Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2922/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “aylıq verilməli olan dərmanın verilməsinin bərpa olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ömürlük imtiyazlı şəxs olduğuna görə aylıq verilməli olan (Serdit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması və ona dəyən maddi ziyanın (3376 AZN) ödənilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Məhkəmənin 2-1(112)-8102/2024 nömrəli “13” may 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “maddi ziyanın ödənilməsi” ilə bağlı hissədə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “aylıq verilməli olan dərmanın verilməsinin bərpa olunması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək hər iki qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxılmış məhkəmə qərardadlarından razı deyil. O, 2017-ci ildən əmək pensiyasına çıxmış və həmçinin xx.xx.2012-ci il tarixdən isə ömürlük olaraq əlildir. Yaşamaq üçün ona dövlət tərəfindən qanuni olaraq verilməli olan dərmanının İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən heç bir əsası olmadan verilməsi dayandırılmışdır. İşin içərisində deyilənləri təsdiq edən qanuni sənədlər vardır. 2022-ci ildən 2024-cü il aprel ayına qədər (28ayx46) ona verilməyən dərmanın dəyəri 1288 azn. və xəstəlik keçirdiyi 3 il (2021,2022,2023) ərzində (58azn.x36 ay) 2088 azn. cəmi. (1288+2088). 3376 azn ona maddi ziyan dəymişdir. Aidiyyətlə bağlı qəbul edilmiş qərardaddan verilmiş apellyasiya şikayətinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin aidiyyətlə bağlı qəbul etdiyi qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının iştirakçısı işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı tələbi “onun ömürlük imtiyazlı şəxs olduğuna görə aylıq verilməli olan (Serdit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması” barədədir. Yəni, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri—tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yerini müəyyən edən sənəddir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, iddiaçının yaşayış yeri Naxçıvan, Qaraçuq kəndidir. Bununla bağlı birinci instansiya məhkəməsi iş üzrə iddiaçının “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatına istinad etməklə və İPM-nin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki işə iddiaçının yaşayış yeri üzrə olan İnzibati Məhkəmə tərəfindən baxılması qənaətinə gəlmişdir. Həmin nəticədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. İstinad olunan Qanunun tələbinə əsasən Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının ərazi vahidi hesab olunduğundan, iddiaçının “öhdəliyin icrası haqqında” iddia tələbinə baxılması üçün inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəziyəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin “aidiyyətlə bağlı” qəbul etdiyi 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin “aidiyyətlə bağlı” qəbul etdiyi 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2922/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2922/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver