Məhkəmə qərarları › İş №2-1(103)-2931/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2931/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2931/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı işi üzrə qəbul etdiyi, 19 aprel 2022-ci il tarixli qərarı ilə, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2778/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli icra məktubu ilə icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilmısini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərara əsasən iddia tələbləri, yəni, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günüdə daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qeyd edilmişdir. Göstərilən müddəalardan da aydın olur ki, tərəflərindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri qaytarılması barədə müraciətdən 45 gün sonra vergi oranı tərəfindən tələbləri təmin edilməli omasına baxmayaraq uzun bir müddət ötmüş və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Buradan da aydın olur ki, həmin müddətdən sonra rəyin verildiyi xx.xx.2023-cü il tarixədək vergi orqanı tərəfindən rəyin verilməsi gecikdirilmişdir.Həmin rəyin verilməsində uzun bir müddət ötmüş lakin vergi orqanı tərəfindən artıq ödəmənin gecikdirilməsi barədə faizlərin ödənilməsi barədə rəy onlara təqdim edilməmişdir. Bu barədə ətraflı olaraq qeyd etmək istəyirlər ki, tərəflərindən vergi orqanına artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Həmin zamandan uzun bir müddət ötdükdən sonra əsas məbləğ olan 52484.6 manatın geri qaytarılması barədə rəy onlara xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Yəni tərəflərindən ərizə ilə müraciət edilən tarixdən 1308 gün ötdükdən sonra onlara artıq ödənilmiş məbləğin qaytarılması barədə rəy təqdim edilmişdir. 1308 gün isə gecikdirlən günlərin sayı hesab edilir. Bu səbəbdən gecikdirlən günlərə əsas məbləğin 0.1 faiz nisbəti tapılaraq onlara ödənilməsi barədə rəy verilməli idi. Göstərilənlərdən də müəyyən etmək olur ki, vergi orqnaı tərəfindən gecikdirlən hər bir gün üçün hesablanmalı və rəy verilməli faiz məbləği 68649.86 manat olmasına baxmayaraq 17372.40 manat faiz üzrə rəy təqdim edilib. Artıq ödəmənin geri qaytarılmasının gecikdirilməsinə görə rəy verilməli faiz məbləğinin 51277.46 manat hissəsi üzrə rəy verilməmişdir. Məhkəmə tərəfindən isə bu kimi hallar nəzərə alınmadan qərardad qəbul edilmişdir. Bu isə məhkəmə tərəfindən qanunamüvafiq araşdırmanın aparılmaması və işin faktiki hallarına nəzər yetirməməsinə dəlalət edir. Hesab edirlər ki, tərəflərindən verilmiş ərizə üzrə qəbul edilmiş qərardad ləğv edilməli və iş üzrə ərizələrinin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavabında vergi orqnı tərəfindən gecikdirlən hər bir gün üçün hesablanmaqla rəy verilməli faiz məbləği 17372.40 manatın necə və hansı qaydada hesablanmasını izah edə bilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 saylı saylı qərardadı ləğv edilməli, iş iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərin və AR Maliyyə Nazirliyinə həmin rəylərin göndərilməsi barədə nazirliyə ünvanlanmış məktubun surətləri təqdim edilmişdir. Cavabdehin AR Maliyyə Nazirliyinə ünvanladığı məktubuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı ödənilməli 17372,40 manat faiz məbləğin qaytarılmasına dair **********050600 nömrəli, xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəy”in nüsxəsi və ona əlavələr aidiyyəti üzrə nazirliyə göndərir. Cavabdehin **********050600 nömrəli, xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəy”ində göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-265/2022 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dövr ərzində yaranmış 17372 manat məbləğində artıq ödəmə vergi ödəyicisinin "xxxx" ASC–də olan bank hesabına qaytarılmalıdır. Lakin iddiaçının şikayətinin dəlillərinə görə rəy verilməli faiz məbləği 17372.40 manat deyil, 68649.86 manat təşkil edir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi verilən suallara cavabında vergi orqnı tərəfindən gecikdirlən hər bir gün üçün hesablanmaqla rəy verilməli faiz məbləği 17372.40 manatın necə və hansı qaydada hesablanmasını izah edə bilməmişdir. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, qanun qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı işi üzrə qəbul etdiyi, 19 aprel 2022-ci il tarixli qərarının tam icra olunması da müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq əslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qanun qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı işi üzrə 19 aprel 2022-ci il tarixli qərarının tam icra olunub-olunması araşdırılmaqla cavabdehin cərimə olunmasına dair ərizəyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 saylı saylı qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddiaçının ərizəsinə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar