Məhkəmə qərarları › İş №2-1(103)-2914/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2914/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2914/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "1-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bədən sağlamlığının istehsalat zədəsi nəticəsində 81-100 faiz pozulması, 1-ci dərəcəli müddətsiz əlillik qeyd edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçının “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizə təmin edilməmişdir. İddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadından narazı qalan iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. İddiaçı 20 iyun 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək qeyd etmişdir ki, Bakı İnzibati Məhkəsinin 2- 1(112)-4878/2025 saylı iş üzrə 09 aprel 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş 10 günlük prosessual müddət texniki səbəblərdən ötürülmüşdür. Qeyd olunan qərardad 09 may 2025-ci il tarixində onun elektron kabinetinə yerləşdirilsə də, həmin dövrdə şəxsi səbəblərlə əlaqədar sistemə daxil ola bilmədiyi və qərardadla yalnız gecikmə ilə tanış olduğu üçün apellyasiya şikayətini 27 may 2025-ci il tarixdə təqdim edib. Məhkəmə qərarı poçt vasitəsilə də ünvanına çatdırılmayıb. Göstərilən hallar üzrlü səbəb kimi qiymətləndirilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, əgər prosessual müddətin buraxılması üzrlü səbəbdən baş veribsə, həmin müddətin bərpasına yol verilir. Səhhəti ilə baglı müalicə alır. Bu səbəbdən, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması məqsədilə qeyd olunan müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürüldüyündən, şikayətin qeyrimümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmə kollegiyasıdan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4878/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2025ci il tarixdə (bazar gününə təsadüf etdiyindən, növbəti iş günü xx.xx.2025-ci il tarixdə şikayət vermə müddəti bitir) başa çatmış, apelyasiya şikayəti isə 27 may 2025-ci il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası iddiaçının “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilən dəlillərlə bağlı (şəxsi səbəblərlə əlaqədar sistemə daxil ola bilməməsi) qeyd olunmalıdır ki, həmin səbəb üzrlü sayıla bilməz. Həmçinin qeyd edilir ki, iddiaçının elektron kabineti olduğu üçün məhkəmə aktı onun ünvanına göndərilməmişdir. Əks halda apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə hesablanmasında qeyrimüəyyənlik yarana bilərdi. Bu səbəbdən də ərizədə qeyd edilənlər özü-özlüyündə müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4878/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar