Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2937/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-336/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən və onun ayrılmaz hissəsi olan JN-6062F KOD ******* nömrəli şəhadətnamə ilə ona məxsus olan 0,80 hektar torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,80 hektar torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən və iddiaçının istifadəsində olan 0,38 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,38 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0.80 hektar torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair xx.xx.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamə verilmişdir. Torpaq sahəsinin təyinatına uyğun olaraq üzərində tərəfindən qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binasına dair adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətində olmasına baxmayaraq, çıxarışda “Dövlət” mülkiyyəti kimi göstərilmişdir. Bu səbəbdən də tərəfindən cavabdehə müraciət edilərək, adına 0.80 hektar torpaq sahəsinə dair çıxarış verilməsi tələb olunsa da, müraciəti cavablandırılmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 627 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində vahid əmlak kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il və xx.xx.2023-cü nömrəli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN6062F nömrəli şəhadətnamənin elektron baza məlumatı aşkar edilməmişdir. Bundan başqa, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş mühafizə zonasında yerləşir və buna dair yerquruluşu planı verilmişdir. Həmçinin, torpaq sahəsinin bir hissəsi yeraltı su xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda, texniki pasportda göstərilən sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6062F nömrəli şəhadətnamə idarənin arxivində aşkar edilməmişdir. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 109 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən mühafizə zonaları müəyyən edilir. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 may tarixli, 221 nömrəli Qərarı ilə tənzimlənir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-336/2025 saylı qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 627 ünvanında yerləşən və istifadədə olan 0,38 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,38 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünin tərtib olunması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili isə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə yerləşdirərək, ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən “Fəhlə təhcizat idarəsi”nin tabeçiliyində olan payçı “AzQur” səhmdar firmasına xx.xx.1998-ci ildə tərtib olunmuş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportundan müəyyən olunur ki, obyektin ümumi sahəsi 1087,4 kv. metr, əsas sahə 975,5 kv metr, köməkçi sahə 111,9 kv metr, torpaq sahəsi 1203,2 kv metr təşkil etmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə İddiaçı adına verilmiş JN-6062F, KOD ******* №li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli, 3/46 saylı qərarına əsasən “AzQur” səhmdar cəmiyyətinin təsərrüfat həyəti olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı, sahəsi 0,80 ha olan 11 saylı torpaq sahəsi “AZQUR-SC”-nin təsərrüfat heyətinə - İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 139 №-li kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi İddiaçı verilmiş və ikinci nüsxəsi Bakı şəhər şöbəsində saxlanılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 pr., 627 ünvanında yerləşən № **********44-06301 reyestr nömrəli daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-2F/2- 06369/2023 №-li məktubu ilə təqdim edilmiş Bakı şəhəri XDS İK-nin xx.xx.1971-ci il tarixli, 3/46 saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan qərarla “Azsənayelektrikquraşdırma” trestinin “Sənayerabitəquraşdırma” Bakı Quraşdırma idarəsinin xahişi təmin olunaraq, təchizat bazasının inşası üçün Nərimanov rayonu, Böyükşor küçəsi, 2073-cü məhəllədə yerləşən 11 №li sahədə 0,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********38 №-li cavab məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: - Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” 000410 №-li şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Böyük-Şor şossesində yerləşən “AZQUR” SC-nin Fəhlə təchizatı İdarəsinin təsərrüfat heyətinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən təsərrüfat heyəti üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları 1 №-li reyestr kitabının 56 №-li səhifəsində xx.xx.2000-ci il tarixdə № 000410 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1085.7 kv.metr təşkil edir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.29387 ha və faktiki olaraq 0.29387 ha + 0.01263 ha təşkil edir. Torpaq sahəsinin bir hissəsində konfiqurasiya və sahə fərqi mövcuddur. Əlavə tikili mövcuddur. Texniki pasporta uyğun icra olundu. -DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********46 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına JN-6062 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan əmlaka dair xx.xx.1998-ci il tarixli, 04130 nömrəli texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 22496/2024 №-li cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Elmlər Akademiyasının A.Quliyev adına “Aşkarlar” Kimya İnstitutunun ərazisi ilə (0.0440 ha hissəsi ilə), cənubdan artırılmış hissə isə Z.Bünyadov prospektinin kənardakı ərazi olmaqla vahid bazada yol porseli kimi işarələnmişdir. Eyni zamanda, ümumi iddia olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 №-li Qərarına əsasən təsdiq edilmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Həmçinin, ********** nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə (Böyükşor Gölünün mühafizəsi olan sahə) daxilindədir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1085.7 kv.metr təşkil edir. Qeyri-yaşayış sahəsinin konfiqurasiyası texniki pasportdakı baş plandan fərqlidir. Baş planda göstərilən tikili sökülmüşdür. A tikilisinə əlavə sahə artırılmışdır. Ərazidə əlavə Sta=103.7 kv.metr tikili inşa edilmişdir. Texniki pasportda ərazinin ümumi torpaq sahəsi 2938.7 kv.metr qeyd olunmuşdur. Faktiki ərizəçinin istifadəsində olan torpaq sahəsi 3801.0 kv.metrdir. Texniki pasportdan kənarda olan torpaq sahəsində (istifadəsində olan) əlavə bir ədəd metal kupol, bir ədəd talvar və tikili, yol tərəfdə metal barmaqlıqla hasara alınmış torpaq sahəsi mövcuddur. Faktiki vəziyyətə tərtib olunmuş koordinatlar akta əlavə olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6905 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“AZQUR” SC-nin təsərrüfat həyəti) xx.xx.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunan ünvan ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ünvanının eyni olmasını nəzərə aldıqda İddiaçı məxsus olan qeyri-yaşayış binalarının yerləşdiyi və faktiki istifadəsində olan (mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən 0,38 ha torpaq sahəsinin xx.xx.1998-ci il tarixli JN6062F KOD müəyyən olunur. -Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“AZQUR” SC-nin təsərrüfat həyəti) xx.xx.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamədə perimetr boyu ölçülər və koordinatlar göstərilmədiyindən həmin torpaq sahəsi ilə iş materiallarında olan texniki paspostda göstərilən sahə arasında perimetrik ölçü fərqinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş mühafizə zonasının plan sxemində koordinatlar göstərilmədiyindən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı X3 tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6062F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsi ilə “Böyükşor” gölünün arasında ən yaxın məsafə 150 metr, “Böyükşor” gölünün ətrafında çəkilmiş hasar arasında ən yaxın məsafə 46 metr təşkil edir. İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6062F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin yeraltı su xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,38 hektar torpaq sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən torpaq sahəsinin “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş mühafizə zonasında yerləşməsi və yeraltı su xəttinin mühafizə zonasına düşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr., 627 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Doğrudur ki, iddiaçı hal-hazırda Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN6062F, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətinə verilmiş və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının inşa edildiyi 0.38 ha torpaq sahəsinin mülkiyyətçisi hesab edilmir. Lakin iş materiallarına əlavə edilmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 11 saylı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Belə olduqda məhkəmə hesab etmişdir ki, Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0.80 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.1998-ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı 11 saylı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Cavabdehin imtinasının dəlilləri üzrə araşdırma aparılması və işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“AZQUR” SC-nin təsərrüfat həyəti) xx.xx.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunan ünvan ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ünvanının eyni olmasını nəzərə aldıqda İddiaçı məxsus olan qeyri-yaşayış binalarının yerləşdiyi və faktiki istifadəsində olan (mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən 0,38 ha torpaq sahəsinin xx.xx.1998-ci il tarixli JN-6062F KOD müəyyən olunur. Bakı şəhəri ZDS İK-nin xx.xx.1971-ci il tarixli 3/46 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“AZQUR” SC-nin təsərrüfat həyəti) xx.xx.1998-ci il tarixli JN6062F KOD ******* nömrəli Şəhadətnamədə perimetr boyu ölçülər və koordinatlar göstərilmədiyindən həmin torpaq sahəsi ilə materiallarında olan texniki pasportda göstərilən sahə arasında perimetrik ölçü fərqinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş mühafizə zonasının plan sxemində koordinatlar göstərilmədiyindən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı X3 tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6062F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsi ilə “Böyükşor” gölünün arasında ən yaxın məsafə 150 metr, “Böyükşor” gölünün ətrafında çəkilmiş hasar arasında ən yaxın məsafə 46 metr təşkil edir. İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6062F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin yeraltı su xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi yeraltı su xəttinin mühafizə zonasına düşmür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan mübahisə predmeti olan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-336/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2937/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2937/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver