Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2935/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6974/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş Fondun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının “İddiaçı əmək pensiyası təyin edilməsi haqqında” 3-17-1/3-3-61028/2023 №-li xx.xx.2023cü il tarixli qərarının və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3- 61029/2023 №-li xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X6 MMC-nin Poladəritmə sexində Təkrarqarametal tədarükü və emalı sahəsində Köpüklü kran maşinisti vəzifəsində zərərli iş rejimində çalışmışdır. Çalışdığı sahə zərərli iş sahəsinə aid olduğu üçün 2016-cı ilin avqust ayından “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyası əsasında 57 yaşından Fondun Nizami rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından ona təyin edilmiş pensiyanın verilməsi cavabdeh tərəfindən dayandırılaraq ona qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edilmiş, iddiaçı isə cavabdehə qarşı “pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin tələblər üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddiası təmin edilməmiş, iddiaçının isə qarşılıqlı iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından Mərkəzi filialın apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin qərardan verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1182/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, məhkəmənin qanuni qüvvədə olan qərarını qəsdən icra etmədikləri üçün iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin cərimələnməsini xahiş etdi. Həmin müraciət üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında işə baxılan zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən onun güzəştli pensiya hüququnu pozan əlverşsiz inzibati aktlar əmək pensiyası təyin edilməsi haqqında” 3-17-1/3-3- 61028/2023 №-li xx.xx.2023-cü il tarixli qərarının və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-61029/2023 №-li xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir... Halbuki, onun tutduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emal bölməsinin 11.5.Metal emalı üzrə sair peşələr bəndində “İsti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)” peşəsi ilə uyğun gəlir. Zərərli iş rejimində 14 ildən çox müddətdə işləməyi müəssisə tərəfindən müxtəlif vaxtlarda verilmiş sənədlərlə təsdiq edilməklə Nazirlər Kabinetinin qeyd edilən siyahısında olmasına baxmayaraq cavabdeh tərəfindən 2- ci dəfə qanunsuz olaraq pensiya ödənişi dayandırlmışdır. Cavabdeh ədalətli mövqe tutmamış, işin düzgün həlli üçün heç bir araşdırma aparmamış, qəbul etdiyi qərar barədə belə maraqlı şəxsi məlumatlandırmamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1,21.2.,24.1.,24.2.-ci maddələrinin tələblərinə də riayət etməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...Araşdırma zamanı iddiaçının 28 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X6” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamanlandığı xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 19 sentyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Daha sonra sözügedən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçıya əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilib. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tam tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş pul vəsaiti 10165,35 manat təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6974/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması” haqqında 3-17-1/3-3- 61028/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-61029/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, aşağıdakılar qeyd olunmuşdur: “...Birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı iddiaçının 28 iyun 1978-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X6” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamanlandığı xx.xx.2016cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 19 sentyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Yekun olaraq iddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61028/2023 nömrəli əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61029/2023 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Daha sonra sözügedən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçıya əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilib. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əlavə olaraq, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş pul vəsaiti 10165,35 manat təşkil edir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından (pensiya işinə dair sənədlərin surətlərindən) görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuş, lakin cavabdeh tərəfindən sonradan aparılmış araşdırma zamanı, hazırkı cavabdeh Fondun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılan araşdırma nəticəsində, xx.xx.2023-cü il tarixli onun güzəştli pensiya hüququ verən stajının mövcud olmaması əsası ilə “Əmək pensiyasının dayandırılması haqqında” və “Əmək pensiyası təyin edilməsi haqqında” - qərarları ilə xx.xx.2016-cı il tarixindən ona 57 yaşından təin edilmiş güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum etmişdir. İddiaçının hazırkı tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin həmin əlverişsiz inzibati aktlarının ləğv edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Konkret halda isə Qanunun qeyd olunan tələblərinə müvafiq halların yarandığı öz təsdiqini tapmır. Belə ki, birinci iki halın mövcud olmadığı işin mübahisəsiz halıdır. Mübahisələndirilən üçüncü halın da mövcudluğu öz təsdiqini tapmır. Belə ki, iş materialları üzrə “X6” MMC-nin: - xx.xx.2021-cü il tarixli X-Y-0375 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı körpülü kran maşinisti vəzifəsində işlədiyi Təkrarqarametal Tədarükü və Təkrarqarametal Emalı sahəsi isti və zərərli sahə hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) İsti iş sahələrində məşğul olan kran maşinistləri peşəsinə uyğundur. - xx.xx.2021-cü il tarixli 19/L nömrəli cavabdehə ünvanladığı məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində X6 MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. Həmin şöbədə metal tullantıların emal prosesi həyata keçirilir. İddiaçı körpülü kran maşinisti kimi istehsalat sahəsində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olmuşdur. X6 MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X2. Müəssisəmizdə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə X1 daxilində yerləşirdi. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir. Bu baxımdan onun tutduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğun gəlir. -xx.xx.2021-ci il tarixli, X-Y-0218 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2009xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X6” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. Qeyd edilən sahələrdə metal tullantıların emal prosesi həyata keçirilir. İddiaçı körpülü kran maşinisti kimi istehsalat sahələrində texnoloji prosesə- uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X6” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X2. Müəssisədə iş şəraiti ağır və zərəlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə X1 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal email üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur. -xx.xx.2021-cü il tarixli X-Y-0549 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2003xx.xx.2009-cu illərdə Poladərilmə sexinin Şixlə sahəsində xx.xx.2009-xx.xx.2017-ci illərdə isə Təkrarqaramelal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir. Poladəritmə sexinin tərkibinə aşağıdadı şöbə və sahələr daxildir: Təkrarqarametal tədarükü şöbəsi. Xəlilə (Şixlə) sahəsi. Soba və soba-çalov sahəsi. Pəstahların fasiləsiz tökülməsi sahəsi, (alov sahəsi. Pəstahların qüsurlarının emalı və lazımi ölçüdə kəsilməsi sahəsi. Təkrarqarametal Tədarükü şöbəsi Poladərilmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təy inatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini (əmin elmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarım tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixlə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X5 şöbəsindən hazırlanıb Şixlə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixlə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir və onlara əmək şəraitinin attestasiyasının nəticələrinə əsasən (isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri) əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. -xx.xx.2022-cü il tarixli X-Y-1416 nömrəli arayışında isə aşağıdakılar bildirilmişdir: “...xx.xx.2009-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində X6 QSC-nin (bundan əvvəl "X6" MMC-nin) Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. xx.xx.2022-ci il tarixində 009/i saylı əmrə əsasən Təkrarqarametal emalı şöbəsinin adı dəyişdirilərək Metal emalı, qarışıqların hazırlanması və kopyor sexi adlandırılmışdır. Qeyd edilən sahə Metal emalı şöbəsidir, texnoloji prosesə uyğun olaraq İddiaçı körpülü kran maşinisti kimi metal emalı üzrə qazla kəsicilər işləyən şöbədə qazla kəsicilər üçün iri həcmli metalları çuqun poddona yerləşdirir və qazla kəsilmiş metalları yükləməklə məşğul olur. Emal sahəsi tüstülü və tozlu sahədir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən İddiaçı) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir...” Beləliklə də tədqiq olunan arayışlarla müəyən edilən hallardan göründüyü kimi: - “Təkrarqarametal Tədarükü şöbəsi” Poladəritmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təyinatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini (əmin elmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarım tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixlə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X5 şöbəsindən hazırlanıb Şixlə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixlə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir. Bundan başqa iddiaçının əmak fəaliyyətinin surəti də arayışa əlavə edilmişdir. -Təkrarqarametal emalı şöbəsinin adı xx.xx.2022-ci il tarixində dəyişdirilərək, Metal emalı, qarışıqların hazırlanması və kopyor sexi adlandırılan sahə Metal emalı şöbəsidir, texnoloji prosesə uyğun olaraq iddiaçı körpülü kran maşinisti kimi metal emalı üzrə qazla kəsicilər işləyən şöbədə qazla kəsicilər üçün iri həcmli metalları çuqun poddona yerləşdirir və qazla kəsilmiş metalları yükləməklə məşğul olur. Göründüyü kimi, təkrarqarametal tədarükü sahəsində körpülü kran maşinisti işləmiş iddiaçı, AR Nazirlər Kabinetinin müvafiq qərarında Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri gördükləri eyni işi gördüyü halda, cavabdeh orqan onun xeyrinə olan həmin halları nəzərə almamış, bununla bağlı ümumiyyətlə, inzibati araşdırma aparmamış, onun güzəştli şərtlərlə təyin olunmuş pensiya ödənişininin dayandırılması, eyni zamanda, yaşa görə adi pensiya təyin olunması barədə yeni qərar qəbul etməklə, güzəşt şərtlərlə pensiya hüququnu pozmuşdur. Halbuki, İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh həmçinin, nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda iddiaçının etimad göstərdiyi qərara əsasən ona illər boyu hər ay ödənilən pensiyanın aşkar ahıl dövründə cavabdeh tərəfindən dayandırılması və əmək pensiyasının təyin edilməsi haqqında qərarın da ləğv olunması əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinin tələbinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq cavabdehin mübahisələndirilən qərarlarının ləğv edilməsi işin hallarına və maddi hüquq normalrına uyğun nəticədir. İPM-in 70.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6974/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6974/2024 nömrəli xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2935/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2935/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver