Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2930/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, 2-ci cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati aktının dəyişdirilməsi» və ona ödənilən əlilliyə görə sosial müavinətin və təqaüdün bərpa edilməsi” barədə iddia tələbləri üzrə nzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi (PHŞ) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdehin üzərinə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati aktının dəyişdirilməsi və ona ödənilən əlilliyə görə sosial müavinətin və təqaüdün bərpa edilməsi və 2-ci cavabdehin üzərinə əlilliyə görə ödənilən sosial müavinətin və təqaüdün bərpa edilməsi və xx.xx.2021-ci il tarixindən ona ödənilməli olan sosial müavinətin və təqaüdün ödənilməsi (kompensasiya məbləği) öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə birinci Qarabağ müharibəsi əlilidir. xx.xx.1993- cü ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə hər iki ayağından güllə yarası almışdır. 05 yanvar 1994-cü il tarixindən ona əlillik təyin edilmiş, xx.xx.1994- cü il tarixindən ona ikinci qrup əlilliyə görə sosial müavinət (bundan sonra - sosial müavinət), xx.xx.2008-ci il tarixindən müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi, ona Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin olunmuşdur. Lakin 27 il sonra, xx.xx.2021-ci il tarixində qanunsuz şəkildə əlil statusu ləğv edilərək, xx.xx.2021-ci il tarixindən əllillik müddətinin bitməsi səbəbindən, ona ödənilən sosial müavinətin və təqaüdün ödənilməsi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadıın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslanırılmışdır ki, məhkəmənin qərarı qanunsuzdur. Belə ki, İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq tə vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmenni eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Agentlik tərəfindən iddiaçının əlillik statusunun dayandırılması həm onun əlil statusunun itirilməsinə, həm də ona ödənilən əlilliyə görə müavinətin ödənilməsinin dayandırılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə tərəfindən həmin Məcəllənin 56-cı və 13-cü maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı və 1-ci cavabdehin (Agentliyin) nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 2-ci cavabdehin nümayəndəsi L.Xəlilzadə iddiaçının əlilliyi bitdiyindən, ona ödənilən əlillik təqaüdlərinin qanunamüvafiq olaraq dayandırıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçın apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, 1-ci cavabdehə münasibətdə hissəsində ləğv edilməli, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsi nəzərədə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianın mümkünsüzlüyü barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.Əlilliyin təyin olunma müddətinin bitdiyi 2021-ci ildən sonra iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi müəyyən edilmədiyindən hazırda iddia tələbinin dəqiqləşdiriməsi mümkün hesab edilmir. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun olaraq hüquqi yardım göstərilmiş və əlillik dərəcəsinin təyini üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə səhiyyə müəssisəsi vasitəsilə ilə müraciət etmək) izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə 2-ci cavabdehə münasibətdə üzərinə iddiaçının əlilliyinə görə ödənilən sosial müavinətin və təqaüdün bərpa edilməsi və xx.xx.2021-ci il tarixindən ödənilməli olan müavinətin və təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması» tələbi üzrə iddianın mümkün sayılmaması ilə razılaşır. Belə ki, iddia ərizəsinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2021ci il tarixindən iddiaçının əllillik müddətinin bitdiyi üçün və növbəti müayinə zamanı əlillik dərəcəsi təyin olunmadığından, ona ödənilən əlillik pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsi tətbiq edilməklə onun əlillik təqaüdü eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci tarixli 823 nömrəli Fərmanına əsasən ona ödənilən prezident təqaüdünün ödənişi dayandırılmışdır. Belə olan halda, yəni, iddiaçının əlilliyi mövcud olmadığı halda, onun 2-ci cavabdehə qarşı münasibətdə iddia tələbinin məhkəmə icraatı mümkün sayılıb baxılması istisna olunur. Çünki, əlilliyi müəyyən edildiyi təqdirdə yalnız, ona 2-ci cavabdeh tərəfindən əlilliyinə görə pensiya və təqaüd təyinatı aparıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №-liqərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, qərardadda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 1-ci cavabdehə (Agentliyə) münasibətdə iddia tələblərinin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, işə əlavə olunmuş (iş vərəqi 73) «Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat»dan (elektron çıxarışdan) görünür ki,Komissiya tərəfindən iddiaçıya «diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas vermir» səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina olunmuşdur. Konkret halda, iddiaçının tələbində 1-ci cavabdehə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının həmin inzibati aktının (qərarının) dəyişdirilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia tələbində TSEK-in hansı inzibati aktının və konkret olaraq hansı hissəsində dəyişdirilməsinə və yaxud iddiaçının həmin iddianı qaldırmaqda məqsədi və istəyi nəzərə alınmaqla, tələbini münasib tələbə dəqiqləşditrilməsinə gəldikdə, İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayaniddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəzolunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məcəllənin sözügedən 13cü maddəsinə istinadən, iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda hüquqi yardım olaraq bildirmişdir ki, «arzuladığınız məqsədə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi təyini üçün Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə səhiyyə müəssisəsi vasitəsilə müraciət etməkdir. Halbuki, işdən görünür ki, TSEK tərəfindən səhiyyə müəssisəsinin 0346003AAMVS forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyəti üzrə qiymətləndirilmə aparılmış və qeyd olunduğu kimi, ona əlillik təyinatından imtina olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən isə bu istiqamətdə araşdırma aparılmamış, işin həmin halına hüquqi qiymət verilməmiş, iddiaçıya səhiyyə müəssisəsi vasitəsilə Agentliyə yenidən müraciət etməsi təklif olunmuşdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə məhkəmənin qərardadı ilə 1-ci cavabdehə (Agentliyə) münasibətdə hissəsində iddia tələbinin mümkün sayılmamasını mübahisələndirən hissəsində razılaşaraq yekunda belə qənaətə gəlir, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı, “İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı «inzibati aktının dəyişdirilməsi barədə» iddia tələbinin mümkün sayılmaması” hissəsində ləğv edilməli, bu hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməli, qalan hissədə qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı «inzibati aktın dəyişdirilməsi barədə» iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilsin. Həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qalan hissədə qərardad dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardadın, iddiaçı, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılan hissəsindən, qərardadı aldığı gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2930/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2930/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver