Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2925/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2925/2023 (Açar sözlər: “qərarın ləğvi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, LökbatanXocəsən sunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında scdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci i tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) X18 həyata keçirilmişdir.
2. X18nin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan rəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 13.998.829,93 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 101604 nömrəli Akt tərtib edilmişdir.
3. xx.xx.2021-ci il tarixli 001604 nömrəli Akt İddiaçı MMC-nin rəhbəri X11 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir.
4. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş X18nin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001604 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 1.399.882,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********1060 saylı Qərar qəbul edilmişdir.
5. İddiaçı MMC-nin rəhbəri X1-ixrac X9 Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbardan ibarətdir. Satış topdan qaydada aparılır. Saxlancda malı yoxdur. Ticarət əlavəsi 8 (səkkiz) faiz təşkil edir. İş qrafiki 6 gündür və saat 10:00-dan 17:00-dəkdir. Yolda olan malı yoxdur.
6. Eyni zamanda İddiaçı MMC-nin-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, fəaliyyəti topdan qaydadadır, buna baxamayaraq, mallar topdan satılarkən alıcılar onlardan elektron qaimə tələb etmədiyi üçün həmin məbləğ NKA (nəzarət kassa aparatı) ilə rəsmiləşdirilmişdir.
7. Eyni zamanda Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, X18nin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9865 nömrəli Qərarın icrası ilə əlaqədar İddiaçı MMC-nin rəhbəri X7 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən ə MMC-yə məxsus olan **********-11004 kodlu anbarda SUNMİ V1S markalı VS4319CM60998 nömrəli NKA-nın (nəzarət kassa aparatı) obyektdə olmadığı müəyyən olunmuşdur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli **********1060 saylı Qərarın Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə zidd olduğunu nəzərə alıb, ləğv etməklə "xxxx" MMC-yə qarşı tətbiq edilmiş 1.399.882,99 manat məbləğində vergi sanks yasının silinməsi və hesabdan silinmiş 340.000 manat pulun qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi İddiaçı MMC-ni keçirilmiş X18nin nəticələri haqqında xx.xx.2021ci il tarixli 001604 №-li aktla eləcə də Vergi Məcəlləsinin 16.1.3.-cü 58.13 və 71-1-ci maddələrinin tələblərini əsas tutaraq İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb etməklə 1.399.882,99 manat məbləğində cərimələmişdir. Yoxlama zamanı MMC-nin satışdan əldə etdiyi 340.000 manat pul hesabdan nəzarət baş idarəsi tərəfindən silinərək götürülmüşdür. Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən tədim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə məsuliyyət daşıyır. xx.xx.2021 -ci il tarixdə keçirilmiş X18nin nəticəsi haqqında aktında (seriya DVX №004476) göstərilir ki, malların alışı və ya mədaxilini təsdiq edən elektron qaimə faktura, idxal mallarına münasibətdə X12, sənədlərin tərtib edilməsinə, malların elekron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinin yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməmişdir. Keçirilmiş X18 tədbiri ilə əlaqədar olaraq vergi məsuliyyətinə İddiaçı MMC-nin cəlb edilməsi aşağıda göstərilənlərə əsasən bildirilir ki, İddiaçı MMC Türkiyədən və Özbəkistandan müxtəlif çeşidli xalça malları alaraq, topdan satış və pərakəndə satış vasitəsilə ticarət fəaliyyətini aparır. Vergilər qanunvericiliyinin tələblərinə uyğun olaraq MMC satış əməliyyatlarını elektron aparat vasitəsilə həyala keçirir. Malların satışı zamanı demək olar ki, mallar pərakəndə satış vasitəsilə həyata keçirilir. Az miqdarda və təsadüfən alış məqsədi ilə hüquqi şəxslər bizə müraciət edir. Belə ki, demək olar ki, bizim həyata keçirdiyimiz salış fərdi şəxslərlə olur. Hər bir şəxsə elektron qaimə və faktura təqdim edilməsi qeyri-mümkündür. Yəni hər bir şəxs vergi ödəyicisi olmur və sifariş əsasında həyata keçirilmir. Xalça mallarının satışı anbarda və anbara yaxın yerdə elektron kassa aparatı vasitəsilə həyala keçirilir. Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müavini Ayaz müəllimin və həmin idarənin kassa aparatlarının rəhbəri Səbuhi müəllimin razılığı əsasında MMC-nin anbarda olan mallarını kassa aparatı vasitəsilə satıblar. X18 tədbiri həyala keçirilərkən yanvar 2020-ci il tarixdən may 2021- ci il tarixədək apardığı satışın məbləğini hesablayıb, 1.399.882,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar verilmişdir. Göstərilən tarixdən apardığı ticarət əməliyyatlarında baş idarədən məsul şəxslər müntəzəm ticarət fəaliyyətinə nəzarət etmişlər və onlar bilmişlər ki, xalçaları fərdi şəxslərə kassa aparatı vasitəsilə satıblar. Belə bir halda onlara heç kim irad tutmamış və malların satışında narazılıq, şikayət olmamışdır. Onların sahəsinə nəzarət edən vergi işçiləri mütəmadi MMC ilə əlaqədə olmuşdur. Qəfil xx.xx.2021-ci il tarixdə vergi işçilərinin operativ tədbiri ilə anbara baxış keçirilərək elektron qaimə-faktura təqdim edilməsini tələb etmişlər və onlara bildirilmişdir ki, bu idarənin razılığı ilə olub, hər hansı bir prosedur qaydalarını, yəni vergi qanunvericiliyinin tələblərinə zidd hərəkət edilməyib. İddiaçı MMC-nin rəhbər işçiləri tam olaraq həyata keçirdikləri alqı- satqı normalarına riayət etməklə, vergi ödəyicisi kimi satılan malların dövləl vergisini təmiz, dürüst ödəmişlər. Yəni göstərilən faktiki hallara görə heç bir maddi ziyan törənməmiş, vergi də vaxtında ödənmişdir. X18 qərar qəbul edərkən müəyyən edib göstərməmişdir ki, İddiaçı MMC-nin pərakəndə satdığı xalça mallarının alıcıları vergi ödəyicisidirlər. Qanunvericiliyin tələbinə görə alıcı tərəf əgər vergi ödəyicisi olarsa, o halda elektron qaimə-faktura təqdim etməli idi. Alıcı tərəf vergi ödəyicisi olmadığı halda elektron qaiməfaktura necə təqdim edilə bilərdi? MMCnin apardığı alqı-satqı əməliyyatlarında yoxlama zamanı hər-hansı bir vergi ödəyicisi müəyyən edilib, aşkarlanmamışdır. Məcəlləsinin 58.13-cü maddəsində göstərilir ki, elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün . malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddədən göründüyü kimi "xxxx" MMC hər-hansı bir sifariş əsasında vergi ödəyicisi olan hüquqi şəxsə xalça mallarını alqı-satqı etməmiş və ona görə də elektron qaimə faktura təqdim elməyə lüzum olmamışdır.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, LökbatanXocəsən sunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında scdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci i tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) X18 həyata keçirilmişdir. X18nin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan rəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 13.998.829,93 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 101604 nömrəli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 001604 nömrəli Akt İddiaçı MMC-nin rəhbəri X11 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş X18nin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001604 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 1.399.882,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-ixrac X9 Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbardan ibarətdir. Satış topdan qaydada aparılır. Saxlancda malı yoxdur. Ticarət əlavəsi 8 (səkkiz) faiz təşkil edir. İş qrafiki 6 gündür və saat 10:00-dan 17:00-dəkdir. Yolda olan malı yoxdur. Eyni zamanda İddiaçı MMC-nin-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, fəaliyyəti topdan qaydadadır, buna baxamayaraq, mallar topdan satılarkən alıcılar onlardan elektron qaimə tələb etmədiyi üçün həmin məbləğ NKA (nəzarət kassa aparatı) ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin rəhbəri X11 da e-qaimə verilmədən malların satılması faktını etiraf etmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti -əqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.62-ci maddəsinə əsasən, eərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura ə ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata seçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddənin tələbindən göründüyü kimi, pərakəndə satış əaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə isimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, akfn topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Eyni zamanda Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, X18nin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9865 nömrəli Qərarın icrası ilə əlaqədar İddiaçı MMC-nin rəhbəri X7 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənubşərq hissəsi ünvanında yerləşən ə MMC-yə məxsus olan **********-11004 kodlu anbarda SUNMİ V1S markalı VS4319CM60998 nömrəli NKA-nın (nəzarət kassa aparatı) obyektdə olmadığı müəyyən olunmuşdur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən nümunə: xx.xx.2021-ci il tarixdə saat 17:40-dan saat 17:58-dək 18 dəqiqə ərzində hər bir dəqiqədən bir 28 sayda nəzarət-kassa aparatı çekləri üzrə 43.087,9 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:25-dən saat 16:48-dək 23 dəqiqə ərzində hər bir dəqiqədən bir 25 sayda nəzarət-kassa aparatı çekləri üzrə 42.907,95 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:28-dən saat 16:53-dək 25 dəqiqə ərzində hər bir dəqiqədən bir 35 sayda nəzarət-kassa aparatı çekləri üzrə 57.912,78 manat vəsaitin mədaxil edildiyi görünür. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Göründüyü kimi İddiaçı MMC tərəfindən vergi məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 13.998.829,93 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. 4. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumata əsasən obyekt mebel, xalça və işıqlandırıcı avadanlıqların topdan satışı fəaliyyəti üzrə uçota alınmışdır. 5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid melumat reyestrindən çıxarışa əsasən, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alnmasna, mallann elektron qaimə-faktura əsasnda təqdim edilməsinə, habelə mallarn əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasnın tərtib edilməsinə nəzarət edilməsi məqsədilə 11004 Anbar; AZ1063 Bakı şəhəri Qaradağ rayonu fəaliyyət növü: Lökbatan qəsəbəsi ev. Heybət d/y st-nın cənubu, Lökbatan - Xocəsən yolunun cənub-şərq hissəsi. Fəaliyyət növü saxlama və anbarlara yığma olan "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə X18 növündə yoxlama həyata keçirilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır. Lakin bu hal təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır.
13. İşin hallarından bəllidir ki, iddiaçı xalça mallarının təqdim edilməsini həyata keçirmişdir.
14. Anbar təsərrüfat subyektində nəzarət-kassa aparatının quraşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya nəzarət-kassa aparatının quraşdırılması özlüyündə vergi ödəyicisi kimi onun üzərinə fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı tədbirlərin də görülməsini qoyur.
15. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də, elektron qaimə-fakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir.
16. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquq pozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Bu baxımdan vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi onu 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir.
17. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMCnin kassa çekləri üzrə cəmi 10.629.986,94 manat ƏDV əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarılmışdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Odur ki, vergi orqanı həmin malların məhz vergi ödəyicisi kimi qeydə alınmış şəxslərə elektron qaiməfaktura təqdim edilmədən mal təqdim edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
18. Məhkəmə eyni zamanda qeyd edir ki, fəaliyyət növü saxlama və anbarlara yığma olan təsərrüfat subyektinin 30 dəqiqə ərzində 50.000-60.000 manat dəyərində olan malların ayrı-ayrı çeklərlə pərakəndə qaydada satılması inandırıcı deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd edilən dövrdə malların satışı ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrə təsadüf edir. Bu isə qeyd olunan malların faktiki olaraq topdansatış qaydasında satılması anlamına gəlir.
19. Bu mənada məhkəmə razılaşır ki, X18 zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən malların alışının elektron qaimə-faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmiş və bu cavabdeh vergi orqanı 13.998.829,9 manat məbləğində NKA-ya mədaxil edilən malın 10 % dəyəri həddində maliyyə sanksiyası tətbiq etmişdir.
20. Odur ki, X18 tədbiri nəticəsində cavabdeh tərəfindən 1.399.882,9 manat maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu məhkəmə araşdırması nəticəsində sübut edilmişdir.
21. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.-ci, 13.2.62.-ci, 13.2.63.-cü, 50.1.-ci, 50.2.-ci, 50.2.1.-ci, 50.2.2.-ci, 50.2.3.-cü, 50.2.4.-cü. 50.2.5-ci, 50.4.-cü, 58.13-cü, 50.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 1.1.-ci, 1.2.-ci, 1.3.-cü, 1.3.1.-ci, 4.-cü, 4.1.-ci, 4.2.-ci, 4.3.-cü, Azərbaycan Respublikası Nazirlər Kabitetinin 2014-cü il tarixli 03 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”-nın 5.1.-ci maddəsinə, əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicilərinə münasibətdə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.Vergi yoxlamalarının keçirilməsi zamanı vergi orqanları qanunauyğun və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları da aydınlaşdırmağa borcludurlar.Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.Bu tələb həmçinin "İnzibati icraat haqqında Qanunun 24.2-cü maddəsində də təsbit olunmuşdur. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır.Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir.Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həmpərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını ("Pərakəndəticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı). Həmçinin, malların pərakəndə ticarət qaydasında satışını hayata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış vǝ eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının şikayətinin əsası kimi iddiaçı tarafindan malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün hayata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquq pozuntusu hadisəsi mövcud olmamışdır.İddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşla tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazla oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdaredilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Vergi Məcəlləsi: - Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar - 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: - 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; - 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; - Maddə 50. X18 - 50.1. X18 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - Maddə 50.2. X18nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3. X18 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X18 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X18nin müddəti və X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4. X18 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir - . Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … - 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı üzrə əldə edilən məlumat çıxış etmişdir. Odur ki, məhkəmə X18nin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.
28. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası: - 1. Ümumi müddəalar - 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. - 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. - 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; - 4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi - 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesabfakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. - 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. - 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabitetinin 2014-cü il tarixli 03 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”: - 5. Malların satışına olan ümumi tələblər - 5.1. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının sonradan pərakəndə satışı qadağandır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə ilə bağlı isə məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır.Lakin bu hal təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır.
35. İşin hallarından bəllidir ki, iddiaçı xalça mallarının təqdim edilməsini həyata keçirmişdir.
36. Anbar təsərrüfat subyektində nəzarət-kassa aparatının quraşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya nəzarət-kassa aparatının quraşdırılması özlüyündə vergi ödəyicisi kimi onun üzərinə fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı tədbirlərin də görülməsini qoyur.
37. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də, elektron qaimə-fakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir.
38. Məhkəmə Kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə - satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquq pozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Bu baxımdan vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi onu 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir.
39. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMCnin kassa çekləri üzrə cəmi 10.629.986,94 manat ƏDV əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarılmışdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Odur ki, vergi orqanı həmin malların məhz vergi ödəyicisi kimi qeydə alınmış şəxslərə elektron qaiməfaktura təqdim edilmədən mal təqdim edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
40. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, fəaliyyət növü saxlama və anbarlara yığma olan təsərrüfat subyektinin 30 dəqiqə ərzində 50.000-60.000 manat dəyərində olan malların ayrı-ayrı çeklərlə pərakəndə qaydada satılması inandırıcı deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd edilən dövrdə malların satışı ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrə təsadüf edir. Bu isə qeyd olunan malların faktiki olaraq topdansatış qaydasında satılması anlamına gəlir.
41. Bu mənada məhkəmə razılaşır ki, X18 zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən malların alışının elektron qaimə-faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmiş və bu cavabdeh vergi orqanı 13.998.829,9 manat məbləğində NKA-ya mədaxil edilən malın 10 % dəyəri həddində maliyyə sanksiyası tətbiq etmişdir.
42. İddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, "malların satışı zamanı demək olar ki, mallar pərakəndə satış vasitəsilə həyata keçirilir. Az miqdarda və təsadüfən alış məqsədi ilə hüquqi şəxslər onlara müraciət edir. Belə ki, demək olar ki, həyata keçirdiyikləri satış fərdi şəxslərlə olur.Hər bir şəxsə elektron qaimə və faktura təqdim edilməsi qeyri-mümkündür. Yəni hər bir şəxsin VÖEN-i olmur və sifariş əsasında həyata keçirilmir. Onlar xalça mallarının satışını anbarda və anbara yaxın yerdə elektron kassa aparatı vasitəsilə həyata keçirirlər. X18 qərar qəbul edərkən müəyyən edib göstərməmişdir ki, "Hədəf 2023 MMC-nin pərakəndə satdığı xalça mallarının alıcıları vergi ödəyicisidirlər. Qanunvericiliyin tələbinə görə alıcı tərəf əgər vergi ödəyicisi olarsa o halda elektron qaimə-faktura təqdim edilməli idi. Alıcı tərəf vergi ödəyicisi olmadığı halda elektron qaiməfaktura necə təqdim edilə bilərdi? MMC-nin apardığı alqı-satqı əməliyyatlarında yoxlama zamanı hər hansı bir vergi ödəyicisi müəyyən edilib aşkarlanmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir".
43. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası bildirir ki, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən nümunə: xx.xx.2021-ci il tarixdə saat 17:40-dan saat 17:58-dək 18 dəqiqə ərzində hər bir dəqiqədən bir 28 sayda nəzarət-kassa aparatı çekləri üzrə 43 087,9 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:25-den saat 16:48-dək 23 dəqiqə ərzində hər bir dəqiqədən bir 25 sayda nəzarət-kassa aparatı çekləri üzrə 42 907,95 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:28-dən saat 16:53-dək 25 dəqiqə ərzində hər bir dəqiqədən bir 35 sayda nəzarət-kassa aparatı çekləri üzrə 57. 912,78 manat və s. vəsaitin madaxil edildiyi görünür. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan Əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir.
44. Bundan əlavə iddiaçı tərəfindən malların satıldığı şəxslər vergi ödəyiciləri olmuşdur (X5 (VÖEN **********) 61 826,21 manat, X15 (VÖEN **********) 52 176,09 manat, X6 (VÖEN **********) 15 725,13 manat, X8 (VÖEN **********) 183672,15 manat, X2 (VÖEN **********) 14584,81 manat, X16 (VÖEN **********) 72 775,73 manat, "X25-Bina Tikinti" MMC (VÖEN **********) 72 775,73 manat, "xxxx" MMC (VÖEN **********) 1836,23 manat və s.) və həmin şəxslər barədə məlumatlar: vergi ödəyicilərinin VOEN-ləri, aldığı məhsulların dəyəri və s. məlumatlar birinci instansiya məhkəməsinə də sübut kimi təqdim edilmişdir. Həmçinin müxtəlif alıcılara 1 492 849,98 manat, 1 111 357,85 manat, 525 967,94 manat, 573 142,54 manat, 404 679,33 manat və s. məbləğlərdə mallar satılmışdır.
45. İddiaçı tərəfin digər arqumentinə əsasən, "xxxx" MMC Türkiyədən və Özbəkistandan müxtəlif çeşidli xalça mallarını topdan satış və pərakəndə qaydada satmaqla ticarət fəaliyyətini aparır. Şikayətin göstərilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, iddiaçı tərəf həm Baş İdarǝyǝ xx.xx.2021-ci il tarixdə təqdim etdiyi arayış və izahatda, həm də apellyasiya şikayətində satışının pərakəndə olmağla yanaşı topdan olduğunu bildirsə də, MMC tərəfindən heç bir elektron qaimə təqdim edilməmişdir. Eyni zamanda "xxxx" MMCnin qeydiyyatda olan obyekti icarə müqaviləsinin 1.1-ci bəndindən də göründüyü kimi pərakəndə satış obyekti yox, 108 m² sahəsi olan anbardır.
46. Vergi orqanlarının baza məlumatlarından da göründüyü kimi, "xxxx" MMC-nin fəaliyyət növlərindən biri kimi ixtisaslaşdırılmış mağazalarda xalça, divar və döşəmə üçün örtüklərin pərakənd satışı qeydiyyata alınsa da ümumiyyətlə MMC-yə məxsus hər hansı pərakəndə satış obyekti (mağaza) olmamışdır.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Həmçinin "xxxx" MMC-nin işçilərinin əmək müqavilələrində həmin şəxslərin "satıcı, topdansatış müəssələri" kimi qeydiyyata alındığı görünür. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları "qara bazara" paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.
48. İri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir.
49. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları "pərakəndə satış" adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir.
50. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarətkassa aparatina eyni vaxtlarda, qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır.
51. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası bildirir ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olmuşdur. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir.
52. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması (halbuki, MMC-yə məxsus olan **********-11004 kodlu anbarda SUNMİ V1S markalı VS4319CM60998 nömrəli NKA-nın (nəzarət kassa aparatı) obyektdə olmadığı müəyyən olunmuşdur) heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir.
53. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir.Cavabdeh yuxarıda qeyd olunan, məhkəməyə təqdim etdiyi dəlillərlə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların kifayət qədər olmasını sübut etmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən vergi məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 13.998.829,93 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır.
54. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir, odur ki, təmin edilməməli, Bakı İnzibati Məhkəmənin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.