Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-292/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06-13 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 29 aprel 2020-ci il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Firması dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı- vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hüquqi varis Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 (əlli yeddi min üç yüz yetmiş iki manat 6 qəpik) manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirimədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Bununla belə, Bakı İnzibati Məhkəməsi tərəfindən 21 fevral 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının 13 mart 2020-ci il tarixədək icra olunması göstərilmişdir. Lakin məhkəmə qərarı icra olunmadığından Bakı İnzibati Məhkəməsi tərəfindən təkrarən 27 aprel 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının icra edilməsi üçün təyin edilmiş müddətin başa çatmasına baxmayaraq müvafiq qərarın icrası istiqamətində tədbirlər görülməmiş, qərar icra olunmadığı halda AR İPM-nin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli müraciətə baxılması barədə məktubuna əsasən, “İnzibati aktın təmin edilməsi haqqında” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. İddiaçı Firmasının şəxsi hesab vərəqəsindən də görünür ki, 29 aprel 2020ci il tarixdə vergi borcunun 57.372.06 manat məbləğində azalması aparılmışdır. Lakin həmin gündə də yenidən heç bir əsas olmadan yeni qərarla hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Vergi borcunun yenidən hesablanmasına əsas olmuş qərar İddiaçı Firmasına təqdim edilməmiş, Firmanın şəxsi elektron kabinetinə yerləşdirilməmişdir. AR Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən AR Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə riayət edilməmiş, bununla da əsassız olaraq vergi borcu hesablanmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edirlər ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi, və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apelyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə cəmiyyətin 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləğinə görə xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. Bundan sonra Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən müəssisəyə xx.xx.2016-cı il tarixdə hesablanmış MV/2014 üzrə 156.780,85 manat vergilər 11 06.2018-ci il tarixdə şəxsi hesab vərəqədən azaldılarkən ŞHV-nin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə borc məbləği 156780,85 manat əvəzinə 218967,71 manat, yəni 62186,86 daha artıq azaldılmışdır. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin xx.xx.2018-ci il tarixli **********625400 saylı xidməti məruzəsinə əsasən xx.xx.2018-ci il tarixdə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" Firması (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, hesablanmış cəmi 57372,06 vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1823/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından Baş İdarə tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarın əsaslandırılmasına dair bildirir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “AR xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati icraat haqqında” AR qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur. Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərara əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərara əsasən "xxxx" Firmasına (VÖEN: **********) 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixdə cəmiyyətin 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləğinə görə xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu hesablanmışdır. İş materiallarından görünür ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. İş materiallarından görünür ki, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən müəssisəyə xx.xx.2016-cı il tarixdə hesablanmış MV/2014 üzrə 156.780,85 manat vergilər 11 06.2018-ci il tarixdə şəxsi hesab vərəqədən azaldılarkən ŞHV-nin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə borc məbləği 156780,85 manat əvəzinə 218967,71 manat, yəni 62186,86 daha artıq azaldılmışdır. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin xx.xx.2018-ci il tarixli **********625400 saylı xidməti məruzəsinə əsasən xx.xx.2018-ci il tarixdə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" Firması (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hesablanmış cəmi 57372,06 vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından Baş İdarə tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)- 3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Ali Məhkəmə qərarın əsaslandırılmasına dair bildirir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “AR xx.xx.2016-cı il tarixli 474- VQ nömrəli Qanunu (f) dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati İcraat haqqında” AR qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt(qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur. İş materiallarından görünür ki, Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərara əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərara əsasən "xxxx" Firmasına (VÖEN: **********) 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi, və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 02 may 2016-cı il tarixli **********197500 saylı qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə qərarları ilə İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilmiş və məhkəmə qərarının icrası ilə əlaqədar olaraq “İnzibati aktın təmin edilməsi haqqında” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. İddiaçı Firmasının şəxsi hesab vərəqəsindən də görünür ki, 29 aprel 2020-ci il tarixdə vergi borcunun 57.372.06 manat məbləğində azalması aparılmışdır. Lakin həmin gündə də yenidən hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Cavabdeh orqan bunu Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərara əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərara əsasən "xxxx" Firmasına 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcun ləğv edilməsi və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcun hesablanması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Firmasının şəxsi hesab vərəqəsindən həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən silinmiş faiz məbləğinin daha sonra vergi orqanı tərəfindən yenidən şəxsi hesab vərəqəsindən silinib-silinməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/309 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" Firmasının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə və bundan sonrakı tarixlərdə 57372,06 manat faiz məbləğinin vergi orqanı tərəfindən silinməsi müəyyən olunmur. Ekspert rəyindən də göründüyü kimi məhkəmə qərarına əsasən “Araz" Firmasının şəxsi hesab vərəqəsindən 57372.06 manat məbləğində vergi borcunun silinməsi cavabdeh orqan tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. Eyni zamanda, həmin Məcəllənin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarı, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarı, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarı, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ləğv edilsin, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcu və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcu iddiaçının şəxsi hesab vərəqəsindən silinsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-292/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-292/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver