Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2934/2025 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi və plan ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, 3-cü şəxs Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi haqqında” ##.##.2006-cı il tarixli, *** nömrəli qərarından görünür ki, Binəqədi bələdiyyəsinin Yerli İqtisadi İnkişaf Daimi komissiyasının ##.##.2006-cı il tarixli iclasındnın qərarına əsasən, baxılaraq 6cı mikrorayonun Qərb hissəsində 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə saldığını nəzərə alaraq, həmin sahənin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilməsi məqsədə uyğun hesab edilmiş və Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissəsində 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyətinə ayrılmışdır.
2. Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ## ###### 2005ci il tarixli, *** saylı alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır. Təqdim edilmiş sənədlərə Binəqədi bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş torpaq sahəsinin situasiya planı, həmçinin torpaq sahəsinin dəyərinin ödənilməsi barədə sənədlərin surəti də əlavə edilmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, faktiki olaraq göstərilən torpaq sahəsi ümumi ərazinin sərhədi olan müəyyən hündürlükdə mişar daş hasarla, üç tərəfdən şərtidir. Tikili yoxdur. Torpaq sahəsi zeytunluq ərazidə yerləşir.
a) Birinci instansiya məhkəməsində icraat.
4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqısatqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qərar qəbul edilmişdir. Bildirilir ki, müraciətə baxılan zamana bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqısatqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi, həmçinin bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2006-ci il tarixli iclasında iddiaçının ərizəsinə baxılaraq ##.##.2006-cı il tarixli ** saylı ümumi iclasında vətəndaş İddiaçı 600 kv.m torpaq sahəsi ayrılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və Bələdiyyə torpaqlarının İdarəedilməsi haqqında Azərbaycan Respublikası Qanunun 6,7,9, və 20-ci maddələrini əsas tutaraq ## ###### 2006-cı il tarixli *** nömrəli müqavilə ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin, İnzibati ərazisi 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni iddiaçının hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kvm üçün YAN ilə 4 manat 16 qəpik məbləğində razılaşdırılmış və ödənilmişdir. Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi haqqında ## ###### 2006-cı il tarixli, *** saylı alqı-satqı müqaviləsi imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** saylı fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısı” qaydalarına əsasən torpaqların alqısatqısına dair akt tərtib edilərək bağlanmışdır. Həmin akta əsasən iddiaçı tərəfindən 6-cı mikrorayonun qərb hissəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətimə ayrılan torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Bələdiyyə mülkiyyətinin idarəedilməsi şöbəsinin mühəndis-memarı F.O.Qulamov tərəfindən imzalanmış Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən möhürlənərək təsdiqlənmişdir. İddiaçı qeyd edir ki, tam qanuni yolla alqısatqı əsasında iddiaçının mülkiyyətinə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki torpaqla bağlı bütün sanitar, ekoloji qaydalara riayət edir və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerliözünü idarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyəti ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün iddiaçı tərəfindən vəsait xərclər çəkilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına edilmiş, ##.##.2024-cü il tarixli sorğu əsasında arxivdən çıxarışla Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılan torpaq sahəsinə dair ##.##.2006-cı il tarixli *** saylı qərarı və əlavə edilmiş sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcudluğu təsdiq olunaraq elektron təsdiqli surətləri təqdim edilmişdir. Cavabdeh iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsindən imtina etmişdir. İddiaçı bildirmişdir ki, mülkiyyətinə ayrılan torpaq sahəsinin yanındakı torpaq sahələri eyni hüquqmüəyyənedici sənədlər əsasında maneəsiz və tərəddüdsüz Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi ##.##.2006-ci il tarixli, *** nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında ##.##.2006-ci il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi * nömrəli Zığ-Zeytunçuluq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və dövlət mülkiyyəti torpağı olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində ayrılmış 600 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi qeyd olunan ərazinin dövlətin mülkiyyətində olmasını əsas gətirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
22. Belə ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsini tələb edir.
23. Cavabdeh orqan isə bildirir ki, həmin torpaq sahəsinin yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Eyni zamanda torpaq sahəsi * nömrəli Zığ-Zeytunçuluq sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və dövlət mülkiyyəti torpağı olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir.
24. İş materiallarından görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ## ###### 2005-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən həmin 600 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.
25. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən qərardadın birinci və üçüncü sualları üzrə: iddiaçı İddiaçı faktiki istifadəsində olan 600 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə ayrılmış 295.73 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** nömrəli qərarına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 6-cı mikrorayon Qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 400550.993 4476084.998 400516.683 4476093.489 400520.446 4476110.068 400554.711 4476101.586 Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** nömrəli qərarına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 6-cı mikrorayon Qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Zeytunçuluq sovxozunun ayrıc aktı mülki iş materiallarında aşkar edilməmişdir. Qərardadın altıncı sualı üzrə: Mülki iş məlumatlarına əlavə edilmiş məlumatlara (çıxarışlar və torp sahəsinin plan-ölçü sənədləri) əsasən, Bələdiyyə qərarı ilə ayrılmış və hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında və ya qonşuluğunda bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş torpaq sahələri mövcuddur. Həmin torpaq sahələri “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.
26. İşin apellyasiya baxışı zamanı DƏDRX * saylı Bakı Ərazi İdarəsin tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi * nömrəli X4 Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahə dövlət mülkiyyəti torpağı olmaqla “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Eyni zamanda sözügedən sahə yaşıllıq ərazisidir. Eyni zamanda DƏDRX * saylı Bakı Ərazi İdarəsin tərəfindən verilmiş ##.##.2026-
27. cı il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə keçmiş * nömrəli Zığ- Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu hüdudları daxilində yerləşir. Sahə “kənd təsərrüfatı təyinatlı torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahəyə dair Binəqədi Rayon İcra Hakimiyyətinin və X3 müraciətləri olmuşdur.
28. DƏDRX * saylı Bakı Ərazi İdarəsin tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi * nömrəli X4 ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sözügedən sahə kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, sahə Zeytun ağaclarından ibarət yaşıllıq ərazidir.
29. Bakı Apellyasiya məhkəməsinin iddia olunan əraziyə yenidən yerli baxış keçirilərək torpaq sahəsinin yerləşdiyi yerin koordinatların təqdim edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli sorğusuna DƏDKR PH tərəfindən verilən ## #### 2026-cı il tarixli müşayət məktubuna əlavə edilmiş sənəddən görünür ki, torpaq sahəsinin faktiki koordinatları aşağıdakı kimidir: X Y Z at point 400796.8200 4476211.1300 0.0000 at point 400757.3100 4476217.3200 0.0000 at point 400759.6300 4476232.1400 0.0000 at point 400799.1500 4476225.9500 0.0000
30. Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin faktiki koordinatlar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinə göndərilmiş və ##.##.2026-cı il tarixli sorğuya verilən cavab məktubundan görünür ki, qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən rekreasiya zonasında (meşə parklar, yaşıllaşdırılan ərazilər) yerləşir.
31. Beləliklə aparılan araşdırmanın nəticəsi olaraq mübahisəli ərazinin hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarına əsasən rekreasiya zonasında (meşə parklar, yaşıllaşdırılan ərazilər) yerləşir. Bu isə həmin ərazidən fərdi yaşayış evlərinin inşası üçün bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılmasını mümkünsüz edir. Başqa sözlə desək iddia olunan torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarında yerləşməməsi səbəbindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28-ci maddəsinə əsasən müvafiq bələdiyyə tərəfindən iddiaçı fiziki şəxsin mülkiyyətinə verilməsi qanunsuzdur.
32. Yaxınlıqda yerləşən torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışların verilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ərazidə rekreasiya zonaları ilə yaşayış məntəqələri zonaları bir-birinə yaxın məsafədə (sərhəddə) yerləşməsi səbəbindən yaxınlıqdakı torpaq sahələrinin də rekreasiya zonasında yerləşməsi anlamına gələ bilməz. Yəni qonşuluqda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınan torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinə aid edilməsi həmin torpaq sahəsinin rekreasiya zonası ilə sərhəddə yerləşməsinin mümkünlüyünü istisna etmir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
37. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ## ###### 2006cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.