Məhkəmə qərarları › İş №2-1(103)-2928/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2928/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2928/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasında göstərilən qeydlərə əsasən onun ümumi stajı 34 il 2 ay, xüsusi stajı isə 26 il 2 ay təşkil edir. O, yazılı surətdə 2 dəfə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir və xahiş etmişdir ki, 60 yaşı tamam olan vaxtdan - xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin. Hesab edir ki, bu, onun hüququdur, çünki onun ümumi stajı 25 ildən artıqdır və xüsusi stajı isə 12 il 6 aydan çoxdur. xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə kimi Tibb Baş İdarəsində həkim-psixiator kimi işləmiş və yenə də cəzaçəkmə müəssisələrində məhbuslara tibbi xidmət göstərmişdir. Bu da 9 il 7 ay xüsusi staj təşkil edir. Cəzaçəkmə müəssisələrində ayrıca həkim olmadığı üçün Penitensiar sistemin tibb işçilərinin hamısı Tibb Baş İdarəsinə tabedir və o, da həmin idarənin həkimi olduğu üçün bütün vəzifə borclarını yerinə yetirmək üçün 10 il ərzində cəzaçəkmə müəssisələrindəki məhbuslara tibbi xidmət göstərmişdir. Beləliklə, onun ümumi stajı 34 il 2 ay, xüsusi stajı isə 26 il 2 ay təşkil edir. Belə ki, 1992-ci ildən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “g” bəndinə əsasən, ali, ortaixtisas texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisaslaşdırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. Qanunvericiliyə əsasən çıxarılan hüquqi aktlar və qanunlar geriyə şamil edilə bilməz. Onun iddia ərizəsində göstərilən xx.xx.2022-ci il tarixdən (60 yaşı tamam olandan) Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarı yox idi. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı bu tarixdən sonrakı hallara aiddir, geriyə şamil oluna bilməz və vətəndaşın hüquqi vəziyyətini ağırlaşdıra bilməz. Beləliklə, onun 2022-ci il 23 mart tarixdə artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır və bu tarixdə o, cavabdehə müraciət etsəydi, ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı 60 (altmış) yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, S.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İdarəsinin xx.xx.2024cü il tarixli, 3-16-20/2-502/2024 nömrəli cavab məktubunda iddiaçının işlədiyi peşənin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 34-cü bölməsinin tibb işçiləri sahəsinə uyğun olduğu qeyd edilsə də, əmək kitabçasının əsli nə məhkəməyə, nə də Mərkəzi Filiala təqdim edilməmişdir. İddiaçı Mərkəzi filiala dəvət olunaraq əmək kitabçasının əslini təqdim etməsi tələb olunmuş, lakin o əmək kitabçasını təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 4.1.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilən zaman nəzərə alınan sosial sığorta stajı əmək kitabçasının əslinə əsasən hesablanır. Göründüyü kimi, iddiaçı Mərkəzi Filiala müraciət edərkən nə əmək kitabçasının əslini, nə da güzəştli is stajını təsdiq edən güzəştli arayış təqdim etməmişdir. Beləliklə iddiaçı qəsdən inzibati orqanın araşdırma aparmasına mane olduğundan onun işlədiyi dövrün araşdırılması və əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarında olan: -AA seriyalı 279639 №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə doldurulmuş ЗТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “X2”ında (iş stajı: 07 ay, 07 gün) xx.xx.1978-ci il tarixdə mövsümi işçi kimi işə qəbul olunmuşdur; xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; xx.xx.1979-cu il tarixdə mövsümi işçi kimi işə qəbul olunmuşdur; xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; “2 saylı uşaq diş klinikası”nda (iş stajı:11 ay, 28 gün) xx.xx.1979-cu il tarixdə sanitar vəzifəsinə işə qəbul olunmuşdur; xx.xx.1980-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir; “X2”ında (iş stajı:04 ay, 11 gün) xx.xx.1981-ci il tarixdə 5-ci dərəcəli iş kimi işə qəbul olunmuşdur; xx.xx.1981-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur; Bakı şəhəri 14 saylı Texniki Peşə Məktəbi (06 ay) xx.xx.1981-ci il tarixdə “elektrik” ixtisası üzrə T61 qrupuna tələbə kimi qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə sözü gedən ixtisası bitirdiyi üçün azad olunmuşdur; Tbilisi “Zarya” zavodunda (iş stajı: 01 il, 09 ay, 22 gün) xx.xx.1982-ci il tarixdə 1 saylı sexin 3-cü dərəcəli elektrik kimi işə qəbul olunmuşdur; xx.xx.1982-ci il tarixdə “Ekran” zavodunun adı “Rubin” Tbilisi televizor zavoduna dəyişdirilmişdir; xx.xx.1984-cü il tarixdə “Ekran” televizor adına dəyişdirilmişdir; xx.xx.1984-cü il tarixdə ali təhsil müəssisəsinə qəbul olduğu üçün işdən azad olunmuşdur; N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (05 il, 10 ay) xx.xx.1984-cü il tarixdə müalicə-profilaktika ixtisası üzrə birinci kursuna qəbul olunmuşdur; xx.xx.1990-cu il tarixdə institutu bitirdiyi üçün azad olunmuşdur. Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 saylı ruhi xəstəxanası (iş stajı:01 il, 17 gün ) xx.xx.1990-cı il tarixdə həkim-interna vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; Bakı şəhəri Psixonevroloji Dispanser (iş stajı:06 il, 07 ay) xx.xx.1992-ci il tarixdə həkim-psixiator vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur; AR Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tərkibində Penitensiar sistemin tibb xidmətləri İdarəsinin Nəzdində (iş stajı: 13 il, 03 ay, 11 gün) xx.xx.1994-cü il tarixdə həkim-psixiator vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2004-cü il tarixdə AR Ədliyyə Nazirliyi üzrə xx.xx.2004-cü il tarixli 18-T nömrəli əmrlə penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsinin tərkibindən çıxarılmış və onun bazasında Ədliyyə Nazirliyinin müstəqil Tibb İdarəsi yaradılmışdır; xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (iş stajı: 10 il, 05 ay, 24 gün) xx.xx.2007-ci il tarixdə Tibb Baş İdarəsi Poliklinikasının həkim-psixiatrı vəzifəsi üzrə fəaliyyəti təmin etmək məqsədilə müvəqqəti olaraq həmin vəzifəyə təyin olunmuşdur; xx.xx.2017-ci il tarixdə AR ƏM 69-cu maddəsinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - 30 iyun 1990-cı ildə verilmiş verilmiş UV –İ seriyalı 113143 №li diplomun surətindən görünür ki, İddiaçı 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin institutu bitirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-17-1/1/1-m-367-6/23 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə”sinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Əsasnamənin 6.2-ci bəndinə uyğun olaraq penitensiar müəssisələrində saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin etmək Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin fəaliyyət istiqamətlərindən biridir. Göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 il ümumi iş stajının olması iş materialları ilə təsdiq olunur. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və pensiya kapitalı mübahisələndirilməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun güzəştli iş stajının olmaması qeyd edilmişdir. Bununla bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 40/8 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü hissəsində Penitesiar müəssisələrdə mülki işçilərin siyahısında “tibb işçiləri” qeyd olunmuşdur. “Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin} müvafiq - icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-16-20/2-502/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Poliklinikasının həkim-psixiatrı vəzifəsinə (0,5 ştat vahidi üzrə mülki işçi qismində) təyin edilmişdir. Ədliyyə nazirinin 18-T saylı, xx.xx.2004-cü il tarixli əmri ilə 2005-ci ilin yanvar ayının 1-dən penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının icrası Baş idarəsinin tərkibindən çıxarılaraq Nazirliyin müstəqil Tibb idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 saylı Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edildikdə Tibb baş idarəsi də həmin struktura daxil olan ədliyyə orqanı kimi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi üzrə 39-T saylı, xx.xx.2007-ci il tarixli əmrlə Tibb baş idarəsinin strukturu və ştat bölgüsü təsdiq olunduqda digər əməkdaşlar kimi İddiaçı da tutduğu vəzifədən azad edilərək 17 gün müddətində sərəncamda olmuş və xx.xx.2007- ci il tarixdə Tibb baş idarəsinin Poliklinikasına tam ştat vahidi üzrə eyni vəzifəyə (mülki işçi qismində) təyin edilmiş, xx.xx.2017-ci il tarixdə isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Poliklinikada işləyərkən 2005-ci ildən başlayaraq dövri olaraq cəzaçəkmə müəssisələrində aparılan kütləvi müayinələrdə iştirak etmiş, Müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən Həkim-psixiatrik komissiyasının üzvü kimi (2010-2017-ci illər ərzində) psixiatrik müalicəyə ehtiyacı olan məhkumların müəyyən edilərək müalicəyə cəlb edilməsi və ağır ruhi xəstəliyə düçar olmuş məhkumların Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyasına şəhadətləndirilməyə təqdim edilməsi üzrə işləri bir müddət icra etmişdir. Qeyd edilir ki, penitensiar müəssisələrdə saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən əməkdaşların fəaliyyəti ilə Poliklinikada çalışan əməkdaşların fəaliyyəti və buranın iş rejimləri tam birbirindən fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü bölməsindən müəyyən olunur ki, bu hüquq penitensiar müəssisələrdə mülki işlərdə işləmiş tibb işçilərinə şamil edilir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin güzəştli olması işə işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla təsdiq olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında (Penitensiar müəssisələrdə mülki işlər” adlanan 34-cü bölmədə “Tibb işçiləri) nəzərdə tutulmuşdur. Cavabdehin “əmək kitabçasının əslinin nə məhkəməyə, nə də Mərkəzi Filiala təqdim edilməməsi” ilə bağlı dəlilinə münasibətdə Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iddiaçının əmək kitabçasının əsli iddiaçı tərəfindən Kollegiya təqdim olunmuş və əslinə baxış keçirilmişdir. Həmçinin sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən əmək kitabçasının əslinin Mərkəzi Filiala təqdim edildiyini, lakin iddiaçının tələbinin təmin edilməsindən yenidən imtina edildiyini bildirmişdir. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiyta məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğvinə əsas vermir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar