Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2923/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı 06 iyun 2024-cü il tarixdə Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına “Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurmağı barədə diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı 06 iyun 2024-cü il tarixdə 26 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına “Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurmağı barədə diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 2024-cü il tarixədək Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəsizliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsil almışdır. Bununla bağlı həmin təhsil müəssisəsindən ona 06 iyun 2024-cü il tarixdə diplom da verilib. Covid-19 bütün dünyada tüğyan etdiyi dövrdə, Rusiya Federasiyasının Baş X12 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, MR 3.1/2.1.0205-20 nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1.Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1.Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Bu tövsiyələr adı yuxarıda qeyd edilən universitetdə təhsil aldığı müddətdə, həmçinin hal-hazırda da davam edir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözügedən universitetə getməmişdir. İddiaçı 06 iyun 2024-cü il tarixdə 26 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəsizliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün ona diplom verilmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cavabdehə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən xx.xx.2024-cü il tarixli, NA00033375 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Belə ki, adını yuxarıda qeyd etdiyi universitetdə distant təhsil aldığı dövrdə həmin ölkəyə gedib-gəlməyi mümkün deyildir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən edilmişdir: 2018/2019-cu tədris ili üzrə - 28 gün, 2019/2020-ci tədris ili üzrə - getməyib, 2020/2021-cü tədris ili üzrə - getməyib, 2021/2022-cü tədris ili üzrə - getməyib, 2022/2023-cü tədris ili üzrə - getməyib, 2023/2024-cü tədris ili üzrə -1 ay, 24 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarı iddiaçı tərəfindən mübahisələdirilmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, apellyasiya şikayəti qərarın ləğvinə əsas verir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirliyinin X10 xidmətinin Rusiya Federasiyası qəhrəmanı, ordu generalı Y.N.Ziniçev adına Sanktt-Peterburq Universiteti” Federal Dövlət büdcəli ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 107834 ******* qeydiyyat nömrəli bakalavr diplomundan görünür ki, İddiaçı hüquqşünas - 45.05.01 ixtisası – Milli təhlükəsizliyin hüquqi təminatı üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. İnzibati orqanın imtinası onunla əsaslandırılmışdır ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindəndir. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 2.2.2-ci maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Nizamnamənin 3.1.8-ci maddəsinə görə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndinə əsasən, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Əsas (baza ali) tibb təhsili proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir. Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrə liqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə, Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin Proqramın 8.7-ci bəndinə müvafiq olaraq, ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdətədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Qaydaların 4.2-ci bəndinə görə, ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Həmin Qaydaların 4.3-cü bəndinə müvafiq olaraq, tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrindən və qərarlardan görünür ki, barələrində tələblərinin təmin edilməsinə dair məhkəmə aktları qəbul edilmiş X5 və X15 İddiaçı ilə birlikdə işləmiş və oxumuş, eyni müddətlərdə və formalarda dərslərdə iştirak etmişlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən nə X5, nə də ki, X15 barəsində qəbul edilmiş məhkəmə aktlarından kassasiya şikayəti verilməmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasnın xx.xx.2025-ci il tarixli, 2-1(103)-2447/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(112)-4300/2025 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə SanktX7 Mühafizə Xidmətinin Universiteti tərəfindən iddiaçı X2 adına verilmiş xx.xx.2024-cü il tarixli 299 saylı diplom üzrə ixtisasının akademik tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 18 - 19 - 28 gün, 19 - 20 -1 yarımil: getməyib + İİ yarımil: pandemiya dövrü, 20 - 21 - getməyib (Pandemiya dövrü), 21 - 22 getməyib (Pandemiya dövrü), 22 - 23 - getməyib, 23 - 24 -1 ay 25 gün. İddiaçı mütəxəssis diplomu üzrə təhsil alıb və iddiaçının təhsilalma formasının qiyabi formada olması müəyyən edilir. ... Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X1 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli 899 nömrəli mütəxəssis diplomundan görünür ki, hazırki diplom X2 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə mütəxəssis proqramını mənimsədiyini və yekun dövlət atestasiyasını uğurla keçdiyini göstərir. Dövlət imtahan komissiyasınn qərarına əsasən 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı Hüqüqsünaş ixtisas dərəcəsinə yiyələnmişdir(xx.xx.2024-cü il tarixli 28 saylı protokol). İddiaçı 2018/2019-cü tədris ili üzrə - 28 gün, 2023/2024-cü tədris ili üzrə -1 ay 25 gün müddətində təhsil aldığı xarici ölkə ərazisində olmuş, 2019/2020-ci, 2020/2021-ci, 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə - Pandemiya dövrü ilə əlaqədar olaraq getməmişdir. İş materiallarında olan sənədlərdən və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclaslarında bildirdiklərindən görünür ki, cavabdeh tərəfindən yalnız 2022/2023cü tədris ili üzrə müddət mübahisələndirilir və bildirilir ki, iddiaçının həmin dövrdə universitetə gedib təhsil alması mümkün idi. ... İş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X1 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli, 30/386 nömrəli məktubundan görünür ki, ... 2020/2021, 2021/2022, 2022/2023 cü illərdə distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən distant formada həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələbərinə zidd deyil. ... İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, 0913/e saylı əmrindən görünür ki, daxılı xidmət leytenantı X3 Rusiya Federasiyası Mülkı Müdafiə, Fövqəladə Hallar və X11 Qaldırılması üzrə Nazirliyinin X4 qarşı Universitetinin 5-ci kurs imtahan sessiyasında dıstant formada iştirak etməsi uçun 2022-ci ilin noyabr ayının 1 dən dekabr ayının 10-dək 40 təqvim gunü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Beləliklə, iddiaçı tərəfindən qismən distant təhsil alınması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Belə olan halda, sözügedən şəraitin tələblərinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, yaranmış xüsusi şəraitin diqtəsi altında ölkəmizdə məsafədən alınmış təhsil digər şəxslərə münasibətdə tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Göründüyü kimi, iddiaçı təhsil aldığı dövr ərzində təhsil aldığı xarici ölkəyə gedibgəlmiş, cavabdehib mübahisələndirdiyi 2022/2023 tədris ili üzrə isə COVİD-19 pandemiyası səbəbindən universitet onun oxuduğu şöbə üzrə əyani dərs keçirmədiyindən getməmişdir. Həmin dövr ərzində isə distant formada təhsilini davam etdirmiş və yekunda təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə ona müvafiq diplom verilmişdir”. X8 Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-366/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1763/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, X9 Sankt X7 Mühafizə Xidməti Universiteti tərəfindən ona verilmiş 889 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli, 107834 ******* seriyalı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. ... Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Rusiya Federasiyasının Qəhrəmanı Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qiyabi təhsilalma formasında milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə aldığı təhsilə görə X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X10 Xidmətinin Sankt-Peterburq Universitetində “milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas)” üzrə tam bakalavriat kursunu bitirmişdir. X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin İnzibatlığı Leninqrad vilayəti üzrə Ümumi və İxtisas Təhsil Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 748438 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Diplomloma əlavənin “Əlavə məlumatlar” bölməsində “təhsilin forması: qiyabi” qeyd edilmişdir. ... Cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını, eyni zamanda 2022-2023-cü il tədris dövründə dərslərin artıq ənənəvi qaydada keçirildiyini qeyd etsə də, məhkəmə araşdırmaları zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, Rusiya Federasiyasının Baş X17 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması ilə bağlı tövsiyələrə əsasən, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər çərçivəsində xəstəlik ocaqlarının yayılmaması və sanitariya-epidemioloji qaydalara riayət edilməsi məqsədi ilə 2020-2021, 2021-2022 və 2022-2023-cü tədris illərində qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların tədris texnologiyaları vasitəsi ilə aparılması həyata keçilmişdir. Qeyd olunan məktubla cavabdehin 2022-2023-cü il tədris dövründə dərslərin ənənəvi qaydada keçirilməsi ilə bağlı arqumentlərinin əsaslı olmadığı görünür. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisələndirilməyən halıdır. Lakin mübahisələndirilən tədris dövründə təhsilin distant formada aparılması COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə iddiaçının təhsil aldığı ölkənin müvafiq dövlət qurumları və təhsil alıdığı müəssisənin tətbiq etdiyi bir prosedur olmuş, iddiaçının iradəsindən asılı olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı 2018-2019-cu tədris ili üzrə 28 gün və 2023-2024-cü tədris ili üzrə 1 ay 12 gün təhsil aldığı ölkədə olmuş, 2020-2021, 2021-2022 və 2022-2023-cü illər üzrə tədris dövrü isə COVİD-19 pandemiyasının dövrünə təsadüf etdiyinə görə təhsil distant formada həyata keçirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm təhsil dövründə, həmçinin təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətində çalışır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma pandemiya dövrü istisna olmaqla yuxarıda qeyd olunan digər dövrlərdə təhsil aldığı dövlətdə olmuşdur ki, bu da istehsalatdan ayrılmadan ali təhsil alan iddiaçının ixtisasının mənimsənilməsi istiqamətində tədris prosesinə olan həssas yanaşmasının və məsuliyyətinin göstəricisi kimi qiymətləndirilməyə bilməz. Həm də bu, məhkəmə praktikasında qiyabi təhsil almada təhsilin müddətinə və məzmununa uyğun olması və yolverilənliyi kimi qəbul edilmişdir”. Məhkəmə iclasında iştirak edən cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında yuxarıda qeyd olunanlarla bağlı məhkəməyə bildirdi ki, Cəfər Verdiyevə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilməsə də, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən şəxs dövlət imtahanına yönəldilmişdir. Şəxs 30 baldan 7 bal toplayaraq imtahandan müvəffəqiyyət əldə edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçı diplomun akademik tanınması tələbini irəli sürməlidir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən şəxs dövlət imtahanında iştirak etməli və 30 sualdan 15 suala düzgün cavab verilməlidir. İddiaçıya tələbinin dəqiqləşdirilməli olması ilə əlaqədar cavabdehin mövqeyinə münasibət bildirilməsinə şərait yaradılmış və o, məhkəməyə bildirdi ki, tələbini dəqiqləşdirmək istəmir. Bu tələb üzrə işə baxılmasını istəyir. Belə ki, Cəfər Verdiyevin analoji tələbi məhkəmələr tərəfindən təmin edilmiş və cavabdeh həmin qərardaddan heç kassasiya şikayəti də verməmişdir. Universitet tərəfindən verilən çağırış arayışına əsasən müəyyən dövr təşkil olunan dərslərdə əyani şəkildə iştirak edə bilməyib. Çağırış arayışı işəgötürənə göndərilir və bunun əsasında da işəgötürən tərəfindən əmr verilir. Bu isə qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. Onlar yalnız əmr əsasında hərəkət edə bilərdilər. ... O, bir il əvvəl “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə imtahanda iştirakla bağlı müraciət etsə də, həmin dövrdə imtahana buraxılmayıb. Elə həmin vaxt cəlb edərdilər də imtahana, vaxtı da getməzdi. İnzibati orqanın hərəkətlərinə görə o, neçə vaxtdır ki, işində irəliləyə bilmir. Göründüyü kimi, eyni yerdə işləyən və eyni universitetdə eyni dövrdə oxuyan tələbləri təmin edilmiş digər iki şəxsə münasibətdə cavabdeh inzibati orqan tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarından kassasiya şikayəti verilməmiş, inzibati orqan faktiki olaraq qərarlarda ifadə edilən yanaşma ilə razılaşmışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: “ ... Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-4298/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına “Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universiteti” tərəfindən ona verilmiş 894 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, 107834 ******* seriyalı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2923/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2923/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver