Məhkəmə qərarları › İş №2-1(103)-2927/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2927/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2927/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X12 Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Şabran rayon xidməti nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə DSMF-nin Şabran rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının onun pensiyasının dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 13 saylı qərarının ləğv edilməsı və xx.xx.2019-cu il tarixdən həmin pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Şabran rayon xidməti nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X12 Filialı ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-543/2021 nömrəli qərardadı ilə inzibati iş aidyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati orqan qanunsuz və əsassız olaraq pensiyasını ləğv etmişdir. Belə ki, inzibati orqan güzəştli iş stajının olmamasına istinad etmişdir. Halbuki, “X8 və Avtomatika” MMC tərəfindən 21 dekabr 2018-ci il, 10118 №-li arayış vermişdir. Arayışda qeyd edilir ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci ilə Əmr № 465/K) xx.xx.1985-ci il tarixinədək (xx.xx.1985-ci il Əmr 98/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 3 il 6 ay 2 gün “Azərineftavtomatika” müəssisəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993- cü il Əmr №17/K) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il Əmr 1/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajlı 9 il 8 ay 7 gün. Cəmi iş stajı 13 il 2 ay 9 gün. Yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən nəzarət ölçü cihzalarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X8 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosessi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130100a- 18494) xx.xx.2002-ci il tarixindən “Azərineftavtomatika” müəssisəsi “X8 və Avtomatika” ASC-yə çevrilmişdir (Əmr 11 №-li – 13.03.02). xx.xx.2011-ci il tarixindən “X8 və Avtomatika” ASC “X8 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31 №-li – xx.xx.2011-ci il). Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının cavabdeh orqan tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı vaxtdan, yəni 12 mart 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir Cavabdeh iddiaya etirazda göstərmişdir ki , iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı N.İddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində (hazırkı 2 saylı Quba-Xaçmaz regional filialı) aparılmış audit nəticəsində qanunla tələb olunan güzəştli sığorta stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Pensiya təyinatı aparılan zaman vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı müəssisə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 10/18 saylı arayış əsasında qəbul edilmişdir. Lakin arayışda qeyd edilmişdir ki, “Göstərilən vəzifə (NÖC və A çilingəri) və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-cü bəndinin a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130301a - 18494)”. Bildirmək istəyirlər ki, vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı yuxarıda qeyd edilən Siyahıya uyğun bölmə, yarımbölmə (bənd), vəzifə uyğunluğu olduğu halda qəbul edilir. Hazırkı iş üzrə əmək şəraiti zərərli və ağır işlər “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölməsi), müvafiq olaraq neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) hesab olunur. Lakin iddiaçının xx.xx.1981-xx.xx.1985; xx.xx.1993-xx.xx.2003-cü il tarixlərdə işlədiyi “X8 və Avtomatika” MMC (2 sentyabr 1969-cu ildə Azərbaycan SSR Neftçıxarma Nazirliyinin “Qazmada Xüsusiləşdirilmiş Eksperimental X8 kontoru” kimi yaradılmışdır. 1976-cı ildə “Azneft” X2 Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə “AZƏRİNEFTAVTOMATİKA” müəssisəsinə çevrilmiş və nəhayət 2011-ci ildən isə “X8 və Avtomatika” MMC kimi fəaliyyət göstərir) avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcə də təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, servis xidməti və.s işləri yerinə yetirir. Göründüyü kimi “X8 və Avtomatika” MMC-nin fəaliyyət istiqamətlərinə qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölmə), müvafig olarag neftin, qazın, paz kondensatının, kömürün və şistin emalı (3- cü bənd) daxil deyil. Bu səbəbdən iddiaçının işlədiyi “NÖC və A çilinpəri” vəzifəsi əmək şəraiti zərərli və ağır işlər qismində hesab oluna bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, qanunla tələb olunan üçüncü şərt ödənilmir, beləliklə də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd edilənələri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, hazırkı iş üzrə əmək şəraiti zərərli və ağır işlər "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğun olaraq qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölməsi), müvafıq olaraq neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) hesab olunur. Lakin iddiaçının xx.xx.1981-xx.xx.1985; xx.xx.1993xx.xx.2003-cü il tarixlərdə işlədiyi "X8 və Avtomatika" MMC (2 sentyabr 1969-cu ildə, Azərbaycan SSR Neftçıxarma Nazirliyinin "Qazmada Xüsusiləşdirilmiş Eksperimental X8 kontoru" kimi yaradılmışdır. 1976-cı ildə "Azneft" X2 Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə "AZƏRİNEFTAVTOMATİKA" müəssisəsinə çevrilmiş və nəhayət 2011-ci ildən isə "X8 və Avtomatika" MMC kimi fəaliyyət göstərir) avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcədə təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması,servis xidməti və.s işləri yerinə yetirir. Göründüyü kimi, "X8 və Avtomatika" MMC-nin fəaliyyət istiqamətlərinə qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa). kömürün və şistin emalı (12-ci bölmə), müvafiq olaraq neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) daxil deyil. Bu səbəbdən iddiaçının işlədiyi "NÖC və A çilingəri" vəzifəsi əmək şəraiti zərərli və aqır işlər qismində hesab oluna bilməz.Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3045,96 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində aparılmış audit nəticəsində müəyyən edilmış və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə X12 Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.Sədrlik edənin sualına cavab olaraq, pensiyanın dayandırılması zamanı hər hansı bir inzibati icraatın aparılmadığını, daxili audit tərəfindən pensiyanın təyini zamanı nöqsanların olduğunun aşkar edildiyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçıya aid Dövlət Sosial Müdafiə Fonunun Şabrah rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 13 №-li, xx.xx.2019-cu il tarixli qərarına əsasən X3 xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Şabran rayon Xidmət Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli, **********8 nömrəli məktubun surətindən görünür ki, ona yaşa görə əmək pensiyasının hansı səbəbdən dayandırılması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, ona DSMFnin Şabran rayon şöbəsinin əmək pensiyası təyin ediən komissiyasının xx.xx.2019-cu il tarixli, 13 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. eyni zamanda bildirilir ki, ona pensiya təyinatı zamanı işlədiyi (Azərneftavtomtika müəssisəsinin) indiki adı “X8 və avtomatika” ASC tərəfindən verilmiş güzəştli pensiya hüququnun olması barədə xx.xx.2018-ci il tarixli, 10/18 saylı arayış və xx.xx.2006-cı il tarixədək olan 25 il 05 ay 06 gün əmək stajı əsas götürülmüşdür. Bildirilir ki, ƏƏSMN-nin yannda DSMF-nin Şabran rayon şöbəsində aparılmış audit nəticəsində ona tələb olunan güzəştli sığorta stajı olmadığı halda pensiya təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də pensiya hüququ ləğv olunmuşdur.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Şabran rayon şöbəsi üzrə xx.xx.2017- ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajı olmadığı halda Şöbə tərəfindən vətəndaşlara pensiya təyin edildiyindən, pensiya hüququ ləğv olunmaqla həmin işlər üzrə artıq hesablanaraq ödənilmiş məbləğlər barədə məlumatın surətindən görünür ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş X4 xx.xx.2018- xx.xx.2020-ci il tarixlər üzrə 3045,96 manat artıq ödəmə edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-cı il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktın icrasının dayandırılmış, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı qərarı qanunsuz olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X12 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1672/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar