Məhkəmə qərarları › İş №2-1(103)-291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-291/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-291/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-311/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi) qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin cavabdehə havələ edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iki imtina məktubu ilə - birinci halda guya güzəştli iş stajı 12 il 6 aydan, ümumi iş stajı isə 25 ildən ibarət olduğunu bildirmiş, digər halda isə güzəştli iş stajı 12 aydan az təşkil etməsini məlum edir. Əmək kitabçası onun adına xx xxxxxx 1984-cü il tarixdə açılmış və xx xxxxxx 1984-cü il tarixdən o, Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmışdır. xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. O,xx.xx.1991-ci il tarixdən “Dostluq”kooperativində işləməyə başlamış və xx.xx.1992-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixdən “Rəsuloğlu ’’kooperativində mebel sexinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 21.2 bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, cavabdehin imtinaları qanunsuzdur. Onun güzəştli iş stajı Dəniz Gəmiçiliyində 14 il 09 ay 18 gün təşkil edir, Tovuz radiostansiyasında isə 4 il 6 ay təşkil edir, ümumilikdə isə 19 il 3 ay 18 gün təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-311/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-311/2020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi X4 xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, onun güzəştli iş stajı xx.xx.1997-ci ildən xx.xx.2011ci ilədək 14 il 9 ay 18 gün təşkil edir və Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 23003010 kodu altında nəzərdə tutulub. Bu dövrün xx.xx.2006-cı ilədək olan hissəsi - 8 il 11 ay 18 gün təşkil edir. İddiaçı qalan güzəştli stajının mövcudluğunun əsası kimi Milli Hidrometeorologiya Departamentinin xx xxxx 2019-cu il tarixli arayışına istinad edir. Həmin arayışda iddiaçının xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasında Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi vəzifəsi, habelə həmin dəstədə xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çalışdığı İİ dərəcəli radiooperator vəzifəsi Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci fəslində nəzərdə tutulub. Arayışda qeyd edilən peşə Nazirlər Kabinetinin320 nömrəli Siyahısı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda (23200000-1753q kodu altında) da vardı. Orada deyilir: “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir. Nazirlər Kabinetinin məlum siyahılarının tərtib edilmə formasından aydın olur ki, Nazirlər Kabineti “operator”, “fəhlə”, “mütəxəssis”, “rəis” kimi peşələrin hər birini ayrıca fərqləndirir. Başqa sözlə siyahıda hər peşə ayrıca göstərilmişdir. Bu səbəbdən, məsələn, “operator”un “fəhlə” kimi, “rəis”in “mütəxəssis” qismində qəbulu yolverilməzdir. Milli Hidrometeorologiya Departamentinin xx xxxx 2019-cu il tarixli arayışı Nazirlər Kabinetinin adı çəkilən Qərarına uyğun olmadığından əsaslı və qanuni sayıla bilməz. Göründüyü kimi, xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 12 il 6 aydan az olan iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən 57 yaşdan pensiya hüququ yaranmamışdır. İddiaçı xx xxxx 2017-ci il tarixədək 57 yaşı tamam olmadığından “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası əsasında pensiya hüququnun əmələ gəldiyini demək mümkün deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - 048799 saylı xx xxxx 1984-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli **********0 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli **********1 saylı İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: İdarə tərəfindən x xxxxxx 2019-cu il tarixli **********0 nömrəli məktubla cavablandırılmış müraciətinizə əlavə olaraq bildiririk kı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin b yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti, daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir.xxxx QSC-nin X11 Donanması tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli AM03/02-439 nömrəli arayışda işlədiyiniz gəmilərin xidməti gəmilərə aid olub-olmadığı qeyd edilməmişdir. Həmçinin xx.xx.1984 - xx.xx.1988ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan SSR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologıya Departamentinin Tovuz Hərbiləşdirilmış Dəstəsinin radiostansiyasında işlədiyiniz rəis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bununla yanaşı təqdim etdiyiniz sənədlərdən görünür ki, sizin ümumi iş stajınız 25 ildən, güzəştli iş stajınız isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2019-cu il tarixli 20/99-088 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən (Əmr №152/K, xx.xx.1984-cü il) xx.xx.1988-ci il tarixədək (Əmr №19/K, xx.xx.1988-ci il) Azərbaycan Respublikasının Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsində çalışmışdır. xx.xx.1988-ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-cu il) həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsində çalışmışdır.xx.xx.1989-cu il tarixdən (Əmr №11/K, xx.xx.1989-cu il) Azərbaycan SSR ƏM- nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tam işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 35-ci siyahısına (Ümumi peşələr) əsasən UQD (ultra qısa dalğalar) UYT (ultra yüksək tezlikli), HAYT ( həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir). - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2019-cu il tarixli 23/K-378 nömrəli arayışından görünür ki, İddiaçı 1984-1989-cu illərdə aşağıda göstərilən kimi işləmişdir: xx xxxxxxx 1984-cü il tarixində Azərbaycan Respublikası Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirılmiş dəstəsinə radiostansiyanın rəisi vəzifəsinə təyin olunmuşdur. (əmr № 152/k, xx.xx.1984-cü il); xx xxxxx 1988-ci il tarixində həmin dəstədə ikinci dərəcəli radiooperator keçirilmişdir (əmr № 19/k, xx.xx.1988-ci il); xx xxxx 1989-cu ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr №11/k xx.xx.1989-cu il). Əsas: 1984-1989-cu illər üzrə kadr əmrləri kitabları və şəxsi hesab vərəqələri. - “xxxx” QSC X1 xx.xx.2019-cu il tarixli AM03/02-439 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. Onun işlədiyi həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti - yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 14 il 09 ay 18 gün təşkü edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə,həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-d yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxxx 1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmış, xx.xx.1989-cu il tarixdə işdən azad olunmuş, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci ilədək “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1991-ci il tarixdə işdən azad olunmuşdur.xx.xx.1991ci il tarixdən “Dostluq”kooperativində çilingər işləməyə başlamış və xx.xx.1992-ci il tarixdən işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci ilədək “Rəsuloğlu ’’kooperativində mebel sexinin rəisi vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X3 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 20/19 nömrəli məktubundan görünür ki, hərbiləşdirilmiş dəstənin təşkili, şəxsi heyətin xidmət qaydası, daxili intizam qaydaları, dəstənin işçilərinin hüquq və vəzifələri keçmiş SSRİ (hazırkı vaxta yeni təlimat hazırlanmamışdır) Dövlət Hidrometeorologiya Komitəsinin xx.xx.1981-ci il tarixli 236 nömrəli əmri ilə qüvvəyə minmiş “SSRİ Dövlət Hidrometeorologiya və Ətraf Mühitə Nəzarət Komitəsinin hidrometeoroloji X7 üzrə hərbiləşdirilmiş bölmələrin daxili xidmət nizamnaməsi" ilə müəyyən edilir. Bu nizamnaməyə əsasən dəstənin radiostansiya rəisi dəstə komandirinə tabedir. Radiostansiya rəisinin əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1.Dəstədə və atəş məntəqələrində rabitə vasitələrinin vaxtında quraşdırılmasını təmin etmək; 2. Dəstənin bütün rabitə vasitələrinin texniki vəziyyətinə nəzarət etmək; 3. Radiorabitənin aparılma təlimatlarına əməl edilməsinə nəzarət etmək; 4. Radiostansiyada təhlükəsizlik qaydalarına və yanğından mühafizə tədbirlərinə əməl olunmasını təmin etmək; 5. Radiostansiyaların iş qrafikinin yerinə yetirilməsinə və rabitə intizamına nəzarət etmək; 6. Radioqram və jurnalların düzgün qeydiyyatına nəzarət etmək; 7. Radiooperatorların dəstədə növbətçilik qaydalarını təyin etmək. Dəstənin radiooperatoru (mütəxəssis) radiostansiyanın rəisinə tabe olmaqla radiostansiyada operativ növbətçilik vəzifəsini icra edir. Radiooperatorun əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1. Radiomübadilə qaydalarına ciddi əməl etmək; 2. Cədvələ uyğun olaraq dövri (sirkulyar) radiorabitələrə vaxtında çıxmaq; 3. Radiorabitənin sonunda bütün radiocihazları elektrik şəbəkədən ayırmaq. Hərbiləşdirilmiş dəstə ilə dəstənin atəş məntəqələri və hidrometeoroloji X7 üzrə hərbiləşdirilmiş xidmət arasında radiorabitə əlaqələrində qısa dalğa və ultraqısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə edilir. Dəstənin işçilərinin vəzifə təlimatına görə qısa və ultra qısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə etməklə radiorabitə əlaqələrini radiooperator (mütəxəssis) icra edir və onun daimi işi sayılır. Radiooperator Şüalandırıcı mənbənin təsiri altında işləyir və şüalanmaya daim məruz qalır.Dəstənin radiostansiya rəisinin vəzifəsi radiorabitə işinin təşkilindən və bu işə nəzarət etmək funksiyasından ibarətdir.Radiostansiya rəisi şüalandırıcı mənbənin təsiri altında işləmir və şüalanmaya məruz qalmır.Tovuz hərbiləşdirilmiş dəstəsinin 1984-1988-ci illər üzrə ştat cədvəli Geoloji informasiya fonduna təhvil verilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020- ci il tarixli 20/267 nömrəli məktubundan görünür ki, İddiaçı SSRİ Dövlət Hidrometeorologiya Komitəsinin Azərbaycan Respublikası Hidrometeoroloji X7 üzrə Hərbiləşdirilmiş Xidmətinin Tovuz Hərbiləşdirilmiş Dəstəsində xx.xx.1988-ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-cu il) İİ dərəcəli radiooperator vəzifəsində 11 (on bir) ay 1 (bir) gün tam zərərli iş rejimində çalışmışdır.Bununla əlaqədar olaraq qeyd olunan bu zərərli iş rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə zərərli UQD (ultraqısa dalğalı) şüalanma mənbələri ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Hazırkı iş üzrə iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən Azərbaycan Respublikasının Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsində çalışmış və xx.xx.1989-cu il tarixdə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Dostluq”kooperativində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Rəsuloğlu ’’kooperativində mebel sexinin rəisi vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir (xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək Bakı dəniz məktəbində radiooperator peşəsi üzrə kursant olmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 20/19 nömrəli məktubunda Dəstənin işçilərinin vəzifə təlimatına görə qısa və ultra qısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə etməklə radiorabitə əlaqələrini radiooperator (mütəxəssis) icra edir və onun daimi işi sayılır. Radiooperator şüalandırıcı mənbənin təsiri altında işləyir və şüalanmaya daim məruz qalır. Dəstənin radiostansiya rəisinin vəzifəsi radiorabitə işinin təşkilindən və bu işə nəzarət etmək funksiyasından ibarətdir. Radiostansiya rəisi şüalandırıcı mənbənin təsiri altında işləmir və şüalanmaya məruz qalmır. Göründüyü kimi iddiaçının çalışdığı radiostansiya rəisi vəzifəsi şüalandırıcı mənbənin təsiri altında işləmədiyindən və şüalanmaya məruz qalmadığından, zərərli əmək şəraitində çalışmaq kimi qəbul edilə bilməz.İddiaçının çalışdığı radiooperator (mütəxəssis) vəzifəsi isə çüalandırıcı mənbənin təsiri altında işlədiyindən bu dövr güzəştli iş stajına daxil edilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsi çalışdığı dövr zərərli iş stajı hesab olunmadığından onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-311/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-311/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar