Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2905/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi (direktoru) Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı (üçüncü şəxslər X6 və X2) “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" Firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Firmasının istifadəsində olan 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən (həm Bakı, həm də Kəmərlidən) saat 20:45ə, Qazax avtovağzalından isə saat 23:00-a bərpa olunmaqla iddiaçının adına istifadə hüququnun tanınması, cavabdeh DANX və 3-cü şəxslər X2 və X6 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehin və 3-cü şəxslərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında X3 Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X11 ilə ilə əvəz edilmişdir. Sonradan iddiaçı "xxxx" Firmasının direktoru Nümayəndə1 İPMnin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" Firmasının 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X11 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” haqqında iddia tələbi üzrə iddiası cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)- 2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə iddia "xxxx" firmasının 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması hissəsində qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə iddiaçı "xxxx" LTD firmasının müraciəti (20 il istifadəsində olan 204 №-li Bakı- Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunmasına dair) ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, qeyd olunan tələblə bağlı iddia qalan hissədə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qərardad qanunsuz və əsassız olduğundan, ciddi prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməli, iş üzrə mümkünlük barədə yeni qərardad qəbul edilməlidir. Ümumiyyətlə, İnzibati Prosessual Məcəllədə öhdəliyin icrası haqqında iddialar üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi nəzərdə tutulmur. Buna baxmayaraq, iddiaçı tərəfindən hələ iddia qaldırılmadan əvvəl 2021-ci ildən etibarən aidiyyəti inzibati orqana müraciətlər olunmuş və daha sonra 2022-ci ildə həmin iddia tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Daha sonra cavabdeh tərəfin "təşəbbüsü” ilə vaxt qazanmaq və aldatmaq məqsədi ilə cavabdehin iddiaçını danışıqlara dəvət etdiyindən xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və həmin məhkəmə işə mahiyyəti üzrə baxılmadan xx.xx.2022ci il tarixli iddianın geri götürülməsi barədə 2-(112)-7305/2022 saylı qərardad qəbul etmişdir. Danışıqlar baş tutmadığından sonradan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə baxışı zamanı əsassız olaraq hakimin təkidli tələbi və sözü ilə yenidən iddia tələbinin hər iki hissəsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardad sadalananlara və göstərilənlərə əsassız olduğundan ləğv edilməlidir. Adıçəkilən qərardadda iddiaçının adı məhkəmə tərəfindən düzgün göstərilməmişdir. İddia ərizəsində, iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavədə, eləcə də məhkəməyə təqdim olunmuş dövlət orqanlarının verdiyi rəsmi sənədlərdə iddiaçının adı İddiaçı fırması (VÖEN **********) adlanır. xx.xx.2023-cü il tarixli qərardadda isə "xxxx" LTD firması kimi göstərilir. Məhkəmə tərəfindən vergi orqanına verilən sorğuda isə firmanın adı "xxxx" LTD MMC (VÖEN **********) kimi göstərilmişdir. İddiaçı bu barədə məhkəmənin nəzərinə çatdırandan sonra, özü vergi orqanına müraciət edəndən sonra yeni sorğu verildi və düzgün cavab alındı. Bu süni süründürməçıliyə görə 3 ay vaxt getdi. 2022-ci ilin əvvəllərindən məhkəməyə daxil olmuş ərizəyə xx.xx.2023-cü ildə bir il yarım vaxt gedəndən sonra məhkəmə tərəfindən nəticədə əsassız olaraq mümkünsüzlük qərardadı qəbul edildi. İddia tələbinin sonuncu dəqiqləşdirilməsi də qərardadda tam göstərilməyibdir, cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi kimi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddia tələbi və xahişi tam halda aşağıdakı kimidir – «İddiaçı Firmasının 20 ildir istifadəsində olan 204 №-li BAKİ-KƏMƏRLİ (QAZAX) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X11 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, QAZAX-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə». Məhkəmə isə iddia tələbindən kənara çıxaraq İPM-nin 52-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə 9 vərəqdən ibarət iddiaçının iddia ərizəsindən və cavabdehin iddia ərizəsinə verdiyi etirazdan seçmələr edərək çıxardığı qərardadı İPM-nin 80-ci maddəsinin tələblərinə zidd olaraq əsaslandırmamışdır. Qərardadın 9-cu səhifəsinin 1-ci abzasında məhkəmə qeyd edir ki, «iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi ilə bağlı cavabdeh orqana qanunla müəyyən edilmiş müddətdə müraciət olunmamışdır. Belə ki, qeyd olunan tələblə iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, bununla bağlı müraciətini xx.xx.2023-cü il tarixdə tərtib edərək, cavabdehə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçta təqdim etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdehə rəsmi qaydada müraciət etmədən məhkəməyə müraciət etdiyi üçün iddiaçının hazırki tələbinə mövcud vəziyyətdə baxıla bilməz». Hakim onlara qarşı qərəzli olmaqla səhv nəticəyə gəlmişdir. 1 il yarımdır ki, məhkəmə prosesi gedir. Bu müddət ərzində dəfələrlə davamlı olaraq iddiaçı tərəfindən 2021-ci ildən başlayaraq cavabdeh tərəfə məhkəməyə qədər, eləcə də məhkəmə baxışı zamanı iddia tələbi ilə bağlı müraciətlər etmişlər və bu müraciətlər iş materiallarına əlavə olunmuşdur. İlkin iddia ərizəsində qrafikin bərpası və dəymiş ziyanla bağlı pul kompensasiyasının ödənilməsi tələbini birlikdə qoymuş, iddia tələbinin hər iki hissəsi ilə bağlı müraciətləri də eyni tarixlərdə birlikdə etmişlər. Sadəcə dəymiş zərərlə bağlı əvvəlki tələbdə pul kompensasiyasının ödənilməsi hissəsində məbləği 500.000 manat həcmində, sonradan dəqiqləşdirmə edərək məbləği azaldaraq 270.000 manat həcmində qiymətləndirmiş və cavabdehə iddia tələbinin hər iki hissəsi ilə bağlı eyni tarixlərdə birlikdə müraciət etmişlər. İddia tələbində göstərilən hər iki hissə ilə bağlı məhkəmə tərəfindən eyni tarixlərdə həm adıçəkilən xx.xx.2023-cü il tarixli, 2(112)-2388/2023 saylı qərardad, həm də xx.xx.2023-cü il tarixli 2-1(112)-2388/2023 saylı qərar qəbul edilmişdir. Adıçəkilən xx.xx.2023-cü il tarixli qərar da əsassız olduğundan həmin qərardan da apellyasiya şikayəti vermək zərurətindədirlər. Bu 1 il yarım vaxt ərzində məhkəmə baxışı zamanı hakimin vəzifəsi, həm də borcu idi ki, İPM-nin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya yardım etsin. Lakin məhkəmə bunu etməmişdir. Əvəzində xx.xx.2023-cü il tarixli qərarla iddianın bir hissəsini mümkün saymaraq qismən (əslində tam təmin edilib) təmin edərək iş üzrə guya iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Maraqlıdır, xx.xx.2023-cü il tarixli qərar üzrə iddianın təmin olunan hissəsi ilə də bağlı, eləcə də təmin olunmayan hissəsi ilə bağlı (xx.xx.2023-cü il tarixli qərardad üzrə mümkünsüz sayılan hissəsi) eyni tarixlərdə cavabdehə dəfələrlə müraciətlər etmişlər. Onda necə olur ki, cavabdehə iddia tələbinin hər iki hissəsi üzrə eyni tarixlərdə birlikdə göndərilən müraciətlər üzrə xx.xx.2023-cü il tarixli qərarda iddianın bir hissəsi mümkün sayılaraq təmin olunur, xx.xx.2023-cü il tarixli qərardadda isə iddianın bir hissəsi mümkünsüz sayılır. Axı iddia tələbi ilə bağlı hər iki hissədə cavabdehə eyni tarixlərdə birlikdə müraciət etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi ilə bağlı cavabdeh orqana qanunla müəyyən edilmiş müddətdə müraciət olunmamışdır. Belə ki, qeyd olunan tələblə iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, bununla bağlı müraciətini xx.xx.2023-cü il tarixdə tərtib edərək, cavabdehə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçta təqdim etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdehə rəsmi qaydada müraciət etmədən məhkəməyə müraciət etdiyi üçün iddiaçının hazırki tələbinə mövcud vəziyyətdə baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ərizə və poçt qəbzlərinə əsasən iddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi tələbi ilə cavabdehə müraciət edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunda, eləcə də xx.xx.2023-cü il tarixli müraciətində iddiaçı ona dəymiş zərəri cavabdehdən tələb edir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş zərərlə də bağlı müraciət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin göstərilən əsasla iddianın qeyd olunan hissədə mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2905/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2905/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver