Məhkəmə qərarları › İş №2-1(103)-2916/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2916/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2916/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu, Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və 3-cü şəxs Natiq Kazımovun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) “daşınmaz əmlaklara mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqdi rayonu, X1 2091 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə ayrılmış 250 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin onun adına mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, cavabdeh xx.xx.2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, elektron kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aidolduğunu bildirərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi göstərilən torpaq sahəsinin elektron kadastr baza məlumatına əsasən Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının ixclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı T.Şəhliyeva və üçüncü şəxs X1nin nümayəndəsi N.Kazımov cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişlər ki, Dövlət Neft Şirkətinin üçünücü şəxs qismində işə cəlb olunmasına etiraz etmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, vəsatət qismən təmin edilməli, «X2» şirkətinin Azərbaycan Respubliksındakı filalı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərttləndirildiyi hallarda ,həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlbedilməlidir.(zəruri cəlbetmə). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 19 dekabr 2023-cü il tarixli məktubla müraciət edərək mübahisəli torpaq sahəsinin müəyyən olunmuş koordinatları (X: 400771.4787; 400774.7888; 400784.5254;400780.9075 Y: 4481400.5716; 4481416.3681; 4481413.7223; 4481396.7230) daxilində yerləşən 261 kv m sahəsinin 169 kv.m hissəsinin neft qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edimiş «Azərbaycan Respublikasında BinəqədiÖ Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə əsasən «X2” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları (kordinatları) daxilində (X:400780.9075; 400779.1353; 400769.4442; 400771.4787. Y: 4481396.7230; 4481388.3962; 4481390,8622; 4481400.5716 - yerləşir. Göründüyü kimi, iddiaçının faktiki istfadəsində olan 261 kv m torpaq sahəsinin qeyd olunan koodinat nöqtlri və həmin torpağın və həmin ərazidə «X2” Şirkətinin istifadəsinə verilmiş torpağın həmin ərazidəki koordinatlarının müqyisəli təhlilindən göründüyü kimi, bir neçə koordinat nöqtələrində torpaq sahələri üst-üstə düşür. Bundan əlavə ARDNŞ-in sözügedən məktubuna əlavə edilmiş «X2 « Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin xəritəsindən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsminin bir hissəsinin həmin kontrakt sahəsinin hüdudlarında təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd edilənlər, eyni zamanda, cavabdehin də vəsatətində göstərilən torpaq sahəsinin elektron kadastr baza məlumatına əsasən Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə diqqət yetirməmiş, vəsatətin rədd olunması barədə səhv nəticəyə gəlmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və vəsatət qismən təmin olunmalı, hazıkı mərhələdə X2» Şirkətinin Azərbaycan Respubliksındakı filalı üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb olunması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1408/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Vəsatət qismən təmin olunsun. «X2» Şirkətinin Azərbaycan Respubliksındakı filalı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilsin. Qərardaddan kassasiya şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar