Məhkəmə qərarları › İş №2-1(103)-2916/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2916/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2916/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və X1 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı “N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmrin ləğv edilməsi,vəzifəsinə bərpa edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmətdən xaric olmağına səbəb olmuş əmrin ləğvi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı məhz 11.08.N0N0-ci il tarixdən deyil, iddiaçının rəsmi məktubla əmri aldığı 08.04.N0N1-ci il tarixdən hesablanmalı idi. İddiaçı cavabdehin N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmrini və ya əmrdən çıxarışı almaq üçün dəfələrlə müraciət etsə də, əmrin surəti və ya çıxarış ona verilməmiş, bunun hərbi sirr olduğu bildirilmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin 08.04.N0N1-ci il tarixli 491 №-li məktubla 18.08.N0N1-ci il tarixli Əmrdən çıxarışı aldıqdan sonra əmrin məzmunu barədə məlumatlı olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadının ləğv olunmasını, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialında olan SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N gm N4.07.N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilmişdir. İş materialında olan N nömrəli hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli NN4 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, miçman İddiaçı, Hidroqrafiya gəmiləri divizionunun Böyük hidroqrafiya gəmisinin (H567) baş bosmanı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə müvafiq olaraq, Hərbi Dəniz Qüvvələri komandanının N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N0N0-ci ilin hesabından qalan N5 (iyirmi beş) gün müddətinə məzuniyyət verilməklə 1N sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan (Böyük hidroqrafiya gəmisinin (567) qazan (ərzaq) təminatından) çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə göndərilmişdir. Miçman İddiaçı, Azərbaycan Respublikası nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən, N0N0-ci ilin yanvar-avqust aylarındakı xidmətlərinə görə birdəfəlik pul mükafatını almağa layiq deyil. N0N0-ci il üçün maddi yardım və məzuniyyətə görə pul müavinəti ödənilib. Miçman İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. (Əsas: Hərbi Dəniz Qüvvələri komandanının N4 iyul N0N0-ci il tarixli N gm nömrəli əmri (d/ol-33N,). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin N gm N4.07.N0N0-ci il tarixli əmrini 05.0N.N0N1-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilən əmr N4.07.N0N0-ci il tarixə aiddir. Cavabdeh tərəfindən təqdim olunmuş sənəddə iddiaçının əmrdən çıxarışla tanış olduğu tarix 11.08.N0N0-ci il qeyd edilmişdir. Həmçinin iddiaçı N gm N4.07.N0N0-ci il tarixli əmrlə ehtiyata buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə qeydiyyata göndərilmiş və ona ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ona əmrin surətinin təqdim edilmədiyini, lakin ehtiyata buraxıldıqdan sonra qeydiyyat yeri üzrə hərbi qeydiyyata alınmalı olduğunu bildirdiklərini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilən N gm N4.07.N0N0-ci il tarixli əmrindən ən geci 11 avqust N0N0-ci il tarixdə xəbərdar olduğu təqdirdə, o həmin əmri mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. İddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin məcburi işburaxma müddəti ərzində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mərhələdə iddiaçının irəli sürdüyü məcburi iş buraxma dövründə əmək haqqının hesablanaraq ödənilməsi bağlı tələbinin baxılmasının mümkün olmaması səbəbi odur ki, iddiaçının xidməti uyğunsuzluğuna görə hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmr hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. İş materiallarında olan (səh. 30) cavabdeh tərəfindən təqdim olunmuş sənəddə iddiaçının əmrdən çıxarışla tanış olduğu tarix 11.08.N0N0-ci il qeyd edilmişdir. Həmçinin iddiaçı N gm N4.07.N0N0-ci il tarixli əmrlə ehtiyata buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə qeydiyyata göndərilmiş və ona ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı qərarın mövcud olmasından ən azı 11.08.N0N0ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı 05.0N.N0N1-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Baxılan mübahisələndirmə haqqında iddiaya dair ərizə inzibati aktın elan olunduğu vaxtdan 30 gün müddətində məhkəmə təqdim olunmadığından iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin N9.09.N0N1-ci il tarixli, N-1(11N)-4157/N0N1 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar