Məhkəmə qərarları › İş №2-1(103)-2900/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2900/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2900/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3200/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar sahəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddia aşağıdakılarla əsaslandırılmışdır: «… xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxarkən pensiyası cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar sahəsində işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövr onun sığorta stajı kimi nəzərə almamışdır. Bununla bağlı onun müvafiq müraciətinə cavabödeh 05oktyabr 2023-cü il tarixli cavab məktubunda imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1248 saylı arayışda işə daxil olmağı barədə məlumatlar qeyd edilsə də, işdən azad olmağı barədə məlumat olmadığından, eyni zamanda, iddiaçının adının tam yazılmaması və ata adının olmaması səbəbindən xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün sığorta stajına daxıl edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır…» Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3200/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar sahəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən-xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan 38.396,16 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (466,35 manat) dəyişiklik olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək fəaliyyəti dövrü, xx.xx.1975-ci il tarixdən-xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 23 il olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq 25 il sığorta stajı nəzərə alınmışdır. Yekun olaraq iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1248 saylı arayışda işə daxil olmağı barədə məlumatlar qeyd edilsə də, işdən azad olmağı barədə məlumat olmadığından, eyni zamanda iddiaçının adının tam yazılmaması və ata adının olmaması səbəbindən xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının 1999-cu il yanvar ayında əməkhaqqı almasına dair qeydlərin olması yalnız həmin dövrün staja daxil edilməsinə əsas verə bilər. Çünki həm qüvvədən düşmüş, həm də qüvvədə olan qanunvericiliyin tələbləri baxımından sosial sığorta ödənişləri həyata keçirilmiş dövrlər staja daxil edilə bilər. Bununla yanaşı inzibati orqan tərəfindən aşkar olunmuş bir sıra təzadlı məsələlər olmasına baxmayaraq məhkəmə iddiaçıya dair müvafiq sənədlərin olmaması faktına əkssübut tapılmamasını onun xeyrinə təfsir etmişdir. Halbuki qanunvericiliyijn tələblərinə əsasən mübahisələndirilən dövrlər üzrə arayış və ya digər sənədlər tam əldə edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(112)-3200/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Eyni zamanda, məhkəmə kollegiyasının iclasına dəvət olunmuş şahid X3 öz izahatında əmək kitabçasının surətin məhkəməyə təqdim edərək, 1997-ci ildən iddiaçı ilə birlikdə işlədiyini, sonuncunun sürücü olduğunu və 1999-cu ildə işdən çıxıb getdiyini, özünün isə 2008-ci ilədən qalıb işlədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə iddiaçıyay aşa görə əmək pensiyası təyin olunarkən, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar sahəsində işlədiyi dövr onun sığorta stajı kimi nəzərə almamışdır. Cavabdeh iddia olunan dövrün iddiaçının sığorta stajına daxil edilməməsinin səbəbini onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1248 saylı arayışda işə daxil olmağı barədə məlumatlar qeyd edilsə də, işdən azad olmağı barədə məlumat olmadığından, eyni zamanda iddiaçının adının tam yazılmamış və ata adı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlillərinə görə iddiaçının qeyd olunn iş stajının onun sığorta stajı kimi nəzərə alınmamas əsassızdır. Birincisi, iddiaçının işə əlavə olunmuş İİT-İ ******* nömrəli 19 oktyabr1978-ci il tarixdə doldurulmuş əmək kitabçasının qeyydlərindən görünür ki, o, 72 nömrəli 15 06.1995-ci il tarixli əmrlə rəsmiləşdirilməklə, həmin Mənzil-İstismar hissəsinə İİ dərəcəli sürücü kimi işə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə isə işdən azad olunmuş və həmin qeydlər Kommunal İstimar Hissə rəisinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur. İşdən görünür ki, qeyd olunan əmrin surəti də işə əlavə olunmuş, eyni zamanda, həmin qürum tərfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli 1748 nömrəli arayışda isə onun xx.xx.1995-ci il tarixdən 1999-cu ilin yanvar ayına kimi işlədiyi təsdiq olunur və həm sözügedən əmrdə, həm də arayışda iddiaçının “X1”nun tam inisialları ifadə olunur. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmədə şahid qismində dindirilmiş Məlikova (Baxşiyeva) İradə Hirzad qızı tərəfindən də şahid ifadəsində iddiaçının 1997-ci ildən iddiaçı ilə birlikdə işlədiyini, 1999-cu ildə işdən getdiyini, özü isə 2008-ci ilə qədər qalıb həmin hissədə işlədiyini bildirmişdir. Şahidin məhkəməyə təqdim etdiyi əmək kitabçasının müvafiq qeydlərinə əsasən də müəyyən olunur ki, xx.xx.1997-02.06.208-ci illərdə həqiqətən, sözügedən Mənzil İstismar Hissədə çalışmışdır. Beləliklə də tədqq olunan sübutlarla müəyyən edilən hallara inandırıcı yanaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasnda tam adının yazılmadığını və onun işdən çıxması barədə tarixini mübahisələndirəərək iddia olunan dövrün sığorta stajı kimi nəzərə alınmamaı qanunsuz olmuşdur. İş materiallarına, o cümlədən, cavabdehin iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, iddiaçıya, “Əmək pensiyaları haqqında Qanunun 22-1.1-ci maddsinin tələbləri qaydasında xx.xx.2022-ci il il tarixdən avtomatlaşdırıdlmış qaydada 406,59 manat məbləğində əmək pensiyas təyin edilərkən onun qeyd olunan dövr üzrə əmək fəaliyyəti qanunsuz olaaq onun sığorta stajına daxil etilməmişdir. Halbuki, həmin Qanunun tələblərinə əsasən: 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023- cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ...; 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktik sığorta stajı nəzərə alınır. Beləliklə də qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3200/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 73, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3200/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar