Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2931/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 58 yaş 6 ayının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1965-ci ildə anadan olmuşdur. 1982-1983-cü illərdə Azərbaycan SSR X2 məktəbinin ** saylı texniki məktəbində toxucu dəzgahlarında toxucu peşəsi üzrə tam kursu bitirmiş, təhsilini bitirdikdən sonra ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək X5 adına (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) toxucu işləmişdir. Işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən peşələrin siyahısına uyğun gəlir. Sonradan ##.##.2011-ci il tarixdən *** saylı Mənzil-Kommunal Istismar sahəsinə dalandar vəzifəsinə qəbul edilmiş, ##.##.2019-cu ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin”a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. ##.##.2019-cu ildə “xxxx” Iş Mərkəzi MMC-nin Bakı şəhəri regional filialına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmiş, hal-hazırda da orada işləyir. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədləri təqdim etmiş, lakin cavabdeh işlədiyi toxucu vəzifəsinin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun olmadığını hesab edərək onun güzəştli iş stajının olmadığı qənaətinə gəlmişdir. Iddiaçı bildirir ki, pensiya təminatına imkan verən ən azı 32 il sığorta stajı vardır və bu stajın azı 12 il 6 ayını güzəştli pensiya hüququ verən zərərli və ağır işlərdə çalışmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ümumi iş stajı 22 il, 7 ay, 20 gün (##.##.2006-cı il tarixədək 15 il 4 ay 20 gün (##.##.1982-##.##.1983-cü il, ##.##.1983- ##.##.1991-ci il, ##.##.1991-##.##.1994-cü il, ##.##.1994-##.##.1995-ci il, ##.##.1999- ##.##.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 7 il 3 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 20591,07 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi nəzərdə tutulub. Iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “xxxx" ASC-nin ##.##.2024-cü il tarixli ** nömrəli arayışda ##.##.1983-##.##.1991-ci il və ##.##.1991-##.##.2001-ci il tarixləri arasındakı dövrlər ərzində toxucu peşəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı toxucu peşəsində işlədiyi müddətdə pambıq parça toxuculuq işləri ilə məşğul olduğu müəyyən olunub. Bu fakt “xxxx" ASC-nin ## #### 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı işlədiyi toxucu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçı İddiaçı güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririlmişdir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. Iddiaçı İddiaçı ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2011-2019-cu illər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin dövrlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının 58 yaş 6 ayının tamam olduğu ##.##.2024-cü il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan, onun “xxxx” ASC tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli arayışda göstərilən vəzifələrin güzəştli pensiya hüququ verən vəzifə kimi qəbul edilməsi belə, vəziyyətin iddiaçının lehinə dəyişməsinə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasın yaranmasına səbəb olmur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qərar qeyri-obyektiv çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin aktında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən akt ləğv olunmalı, iş üzrə iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı əmək kitabçasındakı qeydlərə Istinad edərək 32 il sığorta stajının olmasını iddia etsə də, cavabdeh iddiaçının ##.##.2011-##.##.2019-cu illərdə *** saylı MKIS-də dalandar vəzifəsində işlədiyi müddəti onun sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, iddiaçının işlədiyi həmin müddət üzrə məcburi sosial sığorta haqları ödənilməmişdir. Məhkəmə qeyd edir ki, həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunverciliyin tələbləri baxımından istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 2011-2019-cu illər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin dövrlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının 58 yaş 6 ayının tamam olduğu ##.##.2024-cü il tarixinədək ümumi iş stajı 25 ildən az olduğundan, onun “xxxx” ASC tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli arayışda göstərilən vəzifələrin güzəştli pensiya hüququ verən vəzifə kimi qəbul edilməsi belə, vəziyyətin iddiaçının lehinə dəyişməsinə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasın yaranmasına səbəb olmur. Beləliklə məhkəmə işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında’’ Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Hazırkı işdə isə iddiaçıya, yəni sığortaolunana 2011-2019-cu illərdə onun işəgötürəni (MKIS) tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. Cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.2-ci bəndinə əsasən # #### 2023 - ## #### 2024-cü illər arasında qadınların pensiya yaş həddi 63 il 6 aydır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qadınların pensiya yaşı həmin vaxt üçün 63 il 6 ay kimi müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün yaş həddi 5 il azaldılmaqla, daha dəqiq desək 58 yaş 6 ay kimi müəyyən olunur. Hazırda qüvvədə olan və yuxarıda sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 58 yaş 6 aydan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.
Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır.
Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, iddiaçı ##.##.1965-ci il tarixdə doğulmuşdur. Iddiaçının 58 yaş 6 ayı ##.##.2024-cü ildə tamam olmuşdur.
Işin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.
Işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1982-ci il tarixdən 58 yaş 6 ayının tamam olduğu, yəni ##.##.2024-cü ilədək pensiya təyini üçün ümumi və güzəştli stajı topladığını hesab edərək ona 58 yaş 6 aydan əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, İddiaçı ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və işlədiyi illərin nəzərə alınaraq ona 58 yaş 6 aydan əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Azərbaycan SSR X2 Təhsili Komitəsi tərəfindən verilmiş Б seriyalı ****** nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı ** nömrəli texniki məktəbə ##.##.1982-ci il tarixdə daxil olmuş, ##.##.1983-cü il tarixdə isə toxucu dəzgahlarında toxucu peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - Iddiaçıya məxsus ##.##.1983-cü il tarixdən doldurulmağa başlamış ИТ-İ seriyalı, ******** nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1982- 1983-cü illərdə ** saylı Texniki Peşə məktəbində təhsil almış, ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək V.İ. Lenin adma Toxuculuq kombinatında toxucu, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək Parça sexinin 5-ci bölməsində, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək X5 adına BTBB-də 5-ci dərəcəli toxucu, ##.##.2011-ci ildən tarixdən ##.##.2019-cu il tarixədək *** saylı MKIS-də dalandar, ##.##.2019-cu ildən xxxx Iş Mərkəzi MMC-nin Bakı şəhəri Regional Filialında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmiş və hazıradək həmin vəzifədə işləyir. - Cavabdeh tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir. - “xxxx” ASC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair ##.##.2024-cü il tarixli arayışında göstərilmişdir ki, ##.##.1965-ci il təvəllüdlü Mirzəliyeva (Məmmədova) Seylan Səttar qızı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş Lenin adına Toxuculuq istehsalatında) ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək toxucu peşəsində işləmişdir. Işin xüsusiyyətləri: Toxucu dəzgahlarında parça istehsalı. Əriş və arğac saplarının qırılmalarının aradan qaldırılması. Kəsici mexanizminin bıçaqlarının dəyişdirilməsi. Parçadakı qüsurların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi. Toxunma raportunun bərpa edilməsi. Parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət. Lamel cihazlarının, kəsici mexanizmlərinin və toxunan parçanın keyfiyyətinə nəzarət. Düyünlənmiş və dəzgaha doldurulmuş sapların emal edilməsi. Növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi. Dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək. Avadanlıqların və iş yerini qaydaya salmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı, güzəştli şərtlərlə pensiya olmağa səlahiyyət verir. §32. Toxuculuq istehsalatı - səhifə 199. Toxuculuq; metal və tor toxuyan toxucular - səhifə 200. - Bakı Inzibati Məhkəməsinin sorğusu əsasında “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanan ** nömrəli, ##.##.2024-cü il tarixli sorğuya cavab aşağıdakılar bildirilmişdir: vətəndaş İddiaçı ##.##.1983-##.##.1991, ##.##.1991-##.##.1994, ##.##.1994- ##.##.2001-ci illərdə X7 toxucu sexində toxucu peşəsində işləmişdir. 1.Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. §32 Toxuculuq istehsalatı. kağız, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj. Səh
200. Toxucular; metal və tor toxuyan toxucular. 2.Sovet Ministr SSR-## ###### 1967-ci il № **** qərarında göstərilir ki, səh 275səh 276-da. Toxucular; metal və tor toxuyan toxucular. - Bakı Inzibati Məhkəməsinin sorğusu əsasında “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanan ** nömrəli, ## #### 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, V.İ.Lenin adına Toxuculuq Kombinatı ##.##.1991-ci il tarixdən Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin *** saylı ##.##.1991-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır. ##.##.2001-ci il tarixdən Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin *** saylı ##.##.2001-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına BTBBnin bazası əsasında, “xxxx” ASC yaradılmışdır. Həqiqətən də ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək “xxxx” ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq istehsalatının toxucu peşəsində işləmişdir. 1.Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. Qərarda göstərilmişdir. Səh. 199 §32 Toxuculuq istehsalatı – kağız, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj. Toxucular; metal və tor toxuyan toxucular. 2.Sovet Ministr SSR-## ###### 1967-ci il № **** qərarında göstərilmişdir səh 275-də, səh 276-da. Toxucular; metal və tor toxuyan toxucular. - Cavabdeh tərəfindən təqdim edilmiş xidməti məktubdan görünür ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20591,07 manat təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. - Sığortaolunan İddiaçı hesabından çıxarışdan görünür ki, 2011-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək işlədiyi Mənzil Kommunal Təsərrüfat Birliyində sığorta ödənişləri aparılmamışdır. - Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya verilən 3-52-13-13/3-6/2025 nömrəli, ## #### 2025-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən ##.##.2011-ci il tarixdən ##.##.2019-cu il tairxədək * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin *** saylı MKIS-də dalandar vəzifəsində işləyib. Cəmi əmək haqqı 15863 (on beş min altı yüz səksən üç) manat təşkil edib, 3% sosial sığorta haqqı 470.49 (dörd yüz yetmiş manat 49 qəp.) əmək haqqından tutulmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilir və cavabdeh təqdim edilmiş güzəştli iş stajı barədə arayışı qəbul etməməklə iddiaçının güzəştli iş stajının öz təsdiqini tapmadığını bildirir. Belə ki, cavabdeh inzibati orqan öz imtinasında və iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “xxxx" ASC-nin ##.##.2024-cü il tarixli ** nömrəli arayışda ##.##.1983-##.##.1991-ci il və ##.##.1991- ##.##.2001-ci il tarixləri arasındakı dövrlər ərzində toxucu peşəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı toxucu peşəsində işlədiyi müddətdə pambıq parça toxuculuq işləri ilə məşğul olduğu müəyyən olunub. Bu fakt “xxxx" ASC-nin ## #### 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı işlədiyi toxucu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçı İddiaçı güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının dəlillərini əsassız hesab edir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan * nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Inzibati iş materiallarından görünür ki, iddiaçının işlədiyi ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək “xxxx” ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq istehsalatının toxucu peşəsində işləmişdir. Müəssisə tərəfindən verilmiş məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, iddiaçının işlədiyi sahə və peşə güzəştli sahə və peşə olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ##.##.2007-ci il tarixli Qərarına əsasən güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. Yəni iddiaçının çalışdığı peşə sözügedən qərarın 32-ci bölməsində qeyd olunan Toxuculuq istehsalatı: kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları: süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə) - toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Beləliklə, iddiaçının işlədiyi ##.##.1983-cü ildən ##.##.1991-ci ilədək, ##.##.1991-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.2001-ci ilədək “xxxx” ASC-də (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatında) toxucu peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etdiyi iddiaçının 2011-2019-cu illər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin dövrlərin onun sığorta stajına daxil edilməsinin yolverilməz olduğu barədə mövqeyinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, apellyasiya baxışı zamanı bu istiqamətdə araşdırmalar aparılmışdır. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə əsasən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə onun fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki inzibati iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2019-cu il tarixədək Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin *** saylı MKIS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, ## #### 2026-cı il tarixdə sözügedən məhkəmə aktı qüvvəyə minmiş, ## #### 2026-cı il tarixdə icra sənədi verilmişdir. Bakı şəhəri Nizami rayon Icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan e******/****-*-** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2019-cu iI tarixədək Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin *** saylı MKIS-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmalıdır. Qeyd olunan icra vərəqəsi ##.##.2026-cı il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ##.##.2026-cı il tarixli məktubunda əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fonduna fərdi qaydada deyil, yalnız ümumi qaydada fərdi hesaba köçürülmə ilə həyata keçirilir. Vətəndaş İddiaçı iddia tələbi əsasında Nizami Rayon Məhkəməsində e-*(***)-****-****-*** nömrəli işə baxılarkən ona hesablanmış əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqı * saylı XT MKTB-nin hesabından DSMF-nun mərkəzi filialına ********** nömrəli ##.##.2026-cı il tarixli, ********** nömrəli ##.##.2026-cı il tarixli ödəniş tapşırıqları ilə ümumi qaydada köçürülmə ilə həyata keçirilmişdir. Bununla belə, hazırkı məhkəmə qərarının icrası təmin edilməklə İddiaçı hesablanmış əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqı ##.##.2026-cı il tarixdə *********(**) nömrəli ödəniş tapşırığı ilə onun Dövlət Sosial Müdafiə Fonduna olan fərdi hesabına ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan *-**-**-**/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fonduna fərdi qaydada deyil, yalnız ümumi qaydada fərdi hesaba köçürülmə ilə həyata keçirilir. Vətəndaş İddiaçı iddia tələbi əsasında Nizami Rayon Məhkəməsində e-*(***)-****-****-*** nömrəli işə baxılarkən ona hesablanmış əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqı * saylı XT MKTB-nin hesabından DSMF-nun mərkəzi filialına ********** nömrəli ##.##.2026-cı il tarixli, ********** nömrəli ##.##.2026-cı il tarixli ödəniş tapşırıqları ilə ümumi qaydada köçürülmə ilə həyata keçirilmişdir. Bununla belə, hazırkı məhkəmə qərarının icrası təmin edilməklə İddiaçı hesablanmış əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqı ##.##.2026cı il tarixdə *********(**) nömrəli ödəniş tapşırığı ilə onun Dövlət Sosial Müdafiə Fonduna olan fərdi hesabına ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 1) Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. ##.##.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi işəgötürən müəssisə tərəfindən icra olunaraq məcburi dövlət sosial sığorta haqları ödənildiyindən qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı – 2011-2019-cu illər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin tam icra edilmədiyini, belə ki, müəssisə tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini bütün işçilərə münasibətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının proporsional qaydada bölünməsi kimi qəbul etməklə iddiaçının sosial sığorta stajının tamamlanmadığını bildirmişdir. Qeyd olunan dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçının əmək haqqından 2011-2019-cu illərdə məcburi dövlət sosial sığorta haqları tutulmuş, ancaq işəgötürən müəssisə tərəfindən DSMF-yə ödənilməmişdir. Bu hal - məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının məsuliyyət sferasına aid deyil. Göründüyü kimi, iddiaçı işəgötürən müəssisəyə qarşı iddia tələbi qaldıraraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb etmiş, iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. Icra zamanı həmin mülki iş üzrə cavabdeh tərəfindən qətnamənin icrası qaydasında ödənilən məbləğin digər bir inzibati qurum tərəfindən proporsional olaraq bölüşdürülməsi (hansı ki, məhkəmə qətnaməsi ilə bu hal nəzərdə tutulmamışdır) qətnamənin tam icra edilməməsi hesab edilə bilməz. Belə ki, mülki iş üzrə cavabdeh müəssisə qətnamə ilə ödənilməli olan dövrlər üzrə hesablanmış mdss ödənişlərini tam şəkildə ödəmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bununla da, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ##.##.2024-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 25 il ümumi və 10 ildən artıq güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırması ilə sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası IPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı 58 yaş 6 aydan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli