Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2922/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması; xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması Aktına əsasən artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilmiş və xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2- 1(103)-990/2021 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A.Yusifov və H.Ü.Həmidov), cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-990/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, işə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Ə.Abbasov və S.İ.Bəktaşi) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 nömrəli, 5 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından xx.xx.2022-ci il tarixli kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi haqqında qərar qəbul olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) cavabdehin kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftəxanası vasitəsi ilə cavabdeh İdarə təəfindən ərizə təqdim edilərək, 05.11,2020-ci il tarixli 2-1(112)-1253/2020 saylı qərarının hansı məbləğə uyğun icra olunması barədə müvafiq izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 05.11,2020-ci il tarixli 2-1(112)-1253/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, "X8" MMC-nin (VÖEN: **********) tələbetmə müddəti keçmiş və artıq ödənilmiş 1.864.930,70 manat vəsaiti cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunduqdan sonra onun xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsində olan 1.248.164,34 manat borc məbləği nəzərə alınmaqla artıq ödənilmiş məbləğ 616.766,36 manat təşkil edəcəkdir. Halbuki, məhkəmə qərarı ilə şəxsi hesab vərəqəsində olan məbləğdən daha çox, yəni vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə olan 2.014.350,04 manat artıq ödəməsinin qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qərarlarında xx.xx.2018-ci il tarixdən sonrakı dövrlərdə yaranmış (o cümlədən səyyar vergi yoxlaması ilə) vergi öhdəlikləri nəzərə alınmamışdır. Bunlarla yanaşı bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21,09.2020-ci il tarixli **********140131 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar çıxarılmış xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə 1.199.240,25 manat əlavə vergi və maliyyə sanksiyası hesablanmış və qeyd edilən məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğvi üzrə məhkəmə mübahisəsi Bakı İnzibati Məhkəməsində davam edir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılması mümkün olmayacaq. Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-1253/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "X8" MMC (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1.864.930,70 manat məbləğində artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəyə qaytarılması və xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasına əsasən artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsini, xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqədən silinmiş 1.864.930,70 manat artıq ödəmənin şəxsi hesab vərəqəyə qaytarılmasını və xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350,04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.11,2020-ci il tarixli 2-1(112)-1253/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmişdir.Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, qərar ləğv edilərək, iş təkrar baxılması üçün geri qaytarılmışdır.Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təkrarən cavabdehin əlehinə qərar qəbul edilmişdir.Qərardan narazı qalan cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)236/22 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır."X8" MMC-nin (VÖEN: **********) tələbetmə müddəti keçmiş və artıq ödənilmiş 1.864.930,70 manat vəsaiti cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunduqdan sonra onun xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsində olan 1.248.164,34 manat borc məbləği nəzərə alınmaqla artıq ödənilmiş məbləğ 616.766,36 manat təşkil edəcəkdir. Halbuki, məhkəmə qərarı ilə şəxsi hesab vərəqəsində olan məbləğdən daha çox, yəni vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə olan 2.014.350,04 manat artıq ödəməsinin qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qərarlarında xx.xx.2018-ci il tarixdən sonrakı dövrlərdə yaranmış (o cümlədən səyyar vergi yoxlaması ilə) vergi öhdəlikləri nəzərə alınmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********140131 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması iləlaqədar çıxarılmış xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə 1.199.240,25 manat əlavə vergi və maliyyə sanksiyası hesablanmış və qeyd edilən məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bildirir ki, xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğvi üzrə məhkəmə mübahisəsi Bakı İnzibati Məhkəməsindədir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılması mümkün olmayacaq. Qeyd olunanları nəzərə alaraq mövcud vəziyyətdə məhkəmə qərarının hansı məbləğə uyğun icra olunması barədə müvafiq izah verilməsi Məhkəmədən xahiş olunsada, məhkəmə qərarın icrasına müvafiq izah vermək əvəzinə cavabdehin ərizəsini rədd etmişdir. "X8" MMC-nin (VÖEN: **********) tələbetmə müddəti keçmiş və artıq ödənilmiş 1.864.930,70 manat vəsaiti cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunduqdan sonra onun xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsində olan 1.248.164,34 manat borc məbləği nəzərə alınmaqla artıq ödənilmiş məbləğ 616.766,36 manat təşkil edəcəkdir. Halbuki, məhkəmə qərarı ilə şəxsi hesab vərəqəsində olan məbləğdən daha çox, yəni vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə olan 2.014.350,04 manat artıq ödəməsinin qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qərarlarında xx.xx.2018ci il tarixdən sonrakı dövrlərdə yaranmış (o cümlədən səyyar vergi yoxlaması ilə) vergi öhdəlikləri nəzərə alınmamışdır.Bunlarla yanaşı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********140131 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar çıxarılmış xx.xx.2022-ci il tarixli **********154512 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə 1.199.240,25 manat əlavə vergi və maliyyə sanksiyası hesablanmış və qeyd edilən məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılması mümkün olmayacaq. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, hazırkı halda qərarın (qətnamənin) izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonrakı vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. İşin hallarına görə, xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının “X8” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə azalma əməliyyatı ilə şəxsi hesab vərəqəsindən 1.864.930,70 manat vəsait silinərək “əvəzləşdirmə və tələbetmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi” adlı yeni vərəqəyə işlənmiş və bu addımı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə yanlış şərh etməklə yerinə yetirmiş və iddiaçı tərəfindən xx.xx.2017-ci ildə, təkrar olaraq xx.xx.2017-ci ildə və yenidən təkrar olaraq xx.xx.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə ərizələr cavabdeh təşkilata təqdim edilən zaman Vergi Məcəlləsinin 85.5-ci maddəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini nəzərdə tutulan 5 il müddət ötürülməmişdir. Şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçının 2012-ci ildən 2013-cü ilə keçən anda 1.731.183,63 manat artıq ödəməsi olmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2019-cu il ərzində ümumilikdə 2.432.226,24 manat vergi öhdəliyi yaranmışdır ki, bu öhdəlik Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə xx.xx.2013-cü ilə mövcud olan 1.731.183,63 manat artıq ödəmə məbləğindən silinmişdir. Beləliklə, iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə tələb etdiyi məbləğ məhz xx.xx.2013-cü il tarixindən sonra formalaşmışdır ki, iddiaçı tərəfindən ərizə vergi orqanına təqdim edildiyi an Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması üçün 5 illik müddət ötürülməmişdir. Göründüyü kimi, cavabdehin müraciəti “qərarın izah olunması” adlansa da, əslində məzmunu işin məhkəmə tərəfindən müəyyən olunmuş faktik hallarının yenidən yoxlanılmasına və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlər edildikdən sonra mövcud vəziyyətdə məhkəmə qərarında qeyd olunan məbləğdə artıq ödəmə məbləğinin geri qaytarılmasının mümkün olacağı qeyd edilmişdir. Cavabdehin qeyd etdikləri məhkəmə tərəfindən artıq təmin olunmuş iddia tələbinin icrası ilə bağlıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarının izah edilməsinə dair ərizəçinin dəlilləri, qərara izah verilməsinə əsas olan hallarla bağlı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə qərarına cavabdehin tələb etdiyi formada izah verilməsi onun məzmununun dəyişdirilməsi ilə nəticələnə biləcəyinə görə cavabdehin hazırkı məzmunda qərara izahla bağlı verdiyi ərizəsi təmin oluna bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2922/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2922/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver