Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2938/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3876/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16182/2023 №-li Qərarının ona aid olan hissədə ləğv edilməsini və ona, yəni xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: «…İddiaçı rəsmi olaraq xx.xx.1993-cü il tarixdə Cəbrayıl RHK-ı tərəfindən səfərbər olunmuş, 722 (896) nömrəli, N saylı hərbi hissələrdə xidmət etmiş, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunun müdafiəsi zamanı ağır yaralanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndinə əsasən “Müdafiə nazirliyi mərkəzi hərbi həkim komissiyasının 1526 nömrəli, xx.xx.2017-ci tarixli protokoluna uyğun olaraq, aldığı xəsarətlər üzrə diaqnozu: - "Qapalı kəllə- beyin travması, baş beyinin silkələnməsi, kontuziya” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 650 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 217 nömrəli arayışı, 3 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, 3 nömrəli şəhər klinik xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 917 nömrəli məktubu əsasında MN MHHK-nın həkim mütəxəssis heyəti tərəfindən təsdiq edilmiş, “Hərbi travmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır”-kimi şəhadətləndirilmişdir. xx.xx.2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunaraq ona “keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri(1993) Postravmatik kontuziya. Postravmatik ensefapatiya. Kəskin astenometodik sindrom.Qaraciyərinin piy distrofiyası OU Topeto retinalabiotrofiyf.Görmə itiliyisağ gözdə 0,08 k/e (yüzdə/səkkiz) so gözdəo,08 k/e(yüzdə səkkiz.Görmə hər iki gözdəkonsetratik 20dərəcəyə qədər.AkadZ.Əliyeva adına MOM-un tibbi rəyinə əsasən.OU Hipertonikangiopatiya.Xroniki xolestitXroniki pankreatit”- diaqnozu ilə 5 il müddətinə səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin həmin müddət başa çatmadan, o, sonradan TSEK-in özbaşına müayinəsi nəticəsində cavabdehin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3- 17-4/3-3-16182/2023 № li Qərarı ilə qeyd olunan diaqnozun əlillik təyinəniə əsas vermədiyi” əsas gətirilərək, hərbi travması çıxarılmaqla, yeni “Vis OU =0.05 k\e (yüzdə altı) İrsi retinal distrofiya”diaqnozu ilə ona 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması ilə, ümümi xəstəliklə əlaqədar, 2-ci dərəcəli əlillik təyin edilmişdir. Konkret halda, iddiaçı mübahisələndirir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı əsassızdır. Çünki onun gözlə bağlı heç bir irsi xəstəliyi yoxdur, gözlərinndə yaranan problemi hərbi xidimətdə aldığı travmalarla əlaqədar olmuşdur...” İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hazırkı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqında” Qanunun 73.2-ci və İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından iddia mümkündür. İddia ərizəsinə etirarazında cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; Diaqnozun mətni: İrsi retinal distrofiyalar, Vis OU =0.05 k\e (yüzdə altı) . OU-Tapetoretinal abiotrofiya.İrsi retinal distrofiya.; Meyar: 8.Gözün və gözün əlavə aparatının xəstəlikləri=>Görmə pozğunluqları və korluq=>Binokulyar, ağır görmə pozğunluğu=>daha yaxşı görən gözün görmə itiliyinin korreksiya ilə 0,1-0,05=>" səbəbilə 2 il müddətinə əlillik təyin edilmişdir . Diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziva, qarısıq davranış pozuntuları. Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5-S1 disklərin protruzivası. Diskoqen radikulopativa” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3876/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 № li Qərarı xx.xx.1970-ci il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilsin. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun...” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik səbəbinin dəyişdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra, sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Məhkəmənin diqqətinə çatdırırıq ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir.2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müavinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin işə əlavə olunmuş mübahisələndrilən xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16182/2023 № li Qərarından görünür ki, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası iddiaçının əvvəlki hərbi travma ilə əlaqədar əlilliyini sıradan çıxaraq belə nəticəyə gəlinmişdir ki, - “...Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təvin etmir, Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir...” Məhkəmə kollegiyası hesab edir ki, həmin qərar aşağıdakılara görə əsassızdır. Birincisi, işə əlavə olunmuş tibbi sənədələrə əsasən müəyyən olunan məlumatlarda, eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarix li T208/2024 saylı ekspert rəyində təbbi sənədlərə istinadən qeyd edilənərə əsasən müəyyən olunur ki, iddiaçıya: - “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də tərtib edilmiş həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli 3907 saylı rəyində iddiaçının müayinəsi zamanı “F07.0-Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” - diaqnozu ; - X3 adına tərtib edilmiş xəstəlik tarixinə (çıxarışına) əsasən “ 16-xx.xx.2022-ci il tarixlərdə “T90.5 kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri (1993) Postravmatik ensefalopatiya – S06.3; G93.2 kəllədaxili hipertenziya qarışıq damar paroksizmləri ilə; M51.1 Belə oma fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərələrin protruziyası.Diakogen radikulopatiya”-diaqnozu; - həmin Kliniki Mərkəzdə xx.xx.2023-cü il tarixli Beynin MRT müayinəsi nəticəsində “Serebral atrofiya .Literal mədəciklərin və subaraxinoidal lokaliza-ziyalı yayılmış fokal subsantimetrli qliotik ocaqlar təyin olunduğu halda , cavabdeh Agentiliyin Tibbi Sosial Ekspert Komisiyası tərəfindən mübahisələndirilən qərarı ilə qeyd olunan tibbi sənədələrə əhəmiyyət verilmədən, birdən-birə oftolmoloq müayinələrinin xx.xx.2023-cü il v xx.xx.2023-cü il tarixli nəticələrini əsas tuturaraq, iddiaçının qeyd olunan xəstəliyini əsas diaqnozdan kənardlaşdırmaqla, əsas xəstəliyini “Vis OU =0.05 k\e (yüzdə altı) İrsi retinal distrofiya” diaqnozu ilə əvəz edərək, səbəbi ümümi xəstəliklə əlaqədar olmaqla, ona 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması ilə”- əlillik təyin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: -hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxxxxxQ00002 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qərarından da görünür ki, iddiaçının 1993-cü ildə müayinə və müalicə olunduğu travma-diaqnzun (“Qapalı kələ-beyin travması. Baş-beyin silkəlnməsi) nəticələri onun “Respublika Psixiatriy Xəstəxanası”nın və X5 iaparılan müayinələri zamanı da müəyyən olunan diaqnozdakı xəsarətlər və həmin xəsarətlərin yaratdığı nəticələrə uyğundur (İşə əlavə olunmuş Forma 088 saylı göndərişdə T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1193), Posttravmatik ensefalopatiya” xəstəlikləri qeyd edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. 2022-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş sözügedən “Əlilliyin müəyyən olunması meyarları”nın Əlavəsinin: 6.1-ci bəndinin, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı qəbul edilərkən hələ qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, “Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi” (S02 – T90); həmin bəndin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən isə “Başın travmaları” (S02 – T90) o cümlədən, “Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları” (T90) - 6.2.2-ci bəndinə əsasən koqnitiv funksiyanın təzahür edən pozuntular(R47-R48) 7.6.2-ci bəndinin qüvvədə üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) - əlillik dərəcəsi təyininə hüquq verən meyarlar kimi təsbit olunmuşdur. Beləliklə də tədqiq olunan tibbi sənədlərə iddiaçının qeyd olunan xstəliklərindən əziyyət çəkməsi öz təsdiqini tapır. Beəl olan halda, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16182/2023 №-li qərarı ilə (ona aid hissədə) iddiaçının hələ müddəti bitməmiş əvvəlki əlilliyinin üstündən xətt çəkilərək, onun baş-beyin travması ilə əlaqədar diaqnoza malik xəstəliyini, “irsi göz xəstəliyi diaqnozu ilə” əvəz edilməklə, səbəbi “ümumi xəstəliklə əlaqədar” olmaqla əlillik təyin edilməsinin qanunsuz olduğu, bununla da onun qanunla qorunan hüquqlarının pozulduğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3876/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3876/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2938/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2938/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver