Məhkəmə qərarları › İş №2-1(103)-2915/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2915/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2915/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 9 nömrəli Şəhər Poliklinikası) “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5505/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququ yarandığı tarixdən yəni xx.xx.2016-cı ildən əlillik dərəcəsi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bədbəxt hadisə nəticəsində sol əlinin barmaqları amputasiya olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutunun Travmatologiya və Ortopediya İnstitutunda tibbi cərrahi yolla sol əlinin amputasiyası həyata keçirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı 25 dekabr 2015-ci il tarixdən 05 yanvar 2016-cı il tarixə kimi, 05 sentyabr 2016-cı il tarixdə, 02 oktyabr 2016-cı il tarixdə Travmatologiya və Ortopediya İnstitutunda sol əlinin amputasiya olunması ilə yanaşı tibbi müayinələrdən keçmişdir. Bu barədə tibb qeydiyyatında olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 9 nömrəli Şəhər Poliklinikası 18 noyabr 2016-cı il tarixdə ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına № 0069003AABX8 saylı Göndəriş təqdim etmişdir. Tibbi Sosial Ekspertiza Komissiyası əlillik dərəcəsinin təyin edilməsi barədə 18 dekabr 2016-cı il tarixdə qanunsuz imtina vermişdir. İddiaçı həmin tarixdən bugünədək əlillik dərəcənin təyin edilməsi ilə əlaqədar davamlı olaraq müraciətlər etmişdir. Müraciətlərinin nəticəsində Bakı 9 nömrəli Şəhər Poliklinikasının 0069003AADC2 nömrəli göndərişi əsasında 09 iyul 2021-ci il tarixdə ona müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikası 18 noyabr 2016-cı il tarixdə ona əlillik dərəcəsinin təyin olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına № 0069003AABX8 saylı Göndəriş təqdim etdikdən sonra qanunvericiliyə uyğun olaraq müddətsiz 2-ci qrup əlillik təyin edilməli olduğu halda qanunsuz imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5505/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ilə 9 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehə tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 9 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxılmış və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə qeyd olunmuş müalicə məlumatları təsdiqini tapmadığı üçün əlillik təyinatından imtina edilmişdir. Bakı 9 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0069003AADC2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1...; Diaqnozun mətni: Yuxarı ətrafın dəqiqləşdirilməmiş səviyyədə travmatik amputasiyası, Sol əlin İ barmağın proksimal falanqa səviyyəsində və İİ,İİİ,İV,V DARAQ SÜMÜKLƏRİNİN daraq arxası birləşmədən exsaartikuliyasiyası. Əlin hər hansı bir digər barmağının travmatik (tam) (hissəvi), sol əlin 1-ci barmağın proksimal falanqa səviyyəsində İİ ci İİİ cü İV cü barmaqların səviyyəsində amputasiyon güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.7. bir əlin olmaması (Q71.2,Z89.1)” səbəbi ilə bir il müddətsiz əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5505/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 9 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxılmış və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə qeyd olunmuş müalicə məlumatları təsdiqini tapmadığı üçün əlillik təyinatından imtina edilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə Bakı 9 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0069003AADC2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1 Diaqnozun mətni: Yuxarı ətrafın dəqiqləşdirilməmiş səviyyədə travmatik amputasiyası, Sol əlin İ barmağın proksimal falanqa səviyyəsində və İİ,İİİ,İV,V DARAQ SÜMÜKLƏRİNİN daraq arxası birləşmədən exsaartikuliyasiyası. Əlin hər hansı bir digər barmağının travmatik (tam) (hissəvi), sol əlin 1ci barmağın proksimal falanqa səviyyəsində İİ ci İİİ cü İV cü barmaqların səviyyəsində amputasiyorı güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.7. bir əlin olmaması (Q71.2,Z89.1)” səbəbi ilə bir il müddətsiz əlillik dərəcəsi verilmişdir. Birinci İnstansiya Məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, iddiaçının 2016-cı ildən və hal-hazırda da 9 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması, xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, xx.xx.2016-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, 2022-ci ildə, yəni təxminən 5 il sonra xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı nə ərizədə, nədə ki, məhkəmə icraatının gedişində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamasına baxmayaraq, məhkəmə bu halları nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edilən əsaslara görə hesab edirlər ki, məhkəmənin 2-1(112)-5505/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı şikayət etmə müddətinin keçməsinə görə əsassız və qanunsuz qəbul edilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, 9 saylı Şəhər Poliklinikası tərəfindən məhkəməyə təqdim edilmiş 157 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına ilkin olaraq xx.xx.2016-cı il tarixdə “Əlin bilək səviyyəsində travmatik amputasiyası” diaqnozu ilə göndərilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 9 saylı Şəhər Poliklinikasının 0069003AABX8 saylı Göndərişindən görünür ki, iddiaçıya “Əlin bilək səviyyəsində travmatik amputasiyası, sol əlin l-ci barmağının daraq falanqa oynağı səviyyəsində, İİ-İİİ-İV-V barmaqların bilək sümükləri səviyyəsində amputasiyon güdülü daimi ağrı sindromu ilə” əsas diaqnoz qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və “Səbəbi: qeyd edilən müalicə məlumatları öz təsdiqini tapmamışdır.” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli 0069003AADC2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1...; Diaqnozun mətni: Yuxarı ətrafın dəqiqləşdirilməmiş səviyyədə travmatik amputasiyası, Sol əlin İ barmağın proksimal falanqa səviyyəsində və İİ,İİİ,İV,V DARAQ SÜMÜKLƏRİNİN daraq arxasi birləşmədəb exsaartikuliyasiyası. Əlin hər hansı bir digər barmağının travmatik (tam) (hissəvi), sol əlin 1-ci barmağın proksimal falanqa səviyyəsində İİ ci İİİ cü İV cü barmaqların səviyyəsində amputasiyon güdülü; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.7. bir əlin olmaması (Q71.2,Z89.1)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İşdən görünür ki, iddiaçı ona ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2016-cı il tarixdən hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin xx.xx.2016-cı il tarixdə tərtib etdiyi göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eyni olmuşdur. Cavabdehin iddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman iddiaçının sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni xx.xx.2016-cı il tarixdə tərtib edilən göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur. Cavabdeh imtinanın səbəbi kimi səhiyyə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişini qeyd edilən müalicə məlumatları öz təsdiqini tapmamasını bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, şəxsin xx.xx.2016-cı il tarixdən həmin poliklinikada qeydiyyatda olması, xəstəliyin başlanma tarixinin xx.xx.2015-ci il tarix olması, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixlərdə müraciət etməsi, xəstəliyi xroniki olması qeyd edilmiş, həmçinin “Əlin bilək səviyyəsində travmatik amputasiyası, sol əlin 1-ci barmağının daraq falanqa oynağı səviyyəsində, İİ-İİİ-İV-V barmaqların bilək sümükləri səviyyəsində amputasiyon güdülü daimi ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) halında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixli 9 saylı Şəhər Poliklinikasının tərtib etdiyi 0069003AABX8 saylı göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eyni olmuşdur. Cavabdehin iddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman iddiaçının sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni xx.xx.2016-cı il tarixdə tərtib edilən göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin müəyyən edilməsi meyarları təsvir edilmişdir. Əsasnamənin 2.2.1-ci bəndinə əsasən bir əlin olmaması (Q71.2, Z89.1) halında ikinci dərəcə əlillik müddətsiz əlillik təyin edilir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İddiaçı əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, 2022-ci ildə, yəni təxminən 5 il sonra xx.xx.2016-cı il tarixli 0069003AABX8 saylı göndərişi əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarla cavab verilmişdir. Həmçinin, müəyyən olunur ki, qeyd olunan məktublar iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır. Cavabdeh tərəfindən isə məktubların iddiaçıya hansı tarixdə çatdıırılmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5505/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar