Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2916/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-4671/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin ləğv edilməsi və fövqəladə hallar orqanlarında xidmətə bərpa olunmasına dair qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-4671/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüdüyü kimi AR FHN-nin xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrdən çıxarışa əsasən uzunmüddətli xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Əmrin verilməsi əsası kimi DYNX-nin xx.xx.2020-ci il təqdimatı və xəstəlik haqqnda xx.xx.2020-ci il tarixli, 0031 saylı şəhadətnamə olmuşdur. Yəni AR FHN-nin xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmr xx.xx.2020-ci il tarixli, 0031 saylı şəhadətnamə ilə şərtləndirilmişdir. İddiaçı Fövqəladə Hallar Nazirinin Tibb Xidməti Tibb Mərkəzinin xx.xx.2019- cıı il tarixli göndəriş vərəqəsi ilə Səhiyyə Nazirliyinin Tibb Mərkəzinə göndərilmişdir. Keçən müddət ərzində müalicəsi davam etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının göndəriş vərəqəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. Agentliyin 05 mart 2021-ci il tarixli məktubu ilə iddiaçıya tibbi xidmətin təmin edilməsi üçün vətəndaşa ilkin səhiyyə xidmətlərini göstərən Ailə sağlamlıq mərkəzlərinə müraciət edərək mütəmadi ailə həkim nəzarətində olması tövsiyə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişinə uyğun olaraq Bakı şəhəri Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının 970 nömrəli, 5 may 2021-ci il tarixli məktubunda iddiaçıda müalicədən sonra əlillik meyarlarına uyğun ağırlaşmalar (ürək çatışmazlığı), AF 60% olduğu və əlavə dispanser nəzarət etdiyi üçün forma 88-dən müvəqqəti imtina edildiyi, əgər ağırlaşmalar əmələ gələrsə iddiaçıya forma yazılmasına yenidən baxıla biləcəyi qeyd olunmuşdur. Bundan sonra iddiaçı ona veriln cavabları mübahisələndirmiş, xx.xx.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X5 Bakı şəhəri 11 nömrəli şəhər poliklinikasına onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi- Sosial Ekspert Komissiyasına forma 88 göndərişi verilməsi vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra hazırkı iddia ilə müraciət etmişdir. Göründüyü kimi məhkəmə buraxılmış iddia müddətinin üzürlü olub olmamasını deyil, iddia müddətinin ötürülməsinin üzürlü olmasna dair dəlillərə deyil, iddia müddətinin ötürülməsinə dair ərizəyə deyil ümumilikdə iddia ərizəsinə hüquqi qiymət verərək iddia müddətinin ötürülməsi əsası ilə iddianı qeyri mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh “İddiaçı xidmərkeçməsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinə əsasən nazirliyin X3 Xidmətinin 4-cü ərazi X3 idarəsinin X3 şöbəsinin inspektoru daxili xidmət kapitanı İddiaçı uzunmüddətli xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Nazirliyin X3 Xidmətinin 28 yanvar 2020-ci il tarixli xx/xx- 00589 nömrəli məktubu ilə daxil olmuş təqdimat və xəstəlik haqqında şəhadətnamə göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin ləğv edilməsini və fövqəladə hallar orqanlarında xidmətə bərpa olunmasını tələb edir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia müddətinin ötürülməsini özü də qəbul edir, ona görə də iddia müddətinin ötürülməsinin üzürlü sayılaraq bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin ötürülməsinin üzürlü sayılaraq bərpa edilməsi barədə ərizəni onunla əsaslandırır ki, iddiaçı ilk öncə Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin mübahisələndirilməsi ilə bağlı deyil “onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı hesab edir ki, hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin verilməsinə səbəb olmuş xəstəlik təsdiqini tapmadığından sözügedən Əmrin mübahisələndirilməsi əsası yaranmışdır, odur ki, əmrin mübahisələndirilməsinə dair İPM-də nəzərdə tutulmuş müddət üzrlü sayılaraq bərpa edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili öz izahatında Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinə istinad etmişdirlər. (Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 2-ci səhifəsinin ikinci abzası) Kollegiya qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Əmrin mübahisələndirilməsinə dair İPM-də nəzərdə tutulmuş müddət üzrlü sayılaraq bərpa edilməlli olunması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının ilk öncə Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0201 saylı Əmrinin mübahisələndirilməsi ilə bağlı deyil “onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməməməsi müddətə əməl olunmasına mane olan hal hesab oluna bilməz.Belə ki, həmin hal iddiaçının hazırkı iddiasının, yəni əmrin mübahisələndirməsinə dair iddiasının qarşısını alan hal olmamışdır. Bundan başqa iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2020-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4671/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2916/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2916/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver