Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2923/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(112)- 1903/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, **********670700 nömrəli qərarın və həmin qərarda qeyd edilən xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli, xx.xx.2019-cu il tarixli **********715400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN üzrə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Həmin müraciətinə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək onun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Həmin müddət ərzində iddiaçı tərəfindən hesabatlar sıfır olaraq göndərilmiş və hər hansı bir fəaliyyət göstərilməmişdir. Həmçinin fəaliyyətinin dayandırılması hal-hazırda da davam edir. Lakin 13 fevral 2023-cü il tarixində tələbin icraya yönəldilməsi barədə qərar iddiaçıya ünvanlanmışdır. Həmin qərara əsasən qeyd edilmişdir ki, guya iddiaçının 3504,71 əsas, 1280,30 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 4885,01 manat vergi, faiz və maliyyə sanksiyası məbləğində dövlət büdcəsinə borcu mövcuddur. 2016-cı ildən hər hansı fəaliyyət göstərməməsinə baxmayaraq bu borcun nəyə əsasən yaranması iddiaçıya məlum deyildir. Borcun mövcud olması barədə hələ 2021-ci il tarixində məlum olmuşdur. İddiaçı vergi orqanına müraciət edərək borcun yaranmasının səbəbinin araşdırılaraq iddiaçıya bildirilməsini xahiş etmişdir. Həmçinin iddiaçının müraciətinə əsasən vergi orqanı tərəfindən iddiaçıya bildirilmişdir ki, guya iddiaçı tərəfindən "AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED” MMC-dən 2017-ci il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cu il üzrə 16037,17 manat, 2020-ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (PPG)" QSC-dan 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSCdən 2018-ci il üzrə 12469,50 manat, 2019-cu il üzrə 39449,70 manat, 2020- ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dan 2018-ci il üzrə 15346,80 manat, 2019-cu il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cu il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cu il üzrə 685,34 manat məbləğində elektron qaiməfakturalar iddiaçıya ünvanlanmış və hətta iddiaçı tərəfindən həmin qaimələr üzrə ödənişlər edilmişdir. Lakin yuxarıda adları qeyd edilən müəssisələr ilə iddiaçının hər hansı əlaqəsi mövcud olmamış, aralarında müqavilə və ya hər hansı işgüzar münasibətlər mövcud olmamışdır. Vergi orqanı tərəfindən qeyd edilən qaimələr ilə bağlı vergi orqanına müraciət edilmiş və həmin qaimələr iddiaçıya təqdim edilmişdir. Daha sonra isə həmin qaimələrin yazıldığı müəssisələr ilə əlaqə saxlanıldıqda həmin qaimələrin İddiaçı ilə hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. Hətta "xxxx" MMC-nin satış müdürü Emil adlı şəxs (Tel: **********) bu barədə bildirmişdir ki, İddiaçı adlı şəxsi o tanımamış və həmin qaimələr fərqli VÖEN üzrə yazılmış və X1 adlı şəxs ilə müqavilə əsasında xidmət göstərilmişdir, malların hər biri X1 adlı şəxsə “Ekonom” marketə təhvil verilmişdir. Həmin qaimələrə əsasən isə vergi orqanı tərəfindən hesablanmış vergi borcunun tələbinin icraya yönəldilməsi barədə qərarda iddiaçı barəsində kameral vergi yoxlaması əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********430200 saylı, xx.xx.2019-cu il tarixli **********154400 saylı, xx.xx.2019-cu il tarixli **********715400 saylı və xx.xx.2018-ci il tarixli **********023800 saylı qərarlar qeyd edilmişdir. Həmin sözügedən qərarlar rəsmi qaydada iddiaçıya bu zamana qədər təqdim edilməmişdir. Həmin qəbul edilən qərarların tarixinə nəzər yetirdikdə müəyyən etmək mümkündür ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin qərarların isə qəbul edilməsindən uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrasının təmin edilməsi barədə qərar 13 fevral 2023-cü il tarixində qəbul edilmişdir. Habelə qərarlarda göstərilən dövrlər üzrə borcların tələb edilməsi müddəti ötürülmüşdür. Bu isə vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsassız və qanunsuz olmasına dəlalət edən digər bir haldır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli qərar "Tələbin icraya yönəldilməsi haqqında” Qərardır, bu qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi mümkünsüzdür. Belə ki, iddiaçı tərəfindən vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə borcun yaranmasına əsas olmuş xx.xx.2019-cü il tarixli **********430200 nömrəli, xx.xx.2019-cü il tarixli **********154400 nömrəli, xx.xx.2019-cü il tarixli **********715400 nömrəli və xx.xx.2018-ci il tarixli **********023800 nömrəli qərarları xx.xx.2023-cü il tarixli **********670700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar əsasında icraya yönəldilmişdir. “Tələbin icraya yönəldilməsi haqqında” Qərar icra xarakterli qərar olub, iddiaçı üçün bilavasitə hər hansı hüquqi nəticə yaratmır, hüquqi nəticə yaradan qərarların icrası məqsədini daşıyır. Digər qərarlara münasibətdə isə bildirilir ki, "xxxx" MMC-dən 2017-ci il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cu il üzrə 16037,17 manat, 2020-ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (DDG)" QSCdən 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 12469,50 manat, 2019-cu il üzrə 39449,70 manat, 2020-ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 15346,80 manat, 2019-cu il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cu il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cu il üzrə 685,34 manat məbləğində elektron qaimə-fakturaların iddiaçıya təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 2018-ci ilin 3-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə uyğunsuzluq yaranmış və dövr üzrə 13821,30 manat məbləğində malların əldə edilərək dövriyyə məbləğinin və mal qalığının bəyan edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilmiş, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 552,85 manat əlavə vergi məbləği hesablanmışdır (13821,30* 4%). İddiaçı tərəfindən 2018-ci il üzrə 53228,80 manat məbləğində malların əldə edilərək dövriyyə məbləğinin azaldılmaqla göstərildiyi müəyyən edilmişdir ki, bu da 2018-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə əlavə hesablamaya səbəb olmuşdur. Belə ki, 2018-ci ilin 3-cü rübü üzrə 13821,30 manat dövriyyə məbləğinin hesablandığını nəzərə alaraq, 2018-ci ilin 4-cü rübü üzrə 39407,50 manat (53228,80-13821,30) dövriyyə məbləği üzrə 1576,30 manat məbləğində vergi hesablanmışdır. Analoji vəziyyət 2019-cu il üzrə də baş vermiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 54221,88 manat məbləğində elektron qaimə fakturalar üzrə malların əldə edildiyi və həmin dövrlər üzrə bəyannamə təqdim edilmədiyindən vergi orqanı tərəfindən 2019-cu ilin 2-ci rübü üzrə analoji hesablama aparılmışdır (54221,88* 2%). Yaranmış kənarlaşma barədə iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********241600 nömrəli, xx.xx.2019-cu il tarixli **********085300 nömrəli məktublar göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci il 3-cü rüb üçün 552,82 manat, 2018-ci ilin 4-cü rübü üçün 1576,30 manat və 2019-cu il 2-ci rüb üçün 1084,44 manat əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli **********023800 nömrəli, xx.xx.2019-cu il tarixli **********430200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********715400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Qərarın icrası məqsədilə iddiaçıya "Vergi ödəyicisinin aktivləri barədə məlumat” forması göndərilərək məlumatın 10 gün ərzində təqdim edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli "Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən İddiaçı iddia tələbinin xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli "Tələbin icraya yönəldilməsi haqqında’’ Qərarın ləğv edilməsi hissəsində iddianın mümkün sayılmaması barədə qərardad, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12669/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, **********670700 saylı qərarın və həmin qərarda qeyd edilən xx.xx.2019-cu il tarixli, **********430200 saylı, xx.xx.2019-cu il tarixli, **********154400 saylı, xx.xx.2019- cu il tarixli, **********715400 saylı və xx.xx.2018-ci il tarixli **********023800 saylı qərarların ləğv edilməsi” haqqında iddiası üzrə buraxılmış iddia müddəti bərpa olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1903/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli qərarının ləğv edilməsi hissəsində iddiası mümkün sayılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1903/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********715400 nömrəli qərarı, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarına əsasən cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, "AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED MMC-dən 2017-ci il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cü il üzrə 16037,17 manat, 2020-ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (PPG)" QSC-dən 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 12469,50 manat, 2019-cu il üzrə 39449,70 manat, 2020-ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 15346,80 manat, 2019-cu il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cü il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cu il üzrə 685,34 manat məbləğində elektron qaimə fakturaların iddiaçıya təqdim edilməsi müəyyən edilmişdir və həmin əsasla kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır;
11. “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırılması haqqında” arayışa əsasən iddiaçı xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə qədər fəaliyyətini dayandırmışdır;
12. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********7670700 nömrəli qərarına əsasən iddiaçı tərəfindən 3504,71 manat əsas, 1.280,30 manat faiz, 100,0 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 4885,01 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin xx.xx.2019cu il tarixli, **********430200 saylı, xx.xx.2019-cu il tarixli **********154400 saylı, xx.xx.2019cu il tarixli, **********715400 saylı və xx.xx.2018-ci il tarixli, **********023800 saylı qərarlarının xx.xx.2023-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır;
13. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər e-qaimə faktura əsasında alınmış malların siyahısı iddiaçıya təqdim edilmişdir;
14. “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərara əsasən iddiaçıya 2018-ci ilin 3-cü rübü üzrə 552,85 manat sadələşdirilmiş vergi borcu hesablanmışdır, buna əsas kimi iddiaçının e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 13821,30 manat müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə çəkilmiş xərclər arasında 13821,30 manat uyğunsuzluğun yaranması göstərilmişdir;
15. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2019-cu ilin 2-cü rübü üzrə 1084,44 manat sadələşdirilmiş vergi hesablanmışdır;
16. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********7154400 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2018-ci ilin 4-cü rübü üzrə 1576,30 manat sadələşdirilmiş vergi hesablanmışdır;
17. “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərara əsasən iddiaçıya vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
18. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, hesablanan kameral və analoji vergi məbləğlərinə əsas olan sənədlərin ona təqdim olunmasını xahiş etmişdir. Əsas olan sənədlər dedikdə onun VÖEN-nə ödənilən malların qaiməsini hansı şirkətlər tərəfindən və hansı məbləğlər verildiyini təsdiq edən sənədlər. Bu sənədləri Bakı şəhəri Baş Prokurorluq İdarəsinə təqdim etmək üçünt tələb etdiyi göstərilmişdir.
19. İnzibati şikayətin baxılmamış saxlanılması haqqında xx.xx.2020-ci il tarixli, **********512300 №-li qərara əsasən, Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati şikayəti baxılmamış saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1903/2024 nömrəli, 27 mart 2024-cü il tarixli saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********7670700 nömrəli qərarına əsasən iddiaçı tərəfindən 3504,71 manat əsas, 1.280,30 manat faiz, 100,0 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 4885,01 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin xx.xx.2019-cu il tarixli, **********430200 saylı, xx.xx.2019-cu il tarixli **********154400 saylı, xx.xx.2019-cu il tarixli, **********715400 saylı və xx.xx.2018-ci il tarixli, **********023800 saylı qərarlarının xx.xx.2023-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır.
23. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin qərarları ilə onun hüquqularının kobud şəkildə pozulduğunu iddia etmiş və buna görə də həmin qərarları mübahisələndirmişdir.
24. Azərbaycan Respublikası İPM-nin: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
26. Bu zaman işə baxan birinci instansiya məhkəməsi mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət vermiş, lakin iddia müddətini bərpa etməklə düzgün nəticəyə gəlməmişdir.
27. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.
28. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktları mübahisələndirdiyindən, iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.
29. İddiaçı cavabdehin 2018 və 2019-cu il tarixlərdə qəbul edilmiş qərarlarının ləğv edilməsi ilə bağlı 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati şikayətinin xx.xx.2020-ci il tarixdə baxılmamış saxlanılmasını və iddiaçının mübahisələndirilən qərarlardan məlumatlı olmasını nəzərə almamışdır.
30. Azərbaycan Respublikası İPM-nin: - 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 31.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi mübahisələndirilən qərarlar barədə məlumatlı olsa da məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə heç bir dəlilə hüquqi qiymət vermədən, iddiaçının şifahi fikirlərinə əsaslanaraq və iş materiallarını araşdırmadan əsassız olaraq iddia tələbi üzrə buraxılmış iddia müddətini bərpa etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
33. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarların ləğv edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(112)-1903/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 80, 85, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(112)-1903/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Mirzə Tağızadə Cahangir Yusifov