışdır. Halbuki, məhkəmənin öz qərarında (səh. 14) istinad etdiyi kimi Mənfəət Vergisinin bazasını 15.2-ci maddəyə əsasən “Karbohidrogen Fəaliyyətindən əldə edilən mənfəət təşkil edir. HPBS- nin 15.1-ci maddəsinin (iii) bəndinə əsasən “Karbohidrogen Fəaliyyəti” HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı Tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-qaz əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növləri deməkdir. HPBS-ə 1 nömrəli Əlavəyə görə isə, Neft-qaz əməliyyatları dedikdə bu HPBS-ə uyğun olaraq Karbohidrogenlərin kəşfiyyatı, reabilitasiyası, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi,hazırlanması, oyadılması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, Çatdırılma məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş Karbohidrogenlərin satılması və Kontrakt sahəsi ilə bağlı ləğvetmə əməliyyatları başa düşülür. Göründüyü kimi, İştirak Payının satışı nə “Karbohidrogen Fəaliyyəti”, nə də “Neft-qaz əməliyyatları”na aidiyyəti yoxdur. Bu səbəbdən də İştirak Payının təqdim edilməsi zamanı vergitutma HPBS-nin 15.2-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Bu, HPBS-nin tələblərinə zidd olmaqla yanaşı, adi hüquqi məntiqə də ziddir. Həmin əməliyyat ayrıca verginin bazası olmaqla, 15.9-cu maddə ilə vergiyə cəlb edilməlidir. Belə olan halda, məhkəmə heç bir maddi hüquq normasına (HPBS-in maddəsinə) istinad etmədən əsassız olaraq X21 ilə X31nə “Karbohidrogen Fəaliyyətindən əldə edilən mənfəətə tətbiq edilən Mənfəət vergisi ilə bağlı müddəaları tətbiq etmiş və nəticədə yalnış hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərar qəbul edərkən HPBS- də Ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft- Qaz Məsrəflərinin iştirak payının X12 X39 X23 məqsədləri üçün çıxılan məsrəflər kimi qəbul edildiyini nəzərə almalı idi. Bunu da xüsusilə qeyd edirlər ki, məhkəmə qərar qəbul edərkən nəzərə almalı idi ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı Tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və Məsrəflərin Ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, İştirak payının Daimi Ötürülməsi zamanı bu cür xərclərin Vergi Çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki, həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, məhkəmə sözügedən mübahisənin həlli üçün HPBS-nin 15.2 və 15.9-cu maddələrini düzgün təhlil etməyərək maddi normanın tətbiqində kobud səhvə yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən qərar 28 fevral 2023-cü il tarixli olmaqla iddiaçı ilkin olaraq bu qərardan inzibati qaydada, Apellyasiya şurasına şikayətlər etmiş, daha sonra AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 01 sentyabr 2023-cü il tarixli qərarı ilə inzibati şikayətləri təmin edilməmiş, həmin qərar Filialın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Aygün Məlikovaya xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmiş (iş mat.səh 38) və iddiaçı hazırki iddia tələbi ilə 30 günlük müddət ötürülmədən xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. ... -72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. -72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. -72.6-cı maddəsinə əsasən vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. -72.7-ci maddəsinə əsasən bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. -83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; -103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarına olan: -Filialın Əsasnaməsindən (surəti) müəyyən olunur ki, Filial Azərbaycan Respulikasının Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə № 1103-N1-1330 qeydiyyat şəhadətnaməsilə qeydiyyata alınmışdır. -Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********664500 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, cavabdeh İştirak payının ötürülməsi ilə X31 bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə iddiaçıya 904480,24 ABŞ dolları əlavə mənfəət vergisi hesablamış və qərar isə onunla əsaslandırılmışdır ki, Sazişin 15.9-cu maddəsində X34-Qaz əməliyyatları üzrə məsrəflərin, iştirak payının satışı ilə X31 hesablanarkən xərclərə aid edilməsi nəzərdə tutulmadığından, ümumi gəlir (6481 min ABŞ dolları) və 15.9(a)(iii)(aa) (3370,5 min ABŞ dolları) və 15.9(a)(iii)(bb) (284 min ABŞ Dolları) bəndlərinə əsasən xərc məbləğləri nəticəsində yaranmış Xalis gəlir məbləği (6481- 3654,5= 2826,5 min ABŞ dolları) müəyyən edilərək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş hesabat üzrə 904480,24 (2826500 x 32%) ABŞ dolları məbləğində mənfəət vergisi hesablandı. İş materiallarından görünür ki, qərardan narazı qalaraq iddiaçı yuxarı vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********719100 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş və qərar onunla əsaslandırılmışdır ki; “- Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Filial tərəfindən təqdim edilmiş “İştirak payının ötürülməsi ilə X31 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı’nda yığılmış neft-qaz xərcləri üzrə 385 964,00 min ABŞ dollarının qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. - Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********809100 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə X31 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********664500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. - Aparılan araşdırma zamanı “Kürsəngi” və “Qarabağlı” Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında sazişin 2002-ci ildən etibarən səhmdarlarından olan "X40 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) və Filiala (VÖEN: **********) məxsus payların xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. - Filial tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. - Filialı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən(xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. - xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Saziş”in 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyini, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisi azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmadığını, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməli olduğunu nəzərə alaraq, mövcud vəziyyətdə Filialın xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməməlidir”. İddiaçı bu qərarla da razılaşmayaraq həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 58 saylı qərarı ilə iddiaçı şirkətin Azərbaycan Respublikasındakı filialının inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 fevral 2023-cü il tarixli **********664500 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli **********719100 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin ona əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçı tələbində iki əsas hala istinad edir: qərarın kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətinin ötürülməsi ilə qəbul edilməsi; ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X12 X39 X23 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması. İddiaçı apelyasiya şikayətində də eyni əsaslara əsaslanmış, o cümlədən VM-in 85.4-cü maddəsinin, yəni maddi hüquq normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.6. X30 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar. VM-n 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. VM-in 2.7-ci maddəsinə görə bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X30 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. İşdə olan “Azərbaycan Respublikasında Kürsəngi və X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Saziş”ə əsasən: - Maddə 15.1 (a) Bu Saziş üzrə Podratçının öhdəlikləri şərti kimi, Mənfəət vergisinə dair bu 15-ci Maddədə göstərilən öhdəlik istisna edilməklə, X4 Fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergi tutulmur. (v) “X24” - bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında tətbiq edilən və bu Sazişin müddəti ərzində qüvvədə qalan otuz iki (32) faiz X24 deməkdir. - maddə 15.2. (a) X38 bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan 24 dekabr 1996-ci il tarixli Müəssisə və X11 haqqında qanunamüvafiq surətdə, bu Sazişin müddəalarından irəli gələn dəyişikliklər nəzərə alınmaqla öz X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır ("Mənfəət Vergisi"). Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. X38 özünün Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə Mənfəət Vergisi ödəmək üçün məsuliyyət daşıyır. - maddə 15.9. X21 ilə X31 Hər hansı X25 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə Satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən alınan Xalis Gəlirlə bağlı hər hansı X21 ilə alınan mənfəətdən vergi faizi aşağıdakılar əsasında müəyyən edilir və ödənilir: (a) Bu 15.9 Maddəsinə münasibətdə aşağıdakı anlayışların mənası aşağıdakı kimidir: (i) “Ümumi Gəlir” öz hüquqlarının başqasına verən Podratçı Tərəfin bu Sazişə uyğun olaraq İştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi üçün aldığı ümumi haqq deməkdir. (ii) “Qalıq Dəyər” bu Sazişə əsasən Məsrəfləri Ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. (iii) “Xalis Gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: (aa) hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X6 X26 hissəsi, (bb) hüquq və öhdəliklərini başqasına verən Podratçı Tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq dəyəri; (cc) hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. (b) Hüquq və öhdəliklərin ötürülməsindən alınan əldə olunan Xalis Gəlirə 15.1 (c) (v) bəndində müəyyən olunan X24 tətbiq edilir. Ümumi Gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən X35 Gəliri hesablayır və yuxarıda göstərilən Vergi Dərəcəsini ona tətbiq edir. (c) 15.9 (a) (iii) (aa) bəndində göstərilən məbləğlər Əməliyyat Şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən təsdiq edilir, 15.9(a)(iii)(bb) bəndlərində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı Tərəfin və ya X27 şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir. İş materiallarından görünür ki, X21 ilə bağlı Ümumi Gəlir ******* ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000.00 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmamışdır. İşin mübahisəli halı kumulyativ X6 X26 hissəsi ilə bağlı olmuşdur. İddiaçı Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək, 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq, 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt reabilitasiya sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Həmçinin, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt kəşfiyyat sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən ildə iyirmi (20) faiz dərəcə ilə amortizasiyası ilə bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Sazişin 15.2. (m) maddəsinə əsasən X28 Qoyulan Mənfəətini və ya X29 hesablamaq məqsədləri üçün həmin X10 Fəaliyyəti ilə əlaqədar olaraq qüvvəyəminmə tarixinədək çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı Tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixə çəkilən məsrəflər hesab edilir. Yuxanda deyilənlərə baxmayaraq, bu Saziş barəsində danışıqlara, yardımçı tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə Saziş bağlananadək çəkilən müstəqim və ya dolayı məsrəflər həmin X28 Qoyulan Mənfəəti və ya X36 hesablanarkən nəzərə alınmır. İstinad olunan normalardan görünür ki, Podratçı Əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi, həmçinin çəkdiyi məsrəflərin mənfəətdən çıxılması hüququna malikdir. İş materiallarındakı 2021-ci il tarixədək illər üzrə olan mənfəət vergisi bəyannamələrindən görünür ki, iddiaçı hər bir il üzrə kontrakt sahəsində kəşfiyyat və qiymətləndirməyə çəkilən xərcləri, hasilata çəkilən xərcləri ümumi xərclərə aid etmiş, nəticədə həmin xərclər çıxılmaqla karbohidrogenlərin təqdim edilməsindən əldə etdiyi mənfəətə vergi tətbiq etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X37 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X32 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərdə tutulmasını müəyyən etmişdir. Buna görə də iddiaçı xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2021-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır. Cavabdehin kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X11 haqqında” 1996-cı il 24 dekabr tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, tərəflər arasında vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X14 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X30 haqqında Saziş”inə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir.Yoxlama bitdikdən sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannnamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3632/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-290/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver