Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2920/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X17 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bağırova Hicran Firudin qızı, X9, X12 olmaqla) “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunaraq qeydiyyat əsasında verilən çıxarışın və texniki pasportların ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmiş, “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014- cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 dekabr 2022–ci il tarixli qərardadı ilə iddia tələbi məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Səbail rayonu, Salyan şosesi 12 ünvanındakı 1200 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə dair Səbail Bələdiyyəsi tərəfindən 2005-ci il 27 dekabr tarixli, 532 saylı qərar qəbul edilmişdir. Sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün 4992 (dörd min doqquz yüz doxsan iki) manat məbləğində maliyyə vəsaiti Səbail Bələdiyyəsinin hesabına köçürülmüş və bu fakt 064546 saylı kassa mədaxil qəbzində öz əksini tapmışdır. Sözügedən qərar və kassa mədaxil qəbzi əsasında iddiaçı ilə Səbail Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin Ərazi İnkişaf Daimi Komissiyası tərəfindən ona sözügedən torpaq sahəsinin planı təqdim edilmişdir. Son vaxtlar məlum olmuşdur ki, iddiaçıya ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq iş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızının və X4 adına əsassız qeydiyyata alınmışdır. Halbuki, Hicran Bağırova və Tapdıq Əmiraslanov Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-4830/17 saylı razılıq məktubu əsasında Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixində müvafiq olaraq 234 və 235 saylı Sərəncamlar qəbul edilmiş və məhz Səbail rayon, Salyan şosesi 32 ünvanında hər birinə ayrılıqda 600 kv.m torpaq sahəsi verilmişdir. Bununla belə, həmin şəxslərə ayrılan torpaq sahəsi iddiaçıya aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara iddiaçıya aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair çıxarış verilmişdir. Məsələnin aydınlaşdırılması və yaranmış şübhələrin aradan qaldırılması məqsədi ilə Səbail Rayon Bələdiyyəsinə Səbail rayon, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin kimlərə məxsus olması ilə bağlı xx.xx.2021ci il tarixində müraciət ünvanlamış, həmin müraciətə 09 avqust 2021-ci il tarixində təqdim edilmiş cavab məktubunda xx.xx.2004-cü il tarixli 233/234/235 saylı sərəncamlar əsasında Səbail rayon, Salyan şosesi 32 ünvanında X10, Bağırova Hicran Firudin qızı və X4 hər birinin adına 600 kv.m torpaq sahəsinin sənədləşdirildiyi bildirilmişdir. Beləliklə, məlum olmuşdur ki, ona ayrılan qanuni torpaq sahəsi tamamilə qanunsuz olaraq üçüncü şəxslər adına əsassız qeydiyyata alınmışdır. Belə ki, üçüncü şəxslərə ayrılan torpaq sahəsi ona aid torpaq sahəsindən təxminən 12 kilometr uzaqda yerləşən Səbail rayon, Salyan şosesi 32 ünvanında olmasına baxmayaraq, onlara ona aid torpaq sahəsinin koordinatları üzrə mülkiyyətə dair Çıxarış verilmişdir. Üçüncü şəxslərin ünvanı Səbail rayonu, Salyan şosesi 32 ünvanına aid olsa da, həmin çıxarışlara aid olan texniki pasportlarda göstərilmiş ərazi səhvən və ya bilərəkdən Salyan şosesi 32 ünvanına aid ərazinin cizgilərinə deyil, Salyan şosesi 12 ünvanına aid olan ərazinin cizgilərinə aiddir. Nəticə etibarı ilə Salyan şosesi 12 ünvanındakı ərazinin plan-cizgiləri əsasında Salyan şosesi 32 ünvanına aid Çıxarış verilmişdir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şössesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsinin bir neçə yüz metr yaxınlığında Bakı Baş Gömrük İdarəsi yerləşir və onun ünvanı Salyan şosesi 11-dir. Üçüncü şəxslərin ərazisi, yəni Salyan şosesi 32 isə Bakı Baş Gömrük İdarəsindən 3-4 kilometr aralıda yerləşir. Həmçinin, mübahisəli həmin torpaq sahəsi, yəni Salyan şosesi 12 ünvanında yerləşən iddiaçının torpaq sahəsi yaxınlığında Homebridge və Schlumberger şirkətləri yerləşir. Həmin şirkətlərin ünvanı isə müvafiq olaraq Salyan şosesi 14-cü km və Salyan şosesi 10-dur. Bu hallar sübut edir ki, mübahisəli torpaq sahəsinin ünvanı Salyan şössesi 12-dir. Bu torpaq sahəsinə Salyan şosesi 32 ünvanına aid texniki pasport çıxarılması tamamilə qanunsuzdur. Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinin plan cizgiləri əsasında Salyan şosesi 32 ünvanına texpasport və çıxarış verilə bilməz. Göründüyü kimi, Salyan şosesi 32 ünvanına aid çıxarış faktiki olaraq aid olmalı olduğu ərazi ilə üst-üstə düşmədiyi üçün, yəni çıxarışın verilmə əsası əsassız olduğu üçün çıxarış hüquqi mahiyyətini itirmiş hesab olunmaqla etibarsız hesab edilməlidir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında ona ayrılan qanuni torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. Üçüncü şəxslərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas yalnız sözügedən sərəncamlar ola bilər ki, həmin sərəncamlarda da ona məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsi deyil, məhz Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi qeyd edilmişdir. Üçüncü şəxslər tərəfindən DƏDRX-dən çıxarış əldə edilərkən sözügedən qurum tərəfindən texniki səhvə yol verilmiş və onun koordinatları 32 yerinə 12 yazılmışdır. Bu baxımdan üçüncü şəxslərə məxsus daşınmaz əmlaka dair çıxarışlarda məhz iddiaçıya məxsus torpaq sahəsinin ünvanı qeyd edilmişdir. Sözügedən sərəncamlardan, eləcə də ona məxsus torpaq sahəsinə dair plan sxemdən də göründüyü kimi nə torpaq sahələrinin planlarında, nə də faktiki ünvanlarında heç bir oxşarlıq və eynilikdən söhbət gedə bilməz. Üçüncü şəxslərə məxsus torpaq sahələri ilə iddiaçıya məxsus torpaq sahələri tamamilə fərqli ünvanlarda yerləşməkdədir. Qeyd edilmiş hallardan bir daha sübut edir ki, əslində Səbail rayonu, Salyan şosesi 12 ünvanına aid koordinatda yerləşən torpaq sahəsinə dair üçüncü şəxslərə təqdim edilmiş Çıxarışların heç bir qanuni əsası mövcud deyildir və bu səbəbdən də etibarsız hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X13) mülkiyyətindədir. Bundan başqa, təqdim edilən Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 532 nömrəli qərarında torpaq sahəsinin hansı məqsədlə ayrılması qeyd olunmamışdır. Həmçinin, təqdim olunan alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. İddia tələbində qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi (0,6 ha olmaqla) JN-16464H nömrəli şəhadətnamə əsasında Bağırova Hicran Firudin qızının adına ilkin qeydiyyatdan keçmiş, iddia tələbində qeyd edilən müvafiq torpaq sahəsinin digər hissəsi (0,6 ha olmaqla) JN-16463H nömrəli şəhadətnamə əsasında X4 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini, X9 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini (faktiki 520 kv.m) X1. X13 xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq torpaq sahələrinin və onlara bitişik 0,6 ha torpaq sahəsinin birləşdirilərək ümumilikdə 1720 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış almışdır. Müvafiq torpaq sahələri hal-hazırda X7 mülkiyyətindədir. Üçüncü şəxslərin iddiaya dair etirazında bildirilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsini, protokol və kassa mədaxil qəbzinin həqiqiliyini təsdiq edən arxiv sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış və Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi təsbit olunmuşdur. İddiaçı bu məsələyə müxtəlif bəhanələr gətirərək guya ki, sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğunda olduğunu bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da sorğu göndərilmişdir. Lakin bir nəticə əldə edilməmişdir. Alqı-satqı müqaviləsi natamam tərtib edilmişdir. Səbail rayon Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 nömrəli qərarı, torpaqların alqı-satqısına dair tarixsiz, kimin imzalanması bəlli olmayan aktı və 05 mart 2008-ci il tarixli, 064546 saylı qəbzləri bir-biri ilə ziddiyyət təşkil edir. Səbail rayon Bələdiyyəsinin müvafiq qərarı ilə torpaq 27 dekabr 2005-ci il tarixində ayrılmışdır. Tarixsiz, nömrəsiz alqı-satqı aktında 05 mart 2008-ci il tarixli 064546 saylı qəbzə istinad edilərək vəsaitin əvvəlcədən ödənildiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən əldə edilən və qəbzin üzərindəki məlumatlardan aydın olur ki, tarixsiz, nömrəsiz və kim tərəfindən imzalanması bəlli olmayan alqı-satqı aktında qeyd edilən xx.xx.2008-ci il tarixli, 064546 saylı qəbz 2008-ci ilin mart ayında nəşr edilmişdir. Müqavilə bağlanan zaman müqaviləni bağlayanlar haradan bilirdilər ki, 2008-ci ildə 064546 saylı qəbz nəşr ediləcəkdir? İş üzrə üçüncü şəxslər Bağırova Hicran Firudin qızına və X5 məxsus alqı-satqı müqavilələri, eləcə də çıxarışlar mövcuddur. Həmin sənədlər həm üçüncü şəxslər tərəfindən, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə təqdim edilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılaraq xüsusi qərardad çıxarılmaqla saxta sənədləri tərtib edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Üçüncü şəxslərin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinin digər üçüncü şəxslərin adına qeydiyyatda olması, yanlış çıxarışların mövcud olması iddiaçının öz əmlakına münasibətdə mülkiyyət hüquqlarının həyata keçirməsinə ciddi maneə törədir. Bu isə iddiaçının konstitusion hüququnu birbaşa pozur. Məhkəmə tərəfindən qeyd edilən iddia tələbinin təmin edilməməsi isə pozulmuş hüquqların bərpasına əngəl yaratmaqla, hətta hüquq pozuntusunun davamı kimi qiymətləndirilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsi). Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3). Qeyd edilən normanın tələbinə uyğun olaraq, sözügedən üçüncü şəxslərin razılığı mövcud deyildir. Həmçinin, iddiaçı öz əmlakının yanlışlıqla başqa şəxslərin adına qeydiyyata alınmış olmasını bildirərək və əsaslandıraraq DƏDRX-ə müraciət etməsinə baxmayaraq, imtina cavabı almışdır. Bu səbəblə, həmin Qanunun 16.2-ci maddəsində də qeyd olunduğu kimi mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Əgər iddia məcburetmə və öhdəliyin icrası haqqında olarsa, o zaman məhkəmə iddiaçının ilk öncə inzibati orqana müraciətinin mövcudluğunu yoxlamalıdır. Lakin müəyyən etmə və ya tanınmaya dair iddialara dair isə belə bir tələbin mövcudluğu qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Hazırki iş üzrə iddiaçının tələbi də məhz müəyyən etmə və tanınmaya dair iddia tələbidir. Hansı ki, məhkəmədən öncə inzibati orqana müraciətin məcburiliyinə dair tələb bu iddiaya şamil edilmir. Belə olan halda hazırki iş üzrə iddianın mümkünlük şərti olaraq sözügedən tələbə riayət edilməsi zərurəti olmadığından dolayısı ilə həmin tələbə riayət edilməməsi də iddianın mümkünsüz hesab edilməsinin əsası olaraq da göstərilə bilməz. Məhkəmə iddia tələbinin bir hissəsinə münasibət bildirməklə ümumilikdə iddia ərizəsini mümkünsüz hesab etmişdir. Halbuki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsində 2 tələb irəli sürmüşdür: 1. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, 2. İddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi. Hətta hesab olunsa ki, məhkəmə çıxarışların ləğv edilməsinə dair iddia tələbini mümkünsüz hesab edir, o halda belə bu yalnız bir iddiaya münasibətdə verilmiş qərardır. Halbuki, məhkəmə iddiaçının irəli sürdüyü bütün iddia tələblərinə münasibətini bildirməli, onların hər birinin mümkünlük şərtlərinə tabe olub olmadığını müəyyən etməli idi. Lakin barəsində mübahisə edilən məhkəmə qərardadından açıq şəkildə görünür ki, məhkəmə yalnız bir tələbə münasibətdə fikir bildirərək onu mümkün hesab etməmişdir. Digər tələbə isə heç bir fikir bildirməmiş, ümumilikdə iddia tələbinin mümkün sayılmadığını qeyd etməklə yekun məhkəmə aktı çıxarmışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs E.Qəhrəmanova isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxs E.Qəhrəmanovanın iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-253/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki sənədlərin alınmasıdır. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsi üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeydiyyat aparıla bilməz. İddiaçının ləğvini tələb etdiyi üçüncü şəxs Bağırova Hicran Firudin qızının adına verilmiş xx.xx.2014-cü il traixli, RX seriyalı, ******* nömrəli çıxarış və üçüncü şəxs X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və tərkib hissəsi olan texniki pasportlar üçüncü şəxslərə hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir və həmin sənədlər qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxslərin adına verilmiş həmin çıxarışların ləğvini tələb hüququ da mövcud deyildir. Həmin sənədin (torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamələr) qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxslərin adına verilmiş xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki sənədlərin (torpaq sahələrinin plan və ölçüsü) etibarsız hesab edilməsi tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxslərə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərinin ləğvinə nail olduğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Səbail rayon bələdiyyəsi tərəfindən iddiaçıya və üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin ünvanları fərqli olmasına baxmayaraq, hal-hazırda mübahisə eyni torpaq sahəsi münasibətdə gedir. Belə olan halda iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 ünvanda yerləşən torpağ sahəsinin çıxarışın və texniki sənədlərin verilməsi barədə iddiası birinci tələb ilə bilavasitə əlaqəlidir və mübahisə hazırkı vəziyyətdə mümkünsüzdür. İddiaçı üçüncü şəxslərin adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi barədə cavabdehə müraciət etməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmişdir”. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı,0480909 nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən görünür ki; - Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 532 saylı qərarına əsasən, Səbail rayonu, Salyan şosesi,12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 1200 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilsin. - Torpaqların alqı-satqısına dair akta əsasən, ünvan 20 ünvanda yaşayan İddiaçı (AZE № 02627664 Sabunçu RPİ xx.xx.2004-cü il tarixdə verilib) Səbail bələdiyyəsinə torpaq sahəsinin ayrılması barədə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə 2005ci il 27 dekabr tarixli 532 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 4992 manat haqq ödənilmişdir (qəbz 064546). Akt bələdiyyə sədri Ə.Hüseynov və İddiaçı imzaları ilə, bələdiyyənin və müvafiq torpaq şöbəsinin möhürü ilə təsdiq edilmişdir. - Bələdiyyə tərəfindən tərtib edilmiş İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinin planına əsasən, torpaq sahəsi 40x30 m. təşkil edir. - Səbail rayon Səbail bələdiyyəsinin seriya Bİİ nömrə 004546, 05 mart 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı torpaq alqısı üçün 4992 manat mədaxil edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində saxlanılan arxiv qovluğunda olan sənədlərə əsasən: - Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 0,172 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 16464H, kod ********) şəhadətnaməyə əsasən Bağırova Hicran Firudin qızına Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 234 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 16463H, kod ********) bu şəhadətnaməyə əsasən X5 Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004cü il tarixli 235 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilimişdir. - Torpağın mülkiyyətə verilməsinə dair 15 noyabr 2004-cü il tarixli (JN 164632H, kod ********) bu şəhadətnaməyə əsasən X6 Bakı şəhər Səbail bələdiyyəsinin 29 oktyabr 2004cü il tarixli 233 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayş evi tikintisi üçün mülkiyyətinə verilmişdir. - Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32-də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Bağırova Hicran Firudin qızının adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32–də yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi X4 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir. - xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Satıcı Bağırova Hicran Firudin qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini X3 mülkiyyətinə verir. İlk öncə qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində 2 tələb irəli sürmüşdür: 1. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, 2. İddiaçıya məxsus Səbail rayonu, Salyan şosesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi. İşdə olan 31 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 1200,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 1200,0 kv.m sahə X7 adına **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. (i/v 171-172) İşdə olan 16 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilən 1200,0 kv.m torpaq sahəsi iki tərəfdən hasar və qonşu sahənin mişar daş hasarı (tikilinin çöl divarı) ilə sərhədlənib, iki tərəfdən isə şərti göstərilir. Digər tərəfin nümayəndəsinin göstərdiyi 1720,0 kv.m torpaq sahəsi iki tərəfdən hasar və qonşu sahənin mişar daş hasarı (tikilinin çöl divarı) ilə sərhədlənib, iki tərəfdən bir hissə daş hasarla digər hissə şərti sərhədlə göstərilir. Faktiki göstərilən torpaq sahələrinin yerləşmə koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 1200,0 kv.m və 1720,0 kv.m sahələr eynilik təşkil etməklə üst-üstə düşür. Sahə bütövlüklə **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir (1720,0 kv.m torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir). (i/v 189- 190) Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hər iki mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəy verərkən “göstərilən torpaq sahəsinə” (hətta ikinci rəydə “iddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi” qeyd olunur) istinad etmiş, iş materiallarında səhifə 18-də olan İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1200 m2 torpaq sahəsinin planını (cizgi) nəzərə almamışdır. Halbuki, iddiaçı və ya onun nümayəndəsi istənilən torpaq sahəsini göstərə bilər. İş üçün əhəmiyyəti olan hal ondan ibarətdir ki, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 532 nömrəli, 27 dekabr 2005-ci il tarixli qərarı ilə İddiaçı ayrılan və planı (cizgisi) iş materiallarında, səhifə 18-də olan torpaq sahəsinin koordinatları ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyi müəyyənləşdirilməli, iddiaçıya və üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin ünvanları (Salyan şosesi 12 və Salyan şosesi 32) fərqli olmasına baxmayaraq, mübahisə predmeti olan torpaq sahəsinin konkret olaraq hansı ünvana aid olması araşdırılmalı bundan sonra iddianın mümkünlüyünə qiymət verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev