Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2917/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik tələbinə” dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04-13 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş zonasındakı hərbi hissədə hərbi xidmətkeçmə dövründə sağlamlığına dəymiş zərərlə bağlı əlil olmağı səbəbindən ona xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpası və təyinatı, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1976-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Saatlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1995-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında yerləşən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən səhhətinə zərər dəymiş və sağlamlığını itirmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hospitalında müayinə və müalicə olunmuşdur. Ona «Sağ ayağın İİ distal falanqasının tendovaqınıtı» kliniki diaqnoz təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 303 saylı qərarı ilə xəstəliyin səbəbi «Xəstəlik, hərbi xidmət dövründə alınmışdır» təsdiqini tapmışdır. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. Cavabdehin Ali Ekspertiza Komissiyası tərəfindən ona xx.xx.2009-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir. Hər il ardıcıl tibbi-müayinələrdən keçmişdir və əlillik dərəcəsi öz təsdiqini tapmışdır. İİ dərəcəli hərbi statuslu əlil olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nin Saatlı rayon şöbəsindən əlilliklə bağlı pensiya almışdır. 12 ildir ki, İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyi ilə bağlı əsas diaqnoz Əsasnamənin 2.2.12-ci bəndinə uyğundur. Əsasnamənin 6.1-ci bəndinə əsasən 2016-cı ilin aprel ayında TSERAS tərəfindən 2021-ci ili aprel ayına kimi əlillik müddətin 5 il müddətinə uzadılmışdır. 05 aprel 2021-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı rayon X5 X18- Məsləhət Komissiyasının 0309003AANFJ saylı elektron göndərişi (Forma 088) əsasında cavabdehə müraciət etmişdir. TSEK-nın xx.xx.2021-ci il tarixli məlumatına əsasən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi (5 illik müddətə) İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə bağlı pensiyanın bərpası (davamı) ilə bağlı o, TSEK-nın müayinə aktını DSMF-nin Saatlı Rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Saatlı rayon şöbəsindən ona bildirilmişdir ki, cavabdeh orqan qanunsuz olaraq onun hərbi əlil statusu ilə bağlı Formanın qiymətləndirilməsinə dair nəticəni əsassız səbəbdən etibarsız hesab etmişdir. Bu səbəbdən ona pensiya təyinatı apara bilmirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Cavabdeh orqanda əyani müayinədə olsa da heç bir əsas olmadan 12 il ərzində əlil olmağına baxmayaraq cavabdeh qanunsuz olaraq onun əlilliyini etibarsız hesab etmişdir. Bu səbəbdən də cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Eyni zamanda cavabdeh orqanın qanunsuz hərəkətləri səbəbindən əlilliyi olmuş şəxs kimi hüquqlarının pozulması ilə bağlı vurduğu ziyana görə cavabdehdən əlavə olaraq kompensasiyanın ödənilməsi tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009 saylı göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010 saylı göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014 saylı göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015 saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016 saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 saylı göndərişi əsasında xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hərbi xidmətlə əlillik səbəbləri yalnız əyani müayinə yolu ilə qiymətləndirmə ilə həyata keçirilir. Etiraza əlavə edilmiş cədvəldə FİN nömrələri qeyd edilmiş 32 şəxsin əlillik vəziyyətləri dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında onların iştirakı olmadan qiymətləndirilmiş və əlillik dərəcələri təyin edilmişdir. Həmin şəxslərin sənədlərində sonradan uyğunsuzluq aşkarlığından əlillik altsistemində müayinələri etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının əlilliyinin təyin edilməməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim:Ş.Həsənova) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə öz qanunsuz və ədalətsiz qərarı ilə onun konstitusiya ilə, eləcə də beynəlxalq qanunlarla qorunan hüququnu qəsdən və kobudcasına pozmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin maraqlarına uyğun olaraq qəsdən işi prosesdən prosesə süründürmüş, heç bir hüquqi əsas olmadan və mövcud təlimatlara zidd olan məhkəmə tibbi-ekspertizanın keçirilməsinə dair qanunsuz qərardadlar çıxarmışdır. Qanuna zidd olaraq təyin olunan məhkəmə tibbi-ekspertizanın rəyindən görünür ki, ekspertiza müstəqil şəkildə keçirilməyib, ekspertizada cavabdehin nümayəndəsi də iştirak etmiş, ekspertizanın müstəqil keçirilməsinə təsir və müdaxilə etmiş, nəticə etibarı ilə o öz qərarlarına uyğun olan rəyi verilməsinə nail ola bilmişlər. Birinci məhkəmə tibbi-ekspertizanın uydurma və sifarişli rəyinə əsasən 12 il əlil olmuş xəstədə əlilliyin təyinatına əsas olmaması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan qanunsuz məhkəmə tibbi-ekspertiza komissiyalarının rəylərini müqayisə edə bilməmiş və düzgün hüquqi qiymət verə bilməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 303 №-li, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-cı ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ ayağın İİ distal falanqasmın tendovaqiniti» (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 08.1.2009-cu il tarixli 6 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı, 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti, hərbi biletdən çıxarış ilə təsdiq edilir) «XƏSTƏLİKDİR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». İş materiallarında olan “Saatlı rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2021ci il tarixli, 0309003AANFJ №-li, TQS № 088 tibbi arayışdan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: Xəstə İİ qrup əlilldir. Xəstənin ümumi vəziyyəti ağırdır. Deməsinə görə uzun müddətdir ki xəstədir. Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-ci ildə N saylı hərbi hissədə müayinə və müalicə olduğunu xəstəlik-diaqnoz Sağ ayağın İİ distal falanqasının tendovaqinit (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 01.01 2009-cu il tarixli 6 nömrəli göndərişi xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti hərbi biletindən çıxarış ilə təsdiq edilir. Xəstəlik hərbi xidmət dövründə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hərbi həkim ekspertizası haqqinda əsasnamənin 7.2. maddəsinin MNMHHK-NİN292 nömrəli xx.xx.2009-cu il tarixli prokuroru. TSEK-ə göndəriş zamanı əsas diaqnozu: 173.1 Obliteraslya edən trombangiit [Byurger xəstəliyi], Obllterasiyaedici trombangit. Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintrro gorə ekzartikulasiyadan sonrakı vəziyyət. Ağırlaşma: 173.9 Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması; M86.6 digər xroniki osteomielit. Aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm). TSEK-ə göndərilməsi üçün əsas: Hərbi xidmət dövrü ilə əlaqədar. İş materiallarında olan cavabdehin sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı “Obliterasiya edən trombangit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintirro görə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması. Aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan cavabdehin elektron çıxarışından görünür ki, 0309003AANFJ №-li Forma 88 statusu formanın qiymətləndirmə nəticəsi etibarsız edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu X19n 10 saylı Regional Ərazi Filialının Saatlı rayon Qəbul Şöbəsinin **********3 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Saatlı şəhər Mustafabəyli kənd sakini Əliyev X4 Sosial Müdafiə Fondu X19n 10 saylı regional ərazi filialının Saatlı rayon Qəbul Şöbəsindən xx.xx.2009-ci il tarixdənxx.xx.2021-ci il tarixədək 2-qrup Hərbi Xidmət dövrü ilə əlaqədar 259 manat 78 qəpik pensiya almışdır. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Mustafabəyli kənd İnzibati Ərazi Dairəsinin 268 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Azərbaycan Respublikası Saatlı rayon Mustafabəyli kəndində yaşayır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********8 №-li, xx.xx.2021-ci il tarixli qərardadın icrası haqqında məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7522/2021 nömrəli qərardadı Agentlik tərəfindən icra edilmiş və xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı əyani müayinəsi həyata keçirilmişdir. Müayinənin nəticəsində tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X19 tərəfindən verilmiş sağlamlıq vəziyyətinin təyininə dair 10 fevral 2022-ci il tarixli, T56/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Saatlı rayon mərkəzi xəstəxanası” phş-nin xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişlə rəsmiləşdirilmiş Forma №-88 arayışda qeyd edilmiş diaqnozlar “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyininə əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli, 1413 №-li məktubuna əlavə edilmiş canlı şəxs və iş materialları üzrə K/143 №-li ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişdə “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu keçirilmiş müayinələrin nəticələrinə uyğun təyin edilmiş, görülmüş müalicə tədbirləri və əmək fəaliyyəti xəstənin vəziyyətinə uyğun qiymətləndirilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2022.) Müdafiə Nazirliyi Baş Kliniki Hospitalında keçirilmiş müayinələrinə əsaslanaraq demək olar ki, “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə təyin edilmiş “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozlu xəstəliklər, hazırda onda “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, sağ aşağı ətraf dərin venaların seqmentar qapaq çatışmazlığı” diaqnozlu xəstəliklər formasında mövcuddur. İşdən görünür ki, iddiaçı döyüş zonasındakı hərbi hissədə hərbi xidmətkeçmə dövründə sağlamlığına dəymiş zərərlə bağlı əlil olmağı səbəbindən ona xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpası və təyinatı, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2015-ci il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnozla beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərarlar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ saylı, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə iddiaçı yenidən qiymətləndirilmiş və ona “Obliterasiya edən trombangit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintrro görə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm) diaqnozu” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Cavabdeh inzibati orqan hərbi xidmətlə əlillik səbəbləri yalnız əyani müayinə yolu ilə qiymətləndirmə ilə həyata keçirilməsini əsas gətirərək iddiaçıya aid Forma 88 statusu formanın qiymətləndirmə nəticəsini etibarsız etmişdir. İddiaçı cavabdeh orqanda əyani müayinədə olmuş və iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpasını, ona ikinci dərəcəli əlilliyin təyin edilməsini, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7 bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuçş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə məhkəmə araşdırılması zamanı İddiaçı əyani müayinəyə cəlb edilmiş, həmçinin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertizalar təyin edilmiş və ekspertlər tərəfindən müvafiq rəylər verilmişdir. Məhkəmə qeyd etmişdir ki, əyani müayinə və ekspertizalar zamanı İddiaçı “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozları öz təsdiqini tapsa da həmin diaqnozlar xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci dərəcə əlilliyin müəyyən olunması meyarlarına uyğun deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “əlillik dərəcəsinin bərpası və təyinatı” hissəsi təmin edilmədiyindən iddia tələbinin cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsinin də rədd edilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının xəstəlikləri ilə bağlı yenidən əlilliyinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan meyarlara uyğun qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulmamasına dair birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İddiaçının apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, qanuna zidd olaraq təyin olunan məhkəmə tibbi-ekspertizanın rəyindən görünür ki, ekspertiza müstəqil şəkildə keçirilməyib, ekspertizada cavabdehin nümayəndəsi də iştirak etmiş, ekspertizanın müstəqil keçirilməsinə təsir və müdaxilə etmiş, nəticə etibarı ilə o öz qərarlarına uyğun olan rəyi verilməsinə nail ola bilmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin müddəalarında ekspertiza ilə bağlı müəyyən olunmuşdur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı və ekspertin rəyi kifayət qədər aydın və tam olmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 ekspertlərinə həvalə edilmişdir. T56/2022 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspertizanın növü və ixtisas sahəsi kimi ali dərəcəli məhkəmə-tibbi eksperti, tibb üzrə fəlsəfə doktoru, iş təcrübəsi 1981ci ildən olan X3 və tibbi sosial ekspert, iş təcrübəsi 1995-ci ildən olan X11 göstərilməklə onlar tərəfindən rəy tərtib olunmuşdur. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Saatlı rayon mərkəzi xəstəxanası” phş-nin xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişlə rəsmiləşdirilmiş Forma №-88 arayışda qeyd edilmiş diaqnozlar “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyininə əsas yoxdur. MPM-in 102.3-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdən göründüyü kimi iddiaçının vəsatətinə əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1272/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 ekspertlərinə həvalə edilmişdir. K/143 nömrəli ekspert rəyindən göründüyü kimi, məhkəmə-tibbi ekspert komissiyasının tərkibi aşağıdakı kimi olmuşdur: sədr - X7 MN MTE və PAM-ın Komission və təkrar ekspertiza bölməsinin rəisi, ixtisas üzrə iş təcrübəsi 2019-cu ildən; üzvlər – X8 MN MTE və Pam-ın Komission və təkrar ekspertiza bölməsinin ali dərəcəli məhkəmə-tibb eksperti, ixtisası üzrə iş təcrübəsi 1993-cü ildən, X9 MN MTE və Pam-ın Ümumi ekspertiza bölməsinin ali dərəcəli məhkəmə-tibb eksperti, ixtisası üzrə iş təcrübəsi 1995-ci ildən göstərilməklə onlar tərəfindən rəy tərtib olunmuşdur. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adına “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0309003AANEJ saylı göndərişdə “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu keçirilmiş müayinələrin nəticələrinə uyğun təyin edilmiş, görülmüş müalicə tədbirləri və əmək fəaliyyəti xəstənin vəziyyətinə uyğun qiymətləndirilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2022.) Müdafiə Nazirliyi Baş Kliniki Hospitalında keçirilmiş müayinələrinə əsaslanaraq demək olar ki, “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik-Hüquqi Şəxsdə təyin edilmiş “Obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenookklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozlu xəstəliklər, hazırda onda “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, sağ aşağı ətraf dərin venaların seqmentar qapaq çatışmazlığı” diaqnozlu xəstəliklər formasında mövcuddur. Azərbaycan Respublikası Səhiyyə və Müdafiə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının keçirilməsi haqqında mövcud təlimatlarda əlillik dərəcəsinin təyini məhkəmə-tibbi ekspertizasının vəzifələrinə aid deyil, bu məsələnin həlli müvafiq ekspert komissiyalarının səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ekspert rəyləri müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş və qarşısında qoyduğu sualları əsaslandıran səlahiyyətli şəxslər tərəfindən verilmiş, həmçinin ekspert rəyləri tam və aydın olmuş və birinci instansiya məhkəməsi tərəfindən sübutların, o cümlədən ekspert rəylərinin qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və zəruri əsaslandırma aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2917/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2917/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver