Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2907/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair” iş üzrə X2 üçüncü şəxs qisminədə işə cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ”torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi ünvanında yerləşən reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə də həmçinin cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. X4 xx.xx.2022-ci il tarixdə vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmənin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. Bir neçə gün əvvəl vətəndaş İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən və onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsinə gələrək orda tikinti işləri aparmağa cəhd etmiş, tikintiyə başlamaq niyyətini oğlu Abbasov Vüqara bildirmiş və artıq həmin torpaq sahəsində ev tikintisi üçün ilkin qazma işlərinə belə başlanmışdır. V.Abbasov mülkiyyət hüququ ilə ona məxsus olan, plan-ölçüsü olan torpaq sahəsinə dair ona da, plan-ölçünün verilməsinə dair əlində Bakı Apellyasiya Məhkəməsinin qərarı olduğunu X13 oğluna bildirmiş, həmin qərarın surətini də X13 oğluna vermişdir. Oğlu tərəfindən surəti təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının məzmunu ilə tanış olarkən ona məlum olmuşdur ki, iş üzrə cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı etiraz məktubunda elektron kadastr məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. O, daimi olaraq Bərdə rayonu İmirli kəndində yaşayır, sözügedən məhkəmə mübahisələri barədə onun heç bir məlumatı olmamış, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, eləcə də qəbul edilmiş qərarlar barədə ona heç bir məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, cavabdeh inzibati orqan məhkəməyə ünvanlanmış etirazında açıq və tam anlaşılan şəkildə göstərmişdir ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst üstə düşdüyündən müraciətin təmin edilməsi mümkün olmamışdır. Elə həmin etirazda da, iş üzrə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 0,015 ha hissəsinin mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi ilə, digər 0,015 ha hissəsinin isə oğluna məxsus torpaq sahəsi ilə üst üstə düşdüyü əks olunmuşdur. Yəni, iddiaçı tərəfindən məhz ona və oğluna məxsus torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək verilməsi inzibati orqandan istənilmişdir. Qərardan görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahənin digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyünə istinad etmişdir. Həmin əsas isə icraatın iştirakçısı olmayan şəxsə/şəxslərə aiddirsə, deməli, həmin əsaslar aid olduqları şəxsin/şəxslərin iştirakı ilə yoxlanılmalı və qiymətləndirilməli idi. Lakin, həmin şəxslərdən biri olaraq o, məhkəmə instansiyaları tərəfindən icraata cəlb olunmamışdır. Məhkəmə işin araşdırılması üçün vacib olan iki əsas məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsinin bir hissəsinin mülkiyyətçisi kimi onun məhkəmə icraatının iştirakçısı olaraq üçüncü şəxs kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə torpaq sahəsinin plan-ölçüsünü verilməsi tələb edilən, iddiaçı tərəfindən yerində göstərilən torpaq sahəsinin iddiaçıya aid olub-olmadığına aydınlıq gətirilməməsidir. Mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə dair iş üzrə iddiaçıya da eyni torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. Onun mübahisəli iş üzrə hüquq və mənafeyi nəzərə alınmamışdır. Bundan əlavə, cavabdeh orqan tərəfindən ünvanlanmış 24 may 2023-cü il tarixli məktubla da, ona məxsus torpaq sahəsinin digər fiziki şəxsin adına olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş inzibati orqan tərəfindən məhkəmə qərarının icra edilərək tərtib edilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinin plan ölçüsünə vizual baxdıqda belə həmin torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək olur. Bu fakt iddiaçının özünə də, məlumdur və özü tərəfindən də inkar edilmir. Bu faktların mövcudluğu özlüyündə məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələməsini zəruri edir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalı olduğu halda bunu etməmişdir. İlkin olaraq qeyd edir ki, iddiaçının plan-ölçünün verilməsini tələb etdiyi torpaq sahəsinin digər şəxslərə, ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcudluğu əslində işə birinci instansiya məhkəməsində baxılarkən də, məhkəməyə məlum olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından da, görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə tədim edilmiş etiraz ərizəsində də iddiaçının göstərdiyi, iddia etdiyi torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü göstərilmişdir. Lakin, məhkəmə xidməti vəzifəsinə əsasən onu məhkəmə icraatına cəlb etməmişdir. Bununla da, qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində işə cəlb edilməsivə iş üzrə icraatın təzələnməsi barədə vəsatəti təmin olunmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinasında qeyd etdiyi, ona məxsus torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Hansı tutarlı faktlar əsasında məhkəmənin həmin qənaətə gəlməsi işin hallarından müəyyən olunmur. Əksinə məhkəmənin məlum qərarının icra edilərək ona məxsus torpaq sahəsinə dair iddiaçıya torpaq sahəsinin plan-ölçüsünün verilməsi nəticə etibarı ilə bunu bir daha təsdiq etmiş oldu ki, məhkəmənin ona məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyətinin olmamasına dair gəlmiş olduğu qənaət kökündən yanlış olmuşdur. Göründüyü kimi məhkəmənin xidməti vəzifələrindən biri də mübahisə üzrə həqiqətin müəyyən edilməsi olduğu halda, bu istiqamətdə zəruri araşdırma aparmamışdır. Məhkəmə qərarının icra edilərək iddiaçıya da ona məxsus torpaq sahəsinə dair plan-ölçünün verilməsi və onun üçüncü şəxs qismində işə cəlb edilməməsi konstitusion hüququ olan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, üçüncü şəxs qismində icraata cəlb etmiş olsaydı qərar icra edilərək ona məxsus torpaq sahəsinə dair iddiaçıya plan-ölçü verilməzdi. AR Konstitusiya Məhkəməsinin “AR İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli Qərarına və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb ediməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair AR Ali Məhkəməsinin 01/2022 nömrəli, 17 fevral 2022-ci il Qərardadına istinadən ərizəçi hesab etmişdir ki, üçüncü şəxs qismində işə cəlb olunmalı, iş üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, üçüncü şəxs qismində işə cəlb olunaraq işin təzələnməsi barədə vəsatətin təmin olunmasına dair yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı torpaq sahəsinin əzəldən onun sahibliyində olduğunu və həmin torpaq sahəsində ev tikib hal-hazırda yaşadığını, məhkəmə qərarları ilə ona məxsus həmin torpaq sahəsinin başqa şəxslərin, o cümlədən ərizəçinin torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi H.Allahverdiyev birinci instansiya məhkəməsinin qərardadını əsaslı olduğunu qeyd edərək, dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası proses iştiakçılarını dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmə qərarı ilə digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, onlar adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilirlər. Konkret halda, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsi ilə hazırkı iş üzrə icraat başa çatmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini almış və artıq həmin qərar cavabdeh tərəfindən icra da olunaraq İddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi ünvanında yerləşən reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçü də verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 aprel 2017-ci il tarixli qərarında hesab etmişdirdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər... Lakin məhkəmə, qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Konstitusiya Məhkəməsinin qərarının qeyd olunan göstərişlərindən irəli gələrək iş üzrə araşdırma aparıldıqda müəyən olunur ki, ərizəçi A.Abbasov tərəfindən vəsatətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun hüquqları və qanunla qorunan maraqlarının pozulan şəxs kimi qiymətləndirilməsi üçün əsasların mövcudluğu sübuta yetrilmir. Birincisi, hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən müəyyən edilən hallardan aydın olur ki, hazırkı məhkəmə mübahisəsinin predmetini cavabdeh orqan tərəfindən iddiaçıya onun mülkiyyətində olan torpaq sahəsinə planölçünün verilməsindən imtinası təşkil etmişdir. İmtinanın əsası isə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçü kordinatları elektron kadastr məlumatlarına əsasən digər şəxslərin adına qeydə alınmış (konkret halda X13 və X10 adına qeydiyyata alınmış) torpaq sahələri ilə üst-üstə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, cavabdehin imtinasında qeyd etdiyi digər şəxslərə (X11 və X12) məxsus torpaq sahələrinin iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya, habelə, kassasiya şikayətləri müvafiq məhkəmə instansiyaları tərəfindən təmin olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarının 28-ci bəndində göstərilmişdir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər X5 və X6 adına müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında və kassasiya şikayətində qeyd etdiyi digər şəxslərə (X16 və X12) məxsus torpaq sahələrinə dair torpaq sahəsinin plan və ölçüsü isə məhkəmə qərarının icrası ilə əlaqədar xx.xx.2014-cü il tarixdə, yəni iddiaçının mülkiyyətində olan torpağın əvvəlki mülkiyyətçilərinə (X3 və X7) plan və ölçünün verilməsindən sonra hazırlanmışdır. Başqa sözlə, xx.xx.2014-cü il tarixdə cavabdeh digər şəxslərə plan və ölçü sənədi tərtib edərkən, X6 qanuni mülkiyyətində olan torpaq sahəsinin qüvvədə olan və ləğv edilməmiş plan və ölçüsünün (eyni zamanda, həmin sənnəddə əks olunmuş koordinatların) mövcudluğu ona bəlli olmuş, buna baxmayaraq məhkəmə qərarının icrası zamanı digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını X6 torpaq sahəsinin koordinatlarının üzərinə işlənilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə məhkəmə qərarı əsasında cavabdeh tərəfindən adıçəkilən digər şəxslərə plan ölçü verildiyi halda, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair eyni koordinatlarla plan-ölçü torpağın əvvəlki mülkiyyətçilərində, müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli plan-ölçülər mövcud olmuşdur (İşdən görünür ki, G.Əhmədova həmin torpaq sahəsini O.Bayramovaya, bu sonuncu isə İddiaçı satmış, və sonuncu alqı-satqı müqaviləsi əsasında həmin torpağa çıxarış almışdır) İş materiallarından da aydın olur ki, iddiaçılar X16 və X10 cavabdeh DƏDRX-in ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 0,015 ha olan torpaq sahəsinin plan və ölçüsünün çəkilərək onlara verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbləri 2 saylı Baı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1465/2012 saylı 28 dekabr 2012-ci il tarixli qərarı ilə təmin edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2- 1inz(103)-709/13 saylı 23 may 2013-cü il tarixli qərarı ilə, həmin qərar da AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-2(102)-865/2013 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, qeyd olunanlardan göründüyü ərizəçi A.Abbasov ona münasibətdə məhkəmə qərarının düzgün icrasını tələb etmək əvəzinə, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini üstün tutmuşdur. Halbuki, yuxarıda qeyd olunduğu kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2150/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı B.İsgəndorova məxsus torpaq sahəsinin plan-ölçü koordinatları başqa şəxslərin (X16 və X10) torpaq sahələrinin plan-ölçü koordinatları ilə üst-üstə düşmədyi artıq müəyyən olunmuşdur. Başqa sözlə, sonuncuların hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmasına zərurətin movcudluğu aşkar olunmamışdır. Onu da qeyd etmək lazımdır ki, hazırkı iş üzrə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı cavabdeh tərəfindən həyata keçirilmiş icrası da, adıçəkilən digər şəxslər, o cümlədən, ərizəçi A.Abbasov tərəfindən, hüquqlarını pozduğunu güman etdiyi halda, mübahisələndirilməmiş, işə üçüncü şəxs kimi cəlb olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qəradadı ilə X2 üçüncü şəxs qismində işə cəlb olnmasından imtina olunması işin hallarına və prosessual qanunvericilyin tələbəlrinə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2150/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadın əsassız olduğunu və prosessual qanunvericilyin tələblərinə zidd olaraq qubul edildiyini və onun hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2907/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2907/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver