Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2914/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən, özəlləşdirilmiş qeyri-yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçınə ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh inzibati orqanının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Cavabdehə xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 2-1(112)- 457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarı 4 may 2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş, 22 may 2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş və cavabdeh tərəfindən apellyasiya şikayəti 25 iyun 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə verilmişdir. Apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması 25 avqust 2023-cü il tarixə təyin olunaraq cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddət ərzində verilməsinə dair sübutları təqdim etməsi tələb olunsa da, (həmin bildiriş iş materiallarında olan xəbərnaməyə əsasən cavabdehin Baxşıyeva soyadlı əməkdaşı tərəfindən 17 iyul 2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir) cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının təyin olunan iclasında iştirak etməmiş, qeyd olunan hallarla bağlı hər hansısa sübut təqdim etməmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 25 iyun 2023cü il tarixində verilmiş və qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-457/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Fərrux Qasımov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2914/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2914/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver