Məhkəmə qərarları › İş №2-1(103)-2915/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2915/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2915/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3, X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-H-25203 saylı imtinasının əsassız hesab edilərək, cavabdehlər X1 (xx.xx.2001-ci il təvəllüdlü) və X4 (xx.xx.2004-cü il təvəllüdlü) xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 və X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarından narazı qalan iş üzrə iddiaçı tərəfindən apelyasiya şikayəti, eyni zamanda apelyasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatət verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin cəmi bir gün olmaqla, onlardan asılı olmayan səbəblərdən ötürüldüyü nəzərə alınıb, apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdilər. Üçüncü şəxslərə məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə iddiaçı tərəfindən qəbul edilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti İddiaçı münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmış, apelyasiya şikayəti isə 14 iyun 2024-cü il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizə ümumiyətlə əsaslandırılmamışdır. Ərizədə müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməklə bərpa edilməli olduğu qeyd edilsə də, üzrlü səbəbin nədən ibarət olması barədə heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən də qeyd olunanlar buraxılmış müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2050/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmayaraq geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar