Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2920/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2920/2023 (Açar sözlər: “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-964/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir.
2. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamının surətindən görünür ki, “Bakı Su Kəməri” İstehsalat İdarəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq cəmiyyətinin 40 nəfər üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahələri ayrılmışdır.
3. Bağçının üvzlük kitabçasından görünür ki, iddiaçı “Bakı Su Kəməri” İstehsalat idarəsində işləmiş və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi xx.xx.1992-ci il tarixli 3 №-li protokola əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sahəsi 600 kv.m olan bag sahəsi ayrılmışdır.
4. “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolandan çıxarışdan görünür ki, iddiaçıya bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 41 saylı bağ sahəsi ayrılmışdır.
5. İddiaçıya məxsus xx.xx.1968-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı “Bakı Su Kəməri" İstehsalat İdarəsində işləmişdir.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 26 aprel 2022-ci il BA02189- 2022 saylı məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, “Bakı Su Kəməri" İstehsalat İdarəsi Həmkarlar Təşkilatının və bağçılıq kooperativinin arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 3 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli **********56 saylı məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyi nəzdində 600 kv.m torpaq sahəsi olan 41 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlıq birliklərinə ayrılmış ərazilərə dair sxematik xəritə mövcud deyil. Həmçinin “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyinə dair qovluqda birliyin üzvlərinin siyahısı aşkar edilməmişdir.
8. "xxxx" ASC-nin məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, Bakı Sukanal İdarəsinin arxivində Bakı Su Kəməri İstehsalat İdarəsi Həmkarlar Təşkilatına və bağçılıq kooperativinə aid sənəd mövcud deyildir.
9. “X4 və Ekspertiza Mərkəzi” MMC-nin 157 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti baaşçısının xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamına əsasən ayrılmış bağçılıq ərazisində İddiaçı istifadəsində olan Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 41 saylı 600 kv.m torpaq sahəsi ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən üst-üstə düşmür.
10. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********78 saylı mütəxəssis rəyindən görünür ki, sözügedən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir, ara sərhəddi yoxdur. İddiaçının şifahi məlumatına əsasən qonşu olan sahə 40 saylı bağın ərazisidir. Ümumi ərazidə 1 (bir) mərtəbəli yaşayış evi (natamam) və sanitar qovşağı (natamam) tikilisi mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd və bağçılıq-yoldaşlığın bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Bundan əlavə olaraq əraziyə X2 müraciəti mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 603 nömrəli sərəncamı ilə ayrılmış “Bakı su kəməri” bağçılıqyoldaşlığına dair arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmadı.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/131 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********78 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan sözügedən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi, ara sərhəddinin olmadığı müəyyən edilir, iddiaçının şifahi məlumatına əsasən qonşu olan sahə 40 saylı bağın ərazisidir. Ümumi ərazidə 1 (bir) mərtəbəli yaşayış evi (natamam) və sanitar qovşağı (natamam) tikilisi mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd və bağçılıq-yoldaşlığın bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 603 saylı sərəncamı ilə ayrılmış “Bakı su kəməri” bağçılıq-yoldaşlığa dair arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır.
12. İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsinin bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 41 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 18 iyun 1992-ci il tarixli 3 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 41 saylı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolandan çıxarışa və bağçının üvzlük kitabçasına əsasən bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
15. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 40 nəfər bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinə bag sahələrinin ayrılması qeyd olunmuşdur.İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsində çilingər vəzifəsində çalışmış və 1992-ci ildə bagçılıq cəmiyyətinə üzv qəbul olunaraq 03 nömrəli 18 iyun 1992-ci il tarixli protokoldan çıxarışa əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 41 nömrəli 600 kv.m sahəyə bağçılıq kitabçası verilmişdir. Həmin vaxtdan bu günə kimi həmin bag sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, istifadəsində olan bag sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətini cavabsız qoymuşdur. Hesab edir ki, cavabdehin hərəkətsizliyi iddiaçının mülkiyyət hüquqlarını pozur.
16. Cavabdehin etirazında bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı Ərazi idarəsinin arxivində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı, bölgü sxemi, həmçinin İdarənin elektron baza məlumatlarında “Bakı Su Kəməri” bağçılıqyoldaşlıq təsərrüfatına dair məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş sənədlər surətdir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********19 saylı cavab ünvanlanmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
17. Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-964/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolandan çıxarışa və bağçının üvzlük kitabçasına əsasən bağçılıqyoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi,Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara olunmuşdur.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ona “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolandan çıxarışa və bağçının üvzlük kitabçasına əsasən bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bag sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
19. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iddiaçı “Bakı Su Kəməri" İstehsalat İdarəsində işləmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamı ilə “Bakı su kəməri” İstehsalat idarəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 40 nəfərə torpaq sahəsi ayrılmışdır. “Bakı su kəməri” İstehsalat idarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokoluna əsasən iddiaçıya 41 saylı bağ sahəsi ayrılmışdır və müvafiq üzvlük kitabçası verilmişdir.
20. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır.
21. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir.
22. Əvvəla məhkəmə qeyd edir ki, həmin sənədlərin arxivdə saxlaması həvalə edilmiş cavabdeh orqanın arxivində olmaması iddiaçının təqsiri deyil.
23. Həmçinin, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə də təkzib edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan sözügedən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi, ara sərhəddinin olmadığı müəyyən edilir, iddiaçının şifahi məlumatına əsasən qonşu olan sahə 40 saylı bağın ərazisidir. Ümumi ərazidə 1 (bir) mərtəbəli yaşayış evi (natamam) və sanitar qovşağı (natamam) tikilisi mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd və bağçılıq-yoldaşlığın bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 603 saylı sərəncamı ilə ayrılmış “Bakı Su Kəməri” bağçılıq-yoldaşlığa dair arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır.
24. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
25. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43- cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
26. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139-1.1-ci, 139-1.1.1.-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı, 8.0.7.-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci, 84.1-ci, 88-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu, 10-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci. 15.1.6.-cı, 10.2-ci, 10.2.1.-ci, 10.2.2.-ci,10.2.3.-cü, 10.2.4.-cü, 12.1-ci maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 15.1-ci, 15.2-ci, 19.1-ci, 24.1-ci, 24.2-ci, 58.1-ci, 32.3-cü, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
27. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-964/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
28. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. - Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
35. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir.
37. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. - Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. - Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; - Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. - Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
43. İddia tələbi və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
44. İddiaçının tələbi ona “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolandan çıxarışa və bağçının üvzlük kitabçasına əsasən bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bag sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
45. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyi nəzdində 600 kv.m torpaq sahəsi olan 41 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən bağçılıqyoldaşlıq birliklərinə ayrılmış ərazilərə dair sxematik xəritə mövcud deyil. Həmçinin “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyinə dair qovluqda birliyin üzvlərinin siyahısı aşkar edilməmişdir.
46. Məhkəmə Kollegiyası, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iddiaçı “Bakı Su Kəməri" İstehsalat İdarəsində işləmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamı ilə “Bakı su kəməri” İstehsalat idarəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 40 nəfərə torpaq sahəsi ayrılmışdır. “Bakı su kəməri” İstehsalat idarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokoluna əsasən iddiaçıya 41 saylı bağ sahəsi ayrılmışdır və müvafiq üzvlük kitabçası verilmişdir.
47. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır.
48. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirilə bilməmişdir.
49. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, həmin sənədlərin arxivdə saxlaması həvalə edilmiş cavabdeh orqanın arxivində olmaması iddiaçının təqsiri deyil.
50. Həmçinin, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə də təkzib edilmişdir.
51. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan sözügedən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi, ara sərhəddinin olmadığı müəyyən edilir, iddiaçının şifahi məlumatına əsasən qonşu olan sahə 40 saylı bağın ərazisidir.Ümumi ərazidə 1 (bir) mərtəbəli yaşayış evi (natamam) və sanitar qovşağı (natamam) tikilisi mövcuddur.Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd və bağçılıq-yoldaşlığın bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 603 saylı sərəncamı ilə ayrılmış “Bakı Su Kəməri” bağçılıq-yoldaşlığa dair arxiv qovluğunda üzvlərin siyahısı və bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır.
52. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
53. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43- cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Odur ki, cavabdehin dəlilləri ilə bağlı məhkəmə ümumilikdə qeyd edir ki, bu hallar (eyni nömrəli bag sahəsinin qeydiyyatdan keçməsi və iddiaçının adının siyahıda olmaması) iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir.
55. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası ümumilikdə qeyd edir ki, bu hallar iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir.
56. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir, odur ki təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-964/2023 saylı, 26 aprel 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-964/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.