Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2913/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-522/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alaraq, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda medalları ilə təltif olunmasına dair iddiasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə torpaqların azad olunması uğrunda başladılmış əks-hücum əməliyyatları ilə bağlı etdiyi qismən səfərbərlik çağırışı əsasında xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu NHXÇDX tərəfindən N nömrəli hərbi hissəyə yollanmış və həmin gündən etibarən N nömrəli hərbi hissənin tərkibində qüsursuz olaraq Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə, Laçın rayonunun müdafiəsinin təmin olunmasında iştirak etmişdir. Hərbi biletinə hərbi hissə tərəfindən Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirakının qeyd olunumasına və möhürlənməsinə baxmayaraq, yalnız Laçın rayonu uğrunda və Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Hərbi hissə komandiri tərəfindən "Vətən Müharibəsi”ndə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla və Müdafə Nazirliyi tərəfindən hərbi xidmətlərdə fərqlənməyinə görə N-cü dərəcəli medal ilə təltif olunmuşdur. Müdafiə Nazirliyinə ərizə ünvanlamasına baxmayaraq, araşdırılacağı deyilsə də 1 (bir) ildən artıqdır ki, heç bir məlumat ala bilmir. Tələbi Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda medalları ilə təltif olunmasın dair olan iddianın təmin olunmasıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N510/202N nömrəli, 10 yanvar 202N-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh N nömrəli hərbi hissə əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-522/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı “medallarla təltif edilmə” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci ildə Nərimanov rayon SHXÇX-dən həqiqi hərbi xidmətə çağrıldığını, N nömrəli hərbi hissədə xidmət keçdiyini və həmin hərbi hissənin tərkibində Füzuli və Xocəvənd rayonlarının azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyini göstərərək “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medallarının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-cü il tarixli 1/1484 nömrəli məktubunda Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərində İddiaçı “Füzulinin azad olunmasına görə və Xocəvəndin azad olunması görə’’ medallarla təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini təmin edilən hissədə yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan: --İddiaçı SX ******* nömrəli hərbi biletindən görünür ki, xx.xx.201N-xx.xx.2014-cü illərə hərbi xidmətdə olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci ilə qədər N nömrəli hərbi hissədə manqa komandiri olmaqla Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir. -№ İ-66NN nömrəli Azərbaycan Respublikası medalının vəsiqədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. -№ İ-649N nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2N19 nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmasına görə” medalı verilmişdir. - Azərbaycan Respublikası Prezidenti adından Müdafə Nazirinin 0249t nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı Hərbi Xidmətdə fərqlənməyə görə N- cü dərəcə medal ilə təltif edilmişdir. -888 nörməli hərbi hissənin xx.xx.2020-ci il tarixində əsgər İddiaçı “Vətən müharibəsi”ndə fəal iştirak etdiyinə görə fəxri fəmanla təltif olunmuşdur. İnzibati icraat materialları ilə təqdim olunmuş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İİ xx.xx.202Ncü il tarixli, 1/1484 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. İddiaçı əlavə olaraq “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunması barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə rəsmi qaydada heç bir sənəd daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/A-20NN0 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinə təltif olunmağınız barədə ünvanladığınız müraciətinizə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında" Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı Komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət baxılmış sənədlər əsasında baxılır. Onu da qeyd edirəm ki, xidmət etdiyiniz hərbi hissə tərəfindən daxıl olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı iiə "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşunuz. Bundan başqa “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmağınız barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçılarına dövlət təltiflərinin təqdim olunması tədbirləri qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsi (şöbəsi, bölməsi) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı ünvanlandığı xx.xx.202N-cü il tarixli 21N nömrəli məktubunda bildirilmişdir ki, müraciət etmiş vətəndaşların və ya onların övladlarının (yaxın qohumlarının) Vətən müharibəsində iştirak etmələri xidmət etdikləri hərbi hissələrdə yenidən araşdırılacaq, adları müvafiq qaydada siyahıya alınacaq və hərbi hissələrdə yaradılmış komissiyalar tərəfindən onların həqiqətən təltif edilməyə layiq olduqları halda təltifdən kənarda qalmaları təsdiq olunarsa barələrində toplanmış əlavə məlumatlar tələb olunduğu zaman baxılması üçün N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinə (Q1) göndəriləcəkdir. Vətən müharibəsi zamanı xidmət etdikləri hərbi hissələrin komandirləri tərəfindən keçdikləri döyüş yoluna uyğun olaraq təltif olunmağa layiq görülüb bir və ya bir neçə medalla təltif olunmuş, lakin digər təltiflərdən (orden və medalların verilməsindən) kənarda qaldıqlarını iddia edən ərizəçilərin yenidən təltifə təqdim olunması məqsədəuyğun hesab edilməmişdir. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilmişdir: -“Füzulinin azad olunmasına görə” medalı; -“Xocavəndin azad olunmasına görə” medalı; Qanunun N-cü hissəsinə əsasən orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə görə “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Hər iki Əsasnamənin 2-ci maddəsinə görə həmin Əsasnamələrin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2N-cü bəndinə uyğun olaraq təltif edilirlər. Beləliklə, istinad olunan normalardan görünür ki, medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. “Füzulinin və Xocavəndin azad olunmasına görə” medallar həmin ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş xüsusi xidməti olan hərbi qulluqçulara Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 22N saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -maddə N. Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (əlavə № 1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - maddə N. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra aparatına (Administrasiya) göndərilir. - maddə 11. Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin N-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada) komandirlərinə, onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyatlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. - maddə 19. Əgər Azərbaycan Respublikasının ordenlərinin statutunda və medalları haqqında əsasnamələrdə təltifə təqdim edilmənin digər qaydaları nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim edilmiş şəxslərə Azərbaycan Respublikasının xx.xx.199N-ci il tarixli Qanunu ilə təsdiq olunmuş (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli əmri ilə elan olunub) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 5 №-li əlavəsinə uyğun formada təqdimat hazırlanır. Təqdimatın əsaslandırılmasının İİ bölməsində nəticədən əvvəl son abzasda təltifə təqdim edilmiş şəxsin ünvanı, yaxud onun ailəsinin, yaxın qohumunun qohumluq dərəcəsi, soyadı, adı və atasının adı göstərilməklə ünvanı göstərilir. maddə 22. Təqdimatlar üç nüsxədə tərtib olunur. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin)- Müdafiə Nazirliyinin, idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimatların birinci və ikinci nüsxələri bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Təqdimatın üçüncü nüsxəsi onun tərtib olunduğu hərbi hissədə saxlanılır. Təqdimatların surətləri saxlanılmayan kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. Göründüyü kimi, hərbi qulluqçunun medal ilə təltif edilməsi üçün ilk növbədə onun alay komandiri şəxsi təltif olunmağa təqdim etməli, həmin təqdimata təltif komissiyasında baxılmalı, müsbət qərar qəbul edildikdə təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə göndərməli və yalnız onun qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməlidir. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı Vətən Müharibəsi zamanı xx.xx.2020-xx.xx.2020-ci illərdə N nömrəli hərbi hissənin tərkibində Füzuli və Xocavənd rayonunun ərazisində gedən döyüş əməliyyatlarında iştirak etsə də, onun müvafiq medallarla təltif edilməsi üçün hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına göndərilməmiş, buna görə də komissiyada onunla bağlı hər hansı bir qərar qəbul olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.202N tarixli, N052 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmiş vətəndaş İddiaçı N ömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1404 nömrəli telefonoqrammasına əsasən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunması siyahısı xx.xx.2021-ci il tarixli NN25 nömrəli məktubla N nömrəli hərbi hissəyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N №li hərbi hissənin xx.xx.2024 tarixli, N9N nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirliyinə qarşı “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinə məlumatın əldə edilməsinə dair sorğunuza N nömrəli hərbi hissədə bir daha təkrar baxılmışdır. Vətəndaş İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət etmişdir. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. Onu da qeyd edirəm ki, vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən daxil olmuş müvafiq sənədlərə əsasən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. Vətəndaşın Vətən müharibəsindəki xidmətinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Vətən müharibəsi iştirakçılarının yenidən təltif olunması zamanı vətəndaş İddiaçı “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunması məsələsinə hərbi hissənin təltif komissiyasında baxılacaqdır. Göründüyü kimi iddiaçı barəsində N nömrəli hərbi hissə rəhbərliyi “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunması siyahısı N nömrəli hərbi hissəyə göndərmiş, lakin sənədlər MN-nin təltif komissiyasına təqdim olunmamışdır. Məhkəmə sorğusuna cavabda isə N nömrəli hərbi hissə iddiaçının xidmətinin araşdırılması və qeyd edilən medallarla bağlı təltif olunmasına hərbi hissənin təltif komissiyasında baxılacağını bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...iddiaçının medala layiq bilinməsinin inzibati orqanın qiymətləndirilməsindən asılı olduğunu və işin halları ilə bu diskresion səlahiyyətdən qanunsuz istifadə edilməsi, diskresion səlahiyyətin aşılması, diskresion səlahiyyətdən suiistifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsinin müəyyən olunmadığını nəzərə alaraq iş üzrə iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsasladırılmış cavabın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.” Cavabdeh apelyasiya şikayətində iddiaçının arzuladığı tələbə uyğun vəzifənin cavabdehin üzərinə qoyulmasının inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə olduğunu bildirmişdir. Kollegiya cavabdehin qeyd edilən dəlili ilə razılaşmayaraq bildirir ki, hərbi qulluçunun medalla təltif edilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmiş, birinci instansiya məhkəməsi tərəfindən isə cavabdehin üzərinə belə bir öhdəlik qoyulmamışdır. Cavabdehin üzərinə qoyulan öhdəlik iddiaçının “medallarla təltif edilmə” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi olmuşdur. İş materiallarından görünür ki, iddiaçının xidmət keçdiyi hərbi hissə onun döyüş əməliyyatlarında iştirak edərkən xidmətdə xüsusilə fərqlənməsi, xüsusi rəşadət, fədakarlıq göstərməsi ilə bağlı hər hansı araşdırma aparmamış, bu barədə hər hansı bir məlumatı qeyd etməmiş, iddiaçıya ünvanladığı imtina cavabında təltif edilmənin məqsədəuyğun hesab edilmədiyini bildirməklə kifayətlənmişdir. Eyni zamanda eyni hərbi hissə tərəfindən məhkəmə sorğusuna cavabda iddiaçının medallarla təltif edilməsi məsələsinin araşdırılacağı və məsələyə müvafiq komissiyada baxılacağı bildirilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı “medallarla təltif edilmə” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmalı olduğu nəticəsinə gəlmişdir. İnzibati Prosessual Məcəllənin NN.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin NN.N-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə NN.N.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə NN.N.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə NN.N.N). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 8N.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-522/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 119N-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2913/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2913/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver