Məhkəmə qərarları › İş №2-1(103)-2906/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2906/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2906/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «daimi yaşamaq üçün icazənin verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3229/2021 saylı 03.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 26.11.2020-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilərək ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 01.01.1972-ci il tarixində Türkiyə Respublikasının Gaziantepe şəhərində doğulmuş və Türkiyə vətəndaşıdır. 1992-ci ilin sentyabr ayından Azərbaycan Respublikasına gəlmiş, müvəqqəti olma müddəti uzadılmaqla bu günədək yaşayır. 1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, Bakı şəhəri, Mətbuat prospektində yerləşən 5 nömrəli yataqxanada yaşamışdır. 1994-cü ildə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 11.06.2000-ci il təvəllüdlü X5, 23.03.2003-cü il təvəllüdlü X6 və 10.02.2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişlər. Övladları Azərbaycan Respublikasının vətəndaşlarıdır və onun himayəsində yaşayırlar. 1997-ci ildən Azərbaycan Respublikasının ərazisində tikinti və istehsal sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hal-hazırda “ER-İnşaat SanayiTicaret" MMC-nin təsisçisi və direktorudur. 28 ildir Azərbaycan Respublikasının ərazisində fasiləsiz yaşayır. 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması ilə bağlı cavabdehə müraciət edərkən, AR Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan, yəni, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmiş, lakin sonuncu tərəfindən 26.11.2020-ci il tarixli, 04/4437 saylı məktubla cavab olaraq bildirilmişdir ki, müraciətinə həmin Məcəllənin 55.0.4-cü maddəsinə əsasən imtina verilmiş və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmişdir. Guya, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində onun yalan məlumat verdiyinin müəyyən edildiyi rəhbər tutularaq 30.09.2020-ci il tarixli müraciətinin təmin edilmədiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, lazım olan sənədlər cavabdehə təqdim edilmiş və yalan məlumat verilməmişdir. O, ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoymuş, Azərbaycan Respublikasının vətəndaşları olan ailə üzvləri ilə burada yaşayır, bu respublikada təsis edilmiş hüquqi şəxsin rəhbəridir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3229/2021 saylı 03.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümükündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.Belə ki, o, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün lazım olan sənədləri təqdim etmiş və Dövlət Miqrasiya Xidmətinə yalan məlumat verməmişdir. 30.09.2020-ci il tarixdəsənədləri təqdim edərkən ərizə - anketində 13-cü “cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyir” xanasını ona görə işarələmişdir ki, məhkəmənin 14.11.2007-ci il tarixli hökmınə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 5, 213.4-cü maddələri ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəzanı çəkib qurtardığım gündən 12 il keçib və həmin Məcəllənin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. O, CM-nin 83-cü maddəsinin tələbinə uyğun olaraq ərizə-anketində 13-cü “cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyir” xanasını işarələmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli,012- 9262-1221 saylı məktubda da qeyd edilir ki,azərbaycan respublikası daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 01.01.1972-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur. Beləliklə, məhkəmə, maddi və prosessual hüquq normalarını kobudcasına pozmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Rəhimov qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə imtina verildiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin işə əlavə olunmuş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” 26.11.2020-ci il tarixli ******* saylı qərarının təsdiq edilmiş surətindən və eyni tarixli məktubundan görünür ki, U23565843 nömrəli pasporta malik olan Türkiyə Respublikası vətəndaşı 01.01.1972-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınması barədə 30.09.2020-ci il tarixli 326625/m nömrəli müraciətinə baxılmış və təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyi müəyyən edilərək Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinə əsasən onun 30.09.2020-ci il tarixli müraciətinin təmin edilməməsindən imtina olunmuşdur. Eyni zamanda, cavabdehin eyni tarixli 6833450-L saylı digər qərarı ilə onun Azərbaycan Respublikasında yaşamaq icazəsi almaq üçün yalan məlumat verdiyi nəzərə alınmaqla, ölkə ərazsində müəvəqqəti yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdehin qeyd olunan əsasla imtinası ilə razılaşmır və bunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2və 86.6-cı maddələrinin tələblərinə istinadən onunla əsaslandırır ki, məhkəmə hökmünə əsasən məhkum olunsa da, onun məhkumluğu artıq ödənilmiş, bununla bağlı olan bütün hüquqi nəticələr aradan qalxmış, ona görə də ölkə ərazisində daimi yaşamaq icazəsinin almaq üçün tərəfindən cavabdehə təqdim olunması üçün doldurulan ərizə-anketin 13-cü “cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu” qrafasında “xeyr” xanasını işarələmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının istinad etdiyi həmin əsasla cavabdehə təqdim etdiyi ərizə-anketin sözügedən qrafasında «xeyr» sözünün işarələməsini doğruluqdan və dürüstlükdən kənar olan, səhv və yalan bir hərəkəti kimi qiymətləndirir. Belə ki, ərizə-anketin sözügedən 13-cü qrafasında açıq və aydın şəkildə onu dolduran hər kəsdən soruşulur ki, “cinayət törətdiyininə görə məhkum olunmuşdurmu?” Yəni, burada sorğu olunan məsələnin mahiyyəti - ərizəçinin məhkumluğunun mövcud olub-olmamasını yox, onun əvvəllər məhkum edilib-edilməməsini öyərənməkdən ibarətdir. Göründüyü kimi, bu iki məfhum mənalarına görə tamamilə bir-birindən fərqlənir, ayrı-ayrı mənaya məlik məfhumlardır. İş materiallarından isə görünür ki, Binəqədi Rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 213.4-cü maddələri ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini və həmin hökmün Bakı Apellyasiya Məhkəməsinin 14.11.2008-ci il tarixli qərarı ilə dəyişdirilərək cəza müddətinin 3 ilədək artırıldığını nəinki bildiyini, hətta həmin cəzanı çəkdiyi bir halda bunu danaraq ərizə anketdə «xeyr/no» standart cavabını qeyd etmiş, bununla da cavabdeh orqana yalan məlumat vermişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 55.0.4-cü maddəsinin imperativ tələbindən isə görünür ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Məhz, qeyd olunan əsaslara görə də cavabdeh haqlı olaraq 26.11.2021-ci il tarixli qərarı ilə ilk öncə iddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsi verilməsindən imtina etmiş və eyni tarixli digər bir qərarı ilə ona əvvəl verilmiş müvəqqəti yaşama icazəsini ləğv etmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinin mənasından da görünür ki. qanunda nəzərdə tutulduğu halda, fiziki şəxsin formal tələblərə əməl olunmaması inzibati orqan tərəfindən müvafiq qərarın qəbul olunması üçün əsasdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin verilməsindən imtina edilməsi qanuni və əsaslıdır. Onun qanuni və əsaslı olan imtinası isə iddiaçının hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsi də, məhz, onu ehtiva edir ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, bu imtina qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3229/2021 saylı 03.08.2021-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar